Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
North Bay Nugget
"North Bay Nugget" — Kanadanın Ontario ştatının Nort-Bey şəhərində nəşr olunan qəzetdir. Qəzet hal-hazırda "Postmedia"ya məxsusdur."Southam Newspapers" 1996-cı ildə "Thomson Newspapers" şəbəkəsini satın alaraq "Nugget və Star"ı ümumi mülkiyyət altında birləşdirmişdir. Qəzetlər 2001-ci ildə "Osprey Media"ya və 2007-ci ildə "Sun Media"ya satılmışdır. "Postmedia" 2015-ci ildə "Sun Media"nı satın almışdır.
Denver Nuggets
Denver Naqqets — Kolorado ştatının Denver şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Qərb Konfransında mübarizə aparır. Denver Naqqets qurulduğundan bu yana böyük bir uğur əldə etməmişdir. Ancaq Iversonun gəlməsi komandası gücləndirib 2007 Pleyoffrına qatılmasını təmin etmişdir. Pleyofflarda isə ilk turda San-Antonio Spörs-ə 4–1 məğlub olmuşlar. Denver Naqqetsin ən önəmli oyunçularından biri olan Karmelo Entoni 2006–2007-ci ildə ilk dəfə All-Stara seçilmişdir.2008 NBA PleyOfflarında Los-Anceles Leykers-ə 4–0 ilə olmuşlar, amma Allen İverson keçən il Çonsi Billaps qarşılığında Detroyta getmişdir. Billapsın komandaya gətirdiyi müdafiə Allen İversondan çox daha böyük uğur qazandırmışdır. (2008–2009) normal mövsümü 2-ciliklə bitirmişdir və Denver o mövsümü Qərb Finalında Los-Anceles Leykers-ə 4–2 məğlub başa vurmuşdur .
NuGet
NuGet (Nyu Get deyə tələffüz olunur) — Proqramçıların təkrar istifadə edilə bilən kodu paylaşmalarını təmin etmək üçün hazırlanmış bir paket idarəetmə sistemi. Proqram pulsuz və açıq-mənbəlidir. Outercurve Fondu əvvəlcə NuPack adı altında yaratdı. 2010 -cu ildə istifadəyə verildikdən sonra NuGet daha böyük alət və xidmətlər ekosisteminə çevrildi. == Haqqında == NuGet, proqramçılar üçün bir paket meneceridir. Yaradıcılara faydalı kodu paylaşmağa və istehlak etməyə imkan verir. NuGet paketi, .nupack və ya .nupkg fayl adı sonluğuna malik olan və .NET assemblylərini (Birlikdə işləmək və məntiqi bir funksionallıq vahidi yaratmaq üçün qurulmuş növlər və mənbələr toplusu) və onlara lazım olan faylları ehtiva edən tək bir ZIP faylıdır. NuGet əvvəlcə bir Microsoft Visual Studioya "əlavə funsiya" olaraq paylandı. Visual Studio 2012 -dən başlayaraq həm Visual Studio, həm də Mac üçün Visual Studio NuGet paketlərini yerli olaraq istehlak edə bilər. NuGet-in əsas işlədiləbilən faylı olan nuget.exe, həm paketlər yarada, həm də istehlak edə bilən pulsuz və açıq mənbəli əmr sətiri tətbiqidir.
Entoni Legget
Entoni Legget (26 mart 1938, Kamberuell[d], Böyük London) — ingilis professor və fizik. 1983-cü ildən bəri İllinoys Universitetində professorluq edən Legget 2003 və 2008-ci illərdə Fizika shəsində ən mükəmməl təlimçi seçilmişdir. == Bioqrafiyası == Fizika müəllimləmi olan ingilis bir ata və riyaziyyat müəllimi olan irlandiyalı bir ananın uşağı olan Entoni Legget 1938-ci ildə doğulmuşdur. "Klara" və "Judis" adında iki bacısı, "Terence" və "Paul" adlarında iki qardaşı var. 1972-ci ildə evləndiyi antropoloq "Haruko Kinase" (doğ. 20 noyabr 1950) ilə 28 sentyabr 1978-ci il təvəllüdlü "Elizabeth Asako" adlı bir qızları var. == Təhsili == Uşaqlıq və gənclik zamanları döyüş illərinə təsadüf etmişdir. Katolik bir məktəbdə təhsilini başlayan Legget sonra yüksək qeydləri sayəsində Uimbldonda bir məktəbə daxil olmuşdur. Atasının işə başladığı xüsusi bir məktəb olan "Beaumont College" də lisey təhsilini tamamlamışdır. 1954-cü ildə Oksford Universiteti, Baliol Kollecinin imtahanlarına girir və qazanır.
