Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kampala
Kampala (ing. və suah. Kampala) — Uqandanın paytaxtı və ən böyük şəhəri. Viktoriya gölünün şimal sahilində yerləşir. Əhalisi 2011-ci ilin hesablamalarına görə 1 659 600 nəfərdir. Şəhərin dəniz səviyyəsindən hündürlüyü 1190 metrdir. Şəhərin adı antilop növü olan impalanın adından götürülmüşdür. Kampala hava limanı şəhərdən 35 km aralıdakı Entebbe şəhərində yerləşir. Şəhərdə Uqandanın ən böyük məscidi olan və Müəmmər əl-Qəzzafinin şərəfinə adlandırılan "Qəddafi məscidi" yerləşir. Şəhərin əsası 1890-cı ildə britaniyalı koloniyaçı Frederik Luqard tərəfindən Kampala təpəsində hərbi məntəqə kimi qoyulmuşdur.
Qampaha
Qampaha (sinh. ගම්පහ [ˈgamːpaha]; tam. கம்பஹா [[Beynəlxalq fonetik əlifba|[gam ɭpaha]]]) — Şri-Lankanın Qərb vilayətinin Qampaha dairəsinin əsas şəhəri. Şəhər Şri-Lankanın kommersiya paytaxtı Kolombonun şimal-şərqində yerləşir. Qampaha Qərb vilayətinin Kolombo, Neqombo, Kalutara, Panadura və Avissavella şəhərlərindən sonra ən böyük 6-cı şəhəridir. Qampaha şəhəri Neqombo şəhərindən sonra Qampaha dairəsinin ən böyük ikinci şəhəri hesab olunur. Şəhərin sahəsi 13 kmSuperscript text2 təşkil edir. Burada 75 hökumət institutunun ofisi yerləşir. Sinhal dilində "Qampaha" (ගම්පහ) "Beş kənd" deməkdir. Bu "beş kənd" İhalaqama, Pahalaqama, Medaqama, Pattiyaqama və Alutqamadır.
Pampa
Baccharis pampeana
Baccharis pampeana (lat. Baccharis pampeana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Fragaria campana
Yaşıl çiyələk (lat. Fragaria viridis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. == Arealı == Avropadan Sibir və Türkiyəyə qədər yayılmışdır.
Pampass pişiyi
Pampass pişiyi (lat. Leopardus pajeros) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pələng pişiyi cinsinə aid heyvan növü.
Carica papaya
Qovunağacı (lat. Carica papaya) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin karikakimilər fəsiləsinin karika cinsinə aid bitki növü. Milyonlarla insanın qida rasionuna daxil olan və mamao, paupau, papayya, çörəkağacı adları ilə tanınan qovunağacı (yemişağacı) karika (lat. Carica) cinsindəndir. Sarımtıl-ağ rəngli çiçəkləri bir və ya iki cinsiyyətlidir. Meyvəsi sarı və ya sarımtıl yaşıl olub, forma və quruluşu qovunu xatırladır. Məşhur səyyah Vasko da Qama qovunağacının dadına baxaraq onu "Hindistan qızıl ağacı" adlandırmışdır. Qovunağacı həcmcə armuddan bir qədər böyükdür, sarı və narıncı rəngli qabığı olur. Tünd narıncı lətinin içində çoxlu xırda və bir qədər bibər dadı verən yeməli toxumları var. Floridada yerli əhali qovunağacının yarpağından paltarları yumaq üçün sabun kimi istifadə etdikləri üçün ştatda onu "zənci sabunu" adlandırırlar.
