Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Osteit
Osteit (qədim yunan dilindən ὀστοῦν - sümük) sümük toxumasının, o cümlədən, insan skeleti sümüklərinin iltihabını xarakterizə edən xəstəlikdir. Osteit olduqca geniş yayılmış bir xəstəlik növüdür. Lakin onun təmiz forması, sümük iltihabı çox nadir hallarda rast gəlinir və demək olar ki, bütün elementləri - periosteum, sümük və sümük iliyi bu prosesdə iştirak edir. Düzgün diaqnoz və müalicə ilə tam sağalma şansı vardır. Osteitin bir neçə növü ayırd edilmişdir. qeyri-spesifik osteit - müxtəlif xəsarətlər, sınıqlar və ya ekstremal halların , o cümlədən düzgün aparılmayan sümük əməliyyatının nəticəsidir. spesifik osteit - müxtəlif bakteriya və viruslar (vərəm, sifilis və s.) tərəfindən sümük zədələnməsinin nəticəsidir. kəskin osteit - sümüklərin məhvi; xroniki osteit - sümük proliferasiyası Eksudatın xarakterinə görə isə aseptik və irinli olaraq ayrılırlar. Osteitin yalnız iki səbəbi vardır. Bunlardan birincisi infeksiya və zədədir.
Qalçanın kondensasion osteit sindromu
Qalçanın kondensasion osteit sindromu (ing. osteitis condensans ilii) – kondensasion qatılaşma, toplanma deməkdir. Dəfələrlə doğmuş gənc qadınlarda rast gəlir, çox vaxt simptomsuzdur, xoşxassəlidir, HLA-B27 əlaqəsi yoxdur, əsas əlaməti X-ray oma-qalça oynağının qalça sümüyü tərəfində üçbucaq şəkilli sklerozlaşmasıdır.
Ostenf.
Karl Emil Hansen Ostenfeld (dan. Carl Emil Hansen Ostenfeld; 3 avqust 1873 – 16 yanvar 1931, Kopenhagen) — Danimarka botaniki, mikoloqu, alqoloqu. Ostenfeldiella Ferd. & Winge, 1914 (=Plasmodiophora) Euphrasia ostenfeldii (Pugsley) Yeo, 1971 Hieracium ostenfeldii Dahlst., 1903 Posidonia ostenfeldii Hartog, 1970 Taraxacum ostenfeldii Raunk., 1906 Paulsen, Ove, 1931. C. H. Ostenfeld. Botanisk Tidsskrift, bd. 41. Nelson, E. Charles & Mary J. P. Scannell, 1978. C. E. H. Ostenfeld's Western Australian plants in the Herbarium, National Botanic Gardens, Glasnevin. Glasra 2: 1–24.
Ortit
Ortit — mineral, (Ce, Ca)2(Fe2+, Fe3+, Mg)Al2 [OïOHïSiO4ïSi2O7] Ortit - monoklinik. Kristalları prizmatik, lövhəcikvari. Aqreqat dənəvər qeyri-düzgün ayrılmalar. Rəngi qonur, qara. Parıltısı qatranı. Sərtliyi 6-dək. Xüsusi çəkisi 3,2-4. Radioaktivdir. Qranitlərdə, qranitli peqmatitlərdə, bəzən qələvi peqmatitlərdə; hidrotermal, qreyzen və başqa yataqlarda məlumdur. Növ müxtəlifliyi: naqatelit, ittriumlu ortit Qurğuşun üsulu ilə mütləq yaşın təyinində istifadə edilir.
Ostin
Ostin (Texas)
Eupatorium ostenii
Praxelis ostenii (lat. Praxelis ostenii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin praxelis cinsinə aid bitki növü.
