Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pankreas güləş
Peşəkar güləş (ingiliscə professional wrestling) toxumları Avropada atılmış, sonra isə ABŞ-yə qədər gedib çıxmış ən çox Amerikan güləşi və ya Pankreas güləş kimi tanınan idman növü. Günümüzün ən çox tanınan peşəkar güləş federasiyası WWE yəni; World Wrestling Entertainmentdir. Peşəkar güləş, digər güləş növlərinin əksinə bir "əyləncə idmanı"dır yəni, şoudur. Edilən matçların, yaşanan hadisələrin, danışmaların hamısı, çox ağıllıca hazırlanmış bir ssenarinin məhsuludur və nəticələri güləşçilər, ssenari qrupu və bəzi vəzifəlilər xaricində kimsə bilməz. İdmançılar ümumiyyətlə çox çalışqan şəxsiyyətlərdir və həftənin böyük bir hissəsinini ring içində tətbiqləri lazım olan hərəkətləri, ssenariləri çalışmaq üçün keçirərlər.WWE-in xaricində ən tanınmış güləş federasiyaları; Total Nonstop Action, Ring of Honor kimi ABŞ əsaslı güləş quruluşlarıdır. Hər idmançının bir gimmicki yəni; xarakteri vardır. Buna ən yaxşı nümunə, əfsanə ad Undertakerdir. Undertaker, ring içində Dead Man(Ölü adam) xarakterinə malikdir amma əslində o da hər kəs kimi normal bir insandır. Mikrofon performansı, karizma və ring içi qabiliyyəti, bu idman da müvəffəqiyyət üçün lazımlı olan ən əhəmiyyətli meyarlardır.
Sen-Pankras (İzer)
Sen-Pankras (fr. Saint-Pancrasse) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Muayan Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38435. Kommunanın 2012-ci il üçün əhalisi 434 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 760 ilə 2 060 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 95 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Villar-Sen-Pankras
Villar-Sen-Pankras (fr. Villar-Saint-Pancrace, oks. Vilard Sant Pancraci) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Cənubi Brianson kantonuna daxildir. INSEE kodu — 05183. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1452 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 932 nəfərdən (15-64 yaş) 690 nəfəri iqtisadi cəhətdən fəal, 242 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74.0%, 1999-cu ildə 69.5%). Fəal olan 690 nəfərdən 663 nəfər (359 kişi və 304 qadın), 27 nəfər işsiz (12 kişi və 15 qadın) idi.
Andreas Moqensen
Andreas Moqensen (dan. Andreas Enevold Mogensen; 2 noyabr 1976, Kopenhagen) — Danimarka astronavtı.
Andreas Papandreu
Andreas Georgios Papandreu (yun. Ανδρέας Γεώργιος Παπανδρέου; 5 fevral 1919[…], Xios – 23 iyun 1996[…], Afina) — Yunanıstan dövlət xadimi, siyasətçi və iqtisadçısı. İki dəfə Yunanıstanın baş naziri (1981-1989, 1993-1996). Yunanıstanda ən məşhur siyasətçi ailəsinin nümayəndəsidir. Özündən əlavə, müxtəlif vaxtlarda atası və oğlu da Yunanıstan baş naziri vəzifəsini tutmuşlar. Georgios Papandreunun oğlu və George Papandreunun atasıdır. Andreas Papandreu Yunanıstan siyasi səhnəsindəki iki əsas siyasi partiyadan biri olan PASOK-un (Ümumyunan sosialist hərəkatı) əsasını qoymuşdur. == Həyatı == Məşhur yunan siyasətçisi Georgios Papandreunun və əslən yarı polyak olan Sofiya Mineykonun oğludur. 1919-cu il 5 fevralda Şimali Egey adalarındakı Xios adasında dünyaya gəlmişdir. 1938-ci ildə İonnis Metaksasın faşist diktaturası dövründə trotskizmin təbliğində ittiham edilərək həbs edilmiş və ali təhsilini yarımçıq qoymuşdur.
