KASIBLIQ

is.
1. Kasıbın hal və vəziyyəti; yoxsulluq. Kasıblıq eyib deyil, oğurluq eyibdir. ( Ata. sözü ).
Kasıblığın evi yıxılsın! İndiyə kimi [Məhəmmədhəsən əminin] qolunu, qıçını bağlayıb, qoymur bir yana tərpənsin. C.Məmmədquluzadə.

□ Kasıblıq etmək, kasıblıqla məşğul olmaq – yaşamaq üçün minimum qazanc, gəlir verən bir peşə (iş) ilə məşğul olmaq.
Bizim məscidin dalında, qapının səkisində əlli-əlli beş yaşında bir kişi oturub kasıblıq edir. C.Məmmədquluzadə.
[Bədəl:] Qardaşlar, az keçər ki, hamımız genə evlərimizə qayıdıb kasıblığımızla məşğul olarıq. Ə.Haqverdiyev.

□ Kasıblığa düşmək – əvvəlki varından məhrum olmaq, əli aşağı düşmək.
2. Yaşamaq üçün minimum qazanc verən bir peşə, sənət və ya iş.
[Namaz:] Mənə izin ver, gedim, özüm üçün bir kasıblıq tapım. Ə.Haqverdiyev.
[Muzdur] Allah-talaya şükür edib, təzədən kasıblığa qədəm qoydu. S.Qənizadə.
[Yaşlı kişi:] Neçin qardaşını işindən, kasıblığından avara salırsan? S.Hüseyn.

Синонимы

  • KASIBLIQ kasıblıq bax yoxsulluq
  • KASIBLIQ yoxsulluq
  • KASIBLIQ fağırlıq — miskinlik — sadəlik

Антонимы

  • KASIBLIQ KASIBLIQ – VARLILIQ Üzündən, gözündən kasıblıq yağır (B.Vahabzadə); Varlılığa tələsən, yoxsulluğa tez düşər (Ata
KASIBLAŞMAQ
KASIBVARİ

Значение слова в других словарях

выпиловочный лазу́рность полубольно́й скипе́ться худи́щий измельче́ние оркестро́вка пересмо́тр пупс располага́ться стошни́ть тунне́льный храм common grave consignificant curability Hock-day Homeric oversaw powder flask progne theatrics wire-stitcher орать разговорчивость