Senecio pampae
Senecio pampae (lat. Senecio pampae) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Papara SuperMassive
SuperMassive və ya sporsorluq razılaşmasına əsasən Papara SuperMassive – 2015-ci ildə yaradılmış Türkiyə kiberidman klubu. "League of Legends", "Valorant", "PUBG Mobile", "Arena of Valor", "Fortnite" kimi komandaları mövcuddur. Klub 2015-ci ilin avqust ayında Hakan Baş, Kaan Karamancı, Alper Özdemir, Onur Aksu və Fırat İleri tərəfindən qurulmuşdur. 2021-ci ildə "Blaze Esports" klubu ilə birləşərək "SuperMassive Blaze" adını almışdır. 2022-ci ildə sponsorluq razılaşmasına əsasən "Papara SuperMassive" adlanmağa başlamışdır. "SuperMassive" 2016 mövsümünün qış splitində Türkiyə Çempionluq Liqasında yarışmağa başlamış və finalda "Beşiktaş" klubuna 3–1 hesabı ilə qalib gələrək ilk mövsümündə Türkiyə çempionu olmuşdur. Yay splitində isə normal liqanı birinci yerdə tamamlamış, finala çıxaraq "Dark Passage" klubuna 0–3 hesabı ilə uduzmuşdur. 2017 mövsümündə də komanda uğurlu çıxışına davam etmişdir. Qış splitində normal liqanı birinci yerdə tamamlamış, finalda "Crew Esports" klubuna 3–1 hesabı ilə qalib gələrək növbəti Türkiyə çempionluğunu qazanmışdır. Yay splitində normal liqanı ikinci yerdə tamamlamış, finala çıxaraq "Fenerbahçe" klubuna 0–3 hesabı ilə məğlub olmuşdur.
Tapmaca
Tapmaca — insanın zehni qabiliyyətini, ağlının çevikliyini yoxlamaq məqsədilə yaradılan ədəbi janr. Tapmacada hər hansı bir əşyanın əlaməti üstüörtülü şəkildə verilir və ya başqa bir əşyaya bənzədilir, onun tapılması qarşı tərəfdən tələb olunur. Anonim tapmacalar şifahi xalq ədəbiyyatının məhsuludur. Fərdi tapmacalar isə yazılı ədəbiyyat nümunəsi olub yazıçı və şairlər tərəfindən yaradılır. Qədimdən bəri insanların zəka və biliyinin ölçülməsi, eyni zamanda əylənmək üçün istifadə olunur. İnkişaf eden texnologiya ilə birlikdə artan əyləncə üsullarının təsiriylə tapmacalar öz funksiyası itirmişdir. Buna baxmayaraq, müxtəlif tədbir və mərasimlərdə rast gəlmək mümkündür. Tapmacalar daha çox nəzmlə olur. Məsələn: O yanı çəpər,Bu yanı çəpərİçində atlı çapar. (göz) Bir balaca mil başı,Yandırdı dağı-daşı (kibrit) Dəyirmana dən gəldi,Durun görün kim gəldi.Toxunmamış çuvaldaÜyünməmiş un gəldi.
Tapmaca gecələri
Zəngilan rayonunun bir çox kəndlərində payızdan başlayaraq yaza qədər evlərdə tapmaca gecələri təşkil olunurdu. Söyləyicilərin dediyinə görə, tapmaca gecələri olduqca maraqlı keçirdi. Kimsə tapmacanın cavabını tapa bilmirdisə, o, borclu qalırdı. Onda tap-macanı söyləyən deyirdi: “Satıram”. Yerdən biri deyirdi: “Alıram”. Soruşurdular: “Hansı cəzanı çəksin?” Tapmaca deyən dillənirdi: “Qab götürsün, getsin filan bulaqdan bir qab su gətirsin, camaat su içsin”. Tapmacanın cavabını tapa bilməyən gedib su gətirdikdə ona əziyyət vermək üçün deyirdilər ki, sənin şahidin yoxdu, bəlkə, suyu başqa yerdən doldurub gətirmisən. Onun yanına birini şahid qoşub təkrar su gətirməyə göndərirdilər. Tapmacanı tapmayan şəxsə digər cəzalar da verilirdi. Məsələn, səhərə qədər dik ayaq üstə durmaq və s.
Damlaca (Silopi)
Damlaca — Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1929-cu il qeydlərində Silib kimi istinad edilir. 1994-cü ildə bölgədə baş verən PKK münaqişəsinə görə kənd boşaldılıb. 2004-cü ildə yenidən məskunlaşmağa açıldıqda Beşiktaş adlandırıldı. Əvvəllər Mardin vilayətinin Silopi rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni qurulan Silopi rayonuna birləşdirilib.