Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çırçır
Çırçır (Sevan)
Şırşır
Şırşır (Çaroymaq) — İranda kənd. Şırşır (bulaq) — Kəlbəcər rayonunda bulaq.
Fırfır səhləb
Purpur səhləb (lat. Orchis purpurea) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin səhləb cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B1ab (i, iii, iv) + 2ab(iv). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökyumrusu uzunsov və ya uzunsov- yumurtavaridir. Gövdəsi 30-80 sm hündürlükdədir. Yarpaqları enli-oval və ya lansetli, ellipsşəkilli, küt, 3-6 sm enində, 20 sm-dək uzunluqdadır. Çiçəkləri iri, vanil iylidir. Çiçək qrupu sıx, uzunsov-yumurtavaridir.
Purpur akasiya
Purpur akasiya (lat. Acacia purpurea) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. Kalimantan, eləcə də Karib adalarından Venesuelaya qədər yayılmışdır.
Purpur alpiniya
Purpur alpiniya (lat. Alpinia purpurata) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Purpur söyüd
Purpur söyüd (lat. Salix purpurea) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. İlk dəfə Cənubi Avropadan təsvir edilib. Skandinaviya, Atlantik və Orta Avropada, Aralıq dənizyani ölkələrində, Şimali Afrikada, Yaponiyada, Çində yayılmışdır. Hündürlüyü 2–3 m olan koldur. Budaqları nazik, zərif, elastik, çoх vaхt qırmızıtəhərdir. Qabığı üst tərəfdən tünd qırmızıdır, bəzən üzərində göyümtül toz ləkəsi olur, qabığının iç tərəfi limonaoхşar sarıdır. Yarpaqları qısa saplaqlı, növbəli düzülüşlü, uzunluğu 3–6 sm, eni 1–1,5 sm, ensiz tərsinə yumurtavari və ya tərsinə neştərvari, yanları bütöv və ya qabaq tərəfdən narın sivri mişardişlidir. Cavan yarpaqları tüklüdür, sonralar çılpaqlaşır, üst tərəfdən göyümtül-yaşıl və ya bozumtul-yaşıldır. Yarpaqaltlıqları хətvari-neştərşəkilli olub, erkən töküləndir.
Purpur səhləb
Purpur səhləb (lat. Orchis purpurea) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin səhləb cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B1ab (i, iii, iv) + 2ab(iv). Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Kökyumrusu uzunsov və ya uzunsov- yumurtavaridir. Gövdəsi 30-80 sm hündürlükdədir. Yarpaqları enli-oval və ya lansetli, ellipsşəkilli, küt, 3-6 sm enində, 20 sm-dək uzunluqdadır. Çiçəkləri iri, vanil iylidir. Çiçək qrupu sıx, uzunsov-yumurtavaridir.
Purpur Ürək
"Bənövşəyi Ürək" (ing. Purple Heart) — ABŞ Prezidenti adından 1917-ci il 5 aprel tarixindən bu günədək hərbi xidmət zamanı yaralanan və ya həlak olan şəxslərə təqdim olunan ABŞ hərbi medalıdır. Bənövşəyi Ürək Milli Şərəf Zalı Nyu-York ştatının Nyuburq şəhərində yerləşir. "Bənövşəyi Ürək" ABŞ hərbçilərinə təqdim olunan mükafatlar arasında ən uzunömürlüsüdür. "Purpur sözü" ingilis dilindən Azərbaycan dilinə "al qırmızı" kimi tərcümə olunsa da, konkret halda bu sözü "al bənövşəyi" kimi başa düşmək lazımdır. Medalın ilkin forması, 1782-ci il 7 avqust tarixində Kontinental Ordunun baş komandanı Corc Vaşinqton tərəfindən təsis edilmiş "Hərbi Xidmətlərə görə Nişan" (ing. Badge of Military Merit) hesab olunur. Lakin həmin mükafatla yalnız ABŞ İstiqlal müharibəsinin (1775-1783) 3 iştirakçısı təltif edilmişdi. 1932-ci ildə ABŞ prezidentinin Fərmanına əsasən Corc Vaşinqtonun 200 illik yubileyi şərəfinə "Bənövşəyi Ürək" medalı təsis edildi. Hərb Departamentinin 1932-ci il 22 fevral tarixində elan etdiyi meyarlara görə, bu medal ABŞ-nin Birinci dünya müharibəsinə qatıldığı 1917-ci il 5 aprel tarixindən sonrakı hərbi əməliyyatlarda yaralanmış və ya həlak olmuş hərbçilərə verilə bilər.