Falco jugger
Laqqar (lat. Falco jugger) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Diqqət
Diqqət — psixi fəaliyyətin müəyyən obyekt üzərinə yönəlməsi və mərkəzləşməsi. Diqqət idrak proseslərindən fərqlidir. Diqqət fəaliyyət zamanı insanın idrak proseslərinə qoşulur, onların daha müvəqqətiyyətli cərəyanı üçün zəmin yaradır. Çünki bütün idrak prosesləri seçici xarakter daşıyır, müəyyən obyektə yönəlmiş olur. Bu mənada diqqət cisim və hadisələrin əksi olmayıb, psixi fəaliyyət obyektinin aydın əks olunmasını təmin edir. Deməli diqqətin əsas vəzifəsi insanın şüurlu fəaliyyətinin seçici xarakter daşımasını təmin etməkdir. == Diqqətin funksiyaları == Diqqət mürəkkəb psixi hadisə kimi xarakterizə olunur. === Seçmək funksiyası === Mövcud fəaliyyətə uyğun gələn təsirlər seçilir, digər ikinci dərəcəli kənar təsirlərə əhəmiyyət verilmir. === Saxlama funksiyası === İdrak fəaliyyəti başa çatana qədər psixi fəaliyyət həmin obyekt üzərində mərkəzləşdirilir. === Nəzarət etmə funksiyası === Fəaliyyətin gedişini tənzimləyib, ona nəzarət edilir.
Nürgüt
Nürgüt — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna daxil olan bir kənd. Rayonun mərkəzinin şimal-qərbində, Ordubad düzündədir. [Nürgüt] bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Gilan çayının hər iki sahilində Zəngəzur silsiləsinin cənub şərq yamaclarında yerləşən və tarixən çox qədim olan kənd. Dağlıq ərazidə yerləşdiyinə görə Nürgüt ((nou qut)yeni qala ) adlanır. Tədqiqatçıların fikrinə görə kəndin adı Nouqut sözünün təhrif olunmuş variantıdır.Oykonim fars dilindəki nou (təzə, yeni) və qut "kənd, şəhər və qala" komponentlərindən düzəlib "yeni kənd" mənasındadır.Hələ qədim dövrlərdən Nürgütdə Türk tayfaları olan kəngərlilərin məskunlaşdığı məlum olmuşdur Həmçinin Nürgüt sözünün digər bir mənası da "nur" işıq "qut" qutlamaq,bayram etmək mənasını veririr . Yəni Günəşin doğuşun qutlayıb bayram etmək == Əhalisi == Əhalisi 176 nəfərdir (2009). Əhalisi arıçılıq,əkinçilik və heyvandarlıqla məşğuldur. Orta məktəbi ,kitabxanası ,tib məntəqəsi , kənd mərkəzi və klubu var.
Lüğət
Lüğət ya da sözlük — bəlli üslubla düzülən, anlamı ya da tərcüməsi verilən və deyilişi göstərilən sözlərin toplusudur. Çağdaş sözlüklər daha çox əlifba sırası ilə düzülür. Sözlüklər praktik xarakter daşısa da, onlarda ədəbiyyat nəzəriyyəsinin inkişafı da öz qarşılığını tapır və elmin normativ vəziyyətini əks edən qaynağa çevrilir. == Tarixçəsi == Lüğətlər həm Şərqdə, həm də Qərbdə qədim tarixi vardır. Lüğətlərdə adətən ədəbi və fəlsəfi terminlərin şərhi verilirdi. Ensiklopediya lüğətin izahlı forması idi. Şərqdə daha çox təriqət terminlərini şərh edən lüğətlər məşhurdur. Sufi poeziyası simvol, rəmz və alleqoriyalar üzərində qurulduğundan sufi mütəfəkkirləri geniş sufi lüğətləri yazırdılar. Orta əsrlərin lüğətləri dini ehkama əsaslanırdı. Maarifçilik dövründən bəri yeni ideologiyaların hakim olmasının ardınsa yeni ensiklopediyaların yaranması ənənəsi yaranmışdır.