Andreas Qrifius
Andreas Qrifius (alm. Andreas Gryphius‎; əsl adı Андреас Грайф, alm. Andreas Greif‎; 2 oktyabr 1616 - 16 iyul 1664) — alman şairi, dramaturqu. == Həyatı == XVII əsr alman dramatur-giyasının ən tanınmış nümayəndəsi Andreas Qrifius olmuşdur. Çətin bir yaradıcılıq yolu keçən bu istedadlı sənətkar klassisist estetika mövqeyində dayansa da, barokko cərəyanının güclü təsiri altında olmuşdur, alman gerçəkliyinin ölüm saçan abu-havası da burada az rol oynamamışdır. Qrifius Sileziyanın Qloqau şəhərində ruhani ailəsində doğulur. Hələ məktəbdə oxuduğu vaxt qədim və yeni dilləri öyrənməyə xüsusi maraq göstərir. Dansiqdə latın dilini öyrənir, Opitslə tanış olur. Sileziyaya qayıdanda müharibənin dəhşətləri ilə qarşılaşır, gördüyü hadisələr onun yaddaşında silinməz izlər buraxır, yaradıcılığının əsas mövzularından birinə çevrilir. Qrifius 1636-cı ildə Hollandiyaya gedir, altı il Leyden Universitetində çalışır, yetkin bir alim kimi formalaşır.
Andreas Qurski
Andreas Qurski (alm. Andreas Gursky‎; 15 yanvar 1955[…], Leypsiq) — alman fotoqraf. == Həyatı == Andreas Qurski 15 yanvar 1955-ci ildə Almaniyanın Leypsiq şəhərində anadan olmuşdur. == Yaradıcılığı == Andreas Qurski ilk işinə reklam fotolarını çəkməklə başlamışdır.Həyatı boyu Qahirə, Nyu-York, Braziliya, Tokio, Stokholm, Çikaqo, İsveç, İngiltərə, İtaliya, Fransa, Afina, Sinqapur da daxil olmaqla, demək olar ki, dünyanın əksər ölkələrinə səyahət etmişdir. Gəzdiyi ölkələrdə diqqətini çəkən ən maraqlı məqamları kamerası ilə lentə alan fotoqrafın 1989-cu ildən bu günə kimi ABŞ, İsveç, İngiltərə, İtaliya, Fransa, Almaniya və Türkiyədə çoxsaylı sərgiləri təşkil olunmuşdur. == Maraqlı fakt == Andreas Qurski dünyanın ən bahalı fotoqrafı kimi tarixdə düşmüşdür. Belə ki, onun çəkdiyi "II Reyn" adlı foto 2011-ci ildə Nyu-Yorkun "Kristay" hərrac evində 4.3 milyon dollara satılmaqla rekord göstəriciyə nail olmuşdur. == Həmçinin bax == II Reyn 99 sent == İstinadlar == == Xarici keçidlər == The main works of Andreas Gursky Andreas Gursky at the Matthew Marks Gallery Arxivləşdirilib 2015-03-27 at the Wayback Machine Ralph Rugoff on Andreas Gursky Arxivləşdirilib 2008-05-06 at the Wayback Machine Andreas Gursky on Artcyclopedia 2001 Andreas Gursky Exhibition at the Museum of Modern Art.
Andreas Sellarius
Andreas Sellarius — Hollandiyalı-alman kartoqraf və mühəndisdir. 1660-cı ildə yaratdığı "Harmonia Macrocosmica" səma xəritəsi ilə məşhurdur. Neuhausendə anadan olub, Heydelberqdə təhsilini davam etmişdir. Protestan olan Sellarius, Heidelberqdə bəzi mənbələrə görə 30 il müharibələrə görə 1618-ci ildə, ya da şəhər katolikləri tərəfindən başlanılmış inqilab zamanı 1622-ci ildə şəhəri tərk etmişdir. Heidelberqi tərk edən Sellarius o zamankı əsərləri tapılmasada, Poloniya da yazdığı əsərlər bu gunə qədər gəlib çatmışdır. O Amsterdamda məktəb direktoru olduğu zaman ailə həyatı qurub. Qadının adı Katerina Elt idi. Qısa dövr Lahey, Hollandiya qalıb Hoorna köçmüşdür. 1637-ci ildə ölənə qədər Latın məktəbinin direktoru olmuşdur. == Xarici keçid == Andreas Cellarius'un bibliografası Amsterdam Arşivlerinden doğum belgesi [1] Andreas Cellarius (1661).