Purpur üskükotu
Purpur üskükotu (lat. Digitalis purpurea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. İkiillik ot bitkisidir. Yaşayışının birinci ili kökətrafı yarpaqlar, ikinci il isə hündürlüyü 1 m-ə qədər olan yarpaqlı gövdəsi və zirvədə iri çiçək salxımı daşıyan budaqcıqlar əmələ gəlir. Çətir yarpaqları uzunsov-yumurtaşəkilli və ya oval, uzun qanadabənzər saplaqdan ibarətdir. Yarpaqlarının uzunluğu 30 sm, eni isə 15 sm-ə bərabərdir. Gövdənin aşağı yarpaqlarının uzunluğu 12-20 sm yumurtaşəkilli, qanadabənzər saplaqdan ibarətdir. Orta yarpaqları qısa saplaqlı, yuxarı yarpaqları oturaq, yumurtaşəkilli və yumurtaşəkilli-neştərvaridir. Kənar yarpaqları bərabər olmayan çəpərlidir. Yuxarı yarpaqları qırışıq, tünd-yaşıl, aşağı yarpaqlarında isə damarlanma, çoxkünclü tor və üzərində çoxlu tükcükləri olan sarımtıl çiçəklərdən ibarətdir.
Çırçır (Meşkinşəhr)
Çırçır (fars. چرچر‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 51 nəfər yaşayır (12 ailə).
Çırçır (Mərənd)
Çırçır (fars. چرچر‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 285 nəfər yaşayır (77 ailə).
Çırçır (Sevan)
Çırçır, Varser — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd. Rayon mərkəzindən 3 km məsafədə, Göyçə gölünün sahilində, Zəngi çayının yanında yerləşir. Sevan rayonu təşkil edilənədək, yəni 31 dekabr 1931-ci ilə kimi Axta (Razdan) rayonunun tərkibində olmuşdur. Kəndin digər adı Sutökülən olmuşdur. Erməni mənbələrində, Qafqazın 5 verstlik xəritəsində Çirçir formasında qeyd edilmişdir. Toponim Azərbaycan dilində "kiçik şəlalə" mənasını ifadə edən şırşır sözünün dialekt variantı olan çırçır (çirçir) sözü əsasında əmələ gəlmişdir. Azərbaycan dilinin dialekt və şivələrində, türk dillərində ş~ç səs əvəzlənmələri qanunauyğun haldır. Hidrotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.
Şırşır (Çaroymaq)
Şırşır (fars. شرشر‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 38 nəfər yaşayır (7 ailə).
Pirlər
Pirlər — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xocalı rayonunun Xramort kənd inzibati-ərazi vahidi tərkibindəki Xramort kəndi Pirlər kəndi, Xramort kənd inzibati-ərazi vahidi Pirlər kənd inzibati-ərazi vahidi adlandırılmışdır. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Pirlər kəndi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib. Oykonim Xram (yarğan) və art (arxa tərəf, aşırım) komponentlərindən düzəlib, "yarğanın arxa tərəfi" deməkdir. 1993-cü ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. Kənd dağ ətəyi ərazidə yerləşir. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Pirlər kəndinin əhalisi 403 nəfər təşkil edirdi.
Pirəyir
Pirəyir — Azərbaycan Respublikasının Ağdaş rayonunun Gürcüva kənd inzibati ərazi dairəsində kənd. Kənddə Pirəyir kənd məscidi dini icması fəaliyyət göstərir.