Denver Naqqets
Denver Naqqets — Kolorado ştatının Denver şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Qərb Konfransında mübarizə aparır. Denver Naqqets qurulduğundan bu yana böyük bir uğur əldə etməmişdir. Ancaq Iversonun gəlməsi komandası gücləndirib 2007 Pleyoffrına qatılmasını təmin etmişdir. Pleyofflarda isə ilk turda San-Antonio Spörs-ə 4–1 məğlub olmuşlar. Denver Naqqetsin ən önəmli oyunçularından biri olan Karmelo Entoni 2006–2007-ci ildə ilk dəfə All-Stara seçilmişdir.2008 NBA PleyOfflarında Los-Anceles Leykers-ə 4–0 ilə olmuşlar, amma Allen İverson keçən il Çonsi Billaps qarşılığında Detroyta getmişdir. Billapsın komandaya gətirdiyi müdafiə Allen İversondan çox daha böyük uğur qazandırmışdır. (2008–2009) normal mövsümü 2-ciliklə bitirmişdir və Denver o mövsümü Qərb Finalında Los-Anceles Leykers-ə 4–2 məğlub başa vurmuşdur .
Diqqət mərkəzində
Diqqət mərkəzində (ing. Spotlight) — rejissor (ing. Thomas Joseph "Tom" McCarthy) tərəfindən çəkilmiş Amerikan filmidir. Ssenari (ing. Josh Singer) ilə birgə əməkdaşlığı nəticəsində (ing. Tom McCarthy) tərəfindən yazılmışdır və Bostonda kardinal (ing. Bernard Francis Law)un istefasına səbəb olan Katolik kilsəsində cinsi təcavüz qalmaqalı ətrafında baş verən hadisələrə əsaslanır. Filmin premyerası 2015-ci ilin sentyabrında 72-ci Venesiya Film Festivalında baş tutub. ABŞ-də geniş yayım 25 noyabr 2015-ci ildə, bir çox başqa ölkələrdə film 2016-cı ilin yanvar-fevral aylarında nümayiş etdirilməyə başlayıb. 2016-cı ildə film "Ən yaxşı film" və "Ən yaxşı orijinal ssenari" nominasiyası üzrə Oskar mükafatı qazandı və "Ən yaxşı rejissor", "Ən yaxşı montaj", "Ən yaxşı ikinci plan aktrisası" (Makadams) və "Ən yaxşı ikinci plan aktyoru" (Ruffalo) nominasiyalarına namizəd oldu.
Nüsrət Bhutto
Nüsrət Bhutto (urdu نصرت بھٹو, kürd. نوسره‌ت بوتو, sindhi نصرت ڀٽو; 23 mart 1929, İsfahan – 23 oktyabr 2011, Dubay) — Pakistan Xalq Partiyasının 2-ci sədri.Zülfiqar Əli Bhuttonun həyat yoldaşı.
Nüsrət Bəy
Urfa valisi Nusret bəy (1875 – 5 avqust 1920, Bəyazid meydanı) ― türk müəllim, idarəçi. O, Erməni soyqırımına görə bir neçə dəfə həbs olunmuş və həbsdən azad olmuş, lakin yekunda bu səbəbdən 5 avqust 1920-ci ildə Bəyazıt meydanında edam edilmişdir. Ona, Kürəkən Fərid paşa hökumətindən sonra iş başına gəlmiş Əhməd Tofiq hökuməti tərəfindən bəraət verilmişdir.Türkiyə Böyük Millət Məclisi Urfa valisi Nüsrət bəyi 25 dekabr 1921-ci ildə "Milli şəhid" elan etmişdir. Atatürk Nüsrət bəyin ailəsi üçün qanun çıxardaraq, xanımına müəyyən bir məvacib verilməsini, habelə üç uşağının oxutdurulmasını təmin etmişdir.
