Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Panteon
Panteon (yunan. Πάνθειον, "bütün tanrılara (məbəd)") — hansısa bir dinə və ya mifologiyaya mənsub olan tanrılar qrupu. == Ümumi Hind-Avropa panteonu == Hər bir kasatanın öz xüsusi tanrısı olmuşdur; məsələn kahinlərdə qəddar, amma ədalətli tanrı-hakim (Zevs — Yuipiter — Odin — Hörmüz — Mixr — Mitra — Varuna), döyüşçülərdə - müharibə tanrısı (Tor — Mars — Ares — Vaaqn — İndra — Perun — Pyarkunas), kəndlilərdə — məhsuldarlıq tanrısı (Freyr — Kvirin — Veles) vardı.
Panteon (Roma)
Panteon (yun. Πάνθεον, πάντεζ — bütün və θεόζ — tanrı lat. Pantheon) — Bütün allahlara həsr edilmiş məbəd, Qədim Roma memarlığının görkəmli abidəsiPanteon e.ə. II əsrdə qədim Roma memarlığının intibah dövründə, imperator Adrianın zamanında, Mark Vipsani Aqripp tərəfindən hələ iki əsr öncə inşa olunmuş Panteonun yerində ucaldılmışdır. Bunu üzərindəki latın yazısı "М. AGRIPPA L F COS TERTIUM FECIT" də sübut edir. Panteonun kərpic və beton potondası diametri 43 m-dən bir qədər çox olan yarım sferik künbəzlə (antik dövrün ən böyük mühəndis nailiyyətlərindən sayılır) örtülüdür. Klassik aydınlığı, daxili mühitinin bütöv kompozisiyası, bədii obrazlılığı ilə seçilir. İstisna edilmir ki, inşasında dövrünün mahir memarlarından sayılan dəməşqli Apollodor iştirak etmişdir. Bu butpərəst məbədi 1 noyabr 609-cu ildən kilsəyə çevrilərək bu günümüzə kimi qorunmuş və yaxşı vəziyyətdə saxlanılmışdır. Məhz buna görə də 1 noyabr katolik və protestantlar tərəfindən bütün müqəddəslər günü kimi qeyd olunur.
Panteon (dəqiqləşdirmə)
Panteon (yun. Πάνθειον, ""Bütün tanrılara (məbəd)") hansısa bir din və ya mifologiyaya aid olan tanrılar qrupu, həmçinin məbəd və ya hər hansı bir dinin bütün tanrılarına həsr olunmuş müqəddəs bina. Panteon — hansısa bir dinə və ya mifologiyaya mənsub olan tanrılar qrupu. Panteon — tanınmış insanların dəfn olduğu dəfn yerinin ümumi adı.Görkəmli şəxsiyyətlərin xatirə nekropollar, onun prototipi əvvəlcə bütün tanrıların məbədi olan Roma Panteonudu Panteon (Roma) — təxminən b.e. 125-ci ildə tikilən və Roma şəhərinin Campus Martius hissəsində yerləşən məbəd Panteon — 1764-cü ildə tikilmiş Fransanın görkəmli şəxsiyyətlərinin dəfn edildiyi yer. Panteon — Mexikonun mərkəzində yerləşən meksikan qəbiristanlığı, orada tanınmış meksikalı mədəniyyət və incəsənət xadimləri dəfn olunub. Mtatsminda — Gürcüstanın yazıçı və ictimai xadimlərinin panteonu. Görkəmli Azərbaycanlılar panteonu — Tbilisidə yerləşən Azərbaycan yazıçılar və ictimai xadimlərin panteonu. Moskva panteonu — Leninin, Stalinin və SSRİ-nin görkəmli xadimlərinin xatirə türbəsi, lakin bu layihə həyata keçirilməmişdi. Komitas — Ermənistanda memorial qəbiristanlıq.
Panteon-Assas Universiteti
Panteon-Assas Universiteti (fr. Université Panthéon-Assas) — Parisdə bir universitetdir. O, Paris Universitetinin hüquq məktəbinin varisidir. == Tarixi == 1970-ci ildə təsis edilmişdir.