Porfir
Porfir - fenokristalları qələvi çöl şpatı, turş plagioklaz, kvars, biotit, əsas kütləsi isə eyni minerallardan və ya mikrofelzit, bəzən hornblenddən, təşkil olunmuş süxurların ümumi adı. Əsas kütləsi bəzən şüşədən və ya təkrar kristallaşmış şüşədən ibarət olur. Porfir termini həm paleotip effuziv süxurlar (məsələn: kvarslı porfir) və həm də hipabissal və damar süxurlar (məsələn: qranit-porfir) üçün işlədilir. Zavaritski, Lodoçnikov və b. "porfir" terminini paleotip effuziv süxurlara tətbiq etdikdə müvafiq süxur tərkibini göstərən söz əlavə etməyi təklif etmişlər (məsələn: traxit-porfir, riolit-porfir). Süxurlar Mineral Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Kirpi
Meşə kirpisi (lat. Erinaceus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin kirpilər fəsiləsinə aid heyvan cinsi. Bu cins kirpi növlərinə Avropa, Orta və Ön Asiya, Sibir, Çin və Koreyada ən çox rast gəlinir. Cinsə aid Adi kirpi nümayəndəsi Yeni Zelandiyada yaşamağa uyğunlaşdırılmışdır. Cinsin latınca Erinaceusadı, mənasi "tikanlı sədd" mənasını verən ericius sözündən götürülmüşdür. == Növləri == Amur kirpisi (Erinaceus amurensis) Şərqi Avropa kirpisi (Erinaceus concolor) Adi kirpi (Erinaceus europaeus) Erinaceus roumanicus == Qidalanması == Meşə kirpiləri hər şey yesələr də, ətyeyən heyvan sayılırlar: siçan, kərtənkələ, qurbağa, həşəratlar və onların süfrələri.
Piper
İstiot (lat. Piper) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinə aid bitki cinsi.
Pirin
Pirin — Bolqarıstanın cənub-qərbində yerləşən dağ massivi. Pirin dağları Struma və Mesta çayları arasında yerləşir. Silsilənin uzunluğu 75 km, ən yüksək zirvəsi isə Vixrendir (2914 m). Pirin- ölkənin ən yüksək dağ silsiləsindən biridir. Pirində 45 dən çox hündürlüyü 2600 m və daha yüksək olan zirvələr var. Dağ massivinin təxmini sahəsi 1201 km²-dir. Buzlaşma dövrü ərazinin relyefinə yetərincə böyük təsir göstərmiş və dağlar daha dik, qayalı forma almışdır. Pirin vadilərində çoxlu göllər meydana gəlmiş və ən böyüyü Popovdur. Massiv daha çox qranit və mərmərdən təşkil olunub. Pirin üç hissəyə bölünür — Şimal, Orta və Cənub.
Pirit
Pirit (kükürd kolçedanı, dəmir kolçedanı) — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. Kobaltpirit, nikelli pirit, mərgümüşlü pirit. Rəng – açıq bürüncü-sarı, tez-tez oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – qara; Parıltı – güclü metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,9–5,2; S – 6–6,5; Ayrılma – {100} və {111} üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvari; Başqa xassələr – zəif elektrik keçiricisidir; termoelektrik xassəsi var; bəzən detektor xassələri təzahür edir; Morfologiya – kristallar: heksaedrik, pentaqon-dodekaedrik, hərdənbir oktaedrik, bəzən burulmuş; heksaedr üzləri üzrə kobud, başqa üzlər üzrə isə nazik ştrixlərin olması ilə səciyyələnir; İkiləşmə: {110} və {111} üzrə təmas və qarşılıqlı nüfuzetmə; Mineral aqreqatları: bütöv dənəvər kütlələr, müxtəlif süxurlarda püruzlar, böyrək- və salxımvari aqreqatlar; konkresiyalar, sekresiyalar, stalaktitlər, bəzən – druzalar, pirrotin, maqnetit, hematit və üzvi qalıqlar üzrə psevdomorfozalar, markazit üzrə paramorfozalar, isti bulaqların çöküntülərində qabıq, qaysaq və nazik təbəqələr. Ən geniş yayılmış sulfid olub, müxtəlif genetik tipli filiz və süxurlarda rast gəlir. Piritin ən iri yığınları hidrotermal-çökmə və hidrotermal-metasomatik kükürd kolçedanı, mis-kolçedan və kolçedan-polimetal obyektlərində yerləşir. Kobaltpirit isə geniş miqyasda Mərkəzi Afrikanın stratiform tipli mis yataqlarında yayılmışdır. Skarnlar və maqnetit filizləri üzrə inkişaf edən sulfidlərlə sıx assosiasiyada kontakt-metasomatik yataqlarda rast gəlir. Daş kömürlər içərisində, həmçinin çökmə mənşəli dəmir, manqan və alüminium filizlərində və çökmə süxurlarda qeyd olunur. Aksessor mineral kimi püskürmə süxurlarda müşahidə edilir.
