Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ortaboy acılıq
Orta Asiya , tyan-Şan, Qafqaz , Cunq-Kaşq və Tibet də geniş yayılmışdır. Ilk dəfə Tarbaqatayda təsvir edilmişdir. 1 m hündürlükdə, sallaq budaqlı, boz qabıqlı, lifli koldur. Şaxəli budaqları yoğun, düz duran, göyümtül-yaşıl rəngdə olub, hamar və ya kələ-kötürdür, diametri 2-3 mm-ə çatır. Düyünaraları qısa və ya 5 sm-ə qədər uzanmışdır. Yarpaqları iki-iki düzülmüş, pərdəvarı, üçbucaq formadadır, uzunluğu 2,5-3,5 sm-dir. Hamaşçiçəkdə tozcuq sünbülcükləri sıx topalaşmışdır, saplaqsızdır, oval formadadır, budaq boyu düzülmüşdür, 6-8 çiçəyi vardır. Daxili çiçəkaltlıqları enli və bütövdür; borucuğunun uzunluğu təxminən 4-5 mm-dir və kənarları diləoxşar formadadır. İyun ayında çiçəkləyir. Meyvəsi giləmeyvə formasında kürəşəkilli və lətlidir, yetişdikdə qırmızı rəngdə olur, uzunluğu 6 mm-ə çatır.
Ortaboy ağacdələn
Ortaboy ağacdələn (lat. Dendrocoptes medius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin ağacdələnlər fəsiləsinin dendrocoptes cinsinə aid heyvan növü.
Ortaboy bağayarpağı
Ortaboy bağayarpağı (lat. Plantago media) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü.
Ortaboy patriniya
Ortaboy patriniya (lat. Patrinia intermedia) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin patriniya cinsinə aid bitki növü.
Ortaboy tənbəlcüllüt
Ortaboy tənbəlcüllüt (lat. Gallinago media)) — Tənbəlcüllütlər fəsiləsinin Tənbəlcüllüt cinsinə aid quş növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (EN). Təhlükə həddindədir. == Qısa təsviri == Qaratoyuqdan iridir (150-250 q). Üst tərəfi qəhvəyi-qonur, başı açıq zolaqlı qara, qarın tərəfi ağdır. Döşünün yanlarında və qarın nahiyəsində naxışlar köndələndir. Sükan lələklərinin ağ xalları kənardan mərkəzi cütə tərəf azalır. Bədənin yanlarında naxışlar köndələn V hərfinə (>) və mötərizə işarəsinə oxşayır .
Ortaboy əyridimdik
Ortaboy əyridimdik (lat. Numenius phaeopus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin əyridimdik cinsinə aid heyvan növü.
Ortaboylu acılıqotu
Orta Asiya , tyan-Şan, Qafqaz , Cunq-Kaşq və Tibet də geniş yayılmışdır. Ilk dəfə Tarbaqatayda təsvir edilmişdir. 1 m hündürlükdə, sallaq budaqlı, boz qabıqlı, lifli koldur. Şaxəli budaqları yoğun, düz duran, göyümtül-yaşıl rəngdə olub, hamar və ya kələ-kötürdür, diametri 2-3 mm-ə çatır. Düyünaraları qısa və ya 5 sm-ə qədər uzanmışdır. Yarpaqları iki-iki düzülmüş, pərdəvarı, üçbucaq formadadır, uzunluğu 2,5-3,5 sm-dir. Hamaşçiçəkdə tozcuq sünbülcükləri sıx topalaşmışdır, saplaqsızdır, oval formadadır, budaq boyu düzülmüşdür, 6-8 çiçəyi vardır. Daxili çiçəkaltlıqları enli və bütövdür; borucuğunun uzunluğu təxminən 4-5 mm-dir və kənarları diləoxşar formadadır. İyun ayında çiçəkləyir. Meyvəsi giləmeyvə formasında kürəşəkilli və lətlidir, yetişdikdə qırmızı rəngdə olur, uzunluğu 6 mm-ə çatır.
Ortaköy hamamı
Xosrov Kəndxuda Hamamı, Ortaköy Hamamı — XVI əsrdə vəziriazam Qara Əhməd Paşanın Kahyası Xosrov Kəndxuda tərəfindən inşa etdirilən ikili hamam, Memar Sinanın əsəridir. İnşa tarixi qəti olaraq bilinməməkdədir. Soyunmalıq qismi, yan-yana, üzərləri iki böyük qübbəylə örtülü iki kvadrat məkandan ibarətdir. Bu hissənin arxasında, biri beşik vault, digərləri Reflektor tonozlarla örtülü vahidlər; ılıqlıq və hela bölümleri yer alır. Istilik məkanı, bir-birlərinə bir böyük kəmərlə açılan iki kiçik qübbəli məkan və bunlara iki istiqamətdən bağlı, arxadakıları qübbə, yandakılar vault örtülü üç hissədən meydana gəlmişdir. Ən arxada isə ortada qübbə, yanlarda beşik vault örtülü su anbarı və külhan var. Quruluşun iki böyük qübbəsi səkkizbucaqlı kasnaklara oturdulmuş və quruluş ətraflı kirpi saçakla əhatə edilmişdir. Hamam söküntü daş və tuğlayla inşa edildikdən sonra üzəri sıvayla örtülmüşdür. Dənizə baxan cəbhəsinə daha sonra yeni bir bölüm əlavə quruluş, orijinal memarlıq vəziyyətindən çox bir şey itirmədən günümüzə qədər qalmışdır. Tikinti 1990-cı illərə qədər hamam olaraq istifadə edilməkdə idi.
Ortaoba
Ortaoba — Azərbaycan Respublikası Xaçmaz rayonu inzibati ərazi vahidində kənd.
Boraboy gölü
Boraboy gölü (türk. Borabay Gölü və ya Kocabey Gölü) ― Türkiyənin Amasya ilində yerləşən uçqun-bənd mənşəli göl. Göl və ətrafı 2014-cü ildə təbiət parkı elan edilmişdir. == Coğrafiya == Boraboy gölü Amasya vilayətinin Taşova ilçəsində olan Boraboy kəndinin qərbində yerləşir. Göl Taşovadan 21 kilometr (13 mil), Amasyadan isə 61 kilometr (38 mil) məsafədədir.Göl Pont dağlarındakı yüksək, şərq-qərb yönümlü vadidə, 1,051 metr (3,448 ft) yüksəklikdə yerləşir. Boraboy gölü sürüşmə nəticəsində Çatağın çayının (Boraboy çayının bu hissəsi belə adlanır) önünün bağlanması ilə meydana gəlmişdir. Göl üzərində bənd tikilmişdir və göl səviyyəsinin yağış və ya ani qar əriməsi nəticəsində hədsiz dərəcədə yüksəldiyi vaxt suyun bir hissəsi boşaldılır. Göl 675 metr (2,215 ft) uzunluğundadır və maksimum eni 175 metr (574 ft)-dir. Gölün ümumi sahəsi 4 hektardır. Boraboy gölünün maksimum dərinliyi 11 metr (36 ft)-dir.