Panteon-Sorbona Universiteti
Paris 1 Panteon-Sorbona Universiteti (fr. Université Paris 1 Panthéon-Sorbonna) — Fransanın Paris şəhərində olan bir ictimai araşdırma universitetidir. Ölkənin ən böyük hüquq və sosial elmlər ali məktəbidir.
Didube panteonu
Didube panteonu (gürc. დიდუბის მწერალთა და საზოგადო მოღვაწეთა პანთეონი) — Gürcüstanın Tbilisi şəhərinin Didube rayonunda bir çox məşhur yazıçısının, alimlərinin, artistlərinin, milli qəhrəmanlarının dəfn olunduğu nekropol. == Panteonda dəfn olunanların siyahısı == Abaşidze Qriqol Qriqoryeviç (1914–1994) – gürcü şairi, Abaşidze Kita Georgiyeviç (1870–1917) – gürcü ictimai xadimi, Abakeliya Tamara Qriqoryevna (1905–1953) – gürcü heykəltəraşı, teatr rəssamı, qrafik? Abuladze Tengiz Yevgeneviç (1924–1994) – gürcü rejissoru, SSRİ xalq artisti, Avalişvili Zurab Davidoviç (1876–1944) – gürcü ictimai xadimi, tarixçi, diplomat və hüquqşünas, Amaşukeli Elquca Davidoviç (1928– 2002) – sovet və gürcü heykəltəraşı, Andronikov Luarsab Nikolayeviç (1872–1939) – gürcü və rus vəkili, İ.D.Andronikovun atası, Anfimov Yakov Afanasyeviç (1852–1930) – rus nevropotoloqu və psixiatrı, Axvlediani Yelena Dmitriyevna (1901–1975) – gürcü rəssamı, qrafik, Burmistrova Natalya Mixaylovna (1918–2008) – SSRİ xalq artisti, Vasadze Akaki Alekseyeviç (1899–1978) – gürcü aktyoru və rejissoru, SSRİ xalq artisti, Qabaşvili Yekaterina Revazovna (1851–1938) – gürcü yazıçısı, Gegeçkori Georgi Vladimiroviç (1923–2003) – gürcü aktyoru, Gürcüstan SSR xalq artisti, Davıdova Vera Aleksandrova (1906–1993) – sovet opera müğənnisi və pedaqoqu, RSFSR xalq artist və Gürcüstan SSR xalq artisti, İnanişvili Revaz Konstantinoviç (1926–1991) – gürcü yazıçısı, İoseliani Caba (1926–2003) – gürcü siyasətçisi və hərbçisi, İoseliani Otia Şalvoviç (1930–2011) – gürcü və sovet yazıçısı, Jvaniya Zurab Vissarionoviç (1963–2005) – Gürcüstanın keçmiş Baş Naziri, Jukovskaya-Kandelaki Yevgeniya Petrovna Kandelaki Nikolay Porfiroviç (1889–1970) – gürcü heykəltəraşı, Gürcüstan monumental heykəltəraşlıq məktəbinin banisi, Keşelava Platon Georgiyeviç(1893–1963) – gürcü ictimai xadimi, yazıçı-tənqidçi, Koberidze OtarLeontiyeviç (1924–2015) – gürcü aktyoru və rejissoru, Gürcüstan xalq artisti, Leselidze Konstantin Nikolayeviç (1903–1944) - Sovet İttifaqı Qəhrəmanı, Sovet hərbi sərkərdəsi, general-polkovnik, Leselidze Nina İvanovna (1906–1974) – general-polkovnik Konstantin Nikolayeviç Leselidzenin arvadı, Maxaradze Kote İvanoviç (1926–2002) – sovet və gürcü aktyoru, teleaparıcı, Pancikidze Quram İvanoviç (1933–1997) – gürcü yazıçısı, Çiaureli Sofiko Mixaylovna (1937–2008) – gürcü və sovet aktrisası, Çxeidze Rezo Davidoviç (1926–2015) – sovet və gürcü kino rejissoru və aktyoru, Çxikvadze Ramaz Qriqoryeviç (1928–2011) – sovet və gürcü teatr və kino aktyoru, SSRİ xalq artisti, Eliava Liya Şalvovna (1934–1998) – sovet və gürcü aktrisası, Umikov Pyotr İosifoviç Georgi Konstantinoviç Totibadze (1928–2010) – gürcü rəssamı == Mənbə == Ениколопов (Энаколопашвили) И. К. Дидубийский пантеон. — Тбилиси: Техника да шрома, 1957. — 242 с.
