Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Otluq cüllütü
Otluq ilbizcüllütü (lat. Tringa totanus) — i̇lbizcüllüt cinsinə aid quş növü. == Görünüşü == Nisbətən gödək dimdiyi və uzun ayaqları olan kifayət qədər iri cüllütdür. Bədəninin uzunluğu 28 sm, qanadları 144 – 170 mm, çəkisi 120 q-a yaxındır. Üstü qonurumtul – boz, qara çilli, altı ağ, sıx çilli, quyruqüstü ağdır. Başqa trinqalardan fərqli olaraq qanadının iç kənarı boyunca uçuş zamanı yaxşı görünən enli ağ zolaq uzanır. Qırmızı ayaqları və dimdiyinin qırmızı əsası ilə seçilir. Qara və boz cüllütlərdən fərqli olaraq Azərbaycanda yuvalayır, həm də qışlayır. Sayına görə kifayət qədər adidir. Yuvalama arealı Sibirin böyük hissəsi və Rusiyanın şimal-şərqi istisna olmaqla demək olar ki, bütün Palearktikanı əhatə edir.
Otluq ilbizcüllütü
Otluq ilbizcüllütü (lat. Tringa totanus) — i̇lbizcüllüt cinsinə aid quş növü. == Görünüşü == Nisbətən gödək dimdiyi və uzun ayaqları olan kifayət qədər iri cüllütdür. Bədəninin uzunluğu 28 sm, qanadları 144 – 170 mm, çəkisi 120 q-a yaxındır. Üstü qonurumtul – boz, qara çilli, altı ağ, sıx çilli, quyruqüstü ağdır. Başqa trinqalardan fərqli olaraq qanadının iç kənarı boyunca uçuş zamanı yaxşı görünən enli ağ zolaq uzanır. Qırmızı ayaqları və dimdiyinin qırmızı əsası ilə seçilir. Qara və boz cüllütlərdən fərqli olaraq Azərbaycanda yuvalayır, həm də qışlayır. Sayına görə kifayət qədər adidir. Yuvalama arealı Sibirin böyük hissəsi və Rusiyanın şimal-şərqi istisna olmaqla demək olar ki, bütün Palearktikanı əhatə edir.
Otluq şərq alabayquşu
Otluq şərq alabayquşu (lat. Tyto longimembris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin alabayquşlar fəsiləsinin alabayquş cinsinə aid heyvan növü.
Otluqbeli (ilçə)
Otlukbeli yaxud keçmiş adıyla Karakulak — Ərzincanın 9 ilçəsindən biridir. == Əhali == 2016-cı ilin məlumatına görə ilçədə 2.415 nəfər yaşayır.
Otluqbeli Döyüşü Şəhidləri Abidəsi
Otluqbeli Döyüşü Şəhidləri Abidəsi (türkcə: Otlukbeli Savaşı Şehitleri Anıtı) — Türkiyənin Ərzincan bölgəsinin Otluqbeli məntəqəsində yerləşən abidə. 2008-ci ildə açılışı edilən abidə 1473-cü ildə bu bölgədə iki türk-müsəlman dövləti olan Ağqoyunlu və Osmanlı arasında baş vermiş döyüşdə həyatını itirən döyüşçülərin xatirəsinə həsr edilmişdir. == Döyüş == Otluqbeli döyüşü 1473-cü ilin 11 avqustunda Osmanlı hökmdarı II Mehmedlə Ağqoyunlu hökmdarı Sultan Uzun Həsən arasında baş vermişdir. İki dövlətin toqquşan maraqlari nəticəsində meydana çıxmış döyüş 8 saat davam etmiş və minlərlə insanın həyatını itirməsi ilə nəticələnmişdir. Döyüşün nəticəsində odlu silaha malik olan Osmanlı dövləti yalnız ənənəvvi süvari orduya malik Ağqoyunlu dövlətinə qalib gəlmişdir. == Abidə == Otluqbelinin bölgə valisi Şefik Aygöl 2008-ci ildə Kiçik Otluqbeli kəndində, yəni Otluqbelinin 4 km şimalında abidənin ucaldılması barədə əmr vermişdir. Şefik Aygöl bu məsələ barədə demişdir: Abidə kiçik göl olan Otluqbeli, digər adı ilə Acıgöl gölünün yaxınlığında yerləşir. Abidənin ərazisi 1.000 m2-dan ibarətdir. Abidənin açılışı 11 avqust 2008-ci ildə, yəni tarixi döyüşün 535-ci ildönümündə edilmişdir. Abidə komandanlar olan II Mehmed və Uzun Həsənin relyeflərini özündə əks etdirdiyindən diqqət çəkir və hər iki tərəfdən ölən bütün əsgərlərə həsr olunmuşdur.