Andreas Umland
Andreas Umland (1967, Yena, Gera rayonu[d]) — Almaniya politoloqu, tarixçisi və rus dili tərcüməçisi. O, müasir Rusiya və Ukrayna tarixi üzrə ixtisaslaşmışdır. == Həyatı == Andreas Umland 1967-ci ildə Almaniya Demokratik Respublikasının Yena şəhərində anadan olmuşdur. O, müasir Rusiya və Ukrayna tarixini, eləcə də rejim dəyişikliklərini araşdırır. Umland postsovet məkanında ultrasağ, bələdiyyə demərkəzsizləşdirilməsi, Avropa faşizmi, postkommunist ali təhsili, Şərqi Avropa geosiyasəti, Ukrayna və Rusiya millətçiliyi, Donbass və Krım münaqişələri, eləcə də Avropa İttifaqının qonşuluq və genişlənmə siyasətləri haqqında məqalələr dərc etmişdir. O, Kiyevdəki Ukrayna Gələcək İnstitutunun baş mütəxəssisi və Stokholmdakı İsveç Beynəlxalq Əlaqələr İnstitutunun elmi işçisidir. Umland Kiyevdə yaşayır və Kiyev-Mogilyov Akademiyası Milli Universitetində Siyasət üzrə dosent kimi dərs deyir. O, 2005–2014-cü illərdə Kiyev-Mogilyov Akademiyası və Yena Universiteti tərəfindən birgə idarə olunan Almaniya və Avropa Araşdırmaları üzrə yeni bir magistr proqramının yaradılmasında iştirak etmişdir.
Andreas Vagenhaus
Andreas Vagenhaus — Almaniya futbolçusu Andreas Vagenhausun keçmiş Almaniya Demokratik Respublikasının (ADR) casusu olduğu 2010-cu ildə üzə çıxıb. İsveçrənin "Tages Anzeiger" qəzetinin araşdırmasına görə, Vagenhaus 1989–1993-cü illərdə "Dinamo" (Drezden) komandasında oynadığı vaxt ADR-in STASİ adlı kəşfiyyat orqanına "işləyib". O, komanda yoldaşı Detlef Şösslerlə birgə bu işi həyata keçirib. Hər iki oyunçu "Dinamo" Avropa kuboku matçlarına gedərkən, komandadakı digər oyunçuların ADR-dən qaçma planlarını STASİ-yə ötürüblər. Andreas Vagenhaus 1993-1994-cü il mövsümündə "Fənərbaxça"ya transfer olub. İstanbul klubu ilə 2 illik müqavilə bağlayan müdafiəçi 20 oyunda 1 qol vurub. O, müqaviləsi başa çatmadan mövsümün sonunda qarşılıqlı razılıq əsasında komandanı tərk edib. Vagenhaus 1990-cı ildə ADR yığmasının heyətində 3 matçda iştirak edib.
Andreas Vezali
Andreas Vezali bəzən Andrey Vezaliy (nid. Andries van Wesel, lat. Andreas Vesalius; 31.12.1514 , Brüssel, — 15.10.1564, Zakinf, Venesiya respublikası) — anatom-həkim, V Karlın və sonralar II Filippin şəxsi həkimi. Yatro kimyanın banisi əlkimyaçı-həkim, anatomiya elminin əsasını qoyan Paraselsin kiçik yaşlarında ikən müasiri, zəmanəsinin böyük humanist insanlarından biri olmuşdur. == Həyatı == Vezali Andris van Vezel Vitink adı ilə (yaş kağızına əsasən) 31 dekabr 1514 ci ildə Brüsseldə doğulmuşdur. Onun babası Reyn çayı sahilindəki Vezel şəhərində dünyaya gəlmişdir. Vezalinin atası tərəfindən olan ulu babası və babası saray təbibləri olmuşlar. Atası imperator Maksimilyanın sarayında əczaçılıq etmişdir. 1530 cu ildə Vezali Müqəddəs Roma imperiyası Lyoven universutetində dilçilik və humanitar elmlər üzrə dərs alır. 1531 ci ildə təhsilini tibb üzrə davam etdirir.
