Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Amblyseius oatmani
Amblyseius oatmani (lat. Amblyseius oatmani) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius oatmani Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Bat-bat
Batbat (lat. Hyoscyamus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == İkiillik, 30-80 sm hündürlükdə, yumşaq tüklü, vəzili, pis qoxulu, gövdəsi düz, budaqlı, bəzən sadə, düzdayanan, yuxarısı qövsvari əyilmiş, sıx yarpaqlanmış bitkidir. Yarpaqlarının uzunluğu 4-25 sm, eni 1,5-11 sm, aşağıda saplaqlı, uzunsov-yumurtavari, oyuqvari lələkvari dilimlidir, gövdə yarpaqları, gövdəyə sarılmış, yumurtavari və ya uzunsov, kənarları oyuqlu iri dişli, bəzən bütövdür. Çiçəkləri iri, oturaq, meyvəyanı kasacıqları 25–30 mm uzunluqda, zanbaqvari, bərk, dibi tüklü-yapışqanlıdır. Tac 25-45 mm uzunluqda, çirkli-açıq-sarı və ya çirklisarı, bənövşəyi damarcıqlarla örtülmüşdür. Toxumları 1-1,5 mm uzunluqda, böyrəkvari və ya yumru-böyrəkvari, boz-qonurdur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqların rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Ruderal yerlərdə, bəzən alaq kimi bostanlarda, bağlarda və əkinlərdə bitir. == Növləri == Ağ batbat (Hyoscyamus albus L.) Qızılı batbat (Hyoscyamus aureus L.) Hyoscyamus desertorum (Asch.
Bat
Bat (İngiltərə)
Cat
Cat - faylın içindəkiləri göstərmək üçün istifadə olunan *nix alətidir.
FAT
Fələstin Azadlıq Təşkilatı ( FAT ) (منظمة التحرير الفلسطينية) ya "Munəzzəmət əl-Təhrir əl-Filəstiniyyəh" , Ərəb Birliyi vasitəsilə 1964-cü ildə qurulmuşdur, Fələstinin azadlığı uğrunda, Qəzzə və Qərb sahili üzərində fəaliyyət göstərən bir təşkilatdır. Fələstin Azadlıq Təşkilatı (FAT) bir neçə fələstinli qrupları öz qanadı altına yığan bir qurumdur. Bütün fraksiyalardan həcmcə böyük olanı “Fəttah” qrupudur.
Hat
Hat — Azərbaycan Respublikasının Qubadlı rayonunun Başarat kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Hat kəndi Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Böyük Hat olmuş, yaxınlığındakı Kiçik Hat kəndinin əhalisi buraya köçürüldükdən sonra, böyük komponenti ixtisara uğramışdır. Yaşayış məntəqəsini əliyanlı tayfasına mənsub ailələr salmışlar. Tədqiqatçılara görə, oykonim həd (kənar, qıraq) sözündəndir.
Lat.
Latın dili — Hind-Avropa dillərinə daxil dillərdən biri. Qədim Roma ərazisində işlədilmişdir. Əksər elmi terminlər bu dildən götürülmüşdür. Məsələn, "hydro" — su, "ferrium" — dəmir, "vita" — həyat deməkdir. Hazırda Vatikanda latın dili dövlət dilidir. == Tarixi == Latın dili hind-avropa dil ailəsinin italyan dil qrupunun bir üzvüdür. Latın dilinin əlifbası qədim italyan əlifbası əsasında yaranıb və kökləri daha qədimə yunan və finikya əlifbasına qədər gedir. Latin dilinin tarixi bizim eradan öncəsinə aiddir və Tiber çayı ətrafındakı Latium bölgəsinin əsas istifadə etdiyi dil olub. Eyni zamanda Latium bölgəsi hazirdada böyük bir coğrafiyada öz təsirini göstərən roman sivilizasiyasının (Cənubi Avropa, Latın Amerikası və.s ) ilk inkişaf etdiyi bölgə olub. Günü gündən Romada elit təbəqənin istifadə etdiyi dilə çevrilən latin dili b.e.ə I və b.e I əsrləri arasinda şimaldan gallarin, etruryalıların, liquriyalıların, venediklilərin və cənubdan yunan dilli xalqların təsiri ilə latin xalqı tarix səhnəsindən çixmis və bununlada bu dilin məişət həyatında istifadəsi mümkünsüz olmuşdur.