Nüsrət Fətullayev
Nüsrət Möhsün oğlu Fətullayev (29 may 1913, Lənkəran, Lənkəran qəzası – 31 avqust 1987, Bakı) — teatr xadimi, rəssam, Azərbaycan SSR xalq artisti (1949), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972). == Həyatı == Nüsrət Fətullayev 29 may 1913-cü ildə Lənkəranda anadan olmuşdur. 1930–1934-cü illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil almışdır.Rejissor Yusif Yulduzun 1934-cü ildə quruluş verdiyi Aleksandr Korneyçukun "31–43" ("Eskadranın məhvi") dramının tamaşası ilə Azərbaycan Milli Dram Teatrında ilk işinə başlayıb. 1938-ci ilin ikinci yarısından bu kollektivə baş rəssam təyin olunub və ömrünün sonunadək həmin vəzifəni icra etmişdir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mirzə Fətəli Axundzadənin "Hekayəti Molla İbrahim-Xəlil Kimyagər" komediyasına (1938), Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Rauf Hacıyevin "Tələbələrin kələyi" (1940), Zülfüqar Hacıbəyovun "Əlli yaşında cavan" (1943), Fikrət Əmirovun "Ürəkaçanlar" (1944), Süleyman Ələsgərovun "Məhəbbət gülü" (1945), Viktor Dolidzenin "Keto və Kote" (1945), Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (1972) operettalarına səhnə tərtibatı verib. Azərbaycan Dövlət Dram Teatrında "Almaz" (Cəfər Cabbarlı, 1936), "Skapenin kələkləri" (Molyer, 1936), "Həyat" (Mirzə İbrahimov, 1937), "Hacı Qara" (Mirzə Fətəli Axundzadə) və "Vaqif" (Səməd Vurğun, 1938), "Pəri cadu" (Əbdürrəhim bəy Haqverdiyev, 1940 və 1957), "Aydın" və "Oqtay Eloğlu" (Cəfər Cabbarlı, 1940), "Xoşbəxtlər" (Sabit Rəhman) və "Fərhad və Şirin" (Səməd Vurğun, 1941), "Dumanlı Təbriz" (Məmməd Səid Ordubadi, 1945), "Nüşabə" (Abdulla Şaiq, 1946), "İşıqlı yollar" (İlyas Əfəndiyev, 1947), "Rəqs müəllimi" (Lope de Veqa, 1949), "Müfəttiş" (Nikolay Qoqol, 1952), "Qış nağılı" (Vilyam Şekspir, 1955), "Səyavuş" (Hüseyn Cavid, 1963), "Xanuma" (Avksenti Saqareli, 1975), "Müsyö Jordan və dərviş Məstəli şah" (Mirzə Fətəli Axundzadə, 1978), "Cehizsiz qız" (Aleksandr Ostrovski, 1979), "Yad adam" (Leonqard Frank, 1980), "Təhminə və Zaur" (Anar, 1985) kimi əllidən çox tamaşanın rəssamı olub.Nüsrət Fətullayev 1 oktyabr 1987-ci ildə Bakıda vəfat edib. İkinci Fəxri Xiyabanda basdırılmışdır.
Nüsrət Gökçə
Nüsrət Gökçə (9 avqust 1983, Ərzurum) — Türkiyəli biznesmen, qəssab və aşpaz. O, özünə xas formada ət bişirmə və duzlama səbəbindən Salt Bae ləqəbi ilə də tanınan bir internet fenomeni olmuşdur. == Həyatı == Nüsrət Gökçə, 1983-cü ildə Ərzurumda anadan olub. Atası Faiq mədən işçisidir. Həm ana, həm ata tərəfindən kürd mənşəlidir. Dörd qardaşı var. İki yaşında ailəsiylə birlikdə Darıca rayonuna köçüb. Təhsilini altıncı sinifdə yarıda buraxıb və qəssablığa başlayıb. 2010-cu ildə Nusr-et Steakhouse adlı öz markasını yaradıb.