Andreas Zampa
Andreas Zampa (13 avqust 1993 Kejmarok, Slovakiya) — Slovakiyalı dağ-xizək idmançısı. Andreas Zampa Slovakiyanı 2014-cü ildə Soçidə təşkil edilən XXII Qış Olimpiya Oyunlarında təmsil etdi. O, slalom və böyük slalom yarışları üzrə iştirak etmişdir. == Karyerası == Andreas Zampa birinci dəfə Olimpiya Oyunlarına 2014-cü ildə qatıldı. O, Soçidə baş tutan XXII Qış Olimpiya Oyunlarında kişilər böyük slalom yarışlarında iştirak etdi. Zampa 2:51.62 saniyəlik nəticəsi ilə 109 atlet arasında 32-ci yeri tutdu.
San-Andreas
San-Andreas — Kaliforniyanın Kalaveras qraflığının mərkəzi
San Andreas
San-Andreas — Kaliforniyanın Kalaveras qraflığının mərkəzi
Andreas von Bextolşeym
Andreas fon Bextolşeym (alm. Andreas Maria Maximilian Freiherr von Mauchenheim genannt Bechtolsheim‎; 30 sentyabr 1955) — alman elektrik mühəndisi, sahibkar, investor və milyarder. == Həyatı == 30 sentyabr 1955-ci ildə Almaniyada anadan olmuşdur == Fəaliyyəti == "Sun Microsystems" şirkətinin banilərindən biri və şirkətin baş mühəndisi Andreas fon Bextolşeym 1995-ci ildə şirkətdən uzaqlaşaraq, şəbəkə kommutatoru istehsalı ilə məşğul olan "Granite Systems" firmasını yaradır və 1996-cı ildə bu firmanı 220 milyon ABŞ dollarına "Cisco Systems" şirkətinə satır. Bu məbləğin 65%-i onun şəxsən özünə çatmışdır. Bextolşeym 1998-ci ildə "Google" şirkətinə 100 min dollar məbləğındə pul yatırmaqla onun ilk sərmayəçilərindən biri olmuşdur. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Lüdviq Andreas Feyerbax
Lüdviq Andreas Feyerbax (alm. Ludwig Andreas von Feuerbach‎; 28 iyul 1804[…], Landshut, Bavariya kürfürstlüyü, Müqəddəs Roma imperiyası – 13 sentyabr 1872[…], Nürnberq, Almaniya imperiyası, Bavariya Krallığı) — alman materialist filosofu. == Həyatı == == Fəlsəfəsi == O, Hegel fəlsəfəsini "başından ayağa" qoymağa cəhd göstərmişdir. Onun fəlsəfi baxışları "Xristianlığın mahiyyəti" (1841), "Dinin mahiyyəti haqqında mühazirələr (1851) əsərlərində öz əksini tapmışdır. Hegel kimi, Feyerbax da teoloji məsələlərə xüsusi diqqət yetirmişdi. Lakin o, Allahı real varlıq hesab etmirdi. Feyerbaxa görə, ruh ikincidir, təbiət isə birinci. İlahi ruh sadəcə insan qəbilinin zəka, iradə və emosiyalardan ibarət olan mahiyyətinin proyeksiyasıdır. İnsanın öz mahiyyətindən özgələşməsi bir-neçə mərhələdə baş verir. Öz həyatının təbii qüvvələərdən asılı olduğunu dərk edən qədim insan bu qüvvələri hansısa yolla ram etmək zərurətini dərk edirdi.
