Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Toxta
Toxta xan - Qızıl orda xanı. 1291-ci ildə Noğay xanın köməyi ilə taxta gəlmişdi. Hakimiyyətə gələn kimi rusların yarım-müstəqilliyini ləğv etmək üçün qardaşı Tudanı hücuma göndərdi. O 1293-cü ildə 14 şəhəri yandırdı. Xan özü Tver şəhərinə hücuma keçdi və Vladimir-Suzdal knyazı Dmitri Aleksandroviçi taxtdan qovdu. Ruslar arxivlərində "Batu geri döndü" yazırdılar. == Hakimiyyət == Tezliklə Toxta və Noğay xan düşmənə çevrildilər. Toxta xan qaynatası Salçiday ilə müttəfiq oldu. Salçiday Tuluy xanın kürəkəni idi. 1300-cü ildə Noğay xanla döyüşdə məğlub olan Toxta geri çəkildi.
Nota
Not
Euphorbia noxia
Euphorbia noxia (lat. Euphorbia noxia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Ficus nota
Ficus nota (lat. Ficus nota) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Nota (diplomatiya)
Nota — bir dövlətin hökumətinin digər bir ölkənin hökumətinə rəsmi diplomatik müraciəti.Etiraz məktubu notanın mənfi növüdür.
Diplomatik nota
Nota — bir dövlətin hökumətinin digər bir ölkənin hökumətinə rəsmi diplomatik müraciəti.Etiraz məktubu notanın mənfi növüdür.
Nota (dəqiqləşdirmə)
Not
Anoeta
Estadio Anoeta İspaniyanın Donostia şəhərində 1993-cü ildə çox məqsədli olaraq inşa edilən bir stadion Stadionda əksəriyyətlə futbol müsabiqələri oynanılmaqdadır. İspaniyanın Real Sosiedad komandasının matçlarını oynadığı stadion, 32.000 tamaşaçı tutuma malikdir.
Aorta
Aorta — (yun. άορτή – qaldırmaq) – Böyük qan dövranının ən böyük qoşa olmayan arterial damarları. Onurğalılarda qan-damar sisteminin əsas arteriyası. Aorta divarlarının elastikliyi qan cərəyanının fasiləsizliyini və bədənin bütün orqan və toxumalarının arterial qanla təchiz olunmasını təmin edir. Quşlarda və məməlilərdə Aorta qan dövranının əsas damarıdır. O, ürəyin sol mədəciyindən başlayır, lap başlanğıc hissədə genişlənmə əmələ gətirərək (Aorta soğanağı), yuxarı qalxır (qalxan Aorta), arxaya və sola (məməlilərdə), yaxud arxaya və sağa (quşlarda) dönür (Aorta qövsü) və bədənin aşağı hissəsinə doğru istiqamətlənir (enən və ya onurğa Aortası). Sürünənlərdə Aortanın 2 qövsü var: ürəyin sol mədəciyindən çıxan – sağ arterial və sağ mədəcikdən çıxan sol – venoz. Onlar birləşərək, qarışıq qanı olan ümumi onurğa Aortasını əmələ gətirir. Suda-quruda yaşayanlarda ürəyin yeganə mədəciyindən sərbəst yığıla bilmək qabiliyyətinə malik arterial konus, ondan isə bir (quyruqsuzlarda) və ya iki (quyruqlularda) cüt Aorta qövsü çıxır və birləşərək onurğa Aortasını əmələ gətirir. Balıqlarda və girdəağızlılarda mədəcikdən, yaxud ürəyin arterial konusundan arterial qövs sistemindən venoz qanı qəlsəmələrə (balıqlarda) və ya qəlsəmə kisəciklərinə (girdəağızlılarda) daşıyan qarın Aortası çıxır.
Aosta
Aosta — İtaliyanın Aosta Valley muxtar vilayətinin paytaxtı.
Buxta
Buxta (körfəz) — coğrafi obyektlərdə sahil və ya qayalıqlarla qorunan su sahəsi. Buxta (kənd) — Rusiyada kənd. Buxta (film) — film.
Koxma
Koxma (rus. Кохма) — Rusiya Federasiyasında yerləşən şəhər, İvanovo vilayətinə daxildir.