Didubi panteonu

Görkəmli Azərbaycanlılar panteonu
Görkəmli Azərbaycanlılar panteonu — Tbilisidə Azərbaycanın görkəmli ictimai xadimlərin dəfn olunduğu memorial qəbiristanlıq. Burada Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh, Fətəli xan Xoyski, Həsən bəy Ağayev və s. kimi görkəmli şəxslər dəfn edilib. Panteon Botanika bağının ərazisində, köhnə müsəlman qəbiristanlığının yerində yerləşir. == Tarixi == Qəbiristanlıq "Gorxana" adı ilə XVII əsrdə yaradılıb. Şərqi Gürcüstan İrandan vassal asılılıqda olanda, qəbiristanlığın yerləşdiyi rayona seyidlər köçməyə başladılar, ona görə şəhərin bu rayonu Seyidabad adlanmağa başlandı. Həmçinin,Tiflisdə yaşayan bütün müsəlmanları elə bu qəbiristanlıqda dəfn edirdilər. XIX əsrdə qəbiristanlığın ərazisi xeyli genişləndirilmişdir. Adı çəkilən şəxslərdən başqa qəbiristanlıqda general Abdulla-ağa Bakıxanov, Məmməd-Həsən Hacınski, yazıçı və publisist Əliqulu Qəmküsar, aktyor və rejissor İbrahim İsfahanlı, şair Mehdiqulu xan Vəfa, diplomat Behbud ağa Şahtaxtinski, İsa Sultan Şahtaxtinski, Adilə Şahtaxtinskaya, yazıçı və publisist Eynəli bəy Sultanov, yazıçı və publisist Rzaqulu Nəcəfov, Hüseyn Əfəndi Qayıbov, Nazlı xanım Məmmədquluzadə, Həmzət bəy Qayıbov, Müzəffər Nərimanov, Fərəc bəy Sultanov, Mirzəli Abbasov, Abbas Qurbanov, Ənvər Xudaverdiyev, Mustafa Vəliyev, Yusif Hacızadə, Hüseyn Bəhmənov, Rzabala Rzayev kimi mədəniyyət, elm xadimləri və siyasətçilər də dəfn olunub, üstəlik Axundovun ailəsinin üzvləri, onun xanımı Tuba-xanım, oğulu Adil bəy və qızı Seyra, xanımının qardaş və bacıları və Mirzə Şəfi Vazehin xanımı da burada son mənzilini tapmışdılar. Onların bir çoxunun adları bu gün panteonun girişindəki abidəyə həkk olunmuşdur.
San Joaquin Fransız Panteonu
Fransız San Joaquín Panteonu, həmçinin Leqariyanın Fransız Panteonu kimi tanınan, Mexiko şəhərində yerləşən qəbiristanlıqdır. İçərisində Meksika tarixinə damğasını vuran bəzi insanlar, məsələn; Miroslava Stern, Klavillazo, Mariya Feliks, Xose Xose və əvvəlcə burada dəfn edilən, lakin daha sonra məzarından çıxarılaraq 2017-ci ildə yandırılan Paulette Gebara Farah Bu panteon 1940-cı ildə Fransanın Mərhəmət Panteonu daxilində baş verən bağlanma və doyma nəticəsində yaranıb, əhaliyə xidmət göstərməyə davam etmək üçün 1942-ci ildə San Joaquin Fransız Panteonu yaradılıb və əsası qoyulub.