Osetin dili
Osetin dili (öz adlanması İron əvzaq) — Hind-Avropa dillərinin hind-fars dilləri qrupunun şərqi-fars yarımqrupuna aiddir, alan və skiflərin dilləri ilə genetik bağlılığı saxlayır. Şimali Osetiyada və Cənubi Osetiyada yayılıb. Danışanların ümumi sayı 450—500 min nəfər qiymətləndirilir (Rusiyada 431–451 nəfər), onlardan Şimali Osetiyada 380–450 min nəfərdir. 2002-ci il siyahıyalınmasına görə Rusiyada osetin dilini istifadə edən 10388 rus, 1107 kabardin, 837 inquş və 3200 gürcü yaşayır. Портал по документации и исследованию грамматики осетинского языка Arxivləşdirilib 2014-03-22 at the Wayback Machine Национальный корпус осетинского языка Клуб аланского языка (самоучитель, тексты, словарь, музыка) Иронский текст с параллельным переводом на дигорский Осетинский язык online (словари, учебные материалы, подборка ссылок) Абаев В. И. Краткий грамматический очерк осетинского языка Багаев Н. К. Современный осетинский язык Грамматика осетинского языка (под ред.
Osetin dəstəsi
Osetin dəstəsi (erm. Օսական ջոկատ; rus. Осетинские добровольцы) - Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən döyüşmüş əsasən etnik osetin və kabardinlərdən təşkil olunmuş hərbi dəstə. Osetin otryadı adı ilə tanınmış dəstəyə millətcə osetin olan mayor Mirzə Abayev rəhbərlik etmişdir. Osetin dəstəsinin Qarabağ müharibəsinə gəlişi 1992-ci ildə baş vermişdir. 30 osetin, 3 rusiya ermənisi, 1 kabardin, 1 rus və 1 nəfər tatardan ibarət, ümumilikdə 36 nəfərdən ibarət dəstə 1992-ci ildə Rusiyadan Qarabağa gəlmişdir. Dəstə üzvlərinin əksəriyyəti Qarabağ müharibəsindən əvvəl Gürcü-osetin münaqişəsində aktiv iştirak etmişdir. Dəstə, Ağdam, Cəbrayıl, Ağdərə və Füzuli rayonlarının işğal olunmasında fəal iştirak etmişdir. Dəstə üzvü olan Boris Əliyevin Ağdərə rayonun işğalında səhra komandiri olduğu və Azərbaycan ordusu tərəfindən öldürüldüyü məlumdur. Dəstənin tanınmış döyüşçülərindən Georgi Vəliyev (qranatamyotçu), Oleq Qusov (Tsxinvalidən xüsusi təyinatlı), Qulbeq İnalov (Tsxinvalidən xüsusi təyinatlı), Nurmaqomed Budaev, Aleksandr Zanqiev, Boris Əliyev və Zaurmaq Barayevi misal göstərmək olar.
Osetin piroqu
Osetin piroqu-(oset. чъиритæ; в — къеретæ) Xəmir və içlikdən ibarət piroqdur. Diametri 30–40 sm, qalınlığı isə 2 sm olur. Bəzən üçbucaq formasında olur. Məşhur Osetin piroqunun tarixi 1 əsrə aiddir. Osetin mətbəxinin tarixinə Osetin xalqının tarixi də təsir etmişdir (məs: skif, sarmat, alanlar) ki, onun da tərkibində süd və ət məhsulları üstünlük təşkil edir. Əvvəllər Osetin piroqları mayasız xəmirlərdən hazırlanırdı. Adətən o nazik olurdu və onun hündür olması onu hazırlayanın bacarıqsız olmasını göstərirdi. İçliyindən asılı olaraq Osetin piroqlarının müxtəlif adları olur. Əsas növləri: Davondjin (осет.
Senecio ostenii
Senecio ostenii (lat. Senecio ostenii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Çikaqo Outfit
Çikaqo Outfit (ing. Chicago Outfit) — Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən mafiya klanı. Klan 1910-cu ildə yaradılmışdır. Bu zamana qədər, klana 16 mafia donu rəhbərlik etmişdir. Onlardan bütün dünyada məşhur olan Al Kapone, Conni Torrio, Frenk Nitti və Pol Rikkanı misaı göstərmək olar. Hal-hazırda klana Con Di Fronzo rəhbərlik edir.