Otluqbeli döyüşü
Otluqbeli döyüşü — 1473-cü il avqustun 11-də Osmanlı Sultanı II Mehmedlə Ağqoyunlu sultanı Uzun Həsən arasındakı meydan döyüşü. Tarixşünaslıqda həmçinin Başkənd döyüşü və ya Bayburd döyüşü kimi də tanınır. Uzun Həsən sarayında xidmət edən Əbubəkr Tehrani "Kitabi-Diyarbəkriyyə" əsərində bu döyüşdən bəhs edərək yazır: "Bura Osmanlı mülkündən kənarda yerləşir, yerli əhali onu Başkənd adlandırır." Kiçik Asiyadakı Osmanlı dövlətinin yeritdiyi fəal xarici siyasət Cənubi Qafqazın inkişafı üçün mənfi bir amil idi. Uzun Həsən bəylikdə hakimiyyət başına gələrkən (1453) Osmanlı türkləri Konstantinopolu fəth edərək Qara dəniz boğazlarında ağalığa başlamışdılar. Bu hal Cənubi Qafqazın Balkan ölkələri ilə qədim ticarət və diplomatik münasibətlərinin gedişinə təsir etdi. Osmanlı sultanlarının Avropa-Asiya tranzit ticarətinə böyük zərbə vuran gömrük siyasəti Cənubi Qafqazın Avropa ilə ticarət əlaqələrinin zəifləməsinə səbəb olurdu. Osmanlı sultanları Cənubi Qafqazı, xüsusilə Azərbaycanı ələ keçirməyə cəhd edirdilər. XV əsrin 60-cı illərinin əvvəllərində Osmanlı dövlətinin təcavüzünə qarşı Ağqoyunluların apardıqları mübarizə diqqəti daha çox cəlb edir. Bu dövrdə Ağqoyunluların Qaraqoyunlularla kəskin mübarizəsindən istifadə etməyə çalışan Osmanlı sultanı II Mehmed Ağqoyunlulara qarşı böyük hərbi yürüş hazırladı və onların müttəfiqi o lan Trabzon krallığı üzərinə hücuma keçdi. Qara dəniz sahilində yerləşən Trabzon şəhəri Avropanın şərq ölkələri, Hindistan və Çinlə ticarətində vasitəçi rolunu oynayırdı.
Otlaq
Otlaq – bitki örtüyü; heyvanların otarılması üçün istifadə edilən sahə. Otlaq təbii və süni (əkilmiş, səpilmiş) olur. Təbii otlaqlarda bitki örtüyü çoxillik çəmən-bozqır, yarımsəhra otlarından, efemerlərdən və yarımkol və kollardan ibarət olur. Süni Otlaqda isə bitki örtüyü çoxillik və birillik taxıl otlarının və paxlalı bitkilərin qarışıq səpini əsasında yaradılır. Azərbaycanda təbii biçənək və otlaqlar əsasən Qobustanda, Ceyrançöldə, Acınohurda, Şirvan, Mil, Qarabağ, Salyan düzlərində yerləşərək təbii otlaqların 67%-ni, dağlarda isə Böyük və Kiçik Qafqazda, Talışda orta dağlıq, subalp] və alp zonalarını əhatə edərək təbii otlaqların 33%-ni təşkil edir. == Otlaq dövriyyəsi == Otlaq ərazilərinin ardıcıl istifadə olunan sahələrə bölünməsi, ilbəil otarma mövsümlərinin, bəzən istirahətə qoyulma müddətinin və fitomeliorasiya dövrlərinin dəyişdirilməsi ilə ondan səmərəli istifadə sistemi. Üç-dörd və beşillik dövriyyə tətbiq oluna bilər. == Otlaq eroziyası == Otarma normasına riayət etmədən intensiv otarma nəticəsində torpağın dağılması. == Otlaq qrupları == Adətən bir formasiya daxilində bir-birinə yaxın (oxşar) otlaq tiplərini birləşdirir. == Otlaq resursları == Ev və vəhşi heyvanların otlaması məqsədilə istifadə olunan bitki örtüyü sahələri.