San-Xoakin Fransa panteonu

Pandion
Çay qaraquşu (lat. Pandion haliaetus) — qaraquş cinsinə aid quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Status. Nadir, sayı tez azalan növdür. Yayılması. Xəzər sahillərində (başlıca olaraq Astara və Kür çayı mənsəbi arasında) və respublikanın iri daxili su hövzələrində olur. Yaşayış yeri. Balıqla zəngin su hövzələri yaxınlığında yerləşən hündür gövdəli meşələr. Təbiətdə sayı.
Pantene
Pantene — Procter & Gamble şirkətinə daxil olan, 1947-ci ildə yaradılmış qadın şampun markası. == Tarixi == Pantene markasının yaranması və formalaşması prosesi İsveçrədən başlayır. Belə ki, İkinci dünya müharibəsi zamanı yanıq xəsarəti almış əsgərlərin müalicəsini həyata keçirən həkimlər, əsgərləri müalicə etməyin daha səmərəli üsulları üzərində işləyirdilər. Aparılan dərin araşdırmalar 1940-cı illərin əvvəllərində böyük kəşflə nəticələnir və insan bədənin yanmış hissələri üçün effektiv təsir gücünə malik Pantenol, provitamin B5 kəşf edilir. Panthenoldan ilhamlanan İsveçrəli dərman şirkəti Hoffma-LaRoche bu maddəni saçların müdafiəsi üçün yaradılacaq yeni markanın üzərinə tətbiq etməyi təklif edir. Bununla da 1947-ci ildə Avropanın mərkəzi olan İsveçrədə sonralar məşhurluğu ilə bütün dünyanı əhatə edəcək yeni bir marka yaranmış olur. Marakanın adlandırlması üçün elədə uzun axtarışlar etməyə ehtiyac qalmır, belə ki, saçların müdafiəsi üçün nəzərdə tutulmuş yeni marka elə tərkibində olan inqridientlərdən birinin (ing. Panthenol) adına uyğun yəni Pantene adlandırılır. Bazarda istehlakçılara təklif edilən yeni saç baxım kremi özünə məxsus qoxu çeşidləri ilə qısa zamanda Avropa xanımlarının diqqətini çəkməyi bacarır. Yarandığı və satışa çıxdığı ilk illərdə əsasən Avropa bazarında yayılan Pantene 1960-cı illərin ortalarında Şimali Amerika bazarına təqdim edilir və burada yüksək istehlakçı marağı əldə edir.
Banten
Banten İndoneziyadakı Yava adasında ən qərbdə olan bölgədir. Onun əyalət paytaxtı Seranqdır. Vilayət Qərbi Yava və şərqdə Cakartanın xüsusi paytaxt bölgəsi, şimalda Yava dənizi, cənubda Hind okeanı və qərbdən Zond boğazını qonşu Sumatra adasından ayıran bölgədir. Bantenin əhalisi rəsmi olaraq, 2014-cü ilin əvvəlində 11,834,087 səviyyəsində, 2010-cu il siyahıyaalma zamanı 10,6 milyon nəfərdən çox olub. Əvvəllər Qərbi Yava əyalətinin bir hissəsi olan Banten 2000-ci ildə ayrı bir vilayətə çevrildi. Bölgə qonşu İndoneziyanın Sumatra adasına tranzit dəhlizdir. Tarixən Yava və digər İndoneziya arxipelaqının digərlərindən fərqli bir mədəniyyətə sahib idi. Son illərdə şimal yarısı, xüsusilə Cakarta və Yava dəniz sahilləri yaxınlığında bölgələr əhalinin və şəhərləşmənin sürətli artımını yaşadı, cənub yarısı isə xüsusən də Hind okeanı ilə üzbəüz, ənənəvi xarakterini daha çox qoruyur.