Osteoid osteoma
Osteoid osteoma — osteoblastlardan və osteoklastların bəzi komponentlərindən əmələ gələn xoşxassəli (xərçəngsiz) sümük şişi. Şiş bütün xoşxassəli sümük şişlərinin 9-10%-ni təşkil edir. Osteoid osteomaların ölçüsü 1,5 sm-dən az olur. Şiş bədəndəki hər hansı bir sümüyündə, lakin ən çox bud və ayağın uzun sümüklərində olur. Onlar bütün xoşxassəli sümük şişlərinin 10-12%-ni və bütün anormal sümük böyümələrinin 2-3 %-ni təşkil edir. Osteoid osteoma hər yaşda baş verə bilər, lakin ən çox 4-25 yaş arası xəstələrdə rast gəlinir. Kişilər qadınlara nisbətən təxminən 3 dəfə daha çox təsirlənir. Osteoid osteomanın ümumi simptomları bunlardır: gecə daha da pisləşən darıxdırıcı və ya kəskin ağrı adətən aspirin və ya digər ağrıkəsici dərmanlarla aradan qaldırılan ağrı axsaqlıq ağrılı skolioz və əzələ spastisitesi (şiş onurğada yerləşirsə) böyümənin pozulması (şiş sümük böyümə plitəsi ilə əlaqəli olduqda) əzələ atrofiyası əyri deformasiya siyatik kimi sinir simptomları (şiş onurğada yerləşdikdə) Ağrı — ən çox görülən simptomdır, ilkin olaraq reseptsiz ağrı dərmanları ilə aradan qaldırıla bilər. Xoşxassəli şiş daha da inkişaf etdikdən sonra ağrı dərman vasitəsi ilə aradan qaldırıla bilməz və yüngül və ya şiddətli şişlik meydana gəlməyə başlayır. Baxmayaraq ki, bəzi hallarda ağrı səviyyəsi illərlə davam edir və qeyri-steroid antiinflamatuar preparatların müntəzəm istifadəsi ağrıları aradan qaldırır.
Praxelis ostenii
Praxelis ostenii (lat. Praxelis ostenii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin praxelis cinsinə aid bitki növü.
Otit
Otit (q.yun. οὖς, ὠτός) — qulaqda iltihablı proses kimi yayılan qulaq, burun, boğaz xəstəliyi. Patoloji prosesin lokalizasiyasından asılı olaraq (xarici, orta və ya daxili qulağın strukturlarında) aşağıdakılarla fərqlənir: xarici otit orta otit labirint (daxili qulağın iltihabı) Otit xəstəliyi hər yaşda, xüsusən də uşaqlarda baş verə bilən xəstəlikdir. Ən çox yayılan orta qulağın iltihab xəstəliyidir. 3 yaşa qədər uşaqların 80%-də ən azı bir dəfə otit xəstəliyi müşahidə olunub. Xarici otit — orta qulaq kanalının iltihabı — məhdud və ya diffuz ola bilər. Xarici qulağın məhdud iltihabı tez-tez furunkulyozla təmsil olunur. Xarici eşitmə kanalının diffuz iltihabı əsasən xroniki irinli otitdə, müxtəlif bakteriyaların dəriyə və dərialtı təbəqəyə nüfuz etməsi, həmçinin göbələk infeksiyası ilə müşahidə olunur. İltihabı proses hərdən qulaq pərdəsinə qədər yayılır. Orta otit — orta qulağın iltihabıdır.
Beyker-strit
Beyker-strit (ing. Baker Street) — inzibati dairə, Vestminster borosunda yerləşən, Merilebon məhələsinə aid Londonun ən məşhur küçələrindən biri. Küçə XVIII əsrdə onu salan inşaatçı Vilyam Beykerin şərəfinə adlandırılmışdır. Şotland yazıçısı Artur Konan Doylun yaratdığı xəfiyyə obrazı — Şerlok Holms Londonda Beyker-strit, 221B ünvanında yaşamışdır.