Nüsrət Hüseynov
Nüsrət Hüseynov (?-1921)—İran Məşrutə hərəkatının fəal üzvü. == Həyatı == Nüsrət Hüseynov Təbriz şəhərində anadan olmuşdu. Böyüyüb yaşa dolandan sonra Bakı şəhərinə köçmüş, neft mədənlərində çalışmışdı. Hümmət təşkilatına üzv yazılmışdı. 1906-1911-ci illərdə Təbrizdə məşrutə hərəkatına qoşulmuşdu. "Əbülhəsən bəy" kod adı ilə gizli çalışmışdı. == Haqqında == 1906-1911-ci illərdə Təbrizdə məşrutə hərəkatı ilə bağlı hadisələri əks etdirən "Dumanlı Təbriz" romanında Məmməd Səid Ordubadi həmin dövrün tarixi hadisələrini, ictimai-siyasi münasibətlərini göstərməklə yanaşı, dövrün psixologiyasını, insan xarakterlərini də açmışdır. Romanda hadisəçiliyə və macəraçılığa geniş yer verilməsi tənqid edilirdi. Çağdaş ədəbiyyatşünaslıqda isə bu amillərə qüsur kimi baxılmır və düzgün olaraq qeyd edilir ki, "M.S.Ordubadinin üslubunda bir qədər də meydan verilən macəra ünsürləri yalnız köməkçi vasitə rolunu oynayır və zəruri hallarda, şəraitin tələb etdiyi məqamda süjetə daxil edilir". Əsər Təbrizdə tacir kimi fəaliyyət göstərən Əbülhəsən bəyin (o.
Nüsrət Kəsəmənli
Nüsrət Yusif oğlu Kəsəmənli (29 dekabr 1946, Ağstafa rayonu – 16 oktyabr 2003, Təbriz) — Azərbaycanlı şair, publisist, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1977), Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1982). == Həyatı == Nüsrət Kəsəmənli 29 dekabr 1945-cı ildə Ağstafa rayonu rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur (1966). Universitetin II kursunda ikən "Bakı" və "Baku" qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edildiyinə görə qiyabi şöbəyə keçirilmişdir (1969). Universiteti bitirdikdən sonra Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olmuşdur (1978-1985). 1960-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlamışdır. 150-dək şerinə musiqi bəstələnmişdir. "Boş kəndlərin harayı", "Mövzu üzrə improvizasiya", "Ənbizlərin keşiyində", "Sovet Azərbaycanına səyahət" və s. sənədli filmlərin, "Afroditanın qolları", "Qarabağ əhvalatı" bədii filmlərin ssenari müəllifıdir. Moskvada gənc yazıçıların VI,VII Ümumittifaq müşavirələrində iştirak etmişdir.