Kanton
Kanton aşağıdakı mənalarda işlənə bilər: == Coğrafiya == Kanton — bəzi ölkələrdə inzibati-ərazi vahidi: İsveçrə kantonları — 1-ci dərəcəli inzibati bölgü vahidi; Lüksemburq kantonları — 2-ci dərəcəli inzibati bölgü vahidi; Fransa kantonları — 3-cü dərəcəli inzibati bölgü vahidi; Bosniya və Herseqovina kantonları — 1-ci dərəcəli inzibati bölgü vahidi; Boliviya kantonları — 3-cü dərəcəli inzibati bölgü vahidi; Ekvador kantonları — 2-ci dərəcəli inzibati bölgü vahidi; Kosta-Rika kantonları — 2-ci dərəcəli inzibati bölgü vahidi; 1920-1930-cu illərdə RSFSR-in bəzi muxtar respublikalarında və vilayətlərində də kantonlar mövcud olmuşdur. Kanton — Çinin Quançjou şəhərinin Avropa dillərindəki köhnə adı. Kanton — Kiribatidə Feniks arxipelaqında atoll. Kanton — ABŞ-nin Minnesota ştatında şəhər. Kanton — ABŞ-nin Minnesota ştatında taunşip. Kanton — ABŞ-nin Ohayo ştatında şəhər. == Digər == Kanton — veksillologiyada bayrağın yuxarı sol hissəsinə verilən ad.
Panter
Panter (lat. Panthera) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi. Qırtlaqları xüsusi quruluşa malikdir və nərə çəkmək imkanı verir.
Penten
Penten kimyəvi formulu С5Н10olan alkendir . Onun molekulunda bir ədəd ikiqat rabitə var. Bu sinifdə cəmi altı müxtəlif birləşmə vardır.Bu birləşmələr xətti və ya şaxəli quruluşda olub sis-trans izomerlik əmələ gətirirlər. == Xətti quruluşlu izomerləri == Penten-1 alfa olefindir. Çox vaxt penten-1 neftin katalitik və ya termik krekinqinin əlavə məhsulu kimi və ya karbohidrogenlərin termik krekinqi zamanı etilen və propilen ilə birlikdə alınır. Penten-1-in yeganə istehsalcısı Sasol Ltd onu Fişer-Trops prosseslərindən alır.Penten-2 2 həndəsi izomerə, sis-penten-2 və trans-penten-2-yə malikdir. Sis-2-penten olefin istehsalında istifadə olunur. == Şaxəli quruluşlu izomerləri == Pentenin şaxəli izomerləri 2-metilbuten-1, 3-metilbuten-1 (izopenten) və 2-metilbuten-2-dir (izoamilen). == Yanacaq kimi == Propilen, izobuten və amilenlər alkilləşdirmə kontur emalı zavodlarında xammal kimi istifadə olunur.Amilenlər ən yaxşı təyyarə yanacqları kimi istifadə olunur.
Xanten
Ksanten — Almaniyanın Şimali Reyn — Vestfaliya əyalətində iştirak edən bir şəhərdir. Şəhərin əhalisi 31 dekabr 2010 statistikasına görə 21.572 nəfərdir.
Anton
Anton — rus kişi adı. Anton Arenski — Anton Rubenşteyn — Anton Denikin — Anton Purseladze — Anton Yelçin — ABŞ aktyoru.
Müqəddəs Pantaleon
Müqəddəs Pantaleon (yun. Παντελεήμων, rus. Пантелеи́мон), Qərbdə son orta əsrlərin On Dörd Müqəddəs Köməkçidən, Şərqdə isə Müqəddəs Tamahsız Şəfaçılardan biri hesab olunan müqəddəs. == Həyatı == Ənənəvi olaraq təxminən 275-ci ildə və ya 284-cü ildə Vifiniyanın Nikomediya şəhərində doğulduğu qəbul olunur. Martiroloji (şəhid tərcümeyi-halları) ənənəyə görə, Pantaleon varlı bir bütpərəst olan Nikomediyalı Eustorgiusun oğlu idi. Xristianlığı anası Müqəddəs Evvuladan öyrənmişdi; lakin 303-cü ildə onun ölümündən sonra o, tanınmış həkim Evfrosinosdan tibb təhsili alaraq xristian kilsəsindən uzaqlaşır və Evfrosinosun köməyi ilə imperator Qaleriusun şəxsi həkimliyinə qədər yüksəlir. Sonradan imperator Maksimianın da həkimi olmuşdu. Lakin sonradan Müqəddəs Yermolayın təbliği ilə xristianlığa qayıtmışdı. == Şəhadəti == Əfsanəyə görə Pantaleon, İsanın adını çəkərək bir kor adamı möcüzəvi şəkildə sağaltmaqla, ölümündən sonra böyük bir sərvətə sahib olan atasını xristianlığa çevirdi. Atası da öz növbəsində qullarını azad etdi və var-dövlətini yoxsullar arasında bölüşdürərək Nikomediyada böyük nüfuz qazandı.