Onluq kəsr
Onluq kəsr — həqiqi ədədləri ± d m … d 1 d 0 , d − 1 d − 2 … {\displaystyle \pm d_{m}\ldots d_{1}d_{0}{,}d_{-1}d_{-2}\ldots } şəklində göstərə bilən, kəsrlərin bir növü olmaqla, bir üsul sayılır. ± {\displaystyle \pm } — kəsr işarəsi: + {\displaystyle +} və ya − {\displaystyle -} , {\displaystyle ,} — onluq vergül, tam və kəsr hissələrinin ayrılmasını təmin edir, d k {\displaystyle d_{k}} — onluq ədədlər. Qeyd edək ki, ədədlərin vergülə qədər olan sırası (yəni vergüldən solda) sonlu sayda, ən azı bir rəqəm, vergüldən sonra isə (yəni vergüldən sağda) isə həm sonlu (xüsusi halda heç olmaya da bilər), həm də ki sonsuz ola bilər. Misallar: 123 , 45 {\displaystyle 123{,}45} (sonlu onluq kəsr) π ədədinin sonsuz onluq kəsrlə ifadəsi : 3,141 5926535897... {\displaystyle 3{,}1415926535897...} Onluq kəsrin qiyməti ± d m … d 1 d 0 , d − 1 d − 2 … {\displaystyle \pm d_{m}\ldots d_{1}d_{0},d_{-1}d_{-2}\ldots } onluq ədəd olur, ± ( d m ⋅ 10 m + … + d 1 ⋅ 10 1 + d 0 ⋅ 10 0 + d − 1 ⋅ 10 − 1 + d − 2 ⋅ 10 − 2 + … ) , {\displaystyle \pm \left(d_{m}\cdot 10^{m}+\ldots +d_{1}\cdot 10^{1}+d_{0}\cdot 10^{0}+d_{-1}\cdot 10^{-1}+d_{-2}\cdot 10^{-2}+\ldots \right),} hansı ki sonlu və ya sonsuz sayda olan toplananların cəminə berabərdir. Onluq ədədlərin onluq kəsrlərlə göstərilməsi, tam ədədlərin onluq say sistemində ümumiləşmiş yazılışıdır. Onluq ədədin onluq kəsrlə ifadəsində, vergüldən sonrakı rəqəmlər olmur və beləliklə bu ifadə aşağıdakı kimi göstərilir ± d m … d 1 d 0 , {\displaystyle \pm d_{m}\ldots d_{1}d_{0},} hansı ki həmin ədədin onluq say sistemində yazılışı ilə üst-üstə düşür. == Sonlu və sonsuz onluq kəsrlər == === Sonlu kəsrlər === Vergüldən sonra sonlu sayda rəqəm sayına malik olan onluq kəsr sonlu adlanır. ± a 0 , a 1 a 2 … a n {\displaystyle \pm a_{0}{,}a_{1}a_{2}\ldots a_{n}} tərifə gorə bu kəsr belə bir rəqəm ifadə edir ± ∑ k = 0 n a k ⋅ 10 − k {\displaystyle \pm \sum _{k=0}^{n}a_{k}\cdot 10^{-k}} Məsələn:0,123;5,78;9,213 === Sonsuz kəsrlər === Sonsuz onluq kəsr ± a 0 , a 1 a 2 … {\displaystyle \pm a_{0}{,}a_{1}a_{2}\ldots } tərifə görə, belə bir həqiqi ədədlə ifadə olunur. Sonsuz kəsrlərin yanında sonsuz sayda rəqəmlər olarsa bu sonsuz kəsrdir.məsələn 3,1266389904…..