Pərpi
Pərpi (Parpi) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd olmuşdur. İrəvan xanlığının Karbibasar mahalında kənd adı. Yerli tələffüz forması Parbi. XX əsrin əvvəllərinə aid mənbədə də Eçmiadzin qəzasında Parbi kimidir. V əsr erməni tarixçisi Lazar Parblının doğulduğu kənddir. İlk dəfə V əsrdə adı çəkilir. 1728-ci ilə aid mənbədə kəndin Abdulla Əhməd oğluna məxsus olduğu göstərilir.. XIX əsrdə Qars əyalətində Par-qadan (kənd), Parget (kənd), Naxçıvanda Pardıx (dağ) adları ilə ehtimal ki, mə'naca eynidir. Mə'nası mə'lum deyil. Orta əsrlərdə kənddə Azərbaycan türkləri yerləşdirmişdir.
Pirəyir bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xe Pinpin
Xe Pinpin (13 iyul 1988, Huade[d], Daxili Monqolustan Muxtar Rayonu – 13 mart 2010, Roma) — 2009-cu ildə onun adı dünyanın ən balacaboy kişisi kimi "Ginnesin Rekordlar Kitabı"na salınıb. Hazırda Pinpinin 22 yaşı var və onun boyu 73 santimetrdir. O, doğulandan bəri çəkisini cəmi 6,5 kiloqram artıra bilib – doğulanda çəkisi 500 qram olan Xe Pinpin hazırda 7 kiloqramdır. Həkimlər güman edirlər ki, Pinpinin anomal inkişafının səbəbi skeletin inkişafını gecikdirən nadir xəstəlikdədir. Xe Çinin Daxili Monqolustan muxtar regionunda məşhur olub. Amma qohumları qərara gəliblər ki, onu bütün dünya tanımalıdır. Bunun üçün onlar "Ginnesin Rekordlar Kitabı"nın mütəxəssislərinə müraciət ediblər. Artıq bütün dünyada məşhur olan Xe Pinpin "ulduz xəstəliyi"nə tutulmayıb. O, əvvəlki kimi kafedə işləyir və fasilələr zamanı hansısa stolun altında dincəlir.
Pirr
Pirr (e.ə. 318, Epir – e.ə. 272) — Sərkərdə. Romalıların hökmdar Pirrlə apardığı müharibə çox məşhur olmuşdu. Pirr Makedoniyalı İskəndərin uzaq qohumlarından olub. Onun ölümündən sonra Pirr bir sıra döyüşlərdə iştirak edərək məşhur sərkərdəyə çevrilmişdi. Hətta o dövrdə yaşamış Karfagenli Hannibal qədim dünya sərkərdələri içərisində Pirri ilk sıraya qoymuşdu. Lakin Pirrin böyük ordusu yox idi, o, kiçik nəsli mülkünü – dağlı Epir padşahlığını idarə edirdi. Bu zaman romalılar demək olarki bütün İtaliyanı ələ keçirmişdilər. Appenin yarımadasının cənubunda yunan koloniyası, böyük şəhər Tarent romalılara itaət etmədi.
Gödək Pipin
Gödək Pipin (III Pipin; lat. Pippinus Brevis, fr. Pépin le Bref; təq. 715 və ya 714, Lyej – 24 sentyabr 768) — 741-751-ci illərdə frank mayordromu, daha sonra 751-768-ci illərdə Karolinqlər sülaləsindən olan ilk Frank kralı, Karl Martelllin kiçik oğlu və Böyük Karlın atası.