Nüsrət Rzayev

Rzayev Nüsrət Rza oğlu (1899, Lənkəran -? ) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.

Nüsrət Rzayev
Nüsrət Rza oğlu Rzayev
Doğum tarixi
Doğum yeri Lənkəran,
Lənkəran qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi ?
Uşağı Nazim Rzayev

Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini tibb sahəsində davam etdirmək üçün Berlin Universitetinə (Almaniya) göndərilmişdir. Azərbaycanında sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan Azərbaycanlı tələbələrin maddi vəziyyətini, təhsilin gedişini və məişət məsələlərini öyrənmək üçün 1921-1922-ci illərdə Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun tapşırığı ilə xaricə ezam olunmuş xüsusi nümayəndənin hesabatında Rzayevin təhsilini uğurla davam etdirdiyi, Azərbaycanlı Tələbələr İttifaqının 1923-1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə il yarım qaldığı göstərilirdi. Sonrakı taleyi haqqında məlumat əldə olunmamışdır.