Maxta
Maxta — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Maxta kənd inzibati-ərazi vahidi Şərur rayonunun tərkibinə verilmişdir. == Etimologiyası == Naxçıvan MR Şərur rayonunda kənd kimi mövcud olan Maxta adı qrammatik formasına görə Maxta/maq-tağ/q/ şəklində olmaqla iki hissədən ibarətdir. Sözün ilk hissəsi olan max-maq formasının danışıq şəkli (şifahi nitq) hesab edilməlidir. "Tağ/taq/" isə tağ, qol, hissə mənası verir. Avesta abidəsi ilə əlaqədar dini ayinləri icra edən şəxslərə "maq" deyilirmiş. Bu söz sonralar öz mənalarını genişləndirərək kahinlik, kahin kasta (Midiyada və İranda), həmçinin Məzdəkiliyin ardıcıllığı və s. kimi mənalar daşımışdır. Maq sayılan şəxs cadugər (əslində bu türkəçarə, müalicə, dini müalicə məqsədilə işlər görən mənası kimi nəzərdə tutulmalıdır), sehrbaz, astroloq və b. mənalar vermişdir.
NAFTA
Şimali Amerika Azad Ticarət Assosiasiyası (ing. North American Free Trade Agreement, NAFTA; fr. Accord de libre-échange nord-américain, ALÉNA;; isp. Tratado de Libre Comercio de América del Norte, TLCAN) — Şimali Amerikada Ticarət blokunun yaradılması haqqında ABŞ, Meksika və Kanada arasındakı razılaşma. 1994-cü il yanvarın 1-də qüvvəyə minmişdir. Amerika transmilli korporasiyalarının təsiri altında ABŞ administrasiyası tərəfindən irəli sürülmüşdür. Amerika iqtisadiyyatının Kanada və Meksika iqtisadiyyatı ilə nail olunan qovuşma səviyyəsi onun dövlətlərarası rəsmiləşdirilməsini tələb edirdi. XX əsrin 90-cı illərinin əvvəllərinə dünyada baş verən siyasi və iqtisadi vəziyyətdəki radikal dəyişikliklər də buna şərait yaradırdı: Aİ öz regionunda inteqrasiya proseslərinin genişləndirilməsini və dərinləşməsini kəskin surətdə sürətləndirdi; Yaponiya, Çin və Cənub-Şərqi Asiya ölkələri səylə iqtisadi potensiallarını gücləndirirdi; Asiya-Sakit Okean iqtisadi əməkdaşlığı artırdı. Formallaşan şərait dünya bazarında Amerika korporasiyalarının rəqabət qabiliyyətini saxlamaq üçün ABŞ-nin qarşısında öz qitəsində inteqrasiya proseslərinin fəallaşdırılması vəzifəsini qoydu.
Netta
Dalğıc (lat. Netta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Nikta
Nikta, Niks (yun. Νύξ, Νυκτός gecə) — qədim Yunan mifologiyasına görə gecə ilahəsinin şəxsləşdirilmiş adıdır. Homerə görə tanrı Zevs özü də Niktadan qorxarmış. Niks Tartarda yaşayır.
Nokia
Nokia — Finlandiyanın transmilli şirkəti, mobil rabitə texnologiyaları sahəsində dünya liderlərindən biri. Öz məlumatlarına görə dünya mobil telefon bazarındakı payı 39% təşkil edir. Şirkətin mərkəzi qərargahı Finlandiyanın Espoo şəhərinin Keilaniemi rayonunda yerləşir. Nokianın dünyanın bir çox ölkələrində tədqiqat və inkişaf mərkəzləri, istehsalat obyektləri və satış məntəqələri yerləşir. 2009-cu ilin dekabrına olan məlumata görə Nokianın dünyanın 16 ölkəsində tədqiqat mərkəzləri yerləşir və həmin mərkəzlərdə 37 200 nəfər işləyir. Bu rəqəm şirkətin ümumi işçi sayının təxminən 30%-ni təşkil edir. Nokia Tədqiqat Mərkəzinin 7 ölkədə — Finlandiya, Çin, Hindistan, İsveçrə, Keniya, ABŞ və Böyük Britaniyada nümayəndəlikləri var. Şirkətin ümumilikdə 15 zavodu fəaliyyətdədir. Finlandiyada və Çində 3, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Meksika, Hindistan, Macarıstan və Rumıniyada isə 1 zavodu yerləşir. 2004-cü ildə Nokia Finlandiyanın ÜDM-nin 3,5%-ni təşkil edirdi, 2003-cü ildə isə Nokianın ixracatı Finlandiyanın ümumi ixracatının 25%-i qədər idi.