Nüsrət Mehdiyev
Nüsrət Telman oğlu Mehdiyev (3 yanvar 1999; Sabirabad rayonu, Azərbaycan — 29 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nüsrət Mehdiyev 1999-cu il yanvarın 3-də Sabirabad rayonunun Bala Həşimxanlı kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Nüsrət Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Nüsrət Mehdiyev sentyabrın 29-da Murovdağ döyüşləri zamanı şəhid olub. Sabirabad rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nüsrət Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nüsrət Mehdiyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Nüsrət Mehdiyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Nüsrət Muxtarov
Nüsrət Muxtarov (1925-?)—rejissor. == Həyatı == On üç yaşlı Nüsrətin həyat və sənət kitabına bu unudulmaz hadisə 1938-ci ildə yazıldı. Çox keçmədən Nüsrətin xeyirxahı və sənət müəllimi Ağası Zeynalov Zaqatala teatrına dəyişildi. Onu Şuşa teatrında Əzizağa Məmmədov əvəz elədi. Nüsrətin ifasını ilk günlərdən bəyənən təzə rejissor da bu gənc aktyora öz dəyərli məsləhətlərini verdi, onu səhnəyə daha da ruhlandırdı. Nüsrət Əzizağa müəllimin rejissorluğu ilə yeni-yeni obrazlar qalereyası yaratdı. “Aşıq Qərib”də Aşıq Vəli və Aşıq Qərib, “Əsli və Kərəm”də Kərəm və Sofi, “Arşın mal alan”da Əsgər, “O olmasın, bu olsun”da Qoçu Əsgər, “Vaqif”də Əli bəy və sair rolları oynadı, qəhrəmanlarını tamaşaçılarına sevdirə bildi. Nüsrət Muxtarov 1939-cu ildə Üzeyir bəy Hacıbəyovun nəzər-diqqətini cəlb etmişdi. Böyük Bəstəkar yazırdı: "Olimpiadada əsas yeri Sovet hakimiyyəti dövründə yetişmiş, qədim melodiyaların ifasına yenilik gətirən gənclər tuturdu. Şuşalı məktəbli Nüsrət Muxtarov və 10 yaşlı pioner Ənvər Nəzərov xoşbəxt sovet uşaqlarının həyatına həsr etdikləri və böyük ruh yüksəkliyi ilə oxuduqları şerlərində sovet xalqının ən yaxşı oğullarının yaradıcılığı üçün ilham verən arzunu—Kremldə partiya və hökumət rəhbərləri ilə görüşmək arzusunu ifadə edirdilə".Böyük Vətən müharibəsinin başlanması ilə Şuşa teatrının aktyorlarının sayı azalmağa başladı.
Nüsrət Məmmədov
Nüsrət Xudu oğlu Məmmədov (19 dekabr 1927, Privolnoye, Lənkəran qəzası – 25 oktyabr 2016, Privolnoye, Cəlilabad rayonu) — Azərbaycan-sovet taxılçısı, Sosialist Əməyi Qəhrəmanı (1966). == Həyatı == Nüsrət Xudu oğlu Məmmədov 1927-ci il dekabrın 19-da Lənkəran qəzasının (hazırda Cəlilabad rayonunun) Privolnoye kəndində anadan olmuşdur.1940–1954-cü illərdə çoban, traktorçu, 1954-cü ildən Astraxanbazar rayonunun "Qırmızı partizan" kolxozunun traktor briqadasının briqadiri olmuşdur. 1970-ci ildən kəmin kolxozun şöbə müdiri, aqronomu, 1978-ci ildən isə yenidən traktor briqadasının briqadiri olmuşdur. Yüksək taxıl məhsulu əldə edilməsində yeddiillik planın tapşırıqlarını yerinə yetirməkdə fərqlənmişdir. 1973–1980-ci illərdə Ümumittifaq Sosialist Yarışının qalibi olmuşdur. SSRİ Ali Soveti Rəyasət Heyətinin 23 iyun 1966-cı il tarixli Fərmanı ilə taxıl məhsuldarlığının artırılması və istehsalının artırılması sahəsində qazandığı uğurlara görə Məmmədov Nüsrət Xudi oğlu "Lenin" ordeni və "Oraq və çəkic" qızıl medalı təqdim edilməklə "Sosialist Əməyi Qəhrəmanı" adına layiq görülmüşdür. 3 may 1980-ci ildə "Xalqlar dostluğu" ordeni ilə təltif edilmişdir.Nüsrət Məmmədov Azərbaycanın ictimai həyatında fəal iştirak etmişdir. O, 1957-ci ildən Sov.İKP üzvü olmuş, 6-cı çağırış SSRİ Ali Sovetinin (1962–1966) deputatı, Azərbaycan Kommunist Partiyası Cəlilabad Rayon Komitəsi bürosunun üzvü olmuş, rayon sovetinin deputatı seçilmişdir.2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.Nüsrət Məmmədov 2016-cı il oktyabrın 25-də Privolnoye kəndində vəfat etmişdir. Sərdar Əliyevin "Muğam qəhrəmanı" kitabı (1973) Nüsrət Məmmədova həsr edilmişdir.
