Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Okapi
Okapi Milli Parkı
Okapi Milli Parkı — Konqo Demokratik Respublikasının şimal-şərqində, Cənubi Sudan və Uqanda ilə sərhədləri yaxınlığında yerləşən Milli park və Ümumdünya irsinə daxil olmuş ərazi. Təxminən 14000 km² sahəsi olan park meşə ərazisinin təxminən beşdə birini əhatə edir. Qoruqdan Nepoko, İturi və Epulu çayları axır. Qoruqda 5 minə yaxın okapia, 4000 fil, 2000 bəbir, şimpanze və timsah yaşayır. Digər İturi meşə heyvanlarına meşə camışı və su maralcığı daxildir. Qoruğun 300-dən çox quş növü var və ərazi Afrikada quşların qorunması üçün ən vacib yerlərdən biridir. Köçəri Mbuti və yerli Bantu fermerləri də qoruq içərisində yaşayırlar. Okapi Vəhşi Təbiət Qoruğu 1992-ci ildə Okapi Qoruma Layihəsinin köməyi ilə yaradıldı. Layihə vəhşi təbiət mühafizəçilərini təlimləndirməkvə təchiz etmək, həmçinin qonşu icmaların həyatlarını yaxşılaşdırmaq üçün yardım göstərməklə qoruğu dəstəkləməyə davam edir. Okapi Vəhşi Təbiət Qoruğu 1997-ci ildə Təhlükədə olan Ümumdünya irsi siyahısına əlavə edildi.
Okapia
Okapia (lat. Okapia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zürafələr fəsiləsinə aid heyvan cinsi.
Okapia johnstoni
Okapia johnstoni (lat. Okapia johnstoni) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zürafələr fəsiləsinin okapia cinsinə aid heyvan növü.
Okapia jоhnstоnii
Key Okami
Key Okami (岡見 京子, Okami Keiko, 11 sentyabr 1859[…], Aomori – 2 sentyabr 1941, Tokio[d]) yapon fiziki. O, Qərb universitetindən tibb təhsili alan ilk yapon qadın olub. == Həyatı == Key Okami 1858-ci ildə Aomori prefekturasında Nişida Keykoda anadan olub. O, 1878-ci ildə Yokohama Kyoritsi Qızlar Məktəbini bitirib və sonra Sakurai Qızlar Məktəbində ingilis dilini tədris edib. Key Okami 25 yaşında olarkən incəsənət müəllimi Okami Senkiçiro ilə evlənib. Cütlük sonra Birləşmiş Ştatlara səfər edib. == Tibb təhsili == Amerikada Key Okami Presbiteriyan Kilsəsininin Qadınların Xarici Missioner Cəmiyyətinin köməyi ilə Pensilvaniya Qadınlar Tibb Kollecində təhsil alıb. Dörd illik təhsildən sonra 1889-cu ildə oranı bitirib. O beləliklə Qərb universitetindən tibb təhsili alan ilk yapon qadın olub. == Tibb karyerası == Yaponiyaya qayıtdıqdan sonra Key Okami Takaki Kanehironun dəvəti ilə Jikey Xəstəxanasında (indiki Jikey Tibb Universiteti Məktəbi xəstəxanası) işlədi.
Mustafa Kapı
Mustafa Kapı (8 avqust 2002, Dənizli) — türk futbolçudur. Super Liqada "Qalatasaray" da oynayır.
Akapa
Akapa (gürc. აკაფა) — Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 200 m hündürlüktə, Qara dənizdən 10 km və Suxumidən 12 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib.
Akaşi
Akaşi və ya Akasi (yap. 明石市) — Yaponiyanın Hyöqo prefekturada yerləşən şəhər.