OAS
Gizli Silahlı Təşkilat və ya OAS (fr. Organisation Armée Secrète) — XX əsrin 60-cı illərinin əvvəlində Fransada terrorçu hərbi faşist qruplaşması. == Tarixi == Gizli Silahlı Təşkilat 1961-ci ilin yazında qatı müstəmləkəçi zabitlər və ifrat sağ siyasi xadimlər tərəfindən yaradılmışdır. Qruplaşmanın başlıca məqsədi Əlcəzairə istiqlaliyyət verilməsinə mane olmaq idi. Əlcəzair 1962-ci ildə istiqlaliyyət qazandıqdan sonra əsas fəaliyyətinin Fransaya və onunla qonşu ölkələrə çevirən OAS Fransanın demokratik qüvvələrinin təzyiqi ilə tezliklə ləğv edilmişdir. OAS başçıları uzunmüddətli həbs cəzalarına məhkum olunmuş, lakin 1968-ci il amnistiyasına əsasən azad edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Harrison, Alexander. Challenging De Gaulle: The O.A.S and the Counter-Revolution in Algeria, 1954–1962. New York: Praeger, 1989 (ing.). Henissart, Paul.
Osat
Osat (serb. Osat / Осат) — Bosniya və Herseqovina ərazisində yerləşən coğrafi vilayət. Podrinenin mərkəzi hissəsində (Drina çayının sağ sahili boyunca), Vişeqrad və Srebrenisa şəhərləri arasında yerləşir. Osat vilayəti ərazisinə Bratunas və Srebrenisa icmaları bütünlüklə, Biraç regionunun isə bir hissəsi daxildir. Vasili Stefanovun yazdıqlarına görə Osat vilayətində 1860-cı ildə aşağıdakı kəndlər mövcud olmuşdur: Blajieviçi, Boleviçi, Bojiçi, Buyakoviçi, Srvisa, Yaketiçi, Karina, Kalimoniçi, Kosytolomsi, Krniçi, Mleçva, Moşiçi, Osatisa, Petrisa, Postole, Pribidol-Srpski, Pribidol-Turski, Radoçeviçi, Ratkoviçi, Stanatoviçi, Teqare, Toplisa, Vraneçeviçi, Vusare, Jakobnisa-Srpska, Jakobnisa-Turska, Kliebas. == Tarixi == Osat vilayəti orta əsrlərdə Jupaniya adı ilə tanınırdı. 1402–1459-cu illərdə Serb despotiyasının tərkib hissəsi olmuşdur. 1459-cu ildə Osmanlı imperiyası ərazisinə daxil edilmişdir. Bundan sonra vilayət Zvornik sancağının bir hissəsinə çevrilmişdir. 1804–1813-cü illər ərzində ilk serb üsyanı zamanı Kara-Marko Vasicin qoşunları bir müddətliyinə də olsa Osatı Srvisadan qoparıl ələ keçirə bilirlər.
Ost
Ost (alm. Est-şərq)-üfüqin şərq cəhətinin qəbul olunmuş beynəlxalq adıdır.
Ota
Ota — Tokionun xüsusi rayonlarından biri.
SAT
SAT (Türkiyə)
Tat
Tatlar — İrandilli etnoslardan biri. Azərbaycan və Rusiya ərazisində yaşayırlar. == Tarixi == Tarixi məlumata görə bu qədim xalq təqribən 2000 il bundan qabaq Sasanilər İmperiyası hakimiyyəti zamanı şimaldan gələn türklərin qarşısını almaq məqsədilə Cənubi Qafqaz ərazisinə köçürülmüşdür. Qədim ari tayfalarından olan tatlar ərəb işğalından sonra islam dinini qəbul etmişlər. 1810-cu ildə Bakı və Abşeronun ətraf kəndlərinin komendantı general İvan İvanoviç Repin Bakı haqqında yığdığı məlumatlarda qeyd olunurdu ki, şəhərin özündə və müvafiq olaraq Bakı xanlığına aid olmuş ərazilərdə 2235 nəfər yaşayırdı. Azsaylı rus, erməni, yəhudilər(81 nəfər) istisna olmaqla əhalinin böyük əksəriyyəti - 2155 nəfər şiə tatlar təşkil edirdi. == Dil == İran dillərindən biri olan Tat dilində danışırlar. == Din == Tatların əksəriyyəti İslam dininə etiqad edir. Tatların bir qismi isə yəhudidir. == Məskunlaşma == Azərbaycan dilində danışan tatlar əsasən Bakıda,, Şabran, Xızı, Siyəzən, Şamaxı, Quba, Gəncə, Şəmkir ,Gədəbəy və Dərbənd rayonlarında tarixən sıx olaraq məskunlaşıblar.