Nüsrət Rzayev
Rzayev Nüsrət Rza oğlu (1899, Lənkəran -? ) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini tibb sahəsində davam etdirmək üçün Berlin Universitetinə (Almaniya) göndərilmişdir. Azərbaycanında sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan Azərbaycanlı tələbələrin maddi vəziyyətini, təhsilin gedişini və məişət məsələlərini öyrənmək üçün 1921-1922-ci illərdə Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun tapşırığı ilə xaricə ezam olunmuş xüsusi nümayəndənin hesabatında Rzayevin təhsilini uğurla davam etdirdiyi, Azərbaycanlı Tələbələr İttifaqının 1923-1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə il yarım qaldığı göstərilirdi. Sonrakı taleyi haqqında məlumat əldə olunmamışdır.
Nüsrət Süleymanov
Süleymanov Nüsrət Muradəli oğlu — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nüsrət Süleymanov 1971-ci ildə Oğuz (keçmiş Vartaşen) rayonunun Yaqublu kəndində anadan olmuşdu. Onun qismətinə az, lakin mənalı və şərəfli bir ömür payı düşdü. Orta təhsilini 1978-1988-ci illərdə Yaqublu kənd orta məktəbində alıb. Məktəbi bitirəndən sonra bir müddət Üzümün İlkin Emalı zavodunda işləmişdi. 1989 - 1991-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdu. Hərbi xidmətini keçmiş Almaniya Demokratik Respublikasında keçirmişdi. 1991-ci ildə hərbi xidmətdən qayıdan Nüsrət “Azərbaycan” kolxozunda sürücü işləyirdi. Lakin hər gün eşitdiyi qara xəbərlər onun da sakit həyatını əlindən almışdı. Minlərlə digər idid oğlanlarımız kimi Nüsrət də düşmənə qarşı intiqam hissi ilə yaşayırdı.
Nüsrət Xəlilov
Xəlilov Nüsrət Yusif oğlu — alim, geoloq-neftçi, professor, geologiya-mineralogiya elmləri doktoru, Azərbaycanın əməkdar geoloqu, prezident təqaüdçüsü. O, Xəzər dənizinin akvatoriyasında neft və qazkondensat yataqlarının kəşfində bilavasitə iştirak etmişdir. == Həyatı == Nüsrət Xəlilov 1925-ci il mayın 9-da Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. 1943-cü ilin iyun ayında o, könüllü şəkildə müharibəyə getmişdir. Nüsrət Xəlilov 77-ci diviziyanın tərkibində Melitopoldan Dnepr çayına kimi döyüşlərdə iştirak etmişdir. 1943-cü ilin 23 dekabrında güllə yarası almışdır və 1944-cü il yanvarın 6-na kimi hərbi hospitalda müalicə olunmuşdur. Nüsrət Xəlilov hospitaldan çıxandan sonra tank məktəbində oxumuş, 1-ci Belarus frontunun tərkibində döyüşlərə qayıtmışdır, qələbənin sevincini və döyüşçü dostlarının itkisini hiss edərək Minskdən Varşavaya qədər döyüşçü-tankçı yolunu keçmişdir. Müharibə qurtardıqdan sonra Nüsrət Xəlilov doğma şəhəri olan Bakıya qələbə ilə qayıtdı. Əbəs yerə deyil ki "Nüsrət" rus dilinə tərcümə olaraq "Qələbə" mənası daşıyır. Lakin sol çiynindəki ağrı - bu müharibənin nişanıdır, ömür boyu olan yaradır, həlak olan dostlarının xatirəsidir.