Ceyn Ostin
Ceyn Ostin(ing. Jane Austen; 16 dekabr 1775[…], Stiventon[d], Hempşir qraflığı[d][…] – 18 iyul 1817[…], Uinçester) — ingilis yazıçısı. İngilis yazıçısı Ceyn 1783-cü ildə təhsilinə Oksfordda başlamış, Sauzamptonda davam etmiş, ən sonunda isə qızlar məktəbində oxumuşdur. Kənd keşişinin yeddinci uşağı olan Ceyn öz dövrünə uyğun gözəl təsvirlər və obrazlar yaratdığına görə romanları klassiklər sırasında yer almağı bacarmışdır. 1805-ci ildə atasının ölümündən sonra əvvəlcə Sauzamptona, 1809-cu ildə isə varlı qardaşının yanına köçür. Həmin ev günümüzdə ev muzeyi kimi fəaliyyət göstərək, turistlərin sıx ziyarət etdiyi məkanlardan sayılır.1789-cu ildən roman yazmağa başlayan Ceynin romanlarının baş qəhrəmanları qadınlardır, əsərlər hər zaman xoşbəxt evliliklə başa çatır. İlk olaraq "Eşq və yaşam" adlı kitabı nəşr edildi, daha sonra isə bu siyahını "Qürur və qərəz", "Mansfild parkı", "Emma" davam etdirdi. 1816-cı ilin əvvəlindən özünü pis hiss etməyə başlayan Ceyn, əvvəlcə öz xəstəliyini danır, çalışmağa, ənənəvi ailə fəaliyyətlərində iştirak etməyə davam edir. Lakin xəstəliyi get-gedə irəliləyir, xəstəliyinə çarə tapmayan ailəsi 1817-ci il iyulun 18-də Ceyni itirir. Ceyn Ostinin həyatı haqqında sağ qalan məktublardan və ailə üzvlərinin yazdığı kiçik bioqrafik notlardan əlavə məlumat yoxdur.
Con Ostin
Con Ostin (ing. John Austin; 3 mart 1790[…] – 1 dekabr 1859) — ingilis hüquqşünası. Hüquqi pozitivizm prinsiplərinin nəzəri cəhətdən əsaslandırılması ilk dəfə Con Ostindən başlamışdır. Con Ostin Ceremi Bentamın utilitarizminin davamçısıdır. İngiltərə və ABŞ-nin hüquqi elmlərində Ostinin əsərlərinin təsiri altında analitik hüquqşünaslıq adı ilə tanınmış nümayəndəli məktəb formalaşmışdır. Con Ostin 1832-ci ildə London Universitetində oxuduğu mühazirələrin bir hissəsini "Hüquqşünaslıq sahələrinin müəyyənləşdirilməsi" adı ilə kitab halında çap etdirmişdir. Bütövlükdə onun "Hüquqşünaslıq və ya pozitiv hüquq fəlsəfəsi üzrə mühazirələr"i 1863-cü ildə ölümündən sonra nəşr edilmişdir. Ostin təbii hüququ və dövlətdə fəaliyyətdə olan qanunlara qiymətləndirici yanaşmanı inkar etmirdi, ancaq bu problemləri hüquqşünaslıq hüdudlarından kənara çıxarmışdı. O, insanın cəmiyyətdə davranışını müəyyən edən qanunların aşağıdakı növlərini ayırırdı: ilahi qanunlar — Ostin bu termini daha üstün tutur və təbii hüquqdan daha dəqiq hesab edirdi. rəylərə əsaslanan pozitiv əxlaq qanunları — məsələn, vicdan qanunları dövlət hakimiyyətinin təyin etdiyi pozitiv qanunlar Göstərilən qanun növləri, müvafiq olaraq, etika və ya dentologiya, əxlaq elmi və hüquqşünaslıq kimi elmləri öyrənir.
Dauninq-strit
Dauninq-strit (ing. Downing Street) — inzibati dairə, Vestminster borosunda yerləşən, Londonun kiçik, lakin mühüm əhəmiyyətə malik küçələrindən biri. Burada 200 ildən artıqdır ki, Britaniya baş nazirinin iqamətgahı yerləşir. Küçə 1680-ci ildə onu salmış ingilis siyasi xadimi, diplomat baronet Corc Dauninqin şərəfinə adlandırılmışdır. Hökumət üzvlərinin bütün iqamətgahları küçənin bir tərəfində yerləşir. Yalnız xarici işlər nazirliyi qarşı binada yerləşir. Ev 10-da ənənəyə əsasən xəzinədar birinci lord, indi isə onun əvəzedicisi, baş nazir, ev 11-də isə xəzinədar ikinci lord, hazırda onun əvəzedicisi, maliyyə naziri yaşayır.
Fri-Steyt
Fri Steyt (ing. Free State; soto Foreistata, ərəb. Vrystaat‎) — Cənubi Afrikada vilayət. Paytaxtı olan Bloemfontein şəhəri, həm də ölkənin məhkəmə paytaxtıdır.
