ÖLÜM Ölüm, sağ görüb məni, atma mənə pəncəni; Mən ki çoxdan ölmüşəm, naləm aldatmış səni! (B.Vahabzadə); ƏBƏDİ YUXU Afaq dodaqlannda təbəssüm, ölüm adlanan əbədi bir yuxu içində idi (Ə.Məmmədxanlı); ƏCƏL [Fəxrəddin bəy:] O ki qaldı Səadətə, onu məndən bir əcəl ayıra bilər.. (N.Vəzirov); HƏLAK Ərinin həlakından sonra Sürəyya istəyənlərə getməmiş, balasını ögey atalı eləməmişdi (Ə.Cəfərzadə); İTİK (məc.) Bu böyük itik, bu kədərli faciə (A.Şaiq); İTKİ (məc.) Bu böyük itki bütün Azərbaycanın qəlbini yandırdı (A.Şaiq); QIRĞIN Hitlerçilər qırğın müharibəsi aparmaq xəyalında idilər (M.Hüseyn); MƏMAT Kişi arvadı üzərində həqqi-həyata və məmata malik idi (Çəmənzəminli); MÖVT (kl.əd.) ...belə-belə pak qadınların məclisində yaşamaq iman əhli üçün həmişəlik olacaq; nə azar tapacaqlar, nə mövt onlan dərk edəcək (C.Məmmədquluzadə); TƏLƏFAT İclas sədri: Onun fəaliyyəti sayəsində, biz hər gün faşistlərin üzərinə hücuma keçir və azca tələfatla onların dəstələrini qırıb darmadağın edirdik (M.Hüseyn); VAY Öldür Ələsgəri qurtulsun canı; Vay xəbərin göndər qohum-qardaşa (Aşıq Ələsgər); VƏFAT Bənövşə: Anamın vəfatından sonra evlənməmisən (M.İbrahimov).