Nonna
Nona və ya Nonna — gürcü şəxs adı. Nona Qaprindaşvili — gürcü şahmatçısı. Nonna Paçuaşvili — gürcü aktrisası. Nonna Müzəffərova — rejissor.DigərLa Nona (film, 1979) — Argentina filmi. 2S9 Nona S — özüyeriyən artilleriya qurğusu.
Norma
Norma (lat. norma — hərfi tərcümə "bucaqlıq", mənaca "qayda") — fəaliyyət sahəsinin sərhədlərini göstərən tənzimləyici qayda. Norma anlayışı həmişə şərtidir, məqsəddən asılı olaraq norma həddi müxtəlif ola bilər. Norma hərəkət, inam və hissdir. Hər bir fəaliyyətin və qaydanın norması olmalıdır.
Noxud
Noxud (Cicer arietinum L. ) — Paxlakimilər fəsiləsindən birillik ot bitkisi. Noxudun vətəni Şərqi Əfqanıstan və Şimal-Qərbi Hindistan hesab edirlir, burada onu bizim eradan əvvəl IV əsrdə becərməyə başlamışlar. == Yaşıl noxud == Zülal, lif və nişasta baxımından zəngin bir qidadır. Göy noxud A, C və B qrupu vitaminlərinin yanında dəmir, fosfor və kalium kimi mineralları da içində saxlayan bəsləyici bir tərəvəzdir. Quru yaşıl noxud zülal və nişasta baxımından təzə yaşıl noxuddan daha zəngindir. Bununla birlikdə, təzə yaşıl noxudu həzm etmək daha asandır. == Qida və yem dəyəri == Noxud yüksək zülallı qida və yem məhsuludur. Onun dənini qidaya təzə, konservləşdirilmiş və bişmiş şəkildə qəbul edirlər, yarma və un emal edirlər. Yem sortları (yaşıl kütlə, saman, dən), həmçinin nöxud küləşini və küfəsini mal-qaraya yedirdirlər. Digər dənli bitkilərdə olduğu kimi noxudunda xüsusiyyəti ondadır ki, onun kökündə yerləşən və havadan azotu fiksasiya edən köküyumrular bakteriyaları sayəsində sünbüllü bitkilərindən azot gübrələri olmadan 2 – 3 dəfə artıq zülal sintez edirlər (lizin, valin və s.), toxumlarında nişastanın miqdarı yüksəkdir.
Aorta qapağı
Aorta qapağı - (lat. valva aortae) ağciyər kötüyü qapağı kimi üç aypara qapaqcıqdan ibarətdir. Bunlardan biri - (lat. valvula semilunaris posterior) arxada, ikinci - (lat. valvula semilunaris dextra) sağda və üçüncüsü - (lat. valvula semilunaris sinistra) solda yerləşmişdir. Bunların hamısı ağciyər kötüyünün eyniadlı qapaqcıqlarından qalın və möhkəmdir və üzərində olan düyüncüklər və aycıqlar (lat. noduli et valvularium semilunarium aortae) yaxşı gözə çarpırlar. Aorta dəliyini örtən aypara qapaqcıqların ciblərinə aorta cibləri - (lat. sinus aortae (Valsalvae - BNA)) deyilir.
Aorta qövsü
Aorta qövsü – lat. Arcus aortae ikinci sağ döş-qabırğa oynağının bərabərində qalxan aortanın ardını təşkil edib çıxıq tərəfi yuxarıya çevrilmiş bir halda sola və arxaya doğru gedir və 4-cü döş fəqərəsinin bərabərində onurğanın sol tərəfində enən aortaya keçir; bunun uzunluğu 5–6 sm-ə bərabərdir və enən aorta ilə hüdudunu arterial bağın (lat. lig. arteriosum) bağlanan yeri təşkil edir. Aorta qövsü sol bronxun kökünü yuxarıdan çarpazlayır və sağ tərəfdə sağ orta divar plevrasına, arxada isə qida borusunun sol tərəfinə söykənir. Sintopiya cəhətcə aşağıda göstərilən üzv, sinir və damarlarla rabitədədir: ön tərəfdə – hüzrəli toxuma qatı və çəngələbənzər vəzi, dal tərəfdə – nəfəs borusu, lat. n. reccurens sinister və qida borusu, sağ tərəfdə – yuxarı boş vena, solda və bir az ön tərəfdə – lat. n. vagus sinister və sol diafraqma siniri, yuxarı tərəfdə – sol adsız vena və aşağı tərəfdə sol bronx ilə sağ ağciyər arteriyası olur.