San Andreas qırığı
San Andreas qırığı — təxminən 810 mil Kaliforniya vasitəsilə yayılan qitə qırığına çevirir. Bu, Sakit okean plitəsi və Şimali Amerika plitəsinin arasında tektonik sərhəd formalaşdırır və üfüqi yayılır. Qırılma Los-Anceles təxminən 35 kilometr daxilində gedən üç seqmentləri, müxtəlif xüsusiyyətləri hər və zəlzələ riskinin müxtəlif dərəcəsi, ən əhəmiyyətli varlığa cənub seqmentinə bölüşür. Farallon plitəsi demək olar ki, tamamilə Şimali Amerika plitəsinin qərb hissəsinin altına subduksiya olunub və həmin ərazini San-Andreas qırılması boyunca Sakit okean plitəsi ilə əlaqədə saxlayır. Xuan de Fuka, Kəşfiyyatçı (Explorer), Qorda, Kokos və Naska plitələri Farallon plitəsinin qalıqlarıdır. Kaliforniya körfəzi böyük və paralel qırılma zonaları arasında yerləşir. Bu mürəkkəb qırılma zonasıdır və körfəzin dəniz dabanının qalxması qərbdəki Baxa Kaliforniya dağları və şərqdəki Sierra Madre qalxmaları arasındakı fərq 3000 km-dən böyükdür. Plitədə bir neçə ocaqlar var. Əsas ocaqlar Yelloston, Raton və Anaxim ocaqlarıdır. Yellouston və Anaxim ocaqlarının Mioken periounda yaranması güman edilir.
Valter Andreas Şvarç
Valter Andreas Şvarç (2 iyun 1913, Aşersleben, Almaniya — 1 aprel 1992, Heydelberq, Almaniya) — Alman müğənni. 1956 Avroviziya Mahnı Müsabiqəsində Almaniyanı "Im Wartesaal zum großen Glück" mahnısı ilə təmsil etmişdir.
Yohannes-Andreas Hanni
Yohannes-Andreas Hanni (ing. Johannes-Andreas Hanni; 1957, Valqa – 6 noyabr 1982, Tallin) — həyat yoldaşı Pillenin köməyi ilə 1982-ci ildə Estoniya Sovet Sosialist Respublikasında üç nəfəri öldürən estoniyalı seriyalı qatil. == Qətllər == Dindar baptist ailəsində böyüyən Yohannes–Andreas Hanni sonra valideynləri tərəfindən pis rəftar gördüyünü iddia etdi, xüsusilə nifrət etdiyi nazir atası tərəfindən. O, azyaşlı cinayətkar kimi uzun bir rekorda sahib idi və yeniyetməliyinin bir neçə ilini həbsxanalarda, islah koloniyalarında keçirib. Hanni 11 dekabr 1981-ci ildə vaqonet sürücüsü Pille Toomla evləndi və Tallindəki Palaca otel restoranında ofisiant olaraq çalışdı.Hanni ilk qurbanı Saaremaadan olan dənizçi Eymar Vibonu 5 mart 1982-ci ildə Nımmenin Valdeku küçəsində bıçaqlayaraq öldürdü və budunun bir hissəsini kəsib evinə apardı. Daha sonra həyat yoldaşı Pilleyə "artıq uzun müddətdir insan əti yeməyi sınamaq istədiyi" üçün yeyəcəyini izah etdi. Polislə dindirilmə zamanı Pille ərinin bunu "məmnuniyyətlə" etdiyini iddia etdi; sobanın üstündəki bir tavada əti qızartdı. Hanni 23 may 1982-ci ildə 75 yaşlı belarus təqaüdçü İvan Sivitskini özünün bağ evindəki saunasında bıçaqlayaraq öldürdü və onun cinsiyyət orqanlarını kəsdi.Həmin ilin iyul ayının sonlarında o, Laaqri və Sauz arasındakı meşədə moruq yığan Yevgeniya Kolsova adlı orta yaşlı rusiyalı kimsəsiz qadına təcavüz etdi və öldürdü. 1982-ci il avqustun sonlarında Hanni və həyat yoldaşı Tallində təsadüfi bir taksi sürücüsünü öldürməyi planlaşdırdılar və 2 sentyabr 1982-ci ildə cütlük planı yerinə yetirdi; sürücü Alari Kivi bıçaqla vuruldu. Kişi müqavimət göstərdi və ciddi, lakin həyat təhlükəsi olmayan xəsarətlər aldı.