Onluq loqarifm
Onluq loqarifm — əsası 10 olan loqarifm. Başqa sözlə, ədədin onluq loqarifminin b {\displaystyle b} tənliyində 10 x = b {\displaystyle ~10^{x}=b} həlli var. Onluq loqarifmin b {\displaystyle b} ədədi mövcuddur ki, (əgər b > 0. {\displaystyle ~b>0.} ) bunu lg b {\displaystyle ~\lg \,b} (ISO 31-11 spesifikasiyası) kimi işarələyirlər. Nümunələr: lg 1 = 0 ; lg 10 = 1 ; lg 100 = 2 {\displaystyle \lg \,1=0;\,\lg \,10=1;\,\lg \,100=2} lg 1000000 = 6 ; lg 0 , 1 = − 1 ; lg 0,001 = − 3 {\displaystyle \lg \,1000000=6;\,\lg \,0{,}1=-1;\,\lg \,0{,}001=-3} Xarici ədəbiyyatda, həmçinin kalkulyatorların klaviaturasında onluq loqarifmin işarələri: log , Log , Log10 {\displaystyle ~\operatorname {log} ,\operatorname {Log} ,\operatorname {Log10} } , həm də yadda saxlamaq lazımdır ki, ilk 2 variant natural loqarifmə də aiddir.
Onluq loqarifma
Onluq loqarifm — əsası 10 olan loqarifm. Başqa sözlə, ədədin onluq loqarifminin b {\displaystyle b} tənliyində 10 x = b {\displaystyle ~10^{x}=b} həlli var. Onluq loqarifmin b {\displaystyle b} ədədi mövcuddur ki, (əgər b > 0. {\displaystyle ~b>0.} ) bunu lg b {\displaystyle ~\lg \,b} (ISO 31-11 spesifikasiyası) kimi işarələyirlər. Nümunələr: lg 1 = 0 ; lg 10 = 1 ; lg 100 = 2 {\displaystyle \lg \,1=0;\,\lg \,10=1;\,\lg \,100=2} lg 1000000 = 6 ; lg 0 , 1 = − 1 ; lg 0,001 = − 3 {\displaystyle \lg \,1000000=6;\,\lg \,0{,}1=-1;\,\lg \,0{,}001=-3} Xarici ədəbiyyatda, həmçinin kalkulyatorların klaviaturasında onluq loqarifmin işarələri: log , Log , Log10 {\displaystyle ~\operatorname {log} ,\operatorname {Log} ,\operatorname {Log10} } , həm də yadda saxlamaq lazımdır ki, ilk 2 variant natural loqarifmə də aiddir.
Onluq sistemi
Onluq sistemi — 10 ədədi əsasında qurulan ən çox yayılmış hesablama sistemidir. Bu sistemdə ərəb rəqəmləri adlanan 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 0 rəqəmlərindən istifadə edilir. Hesab edilir ki, 10 ədədi sistemi insan əlindəki barmaqların sayı ilə bağlıdır. 1-dən 10-a qədər bütün ədədlərə bölünə bilən ən kiçik ədəd 2520-dir.
Çiçək Otlu
Çiçək Otlu (1973, Ulduzəli, Sivas ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Çiçək Otlu 1973-cü ildə Sivas ilinin Yıldızeli ilçəsində anadan olub. Orta təhsillidir. 90-cı illərdə Kommunist Partiyasının nəşri olan Atılım qəzetində çalışıb. 2005-2009-cu illərdə Fəhlə Qadınlar Assosiasiyasının prezidenti olub. 2009-2016-cı illərdə Məzlumların Sosialist Partiyası sədrinin müavini, 2016-2019-cu illərdə sədri vəzifəsində təmsil olunub. 2021-2023-cü illərdə Sosialist Qadınlar Assambleyalarının sözçüsü, Sosialist Qadınlar Jurnalının isə rəhbəri olub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Daxili İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Onluq say sistemi
Onluq sistemi — 10 ədədi əsasında qurulan ən çox yayılmış hesablama sistemidir. Bu sistemdə ərəb rəqəmləri adlanan 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 0 rəqəmlərindən istifadə edilir. Hesab edilir ki, 10 ədədi sistemi insan əlindəki barmaqların sayı ilə bağlıdır. 1-dən 10-a qədər bütün ədədlərə bölünə bilən ən kiçik ədəd 2520-dir.