OTT
Over-the-top (OTT) media xidməti — İnternet vasitəsilə birbaşa tamaşaçılara təklif olunan media xidməti. OTT kabel, yayım və peyk televiziya platformalarından — ənənəvi olaraq bu cür məzmunun nəzarətçisi və ya distribütoru kimi çıxış edən şirkət növlərindən yan keçir. O həmçinin inhisarçı rəqabətdən yayınaraq, bütün kommunikasiya növlərinin data olaraq ödənildiyi daşıyıcısız mobil telefonları və ya digər zəng üsullarını əvəz edənlər və proqram təminatını yeniləyənlər də daxil olmaqla məlumatları bu şəkildə ötürən telefonlarda proqramları təsvir etmək üçün istifadə edilmişdir.Bu termin film və televiziya məzmununa giriş təklif edən abunə əsaslı video (SVoD) xidmətləri (məzmun sahibindən hüquqları alınmış mövcud şoular və filmlər, həmçinin xidmət üçün xüsusi olaraq hazırlanmış orijinal məzmun daxil olmaqla) ilə sinonimdir. OTT xidmətlərinə həmçinin kabel kanallarının canlı yayımlarına çıxışı təmin edən bir sıra "kiçik" televiziya təklifləri də daxildir. Bu xidmətlər ənənəvi peyk və ya kabel televiziya provayderlərinə bənzəyir, lakin məzmun set-top box (pristavka) kimi avadanlıqla qapalı və özəl şəbəkə yerinə ictimai internet vasitəsilə çatdırılır.OTT xidmətlərinə adətən fərdi kompüterlərdəki veb-saytlar, həmçinin mobil cihazlardakı proqramlar (məsələn, smartfonlar və planşetlər), rəqəmsal media pleyerləri (video oyun konsolları daxil olmaqla) və ya inteqrasiya olunmuş Smart TV platformaları olan televizorlar vasitəsilə daxil olur. == Həmçinin bax == == İstinadlar == == Əlavə ədəbiyyat == "FCC Adopts 15th Report On Video Competition". U.S. Federal Communications Commission. 22 July 2013. İstifadə tarixi: 7 March 2014. Announcement of release Report.
Anqkor Vat
Anqkor Vat və ya Anqkorvoat — Kambocada yerləşən və tanrı Vişnuya həsr edilmiş nəhəng hinduizm məbəd kompleksi. Dünyanın vaxtilə yaradılmış mədəni tikilisi və arxeoloji abidələrindən biri sayılır. XII əsrin I yarısında kral II Suryavarmanın hakimiyyəti dövründə tikilmişdir. Bu abidə kompleksi UNESCO-nun ümumdünya irsi siyahısına salınmışdır. Anqkor Vat abidəsi Kambocanın Siem reap əyalətinin Siemreap şəhərindən 5,5 km aralıda yerləşərək özündə khmerlərin qədim paytaxtları olan Ankqorda məbəd kompleksini birləşdirir.Anqkor 200 km² əraziyə malik olduğu bilinsə də, son tədqiqatlar nəticəsində buranın ərazisinin 3000 km² çox olduğu və əhalisinin sayının yarımmilyona çatdığı aşkar olunmuşdur. İlk əvvəl tanrı Vişnaya həsr olunduğundan arxitektura nöqteyi-nəzərindən özündə induizmdəki tanrıların məskəni olan mifik Meru dağını nümayiş etdirən dağ-məbədləri birləşdirir. Məbəd mərkəzə doğru getdikcə hündürlüyü artan 3 konsentrik düzbucaqlı tikililər formasından ibarət olmaqla,3,6 km uzunluğa və 190 m enə malikdir. Daxili tikililər lotos formasında 5 qüllədən təşkil olunmuşdur. Mərkəzdəki qüllə ibadətgahdan 42 m hündürlüyündə, ümumilikdə yerdən isə 65 m hündürlüyündədir. XV əsrdə istifadə olunmamağa başlamış və atılıb qalmışdır.
Bat-Yam
Bat-Yam(ivr. ‏בַּת־יָם‏‎)-İsraildə, Aralıq dənizinin sahilinfə yerləşən Təl-Əviv şəhərində respublika tabeli şəhər.Əsası 1958-ci ildə qoyulub.Şəhərdə Əsasən ərəblər və ivritlilər yaşayır.Şəhərin əvvəlki adı liman şəhər olduğu üçün Su şəhəri adlanıb.
