Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qarri Abelyev
Qarri İzraileviç Abelyev (rus. Га́рри Изра́йлевич А́белев; 10 yanvar 1928, Moskva – 23 dekabr 2013, Moskva) — SSRİ və Rusiya biokimyacı, immunoloq, onkoloq, Rusiya Elmlər Akademiyasının akademiki (2000). == Həyatı == Qarri İzraileviç Abelyev 10 yanvar 1928-ci ildə Moskvada anadan olmuşdur. 1945–1950-ci illərdə Moskva Dövlət Universitetinin Biologiya və Torpaq fakültəsinin Bitki biokimyası fakültəsini bitirmişdir. 1950-–-ci illərdə SSRİ Tibb Elmləri Akademiyasının N. F. Qamaleya adına Epidemiologiya və Mikrobiologiya İnstitutunda işləmişdir. O, biokimyəvi şöbəyə hazırlıqçı kimi qəbul edilmişdir, sonra Lev Zilberin şişlərin virusologiyası və immunologiyası şöbəsinə keçmiş, burada laboratoriya müdirinə qədər öz yolunu tutmşdur. Abelyev Zilverin ölümündən sonra şöbəyə rəhbərlik etmişdir. 1964–2006-cı illərdə Moskva Dövlət Universitetinin biologiya fakültəsinin virusologiya kafedrasında immunokimyadan (1964-cü ildən), molekulyar və hüceyrə immunologiyasından (1996-cı ildən) dərs demişdir. 1977-ci ildən N. N. Bloxin adına Rusiya Xərçəng Araşdırma Mərkəzinin İmmunokimya laboratoriyasının müdiri olmuşdur. 1955-ci ildə "Şiş toxumasının müəyyən fraksiyalarının tədqiqi üçün eksperimental materiallar" mövzusunda namizədlik, 1963-cü ildə "Şişlərin antigen quruluşunun ayrı-ayrı antigenlər səviyyəsində tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Qarri Kasparov
Harri Kimoviç Kasparov (Vaynşteyn; 13 aprel 1963[…], Bakı) — sovet, rusiyalı şahmatçı. Şahmat üzrə beynəlxalq dərəcəli qrosmeyster (1980), gənclər arasında dünya çempionu (1980), SSRİ çempionu (1981, 1988), 13-cü dünya çempionu (1985–2000) və Rusiya çempionu (2004). 11 dəfə "Şahmat Oskarı"nın sahibidir (1982, 1983, 1985, 1986, 1987, 1988, 1995, 1996, 1999, 2001, 2002) == Həyatı == === İlk illəri === Atası Kim Vaynşteyn milliyətcə yəhudi, anası Klara Kasparyan isə ermənidir. Babası Moisey Vaynşteyn keçən əsrin 40–50-ci illərində Azərbaycan SSR-də tanınmış mədəniyyət xadimi, bəstəkar və dirijor olmuşdur. 1963-cü ildə Bakı şəhərində dünyaya gələn Harri əvvəllər Vaynşteyn soyadını daşısa da atasının 1970-ci ildə leykozdan vəfatından sonra, 1976-cı ildə anası onun soyadını dəyişərək öz soyadını vermiş, soyadın sonluğundakı "yan" hissəciyini isə dəyişərək rus stilində "ov" yazdırmışdır. Harri Kasparov 1980-ci ildə Bakı şəhərindəki 151 saylı orta məktəbi qızıl medalla bitirmişdir. 18 yanvar 1990-cı il tarixdə Bakını ailəsi və qohumları ilə birlikdə tərk etmiş. Sovet ordusunun da Bakını tərk etməsini tələb etmişdi. === Şahmatçı karyerası === 1976-cı ildə gənclər arasında SSRİ çempionu olmuşdur. 1980-ci ildə qrosmeyster dərəcəsi almaqla yanaşı, Dortmundda Gənclər arasında dünya çempionu adını qazanmışdır.
Qarri Marşall
Garry Kent Masciarelli (ing. Garry Marshall; 13 noyabr 1934) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Qarri Şendlinq
Qarri Şendlinq (ing. Garry Shandling; 29 noyabr 1949[…], Çikaqo, İllinoys – 24 mart 2016[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı. == Həyatı == 29 noyabr 1949-cu ildə doğulub. == Ölümü == 24 mart 2016-cı ildə vəfat edib.