İkilik-onluq ədəd
== İkilik-onluq ədəd == İkilik-onluq ədəd(Binary-coded decimal)– yuvarlaqlaşdırma və çevirmə xətalarından qaçmaq üçün onluq ədədi ikilik şəklində göstərən kod. Onluq ədədin hər bir rəqəmi o birilərdən ayrıca olaraq ikilik ədədlə kodlaşdırılır. 0-dan 9-a hər bir onluq simvol dörd bitlə ifadə olunur; asan oxunması üçün bu 4-mərtəbəli qrupların arasında boşluq qoyulur. Məsələn, 12 ədədi BCD sistemində 0001 0010 kimi, 96 ədədi isə 1001 0110 kimi göstərilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Universal onluq təsnifat dili
Universal onluq təsnifat dili (ing. Universal Decimal Classification) — Universal onluq təsnifat (UOT) əsasən onluq prinsipinə görə qurulmuşdur, yəni bütün biliklər sahəsi ardıcıl olaraq 10 sahəyə bölünür. Bu sistemdən istifadə etməklə, istənilən sənədi indeksləşdirmək olar. Universal ona görə deyirlər ki, o bütün insan fəaliyyətini əhatə edir, onluq isə onun indeksinin 10 hissəyə bölünmə prinsipinə görə qurulmasıdır. Burada bütün anlayışlar (təsnifat obyektləri) UOT-a görə 2 qrupa bölünür: əsas və köməkçi. Əsas anlayışlar, ərəb rəqəmlərindən ibarət olan indekslərlə əks olnur. Onlar sistemlənmiş qaydada UOT cədvəlində göstərilir. Bu cədvəldə bütün anlayışlar 10 əsas bölmələrlə təsvir olunur. Həmin bölmələr 0-dan 9-a qədər rəqəmlərlə nomralanır və onların hər biri iyerarxik prinsipinə əsasən ümumidən başlayaraq alt bölmələrə bölünür. Burada axtarışın keyfiyyətli aparılması xatirinə hər bir bölmə, alt bölmə və s.
Ötüğ
Ötüğ - türk və altay xalq mədəniyyətində dua. Yaxarma, tanrıya yalvarma, diləmə, istəmə. Ən sadə olaraq, bir şeyin reallaşmasını və pis vəziyyətlərdən qorunmağı Tanrıdan istəməkdir. Ötümək (Ötüğmək, Ötükmək) "dua etmək" feli ilə də istifadə edilər. Söz, Öt/Öd kökündən törəmişdir. Zaman, zamanın keçişi və yaxarmaq mənalarını ehtiva edər. Ahəngli səs çıxarmaq mənası vardır. == Sax == Sax və ya Sah türk və yakut xalq inancında və sibir şamanizmində ayinlərdə və dualarda istifadə edilən bir sözdür. "Amin" mənasını verər. Sak və yaSag olaraq da deyilər.
Boşluq
Boşluq (ing. Vulnerability) − sistem təhlükəsizlik vasitələrində zəiflik, sistemin layihəsində, yaradılmasında, prosedurlarında və daxili nəzarətində səhvlər və ya zəifliklər nəticəsində meydana çıxır və sistemin təhlükəsizlik siyasətinin pozulması üçün istifadə edilə bilər. Zəifliklərdən kompüter sistemi daxilində imtiyaz sərhədlərini keçmək (yəni, icazəsiz hərəkətlər etmək) üçün hücumçu kimi təhlükə aktyoru tərəfindən istifadə edilə bilər. Zəiflikdən istifadə etmək üçün hücumçunun sistem zəifliyinə qoşula bilən ən azı bir tətbiq aləti və ya texnikası olmalıdır. Bu çərçivədə zəifliklər həm də hücum səthi kimi tanınır. Zəifliyin idarə edilməsi nəzəri cəhətdən dəyişən, lakin ümumi prosesləri ehtiva edən dövri təcrübədir: bütün aktivləri kəşf etmək, aktivləri prioritetləşdirmək, tam zəiflik skanını qiymətləndirmək və ya həyata keçirmək, nəticələr haqqında hesabat vermək, zəiflikləri aradan qaldırmaq, aradan qaldırılmasını yoxlamaq — təkrar etmək. Bu təcrübə ümumiyyətlə hesablama sistemlərində proqram təminatı zəifliklərinə aiddir. Çevik zəifliyin idarə edilməsi bütün zəiflikləri mümkün qədər tez müəyyən etməklə hücumların qarşısının alınmasını nəzərdə tutur. == Boşluqların aşkar edildiyi yerlər == Zəifliklər aşağıdakılarla bağlıdır və özünü göstərə bilər: sistemin fiziki mühiti personal (yəni işçilər, rəhbərlik) idarəetmə prosedurları və təhlükəsizlik siyasəti biznes fəaliyyəti və xidmət göstərilməsi periferik cihazlar daxil olmaqla aparat proqram təminatı (yəni binada və ya buludda) əlaqə (yəni rabitə avadanlığı və qurğuları) == Həmçinin bax == Computer Emergency Response Team İnformasiya təhlükəsizliyi Kibertəhlükəsizlik == İstinadlar == == Ədəbiyyat == İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.