Karpi
Karpi(it. Carpi, emil.-rom. Chèrp) — İtaliyanın Modena vilayətinin Emilia-Romagna regionunda şəhər. == Coğrafiyası == Neapol körfəzinin əsl incisi olan Kapri, keçmişdə olduğu kimi, indi də İtaliyanın ən məşhur və mötəbər kurort şəhərlərindən hesab edilir. Buna görə də təəccüblü deyil ki, insanlar buraya nəinki istirahət etməyə, həm də dənizin qoynunda olan bu təbiət möcüzəsinə tamaşa etməyə can atırlar. Bundan əlavə, Kapri sözün əsl mənasında, təbiətin bəxş etdiyi unikal müalicəvi resurslara malik əsl kurort şəhəridir. Kapriyə səyahət son zamanlar Rusiya turistlərinin böyük marağına səbəb olmuşdur. Bəzən Kapridə istirahət materikdəki istirahətə nisbətən daha dəbdəbəli və prestijli görünür. Tez-tez Kapri ilə bağlı maraqlı turlara rast gəlinir, məsələn, Kapri ilə yanaşı, İtaliyanın bir neçə şəhərinə ekskursiyalı səyahətlər. Digər kurort şəhərində istirahət etsəniz də, yay günlərinin birində Kapri şəhərinə siz də təşrif buyura bilərsiniz.
Kaspi
Kaspi (şəhər) — Gürcüstan Respublikasının Daxili Kartli mxaresində inzibati-ərazi vahidi. Kaspi bələdiyyəsinin inzibati mərkəzidir. Kaspi bələdiyyəsi — Gürcüstan Respublikasının Daxili Kartli mxaresində inzibati-ərazi vahidi. İnzibati mərkəzi Kaspi şəhəridir. Kaspi (qəzet) — qəzet Kaspi (kurslar) — Bakıda hazırlıq kursları Kaspi vilayəti – Cənubi Qafqazda, Rusiya imperiyası tərkibində, 1840–1846–cı illərdə mövcud olmuş inzibati ərazi vahidi. Kaspilər – Kaspianada yaşamış qədim etnoslardan biridir.
Mokap
Mokap (ing. Mokap) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Mokap personajı Conni Keycin yaxın dostudur.
Ocaçi
Ocaçi (serb. Оџаци) — Serbiyanın Voyevodina muxtar bölgəsi, Qərbi Bax mahalında bir şəhər. Eyni adlı icmanın inzibati mərkəzidir. Voyevodinanın qərbində, Belqraddan 151 km məsafədə yerləşir. Şəhər çoxsaylı kiçik göllərlə əhatə olunmuşdur. Bu bölgədə ovçuluq və balıqçılıq yaxşı inkişaf etmişdir. Trans-Avropa velosiped yolu «Euro Velo 6» Ocaçinin üzərindən keçir. 31 dekabr 2011-ci il tarixinə şəhər əhalisi 8 795 nəfər təşkil etmişdir. Bunların təxminən 83%-i serblər, 3%-i macarlar, 1,5%-i isə yuqoslavlardır. Şəhər haqqında ilk yazılı qeyd 1522-ci il sənədində tapılmışdır.
Oqami
Oqami (yap. 来間島 — Miyako qrupuna Sakişima adalarına Ryukyu adalarına daxil olan kiçik ada. İnzibati cəhətdən Yaponiyanın Miyako dairəsi, Miyako qəzası və Okinava prefekturası ərazisinə daxildir. Adanın sahəsi 0,24 km² təşkil edir. Miyakocima adasından şimal-şərqdə yerləşir. Adanın relyefi dayalıqdır. Ən hündür nöqtəsi 75 metr təşkil edir. Adanın əhalisi cəmi 50 nəfər təşkil edir. Əhali əsasən elədə böyük olmayan Oqami qəsəbəsində yerləşmişlər.
Haapi
Haapi və ya Haip — e.ə. 1350–1335-ci illərdə Amarna arxivinin xüsusi səlahiyyət verilmiş komissarı. Misir dilindəki "Hapi" adı Nil tanrısı Hapinin adıdır. Onun adı üç məktubda çəkilir.
Kalpi sultanlığı
Kalpi sultanlığı — 1400–1443-ci illərdə Hindistanda hökm sürən səltənət. == Tarixi == Caunpur sultanlığının hökmdarı Seyid Mübarək şah Caunpuru Dehlidən gələn təhlükələrə qarşı qorudu. 1401-cü ildə xanədanın başına Şərqi Sultanlığının ən önəmli hökmdarlarından İbrahim şah keçdi. Hakimiyətinin ilk illərində Mallu İqbal xan və Sultan Mahmud Nasirəddin şahın hücumlarına məruz qaldı. Kannevci zəbt edən Mahmud şah qarşısında onunla anlaşmağı lazım bildi (1405). Tirhut bölgəsi Şərqi Sultanlığına tabe olmağa davam etdi. İbrahim şah 1406-cı ildə Kannevci, 1414-cü ildə Kalpilərə aid bəzi şəhərləri ələ keçirdi. Cəmaziyələvvəl 831-ci ildə (Mart, 1428) Dehli sultanı Seyid Mübarək şah ilə apardığı savaşda iki ordu da itkilər verdi və mütləq bir nəticə alınmadı. İbrahim şah bu dönəmdə Kalpi sultanlığındaki iqtidar mübarizələrinə doğrudan müdaxilə etdi. 1436–1437-ci illərdə Dehliyə hücum edən İbrahim şah ona qarşı dirənəməyən Sultan Seyid Məhəmmədlə anlaşma bağladı.