Fri Steyt
Fri Steyt (ing. Free State; soto Foreistata, ərəb. Vrystaat‎) — Cənubi Afrikada vilayət. Paytaxtı olan Bloemfontein şəhəri, həm də ölkənin məhkəmə paytaxtıdır.
Koronar stent
Koronar stent — ürəyin işemik xəstəliyinin müalicəsində damarları açıq saxlamaq üçün ürəyi qanla təmin edən koronar arteriyalara yerləşdirilən boru formasında olan cihaz. Perkutan koronar müdaxilə (PKM) adlanan prosedurda istifadə olunur. Hazırda, koronar stentlər PKM prosedurlarının 90% -dan çoxunda istifadə olunur. Stentlər stenokardiyanı (sinə ağrısını) azaldır və kəskin miokard infarktı zamanı sağ qalmaq ehtimalıni çoxaldır və yan təsirləri azaldır. Oxşar stentlər və prosedurlar koronar olmayan damarlarda (məsələn, periferik arteriya xəstəliyi üçün ayaqlarda) istifadə olunur. Stentli arteriya digər angioplastika prosedurları ilə eyni mərhələlərdən keçir, lakin bir neçə mühüm fərqi də var. Müdaxilə edən kardioloq, bələdçi kateter vasitəsilə kontrast maddə yeritməklə və əsas koronar arteriyalardan qan axını müşahidə etməklə tıxanmanın yerini müəyyən etmək və ölçüsünü qiymətləndirmək üçün angioqrafiyadan istifadə edir. Kardioloq bu məlumatdan istifadə edərək tıxanmanın stentlə müalicə edilməli olub-olmadığını, əgər varsa, hansı növ və ölçüdə olduğuna qərar verir. Ən çox satılan dərman tərkibli stentlərdir, stent yuvarlanmış formada balon kateterinin kənarına yapışdırılır. Qan laxtalanması kimi fəsadları minimuma endirmək üçün stent çərçivəsinin damar divarları ilə birbaşa təmasda olması vacibdir.
Oksford-strit
Oksford-strit (ing. Oxford Street) — inzibati dairə, Vestminster borosunda yerləşən Londonun ən qədim küçələrindən biri. Oksford-strit Avropanın "Roma yolu" küçələrindən olub, XII əsrdə salınmışdır. 1196–1782-ci illərdə küçə Tyburn Street adlanmış, XVII əsrdən etibarən zadəgan Oksfordun şərəfinə adlandırılmışdır.
Ostin (Texas)
Ostin (ing. Austin) — Texas ştatının cənub-mərkəzi hissəsində yerləşən Travis şəhəri dövlət paytaxtı və inzibati mərkəzi olan ABŞ-də bir şəhərdir. Şəhər 1839-cu ildə təsis edilib və müstəqil Texas qurucularından biri olan Stephen Austinin şərəfinə adlandırılıb. Ostin Texasda 4-cü ən böyük şəhərdir. ABŞ-də isə ən böyük 14-cü (2010-cu ildə 790.390 nəfər, 2017-ci ildə təxminən 950.715 nəfər) şəhərdir. Ostin ABŞ-nin ən böyük universitetlərindən birinə - Texas Universitetinə ev sahibliyi edir.
Ostin (İtaliya)
Austis (sardin. Aùstis) — Sardiniyanın Nuoro əyalətindəki kommuna və kiçik şəhər. Sahəsi 50,81 km²-dir. Kommunanın əhalisi 820 nəfər, əhalinin sıxlığı isə 16 nəfər/km²-dir. Austis kommunası aşağıdakı kommunalarla həmsərhəddir: Neoneli, Nughedu Santa Vittoria, Olzai, Ortueri, Sorgono, Teti və Tiana.
Ostin Tran
Ostrıy adası
Ostrıy — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Axmatov körfəzinin şimal-şərqində yerləşir. Bolşevik adasında yerləşən Dalnı burnundan 1 km aralıda yerləşir. Ostrıy adasının ətrafında Şimal Torpağına daxil iki ada vardır: Cənub adası (700 m) və Nizkiy adası (1,3 km). Ada uzunsov formaya malikdir və 300 metrən artıq məsafədə uzanır. Adada seçilən yüksəklik yoxdur.