Dostluq
Dostluq — qarşılıqlı inam və qayğı üzərində qurulan şəxslərarası münasibət. Dostluqlar bizim şəxsi inkişafımıza əhəmiyyətli dərəcədə təsir edə biləcək mühüm komponentlərdir. Dostluqlar şəxsiyyətimizi, dünyaya baxışımızı və gələcəyimizi köklü şəkildə formalaşdıra bilən transformativ əlaqələrdir. Dostların təqdim etdiyi təcrübələr, məsləhətlər və imkanlar qərarlarımıza təsir edə və bizi müəyyən istiqamətlərə yönəldə bilər. Dostlar bizim güclü, zəif tərəflərimizi və potensialımızı əks etdirən güzgü rolunu oynayır. Dostluq həyatımızı müxtəlif yollarla formalaşdıra və zənginləşdirə bilən güclü qüvvədir. Dostluq fərdlərə emosional dəstək verməkdə əsas rol oynayır. Dostlar həyatın çətin anlarında ilk müraciət etdiyimiz insanlardır. Əsl dostluq ehtiyaca və ya mənfəətə əsaslanmır. Əsl dostluğun təməlində bir-birinə olan səmimi qayğı və şəfqət dayanır.
Korluq
Korluq — fiziki və ya psixoloji səbəblərdən ötəri görmə qabiliyyətindən maneəli olma vəziyyətinə verilən ad. == Rəsmi adı == Kor , bütün düzeltmelerle birlikdə adi görmə gücünün 1/ 10 ' ine yəni 20 /200-lik görmə itiliyini və ya daha azına sahib olan, ya da görmə sahəsi iyirmi dərəcəlik bucağı aşmayan kəslərə deyilir. == Xəstəliklər == katarakt qlaukoma Yaşlılıqdan ötəri ibarət olan makula degenerasiyası Trahom buynuz qişa bulanıqlığı Şəkər xəstəliyi ( Diabetik göz xəstəlikləri ) Rəng korluğu == Qəzalar == Həddindən artıq şiddətli bəzi qəzalarda beynin içindəki onurğa iliyi pərdələri iltihablanar. Beynin görmə ilə əlaqədar qisimi də onurğa iliyi zarlarına çox yaxın bir yerdə olduğu üçün çox şiddətli bir qəza sonrası onurğaya , daha sonra da görmə ilə əlaqədar hissəyə zərər verə bilər. Bu da insanda əvvəl görmə pozuqluğuna , daha sonra qalıcı korluğa səbəb ola bilər. Müalicəsi çox riskli bir üsulla edildiyi üçün belə bir müalicə hələ Türkiyədə uygulanamamaktadır . Bu yüde hər kəsin çox həssas olması lazımdır. Görmədə azalma şəklində əlamətlə özünü müəyyən edər. Bu kimi vəziyyətlərdə optik sinir və görmə yollari ziyanına gətirib çıxaran faktor faktorların müəyyən edilməsi və onlara istiqamətli tibbi və ya cərrahi müalicə tətbiq olunması əsasdır. Gerektiginde beyin cərrahiyyəsi və nevrologiya hissələriylə əməkdaşlıq edilməlidir.