Kaspi (Gürcüstan)
Kaspi ( gürc. კასპი ) — Gürcüstanda şəhər, Kaspi bələdiyyəsinin inzibati mərkəzi, Kartli tarixi-coğrafi bölgəsinin ən qədim yaşayış məskənlərindən biridir. == Coğrafiyası == Kür çayının sol sahilində, Lehura çayının Kürlə birləşdiyi yerdə yerləşir. Kaspi ərazisində Tbilisi-Samtredia xəttində dəmiryolu stansiyası var. Tbilisidən 48 km şimal-qərbdə və Cənubi Osetiya ilə sərhəddən 10 km cənubda yerləşir. Şəhərin adının qədim Albaniya qəbiləsinin Kaspilərin adından irəli gəldiyinə dair bir fikir var . == Tarix == Rəvayətə görə, Kaspi Yafəsin böyük nəvəsinin sərəncamı ilə Uplos Mukhetos oğlu tərəfindən e.ə 24 əsrdə tikildi . Şəhərin ərazisində eramızdan əvvəl V əsrə aid arxeoloji tapıntılar aşkar edilmişdir . 1492-1762-ci illərdə Kartli Krallığının bir hissəsi idi. 1930-cu illərdə Zaqafqaziyada o dövrdə ən böyük sement zavodu qəsəbənin ərazisində qurulmuşdur, bu da onu Gürcüstanın sement sənayesinin mərkəzinə çevirmişdir (sement, şifer istehsalı və s.).
Kaspi (qəzet)
Kaspi (Каспий) – Azərbaycanda nəşr olunan ən qədim qəzetlərdən biridir. Rusiya İmperiyası dövründə — 1881–1918-ci illərdə və Azərbaycan Xalq Cümhuriyyəti zamanı – 1919-cu ildə nəşr edilib. 1990-cı illərin sonunda qəzetin fəaliyyəti yenidən bərpa olunub. Hazırda rus və Azərbaycan dillərində nəşr olunur. == Tarixi == "Kaspi" qəzeti 1881-ci ilin yanvarında Bakıda təsis edilib. 1881-ci ildən 1919-cu ilə qədər qəzetin 10.065 nömrəsi nəşr olunub. İlk 28 nömrə 1881-ci ilin iyuluna qədər həftədə 2 dəfə, sonrakı nömrələr həftədə 3 dəfə olmaqla çap edilib. 1884-cü ilin yanvarından qəzet gündəlik nəşr olunmağa başlayıb. Qəzetin ilk tirajı 420 nüsxə idi. 1887-ci ildə tiraj 1000, 1897-ci ildə isə, qəzetin tirajı 2400 nüsxə olub.
Kaspi (şəhər)
Kaspi ( gürc. კასპი ) — Gürcüstanda şəhər, Kaspi bələdiyyəsinin inzibati mərkəzi, Kartli tarixi-coğrafi bölgəsinin ən qədim yaşayış məskənlərindən biridir. == Coğrafiyası == Kür çayının sol sahilində, Lehura çayının Kürlə birləşdiyi yerdə yerləşir. Kaspi ərazisində Tbilisi-Samtredia xəttində dəmiryolu stansiyası var. Tbilisidən 48 km şimal-qərbdə və Cənubi Osetiya ilə sərhəddən 10 km cənubda yerləşir. Şəhərin adının qədim Albaniya qəbiləsinin Kaspilərin adından irəli gəldiyinə dair bir fikir var . == Tarix == Rəvayətə görə, Kaspi Yafəsin böyük nəvəsinin sərəncamı ilə Uplos Mukhetos oğlu tərəfindən e.ə 24 əsrdə tikildi . Şəhərin ərazisində eramızdan əvvəl V əsrə aid arxeoloji tapıntılar aşkar edilmişdir . 1492-1762-ci illərdə Kartli Krallığının bir hissəsi idi. 1930-cu illərdə Zaqafqaziyada o dövrdə ən böyük sement zavodu qəsəbənin ərazisində qurulmuşdur, bu da onu Gürcüstanın sement sənayesinin mərkəzinə çevirmişdir (sement, şifer istehsalı və s.).
