NOXTALAMAQ

f.
1. Heyvanın başına noxta vurmaq, noxta salmaq. Atı noxtalamaq.
[Alo] Yabını noxtalayıb yekə toxum xurcununun yanına çəkdi. S.Rəhimov.

2. məc. Daim birini öz tabeliyində saxlamaq, özündən asılı etmək, əlində tutmaq; yüyənləmək.
[Mustafa bəy:] İndi gərək başımızı noxtalayıb verək oğul-uşaq əlinə. Ə.Haqverdiyev.
[Yasavul:] …Mənim bu keçəl kəlləm, əslində hər zaman [Talıbxanı] noxtalayıb, yedəyində hərləyibdir! S.Rəhimov.

Синонимы

  • NOXTALAMAQ NOXTALAMAQ (ata aid) [Alo] yabını noxtalayıb yekə toxum xurcununun yanına çəkdi (S.Rəhimov); OVSARLAMAQ (dəvəyə aid) Dəvəni əvvəl ovşarla, sonra Allah
  • NOXTALAMAQ bağlamaq — cilovlamaq — buxovlamaq
NOXTALAMA
NOXTALANMA

Значение слова в других словарях

вку́пе всевла́стность зюдве́стка лирообра́зный люстри́новый нажи́мистый нау́чно- раба́тка самоде́ятельность середокре́стная слу́жба стря́хиваться металлообраба́тывающий соглаша́тельство куща чичак babyism bioavailability blah-blah-blah candleberry tree cross-legged ill luck mainline Renfrew вельвет