Oğlaq
Oğlaq bürcü (lat. Capricorn) — 22 dekabrdan 20 yanvaradək. Astroloqlar hesab edirlər ki, Oğlaq bürcü altında doğulmuş insanlar etibarlı, əməksevər, dərrakəli, ciddi və məsuliyyətlidirlər. Rəmzləri: keçi, oğlaq, nərdivan, qüllə saatları. Rəngləri: tünd-yaşıl, qara, küi-boz, mavi, açıq sarı, tünd qəhvəyi və bütün tutqun tonlar. Daşları: yaqut, oniks, qranit, aydaşı, lazurit. Metalları: qurğuşun. Çiçəkləri: ağ qərənfil, qara lalə, sarmaşıq. Anatomik emfazası: öd kisəsi, dəri xəstəlikləri, sümük skeleti, qaraciyər, mədə. Tilsimləri: qara pişik, şeytan.
Qovluq
Qovluq termini (ing. folder) fayl sistemi obyektlərini qrafik istifadəçi interfeysində, office qovluqlarına bənzər təsvir etmək üçün tətbiq edilmişdir. İlk olaraq Mac OS-da istifadə edilib və Microsoft Windows sistemləri ailəsində Windows 95 ilə tətbiq olunmağa başlayıb. Bu gün bir çox əməliyyat sistemlərində istifadə olunur. Bu təsvirə əsasən, başqa bir qovluqda yerləşən qovluq, altqovluq və ya daxili qovluq adlanır. Kompüterdəki bütün qovluqlar birlikdə iyerarxik bir struktur əmələ gətirir ki, buna kataloqlar ağacı deyilir.
Soluq
Soluq (Həştrud)
Toyuq
Toyuq — toyuqkimilər dəstəsindan aid quş yarımnövü. Ev quşları siyahısına daxildir. Əti və yumurtası insanların əsas qida növlərindəndir. Tükündən məişətdə istifadə edilir. Toyuqların təxminən 8000 il əvvəl Cənub-Şərqi Asiyada əhliləşdirildiyi güman edilir. Toyuqlarda pətənək adlı xüsusi orqan var. Toyuqların dişləri yoxdur, ona görə də yeməklərini parçalamaq üçün pətənəkdən istifadə edirlər. Toyuğun ağızdan yediyi qida əvvəlcə pətənəyə keçir və orada müvəqqəti saxlanılır, sonra da mədəyə doğru hərəkət edir. Əti üçün yetişdirilən toyuqlar Broyler adlanır. Bu toyuq növləri yemi sürətli və effektiv şəkildə əzələ kütləsinə çevirmək qabiliyyətinə görə seçilir.
Tuluq
Tuluq (ölçü vahidi) — əsasən maye halında olan ərzaqları və qeyri-ərzaq məhsullarını ölçmək üçün istifadə edilən əşya. Tuluq (qab) — əsasən maye halında olan ərzaqları və qeyri-ərzaq məhsullarını saxlamaq və daşımaq üçün istifadə edilən əşya. Tuluq zurnası — Azərbaycanda nəfəsli milli musiqi aləti.
Xuluq
Xuluq — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Xuluq oyk., sadə. Qusar r-nunun Gilah i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Tədqiqatçılara görə, oykonim ləzgi dilindəki qulux (arxa tərəf, dalda, dal tərəf) sözündəndir. Kəndin coğrafi mövqeyi bu mənaya uyğundur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 296 nəfər əhali yaşayır.