Kaspi yarımtipi
Kaspi tipi (Xorasan, Şərq, Xəzər tipi və ya Şərqi-Aralıq dənizi tipi) — Avropoid irqinin növlərindən biri. Daha çox Hind-Aralıq dənizi irqinin, yaxud Hind-İran irqinin yarımtipi hesab edilir. Kaspi yarımtipi Qafqaz Albaniyasında yayılmış antropoloji tiplərdən biridir. Hal-hazırda Cənubi Qafqazda yaşayan xalqlardan azərbaycanlılar, kürdlər, tatlar-müsəlmanlar, saxurlar və bəluclar, Şimali Qafqazda isə qumuqlar antropoloji cəhətdən bu yarımtipdədirlər. == Həmçinin bax == İrq == İstinadlar == == Ədəbiyyat == Алексеев В. П. География человеческих рас // Избранное в 5 т. 2. Антропогеография. М.: «Наука». 2007. ISBN 978-5-02-035544-6.
Kenzo Ohaşi
Kenzo Ohaşi (d. 21 aprel 1934) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Kiira Korpi
== Karyerası == === 2002–2003-cü illər: === Kiira Korpi 2003-cü ilin 10 – 12 yanvarında baş tutan gənclər arasında Finlandiya Çempionatında mübarizə apardı. Nəticədə o, gənclər arasında Finlandiya Çempionatının gümüş medalına sahib oldu. Daha sonra isə Kiira Korpi 24 mart-2 apreldə Çexiyanın Ostrava şəhərinin ev sahibliyində baş tutan gənclər arasında Dünya Çempionatında mübarizə apardı. Qısa proqramda 17-ci pillənin, sərbəst proqramda isə 20-ci pillənin sahibi olan Kiira Korpi ümumi nəticədə 33.0 balla gənclərin Dünya Çempionatını 19-cu pillədə başa vurdu. === 2003–2004-cü illər: === Kiira Korpi 2003–2004-cü illər mövsümündə gənclər arasında Sloveniya və Polşa Qran-Prilərində mübarizə apardı. Əvvəlcə o, Sloveniyanın Bled şəhərinin ev sahibliyində baş tutan gənclərin ISU Sloveniya Qran-Prisində mübarizə apardı. Qısa proqramda 2.5 balla beşinci pillənin sahibi olan Kiira Korpi sərbəst proqramda 8.0 balla yeddinci pillənin sahibi oldu. Bununla da o, ümumi nəticədə gənclərin ISU Sloveniya Qran-Prisini 10.5 balla altıncı pillədə başa vurdu. Gənclərin ISU Sloveniya Qran-Prisindən sonra Kiira Korpi 1 – 2 noyabrda Polşada baş tutan gənclərin ISU Polşa Qran-Prisində mübarizə apardı. Qısa və sərbəst proqramlarda dördüncü pillələrin sahibi olan Kiira Korpi gənclərin ISU Polşa Qran-Prisini ümumi nəticədə də 6.00 balla dördüncü pillədə başa vurdu.
Pokaçi
Pokaçi — Rusiya Federasiyasında yerləşən şəhər. Xantı-Mansi muxtar dairəsinə daxildir.
Kadi
Kadi — ad. Kadi (futbolçu) — Braziliyalı futbolçu. Yevdokiya Kadi — Kipr müğənnisi.