Bat (ilahə)
Bat — Bat Misir mifologiyasında inək qulağı və buynuzlu insan üzü və ya qadın kimi təsvir edilən inək ilahəsi. Batya sitayişin sübutu qədim Misirdə dini ayinlərin ilk qeydlərindən mövcuddur. Orta Padşahlıq dövründə, Aşağı Misir və Yuxarı Misir birləşdirildikdən sonra onun şəxsiyyəti və atributları ilahə Hathorun tərkibinə daxil edildi, oxşar ilahə başqa bir adda sitayiş edildi. Batın təsviri qədim Misirin bütün tarixi boyu dini ayinlərlə əlaqəli olmağa davam edən müqəddəs alət olan sistrumda qorunub saxlanılmışdır. == İbadət etmək == Batlara sitayiş qədim Misirdə ən qədim dövrlərə gedib çıxır və onun mənşəyi Son Paleolit ​​dövrü pastoral mədəniyyətlərində ola bilər. Bat, Yuxarı Misirin 7-ci adı olan Xu və ya Diospolis Parva kimi tanınan Seşeşin baş ilahəsi idi. === Adı === "Bat" epiteti "t" qadın şəkilçisi ilə "ba" sözü ilə bağlı ola bilər. == Qədim Misir mədəniyyətində təsvirlər == Bat nadir hallarda rəsm və ya heykəltəraşlıqda aydın şəkildə təsvir olunur. Digər hallarda, o, ulduzlarla əhatə olunmuş səmavi boğa məxluqu və ya qadın kimi təsvir edilmişdir. Bat insan üzü olan, lakin misirlilər tərəfindən ilk dəfə sürülən inək qulaqları və mal-qaranın əyilmiş buynuzları kimi boğa xüsusiyyətləri olan amuletlərdə təsvir edilmişdir.
Bat (İngiltərə)
Bat (ing. Bath — Böyük Britaniyada, İngiltərədə (İngiltərə Boyük Britaniya dövlətinin vilayətidir) şəhər.
Bazalt qat
Bazalt — normal cərgəli effuziv dağ süxuru, ən çox yayılan kaynotip süxurları. == Haqqında == Bazaltlar püskürmə suxurların əsas kütləsini təşkil edir. Onlar müasir okeanların diblərini təşkil etməklə yanaşı, quru sahələrdə də geniş əraziləri tutur. Məsələn, Mərkəzi Sibirdə çox böyük ərazi qalın bazalt layları ilə örtülmüşdür."Bazalt" həbəş dilində "bazal" (dəmirsaxlayan daş) sözündən törəmişdir və ilk dəfə Böyük Plini tərəfindən işlədilmişdir. Liparitlərdən fərqli olaraq bazaltlar qara rəngdə olur. Bazalt maqması daha duru olduğuna görə nazik axınlar yaradır və bu səbəbdən də daha tez soyuyur. Ona görə də bazaltların petroqrafik tərkibində vulkan şüşəsi çox olur. Maqmadan ayrılan qazların hesabına bazalt suxurları, adətən məsaməli olur. Bazalt maqması soyuyarkən çox vaxt bazalt suxurlarının içərisində seolit və kalsit kristallarının yelpikvari formaları əmələ gəlir. Bazalt suxurlarının içərisindəki boşluqlarda bəzən aqat mineralının nazik zolaqlım kristallarına rast gəlinir.
Cat Stevens
Ket Stevens ( ing. Cat Stevens) (əsil adı Stephen Demetre Georgioudur), 21 iyul 1948-ci ildə London*da anadan olmuşdur. Musiqi fəaliyyətinə Cat Stevens adıyla başlamışdır. Cat Stevens 1977-ci ildə İslam dinini qəbul etmiş və yeni Yusuf İslam adını qəbul edır. Cat Stevensın 1960-1970-ci illərdə 60 milyondan çox albomu satılmışdır. "Wild World", "Morning Has Broken", "Peace Train" və "The First Cut Is the Deepest" muğənninin məşhur albomlarındandır. == Həyatı == Stivensin atası əslən Kipr yunanı Stavros Georgi, anası isə isveçli İnqrid Uikmandır. Maraqlıdır ki, atasının pravoslav, anasının isə baptist olmasına baxmayaraq, valideynləri onu müqəddəs İosif adına katolik məktəbinə göndərirlər. Ancaq Stivensin dərin xristianlıq duyguları içərisində olduğunu demək mümkün deyildir. Belə ki, sonralar o: "Mən öz valideynlərimin əqidələrinə hörmət etmək məcburiyyətində olduğum üçün inanırdım" deyəcəkdi.