Çoxluq
Çoxluqlar nəzəriyyəsi – riyaziyyatın çoxluqların ümumi xassələrini öyrənən bölməsi. Bir çox riyazi fənlər, o cümlədən cəbr, riyazi analiz, ölçü nəzəriyyəsi, stoxastik və topologiya çoxluq nəzəriyyəsinə əsaslanırlar. Əsası alman riyaziyyatçısı Qeorq Kantor tərəfindən qoyulmuşdur. == Anlayışlar == Hər hansı bir çoxluğu təşkil edən obyektlərə bu çoxluğun elementi deyilir. Çoxluqlar böyük hərflərlə, çoxluğun elementləri isə uyğun kiçik hərflərlə işarə olunur. Çoxluq nəzəriyyəsində a ∈ A {\displaystyle a\in A} münasibəti o deməkdir ki, a {\displaystyle a} A {\displaystyle A} çoxluğunun elementidir. Bunun inkarı isə a ∉ A {\displaystyle a\notin A} kimi işarə edililirlər. Bu münasibət isə onu göstərir ki, a {\displaystyle a} A {\displaystyle A} çoxluğunun elementi deyil. ==== Alt Çoxluğu ==== Bir çoxluq A {\displaystyle A} digər çoxluğun B {\displaystyle B} o vaxt altçoxluğu adlanır ki, A {\displaystyle A} çoxluğuna aid olan ixtiyari element həm də B {\displaystyle B} çoxluğunun elementi olsun. B {\displaystyle B} o zaman A {\displaystyle A} -nin üstçoxluğu adlanır.
Çuluq
Qozluq
Qozluq (türk. Kozluk) — Türkiyənin Batman vilayətində şəhər və rayon..Tarixi adı Hazodur (kürd. Hezzo). == Tarixi == Şəhərin adı "Hazo" kimi "Şərəfnamə" və "Səyahətnamə" əsərlərində çəkilir. "Səyahətnamə"də yazılana görə, Teymurləng Hazonu Ağqoyunlulardan ələ keçirmiş və məhv etmişdir, lakin sonradan şəhər yenidən dirçəlmişdir. 1502-ci ildə Şah İsmayıl tərəfindən ələ keçirilmişdir. 1514-cü ildəÇaldıran döyüşündən sonra Hazo Osmanlı imperiyasının bir hissəsi olmuşdur. Türkiyə Respublikası qurulduqdan sonra Hazo 1 iyun 1938-ci ilə qədər Sason mahalının tərkibində olmuş, sonra Qozluq adlandırılmış və Siirt vilayətinin tərkibinə daxil edilmişdir. 18 may 1990-cı ildə Qozluq Batman vilayətinin tərkibinə daxil olmuşdur.
Oleq
Oleq — Dünyada daha çox işlədilən rus kişi adı. Bu adı olan tanınmış insanlar Oleq Şulbayev — Oleq Babak — Sovet İttifaqı Qəhrəmanı. Oleq Pavlenko — Azərbaycan şahmatçısı Oleq Protasov — Ukrayna futbolçusu və məşqçisi.
Otaq
Otaq — Evin və yaxud hər hansısa bir tikilinin daxilində yerləşən məkanlar. Otaqlar dincəlmək, işləmək, yatmaq və digər məqsədlər üçün istifadə edilməkdədir. Yaşayış binalarında yerləşən evlərdə adətən qonaq otağı, yataq otağı, uşaq otağı və hamam otağı olmaqla müxtəlif təyinatlı otaqlar olur.
Öelün
Öelün (və ya Höelin Ujin , Monqolca: Өэлүн үжин, Өэлүн эх, Anne Höelin) sonraları Çingiz xan olaraq anılacaq olan Temuçinin anası və Monqol tayfası başçısı Yesugey bahadurın xanımı. == Həyatı == Öelün, Onggirat boyunun Olxonut tayfasındandır. 1159-cu il civarında Yesugey bahadur tərəfindən qaçırldı. Öelün, Yesugey bahadur tərəfindən baş xatun təyin edildi. Beləcə Yesugey bahadurın varisləri Öelünin övladlarından olacaqdı. Öelün, Yesugey bahadurdan beş övladı oldu. Bunlar, Temuçin, Hazar Kasar, Kaçiun, Temüge oğlan övladları, Temulin ise qızıdır. Ayrıca Yesugey bahadurın digər arvadından olan Bekter və Belgütey adında iki oğlu vardır. == Yesugey bahadurın ölümündən sonra == Yesugey bahadurın tatarlar tərəfindən öldürülməsindən sonra, ulusdakı bir çoxadam obanı tərk etmiş, Öelün övladlarıyla birlikdə yalnız qalmışdır. Öelün ailesinin sorumluluğunu alaraq bir arada tutmağa çalışmışdır.