Hotsumi Ozaki
Hotsumi Ozaki (yap. 尾崎 秀実 Ozaki Hotsumi) — yapon jurnalist, kommunist, xəfiyyə və baş nazir katibi. == Həyatı == Asahi Shinbun qəzetinin əməkdaşı kimi çalışmış Ozaki dönəmin Yaponiya Baş Naziri Fumimaro Konoenin şəxsi məsləhətçisi vəzifəsinə qədər yüksəlməyi bacarmışdır. Hotsumi Ozakinin əsas xəfiyyəlik fəaliyyəti SSRİ ilə bağlıdır. Kommunist olması və sovet düşüncəsinə yaxın mövqe sərgiləməsi səbəbindən xəfiyyə Yaponiyaya xüsusi əməliyyata göndərilən Rixard Zorge ilə təmas yaratmış və onunla birlikdə hərəkət etmişdir. İkili tərəfindən Yaponiyanın daxili məlumatlarının sovetlərə ötürülməsi və Yaponiyada kommunist mühitin dəstəklənməsi yolunda gizli fəaliyyətlər icra olunmuşdur. Ozaki İkinci dünya müharibəsi dövründə Yapon hökuməti tərəfindən vətənə xəyanətdə ittiham edilərək asılan yeganə şəxsdir. Həbsxanada olduğu müddət ərzində həyat yoldaşına və qızına yazdığı şeirlər ölümündən sonra "Eşq bir ulduz yağışı kimi" adlı kitabda toplanmışdır.
Kazuo Ozaki
Kazuo Ozaki (d. 7 mart 1960) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 17 oyun keçirib, 3 qol vurub.
Dünya okeanı
Dünya okeanı — hidrosferanın 96,5 %-ni təşkil etməklə onun əsas hissəsini təşkil edir. Yerin kəsilməz, ancaq bir sahədə yerləşməyən, materik və adalarını əhatə edən və ümumi duzluluğu ilə xarakterizə olunan su sahəsi. Qitələr və böyük arxipelaqlar dünya okeanlarını dörd böyük hissəyə bölür: Atlantik , Hind , Sakit və Şimal Buzlu okeanları. 2000-ci ildə Beynəlxalq Hidroqrafiya Təşkilatı beşinci Cənubi Okeanın ayrılmasını təklif etdi. Atlantik okean Hind okeanı Şimal Buzlu okean Sakit okean Cənub okeanı Okeanların böyük sahəli hissələri dəniz, körfəz, boğaz və s. adlanır. Okeanlar haqqında elm okeanologiya adlanır. == Dünya okeanının öyrənilməsi == Uzun tarixi dövr ərzində okeanlara aid toplanan biliklər okeanologiya elminin yaranmasına səbəb oldu. Elmi tədqiqatlar aparmaq məqsədilə ilk dünya səyahəti 1872–74-cü illərdə "Çellencer" ingilis gəmisində həyata keçirilmişdir İlkin su vulkan püskürmələri zamanı ayrılan yuvenil suların hesabına xloridli xassəyə malik olmuşdur. Daha sonra okean suyunun silisiumlu süxurlarla və çaylar vasitəsilə gətirilən karbonatlrla qarşılıqlı əlaqəsi nəticəsində, o xloridli karbonatlı suya çevrilmişdir.
Eşkinci ocağı
Eşkinci Ocağı, Osmanlı sultanı II Mahmud tərəfindən yaradılmış olan bir hərbi quruluşdur. Ələmdar hadisəsindən sonra Yeniçəri Ocağını ləğv etmək istəyən II Mahmud onu əvəz etmək üçün Eşkinci Ocağını qurdu. Bunu təhdid olaraq görən Yeniçərilərin üsyanı Vaqiəyi-Xeyriyyəyə doğru aparan prosesi sürətləndirdi. Üsyanla bərabər Eşkinci Ocağı ləğv edildi.
Hind Okeanı
Hind Okeanı — dünyanın sahəsinə görə üçüncü okeanı. Yer səthinin təqribən 20%-ini tutur. Qərbdən Afrika və Ərəbistan yarımadası, şimaldan Asiya, şərqdən isə Hindçin yarımadası, Zond adaları və Avstraliya ilə əhatə olunur. Sahəsi Qırmızı dəniz və Fars körfəzi ilə birlikdə 70,560,000 km2-dir. Bu okean dünyada sahəsinə görə 3-cü yeri tutur. Ekvatora yaxın ərazilərdə sahəsi kiçikdir. Burada suyun orta temperaturu 17°C-dir. Bunun səbəbi, dalğaların Şimaldan gələn küləklərin qarşısını kəsməsidir. Ən dərin hissəsi Zond çökəkliyidir. == Ümumi təsviri == Dənizləri Andaman dənizi, Ərəbistan dənizi, Arafur dənizi, Qırmızı dəniz, Lakkadiv dənizi, Timor dənizi və Fars körfəzidir (dəniz hesab olunur).