Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nurqələm Mikayılov
Mikayılov Nurqələm Mikayıl oğlu (1930, Şamaxı – 2014, Bakı) — fəlsəfə elmləri doktoru, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tarix və sosial-siyasi fənlər kafedrasının müdiri, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi == Həyatı == Nurqələm Mikayılov 5 yanvar 1930-cu ildə Şamaxı rayonunun Göylər kəndində tanınmış ziyali Mikayıl Molla Əhməd oğlunun və Firuzə Mehralı qızının ailəsində anadan olmuşdur anadan olmuşdur. 1946-cı ildə Göylər kəndində tam orta məktəbi bitirmiş, 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmuşdur. O, 1952-ci ildə həmin universiteti bitirib fəlsəfə-tarix müəllimi ixtisası almışdır. 1952-1960-cı illərdə Göylər kəndində və Şamaxı şəhərində müəllimlik etmişdir. 1960-cı ilin əvvəllərində Bakı şəhərinə gələrək Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə sektorunda kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. 1963-cü ildə namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. Nurqələm müəllim elmi işlə yanaşı işlədiyi Elmlər Akademiyasının, ümumiyyətlə, respublikanın ictimai həyatında da fəal iştirak etmişdir. 1961-ci ildə Fəlsəfə sektorunun partiya bürosunun katibi, eyni zamanda, Elmlər Akademiyasının Partiya Komitəsinin üzvü, Azərbaycan KP MK-nın ştatdankənar mühazirəçisi olmuşdur. Elm və ictimai iş kimi iki böyük intellektual cəbhədə nümunəvi iş aparmaq Nurqələm müəllimin dünyagörüşünün formalaşmasında çox böyük rol oynamışdır. O, 1964-cü ildə Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universitetində) baş müəllim, sonra dosent vəzifəsini tutmuşdur.
Nuranə Nur
Nuranə Nur — şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü və əməkdaşı, Prezident Mükafatçısı. == Həyatı == Nuranə Nur 1980-ci ildə Göyçayda anadan olub. Bakı şəhər Nərimanov rayonu 39 saylı orta məktəbdə təhsil alıb. Daha sonra təhsilini Nizami rayonu 289 saylı Zəngi liseyində davam etdirib.1997-ci ildə həmin liseyi bitirərək 1 saylı Bakı Tibb Məktəbinə daxil olub, tibb bacısı ixtisasi alıb. 2012 ci ildə Bakı Slavyan Universitetinin " Yaradıcılıq" fakültəsinə daxil olub. == Yaradıcılığı == Şeirləri "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydjan" jurnallarında, "Ədəbiyyat qəzeti", "525-ci qəzet", "Ədalət", "Kaspi" qəzetlərində, "Poeziya günü" almanaxında (2010), ingilis dilində "Buta"(2010) poeziya antologiyasında və digər mətbu orqanlarda müntəzəm çap olunur. Radio ve televiziya dalğalarında müntəzəm çıxışları olur . Şeirləri bir neçə xarici dilə tərcümə edilib. Vaşinqtonda, İraqda, Türkiyədə və Təbrizdə Ədəbi dərgilərdə çap olunub.Şairin "Yanaqda yağış yeri", " Yoxluğuna və sağlığına" , " Darıxmaq kimi " kitabları işıq üzü görüb. Internet məkanında,ədəbi portallarda daim yeni şeirləri ilə çıxışlar edir.
Nuranə Əliyeva (karateçi)
Nuranə Əliyeva (d. 21 avqust 1992; Bakı, Azərbaycan) — Azərbaycanlı karateçi. Nuranə Əliyeva, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb. == Həyatı == Nuranə Əliyeva 21 avqust 1992-ci ildə Bakı şəhərində anadan olub. O, ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alıb. == Karyerası == Nuranə Əliyeva, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. -50 kiloqram çəki dərəcəsində çıxış edən Nuranə Əliyeva, bürünc medal uğrunda görüşdə, İndoneziya nümayəndəsi Srunita Sukatendeli 1:1 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib oldu.
Erik Norales
Erik Norales — Honduras futbolçusu 180 sm boya malik müdafiəçi Hondurasın müxtəlif yığmalarında oynayıb. U-20 və U-23-də özünü yaxşı tərəfdən göstərən Erik əsas komandaya da cəlb olunur. Bunadək U-20-nin heyətində 2005-ci ildə Hollandiyada baş tutan dünya birinciliyinin final mərhələsində də oynayıb. Burada 13 matça 2 qol vuran futbolçu 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarında və bu il təşkil olunan KONKAKAF "Gold Cup" turnirlərində əsas yığmanın şərəfini qoruyub. Özü də komandasını Pekinə məhz Norales çıxarıb. O, Olimpiya Oyunlarının seçmə mərhələsinin yarımfinalında oyunsonrası seriyada həlledici zərbəni vurmaqla, Pekinə vəsiqəni təmin edib. 2006-cı ildə "Vida"dan "Deportivo Marafon"a keçmişdir. Xəzər-Lənkəran klubunun transfer siyahısındadır. == Mənbə == Honduras yığmasının daha iki oyunçusu "Xəzər-Lənkəran"a gəlir!
Miralem Pyaniç
Miralem Pyaniç (Serbo-Xorvatca tələffüz: [mirâːlem pjâːnitɕ]; 2 aprel 1990[…], Tuzla) — Bosniyalı futbolçudur. Yarımmüdafiəçi mövqeyində Seriya A klublarından biri olan "Yuventus" da və Bosniya və Herseqovina millisində oynayır.Pyaniç peşəkar karyerasını bir mövsüm oynadığı Metsdə başladı. 2008-ci ildə "Lion" a transfer olundu və üç mövsüm orada oynadı. 2011-ci ildə "Roma" ilə müqavilə bağladı. Romada İtaliya A Seriyasının ən yaxşı yarımmüdafiəçi seçildi. 2016-cı ildə "Yuventus" la müqavilə imzaladı. Pyaniç Yuventus ilə Serie A və Coppa Italiaya turnirlərində qalib gəldi və 2015-16, ardınca 2016-17-ci illərdə Serie A-da rəmzi komandada yer aldı. O, həmçinin "Yuventus" un 2016-17-ci illərdə Çempionlar Liqasındakı final oyununa verdiyi töhfələrə görə UEFA Çempionlar Liqası mövsümü komandasına seçildi. Lüksemburq millisində də oynayan Pyaniç ilk milli görünüşünü 2008-ci ildə Bosniya və Herseqovina ilə birlikdə etdi. 80-dən çox oyunda 13 oyun keçirib.
Rəvan Nurayev
Rəvan İsmayıl oğlu Nurayev (d. 3 mart 1997; Zaqatala, Azərbaycan — ö. 3 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Rəvan Nurayev 1997-ci ilin 3 mart günündə Zaqatala rayonunun Muxax kəndində anadan olub. == Hərbi xidməti == Əsgər Rəvan Nurayev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 3-ü isə Rəvan Nurayev Zaqatala rayonunun Muxaxkəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Nurayev uğrunda şəhid olduğu torpağa tapşırıldı. Rəvan Nurayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Galium murale
Galium murale (lat. Galium murale) — boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonim == Aparinanthus muralis (L.) Fourr. Aparine minima All. ex DC. Aspera muralis (L.) Lowe Aspera nutans Moench Galium apsheronicum Pobed. Galium calvipes Pau Galium filiforme (Aiton) Roem. & Schult. Galium fragile Pourr. ex DC. Galium minimum Roem. & Schult.