Oxtar
Oxtar (erm. Օխտար) və yaxud Oxdar — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində Qafan şəhərindən 15 km məsafədə yerləşən kənd. Kənd Oxtar çayının sol sahilində dağlıq-meşəlik ərazidə yerləşir. == Tarixi == Qafqazın 5 verstlik xəritəsində Zəngəzurda Oxtar adlı iki kəndin olduğu göstərilir: Yuxarı Oxtar, Aşağı Oxtar. Görünür, sonralar bu iki kənd birləşdirilməsindən Oxtar kəndi yaradılıb. == Etimologiyası == Toponim qədim türk dilində «boy, qəbilə» mənasını verən ox (> ok) sözünə dialekt və şivələrimizdə cəm şəkilçisi kimi işlənən -tar / -dar (Azərbaycan ədəbi dilində -lar, -lər) şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. «Tayfa», «tayfa ittifaqı» mənasını verir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Kəndin toponimləri == Yel piri Şərəfverdi Yalzəmi Midəm düzü Tumuyeri Sarıbayır Çömçəbulaq Zoğallar bulağı Çanqıllı Oğlannıca yaylağı və s.
Aosta Valley
Valle d'Aosta (it. Valle d'Aosta, fr. Vallée d'Aoste, Arpitanca: Val d'Outa) — İtaliyanın muxtar vilayətlərindən biri. İsveçrə]], Fransa və Pyemont ilə sərhədə sahib vilayətin paytaxtı Aosta şəhəridir. Sahəsi 3.263 km²-dir. Əhalisi təxmini olaraq 127.836 min nəfərdir. Aosta Valley regionunda italyan dilində danışmırlar. Əsas dil orada alman dilidi.
Badam noxud
Badam noxud - konfetəoxşar Azərbaycan şirniyyatı == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Nöqtə
Nöq́tə:
Qoxua
Qoxua (Çin dilində:milli boyakarlıq) — XX əsrin əvvəllərində meydana gələn və müasir Çin boyakarlığını ifadə edən termin. Qoxua termini ipək parça və kağız üzərində sulu boyalarla, əsasən, tuşla işlənən ənənəvi Çin boyakarlığını Avropa boyakarlığından fərqləndirmək məqsədilə yaradılmışdır. E.ə. III–II əsrlərdə özünə məxsus texniki və janr xüsusiyyətləri, eləcə də spesifik təsvir metodu olan milli boyakarlıq ənənələrinin bərpası və yeniləşdirilməsində qoxua mühüm rol oynamışdır. Qoxuada işləyən ilk rəssamlar (Jen Bo-nyan, Tsi Bayşi və b.) ənənəvi metodları zənginləşdirmək üçün naturaya müraciət etmişlər. Sonralar, milli boyakarlıq iki istiqamətdə -ənənəvi bədii ifadə vasitələrindən istifadə və Avropa boyakarlığı nailiyyətlərinin qoxua prinsiplərinə birləşdirmək yolu ilə inkişaf etmişdir. 1940–50-ci illərdə qoxua sujet etibarilə daha da müxtəlifləşir, müasir mövzularda lirik və məişət kompozosiyaları yaranır. == İstinadlar == == Mənbə == "Azərbaycan sovet ensiklopediyası", Bakı, 1979.
Nöqtə, nöqtə, vergül...
Nöqtə, nöqtə, vergül… — rejissor Aleksandr Mitta tərəfindən 1972-ci ildə "Mosfilm" studiyasında çəkilmiş bir komediya və musiqili film janrında olan film. Filmin ilham aldığı Mixail Lvovskinin hekayəsi 1971-ci ildə Pioner jurnalında Hündürlüyə atla başlığı altında nəşr olunmuşdur. Premyerası 30 dekabr, 1973-cü ildə baş tutdu.. == Məzmun == 8 A sinfində Lyoşa Jiltsov təhsil alır. Sinifdə Lyoşadan başqa hər kəs özünü şəxsiyyət hesab edir. Bir gün sinifə yeni qız şagird Jenya Karetnikova gəlir. O, Lyoşa ilə dostlaşır. Onunla ünsiyyət quran Lyoşa, bütün çətinliklərini öz tənbəlliyindən və istəksizliyindən irəli gəldiyini başa düşür. O buna görə də çalışır və tədricən daha güclü, cəsarətli, daha çalışqan və bacarıqlı olur. Onun yeni keyfiyyətlərini göstərməsi üçün lazım olan gün gəlir.