Dat (hərf)
𐔳 (səslənməsi: /d/; transkripsiyası: D, d) — Alban əlifbasının dördüncü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Գատ (Gat) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə, hərfin əsl adı "dat" olmalıdır, erməni müəllif isə Գ və Դ hərflərini səhv salmışdır. Bunu dəstəkləyən erməni tədqiqatçı Aşot Abramyanın fikrincə bu hərf həm də gürcü əlifbasındakı Ⴃ hərfinin invers edilmiş formasıdır. Alban əlifbasında [d] səsinin qarşılığı kimi işlənilib.
Grumpy Cat
Grumpy Cat (azərb. «Deyingən pişik»‎, əsl adı — Tardar Sauce (ing. Tardar Sousu) — qeyri-adi görünüşü nəticəsinə internet-memə çevrilmiş pişik. 2012-ci ilin sentyabr ayında pişiyin sahibəsinin qardaşı onun fotosunu Reddit saytında paylaşır. Sahibə Tabata Bundesenin dediyinə görə, belə görünüş anadangəlmə cırtdanlıq və dişlərlə bağlıdır. Pişiyin adı Tartar sousundan götürülmüşdür. Bu onunla bağlıdır ki, pişiyin tükü əvvəldən qara ləkələrlə örtülü idi. Tabatanın qızı Kristal bunu tartar sousuna bənzətdi. Tardar Sousu sözü səhv şəkildə yazılmışdı ("tartar" sözündə səhv), buna baxmayaraq onu dəyişməməyi qərara aldılar. == Məşhurluq == Pişiyin məşhurlaşmasından sonra onun sahibi Facebookda səhifə yaratdı.
KAT:ŞE
Karlos Ott
Karlos Ott (ing. Carlos Ott; d. 16 oktyabr, 1946, Montevideo, Uruqvay) — Uruqvay memarı. == Həyatı == Karlos Ott 16 oktyabr 1946-cı ildə Uruqvayın paytaxtı Montevideo şəhərində anadan olub. == Fəaliyyəti == Karlos Ott Paris şəhərindəki Bastiliya Operası binasının, həmçinin dünyanın bir çox ölkələrində gözəl memarlıq nümunələrinin müəllifidir. == Karlos Ott Azərbaycanda == Karlos Ott 2012-ci ilin oktyabr ayında "II Bakı Beynəlxalq Humanitar Forumu" çərçivəsində Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı 6 oktyabrda Azərbaycanın Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşmüşdür. == İstinadlar == == Xarici keçidlər == "Carlos (A.) Ott". archINFORM (ingilis). eng.archinform.net.
Kosuke Ota
Kosuke Ota (d. 23 iyul 1987) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Mat (şahmat)
Mat — Şahmat termini Müdafiəsi olmayan elan edilmiş şah.
Məhsuldar qat (alt pliosen)
Alt pliosen — Azərbaycanda yerləşmiş geniş neft-qaz yığımları Məhsuldar qat çöküntüləri ilə əlaqədardır. Məhsuldar qat və onun analoqu olan Qırmızı qat çöküntüləri Paleogenin və Neogenin digər stratiqrafik vahidlərinə nəzərən dana böyük qalınlığa malikdir (4500–5000 m-ə qədər). == Litoloji tərkibi == Məhsuldar qatın kəsilişi aşağıdan yuxarıya iri qırıntılı materialın ardıcıl olaraq artdığı qumlu-gilli qumlu-gilli, bəzən kobud qırıntılı süxur lay və dəstələrin ritmik növbələşməsindən ibarət olan qalın kontinental-dəniz çöküntüləri kompleksindən ibarətdir. == Geoloji inkişaf tarixi == Pont əsrinin sonunda Paleoxəzərin səviyyəsinin kəskin enməsi nəticəsində məhsuldar qat hövzəsinin Şimal Paratetisdən tam təcrid olunmasına, Paleovolqa, Paleouzboy və Paleokür kimi çay sistemlərinin geniş inkişafına səbəb olmuşdur. Çöküntütoplanma prosesi müasir Cənub Xəzərin hüdudunda yerləşən təcrid olunmuş erkən pliosen hövzəsində və həmçinin bu hövzəyə tökülən çay arteriyalarında baş vermişdir. Məhsuldar qat tavanı və dabanının yaşı vulkan külü araqatlarına görə, uyğun olaraq, 3,2 və 6,0 mln. il hesablanmışdır. Qısa geoloji dövr ərzində böyük qalınlıqlı terrigen materialın toplanması Böyük və Kiçik Qafqazın inkişafı kimi baxılır. == Qalınlığı == Minimal qalınlıq Cənubi Xəzər meqaçökəkliyinin şimal-qərbində 500–700 m-dir. Maksimal qalınlıq isə cənub-şərqdə 3000–4500 m-ə qədər çatır.