İvar Andreas Osen
İvar Andreas Osen (norv. Ivar Andreas Aasen; 5 avqust 1813[…], Ersta[d] – 23 sentyabr 1896[…], Kristianiya[d]) — Norveç filoloqu, leksikoqrafı və şairi. O, növbədə Norveç dilinin yazılı formalarından biri olan Nyunorskun yaradıcısı kimi tanınır. Osen həmçinin, şair kimi də tanınır. O, "Norveçli" poemasının müəllifidir. == Həyatı == İvar Andreas Osen 5 avqust 1813-cü ildə Norveçdə, kəndli ailəsində anadan olmuşdur. O, ibtidai sinif müəllimi işləmişdir. Osen Norveçin bir çox yerlərini gəzdikdən sonra "Norveç xalq dilinin qrammatikası" (norv. Det Norske Folkesprogs Grommatik, 1842) və "Norveç xalq dili lüğəti" (Ordbog Over det Norske Folkessprog, 1850) əsərlərini nəşr etdirərək Landsmolun əsasını qoymuşdur. Onun botanika üzrə əsərləri, şeirlər toplusu və lirik dram əsərləri də var.
Andreas fon Bextolşeym
Andreas fon Bextolşeym (alm. Andreas Maria Maximilian Freiherr von Mauchenheim genannt Bechtolsheim‎; 30 sentyabr 1955) — alman elektrik mühəndisi, sahibkar, investor və milyarder. == Həyatı == 30 sentyabr 1955-ci ildə Almaniyada anadan olmuşdur == Fəaliyyəti == "Sun Microsystems" şirkətinin banilərindən biri və şirkətin baş mühəndisi Andreas fon Bextolşeym 1995-ci ildə şirkətdən uzaqlaşaraq, şəbəkə kommutatoru istehsalı ilə məşğul olan "Granite Systems" firmasını yaradır və 1996-cı ildə bu firmanı 220 milyon ABŞ dollarına "Cisco Systems" şirkətinə satır. Bu məbləğin 65%-i onun şəxsən özünə çatmışdır. Bextolşeym 1998-ci ildə "Google" şirkətinə 100 min dollar məbləğındə pul yatırmaqla onun ilk sərmayəçilərindən biri olmuşdur. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
San-Andreas (film, 2015)
29 may 2015-ci ildə ərsəyə gəlmiş film,San Anreas şəhəri yaxınlığıda Loma Priyeta zəlzələsi (1989) haqqında və bu təbii fəlakətin yaratdığı böyük dağıntılar barəsində çəkilmişdir.
Grand Theft Auto: San Andreas
Grand Theft Auto: San Andreas — Rockstar North tərəfindən hazırlanan, Rockstar Games tərəfindən paylanan Grand Theft Auto seriyasının bir hissəsidir. Oyunun 2002-ci ildə GTA 3-ün PC versiyası üçün bazara çıxarıldıqdan bir neçə gün sonra PlayStation 2, PC və Xbox versiyaları üçün bazara çıxarılacağı bildirildi. Oyun PlayStation 2 konsolu üçün 25 Oktyabr 2004-cü ildə Şimali Amerikada, 28 Oktyabr 2004-cü ildə Avropada və 2 dekabr 2004-cü ildə Avstraliyada satışa çıxarılmışdır. Oyunun çıxış tarixi Yaponiyada 9 Noyabr 2006 qərarlaşdırılmışdır. Oyunun Xbox versiyası Şimali Amerikada 25 Oktyabr 2004-cü ildə, Avropada isə 29 Oktyabr 2004-cü ildə satışa çıxarılmışdır. Windows versiyası isə Şimali Amerikada 7 İyun 2005-ci il, Avropada isə 10 iyun 2005-ci ildə satışa təqdim edilmişdir. Grand Theft Auto: San Andreas Spike TV Video Oyunlar Mükafatlarında ən yaxşı aksion-macəra, ən yaxşı xarakter performansı və ən yaxşı soundtrack adı ilə 2004-cü ilin ən yaxşı oyunu seçildi. == Gameplay == Oyunun əsas xarakteri və baş qəhrəmanı ""Carl Johnson""-dur (qısaca olaraq - "CJ", Azərbaycanca - "Karl Conson"). Oyun Carl Johnsonun 1987-ci ildə Liberty City-dən Los Santos-a qayıtması ilə başlamışdır. Hadisələr 1992-ci ildə cərəyan edir.