Pandion haliaetus
Çay qaraquşu (lat. Pandion haliaetus) — qaraquş cinsinə aid quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Status. Nadir, sayı tez azalan növdür. Yayılması. Xəzər sahillərində (başlıca olaraq Astara və Kür çayı mənsəbi arasında) və respublikanın iri daxili su hövzələrində olur. Yaşayış yeri. Balıqla zəngin su hövzələri yaxınlığında yerləşən hündür gövdəli meşələr. Təbiətdə sayı.
Paneion pratense
Poa pratensis (lat. Poa pratensis) — qırtıckimilər fəsiləsinin qırtıc cinsinə aid biki növü. == Sinonim == Paneion pratense (L.) Lunell Poa agassizensis B.Boivin & D.Löve Poa alpigena subsp. sobolevskiana (Gudoschn.) Tzvelev Poa anceps (Gaudin) Hegelm. Poa anceps var. breviculmis Hook.f. Poa angustifolia Elliott [Illegitimate] Poa angustifolia subsp. anceps (Gaudich.) K.Richt. Poa angustifolia var. anceps (Gaudin) K. Richt.
Pantodon buchholzi
Afrika uçanbalığı (lat. Pantodon buchholzi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin aravanokimilər dəstəsinin pantodontidae fəsiləsinin pantodon cinsinə aid heyvan növü.
Aksa (kanton)
Aksa fr. Axat — kanton, Fransanın Langedok-Russilyon bölgəsində yerləşən Od departamentinə tabedir. Limu rayonuna daxildir. Kantonun INSEE kodu 1103-dir. Aksa, kantonunda əsas olan 14 kommuna mövcuddur.
Akteon adaları
Akteon adaları (fr. Groupe Actéon) — Tuamotu arxipelaqının cənub hissəsində yerləşən adalar qrupu (Fransa Polineziyası). Manqareva atollundan 225 km məsafədə yerləşir. == Coğrafiya == == Tarixi == Akteon adaları ilk dəfə 1606-ci ildə portuqal əsilli ispan dənizçisi və səyyahı Pedro Fernandes Kiros tərəfindən kəşf edilmişdir. O, adaları kokos palmalı ağacları olan olaraq təsvir edir. Göyərtə qeydlərində onlar bu cür təsvir edilir: «Cuatro Coronadas», «Cuatro Hermanas» (dörd bacı) və «Anegadas» (su basmış). Adalar 1983-cü ildə baş vermiş siklondan əziyyət çəkmişdir. == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Ambryon (kanton)
Ambrön (fr. Embrun) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azür, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0508. Ambrön kantonuna cəmi 8 kommuna daxildir, onlardan ən əsası Ambrön kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2007-ci ildə əhalinin sayı 10 600 nəfər təşkil edirdi.
Ambrön (kanton)

Antoon Postma
Antoon Postma (28 Mart 1929 – 22 Oktyabr 2016) — Niderlandlı antropoloq. Ərə getdikdən sonra Hanunuolar arasında yaşamağa başlamışdır. Filippinin Mindoro şəhərində yerləşən manqyan qəbiləsində yaşayırdı. Onun ən böyük işi Laquna Mis Yazılarını ilk dəfə oxumaq olmuşdur. Hanunuolara məxsus olan bu yazıları qorumaq üçün əlindən gələni etmişdir. == İstinadlar == == Xarici keçidlər == Santos, Hector. "Sulat sa Tanso: Antoon Postma's Translation". A Philippine Leaf. 1995. İstifadə tarixi: 2008-07-30.