OTLAQ

is.
1. Çoxlu ot bitən və mal-qara otarılan yer. Naxırı otlağa buraxmaq.
– İnək, camış, qoyun, quzu çıxar naxırda otlağa; Köçər arandan el, gedər yavaş-yavaşca yaylağa. A.Səhhət.
Otlaqdan geri dönüb; Gəlir kəndə quzular. M.Seyidzadə.

2. bax otluq.
Kiçikbəyim fındıq və yemişan kollarını əyərək otlaq bir talaya çıxdı. Çəmənzəminli.
Yol kənarları bağ-bağçalıq, otlaq idi. Mir Cəlal.

Синонимы

  • OTLAQ otlaq bax örüş
  • OTLAQ örüş
OTEL
OTLAMA

Значение слова в других словарях