Edmund Börk
Edmund Börk (12 yanvar 1729[…], Dublin – 9 iyul 1797[…]) — Böyük Britaniya filosofu.
== Həyatı ==
Britaniya mühafizəkarlığının banisi irland protestantı Edmund Börk (1729–1797) hesab olunur. Mahir polemikaçı, filosof və siyasi xadim Börk 1776-cı ildə parlamentə seçilir və görkəmli natiq və erudit kimi şöhrət qazanır. Börk parlamentdə köləliyin və kölə alverinin ləğvi uğrunda mübarizə aparır, Amerika kolonistlərinin və bir az əvvəl zəbt edilmiş Hindistanın əhalisinin müdafiəsi üçün çıxış edir. Viqlər Partiyasının əqi dəli üzvü olan Börk xalq idarəçiliyi və insan hüquqları konsepsiyasına skeptik münasibətinin nəticəsi olaraq sonralar torilik ideologiyasının əsasını təşkil etmiş öz ideya və baxışlarının kompleksini irəli sürür. Fransa inqilabının və hər bir inqilab kimi onun gətirdiyi qarışıqlıqların şahidi olan Börk özünün "Fransada inqilab haqqında düşüncələr" kitabında belə bir mövqedən çıxış edir ki, insan öz taleyini həll etmək hüququnu dövlətə verməlidir, dövlət isə insanların qayğısına qalmalıdır. Börk həmçinin hesab edirdi ki, dövlət insanların iradəsindən nə qədər az asılı olsa, bir o qədər yaxşıdır.
== Fəlsəfəsi ==
Börkün nəzəriyyəsi "Fransada inqilab haqqında düşüncələr" (Reflections on the Revolution in France, 1790) çox vədə verən Fransa inqilabına və zəkanın Maarifçi filosoflar tərəfindən yüksəklərə qaldırılmasına qarşı reaksiya kimi meydana gəldi.
Maarifçilik dövrünün adamları zəkanı ənənələrdən, tarixdənkənar anlaşılan fərdi isə birlikdən üstün tuturdular. Börk bunların yerini dəyişdi: ənənə ayrı-ayrı intellektualların yaratdıqları nəzəriyyədən daha aqildir.