Nüsrət Yaqubov
Nüsrət Yaqubov (tam adı: Nüsrət İsmayıl oğlu Yaqubov; 9 yanvar 1958, Zirə, Artyom rayonu, Bakı, Azərbaycan SSR, SSRİ – 22 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == Nüsrət Yaqubov 1958-ci ildə Bakının Zirə kəndində anadan olmuşdur. Orta təhsilini 120 nömrəli məktəbdə almışdır. Mərdəkan yaxınlığındakı Dübəndi Neftboşalma bazasında operator işləmişdir.Ailəli olmuş, 2 qızı və 2 oğlu yadigar qalmışdır. == Qanlı Yanvar faciəsi == Yanvarın 19-u gecəsi təxminən saat 22 radələrində Qala kəndindən öz şəxsi Jiquli markalı (Ya 56-83 AQ) maşınında evə gedərkən hərbi hissənin yanında əsgərlər tərəfindən atəşə tutulmuşdur. Nüsrət bir müddət burada köməksiz qalmış, xeyli qan itirmişdir. Sonra o, saat 23:30 dəqiqədə Mərdəkandakı 26 nömrəli xəstəxanaya aparılmışdır. Aparılan cərrahiyyə əməliyyatı da kömək etməmiş, yanvarın 22-si vəfat etmişdir. Zirə qəbiristanlığında dəfn edilmişdir. == Ünvan == Bakı, Zirə qəsəbəsi, C. Məmmədquluzadə küçəsi, döngə 9, ev 15.
Nüsrət Şirəliyev
Nüsrət Şirəliyev (1 aprel 1963, Qazıməmməd – 27 avqust 1992, Ağdam) — Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Nüsrət Əlican oğlu Şirəliyev 1963-cü il aprelin 1-də Qazıməmməd şəhərində anadan olub. BDU-nun Tətbiqi-riyaziyyat fakültəsini bitirib. Əli Bayramlıda Cihazqayırma zavodunda laboratoriya müdiri işləyib. Sonra Hacıqabul rayon xəstəxanasında baş mühasib işləyib. 1992-ci ildən Milli Ordu sıralarına könüllü olaraq gedib. Baş leytenant Nüsrət Abdal Gülablı, Mərzili, Sırxavənd, Baş Güneytəpə, Xatınbəyli, Manikli, Canyataq, Gülyataq, Mehmanə, Orta Güneytəpə kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib.1992-ci il avqustun 27-də 2 döyüşçü və sürücü ilə ön posta ərzaq apararkən düşmən pusqusuna düşüblər. Nüsrət sinəsindən snaper yarası alsa da özünü itirmir əsgərləri xəbərə göndərib özü tək dümənlə vuruşur. 240 patronun hamısını düşmənlərə tərəf atır. O yaralı vəziyyətdə düşmənin əlinə keçib.
Nüsrət Əliyev
Nüsrət Əliyev (tam adı: Nüsrət Abbas oğlu Əliyev; 28 iyun 1938) — kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutu aparıcı elmi işçi, kimya üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Əliyev Nüsrət Abbas oğlu 1938-ci ilin iyun ayının 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1956-cı ildə orta məktəbi bitirib və elə həmin il Azərbaycan Dövlət Universitetinin kimya fakultəsinə qəbul olmuşdur. 1961-ci ildə Universiteti bitirmiş və Xalq Təsərrüfat Şurasınının göndərişi ilə H.Z.Tağıyev adına toxuculuq kombinatına işə yönləndirilmişdir. Əvvəlcə boyaq-bəzək fabrikində usta, 1962-ci ildən 1966-ci ilə qədər sex rəisi vəzifəsində işləmişdir. 1966-cı ilin oktyabr ayından AMEA Aşqarlar Kimyası İnstitutunun «Yanacaqlara aşqarlar«»» laboratoriyasında əvvəlcə mühəndis, daha sonra böyük mühəndis, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır. Əliyev N.A. 1978-ci ildə «Kəhraba turşusunun azot və kükürdlü törəmələrinin sintezi və onların yanacaqlara aşqarlar kimi tədqiqi» mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və «Neft kimyası» ixtisası üzrə kimya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. O, 2003-cü il tarixdən aparıcı elmi işçi vəzifəsinə təyin edilmiş və bu gün də həmin vəzifədə çalışır. == Elmi fəaliyyəti == Əliyev N.A. kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi aldıqdan sonra da elmi fəaliyyətini davam etdirmiş, yanacaqların istismar xassələrinin yaxşılaşdıran və ətraf mühiti zərərli qazlardan qorumaq üçün bir sıra yüksək effektli aşqarlar sintez etmişdir.