1. YOXLAMAQ, İMTAHAN ETMƏK/ELƏMƏK Yenidən istədi etsin imtahan; Kükrəyib dedi: – Ey igid qəhrəman; Bir bəla kəsildin dərdli başıma (A.Şaiq).
2. YOXLAMAQ [Vahid:] Məmməd dayıya neçə dəfə dedi ki, əşi, ölkə dərəbəylik deyil, belə olmaz axı, gəlib yoxlarlar biabır olarıq (Ə.Qasımov); ARAŞDIRMAQ Xəfiyyələr Küçədə gedən arvadların bağlamalarını.. araşdırırdılar (M.S.Ordubadi); TƏFTİŞ ETMƏK/ELƏMƏK Qətibə hər saat onun səhhətini soruşur, sarayının intizamını yoxlayır, xidmətçilərin kimliyi və təmizliyinin keyfiyyətini təftiş edir və oğlunun qeydinə qalan bir ana kimi hərəkət edirdi (M.S.Ordubadi).
3. YOXLAMAQ Babasil xəstəliyi guya iki xassəyə də istinad edə bilərmiş. Bunun üçün xəstəni yoxlayırlar (Çəmənzəminli); MÜAYİNƏ ETMƏK Onu həkimlər müayinə etdilər (B.Bayramov); MÜAYİNƏDƏN KEÇİRMƏK Təcili yardıma gedən həkim onu müayinədən keçirdi (M.Hüseyn).
4. YOXLAMAQ, SINAMAQ, SINAQDAN KEÇİRMƏK, TƏCRÜBƏDƏN KEÇİRMƏK
5. yoxlamaq bax yoluxmaq I