Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Parol
Parol (fr. parole, en. password) — rəqəm, söz, işarələrin gizli kombinasiyası olub, şəxslərin bir-birlərini tanıması üçün və ya informasiya təhlükəsizliyində istifadə edilir. Parol subyektin identifikatorudur. Autentikasiyanın ən geniş yayılmış növüdür. Daxil edilmiş parol və istifadəçi üçün əvvəlcədən verilmiş parol müqayisə edilir. Onlar üst-üstə düşdükdə istifadəçinin həqiqiliyi təsdiqlənmiş sayılır. Parolların ən başlıca nöqsanı onların elektron ələ keçirilməsidir. Praktik olaraq yeganə çıxış yolu rabitə xətləri ilə ötürülməzdən əvvəl parolların kriptoqrafik şifrələnməsidir. Aşağıdakı tədbirlər parol mühafizəsinin etibarını artırmağa xeyli imkan verir: texniki məhdudiyyətlər qoyulması (parol çox qısa olmamalıdır, parolda hərf, rəqəm, durğu işarələri olmalıdır və s.) parolun fəaliyyət müddətinin idarə olunması, onların vaxtaşırı dəyişdirilməsi; parollar faylına icazənin məhdudlaşdırılması; sistemə uğursuz daxilolma cəhdlərinin məhdudlaşdırılması; istifadəçilərin təlimatlandırılması; parol generasiya edən proqramların istifadəsi.Sadalanan tədbirləri həmişə, hətta parolla yanaşı digər autentikasiya metodları istifadə olunduğu halda da tətbiq etmək məqsədə uyğundur.
TAROM
TAROM — Rumıniyada bir hava yolu şirkətidir və Rumıniyanın ilk milli havayoludur. Qərargahı Buxarestdədir. == Tarix == Ruminiyada ilk aviaşirkəti kimi 1920-ci ildə CFRNA adı ilə qurulmuş, 1954-cü ildə yenidən qurulanda TAROM adını almışdır. 26 ölkənin 54 nöqtəsinə reysləri var.
Patom krateri
Sibirdə İrkutsk vilayəti ilə Yakutiyanın sərhəddində Patom dağları ərazisində maraqlı bir krater var. Alimlər onu Patom krateri, Yakutlar isə Yanar Qartal yuvası adlandırırlar. Uzun illərdir alimlər, geoloqlar, hətta fiziklər bu kraterin necə əmələ gəldiyini araşdırmağa çalışırlar. Onun haqqında yaranan müxtəlif fərziyyələr və mülahizələr indiyə qədər mübahisə obyektidir. Bu krateri ilk dəfə 1949-cu ildə geoloq Vadim Kolpakov kəşf etmişdir. Onun hündürlüyü 70 m, xarici diametri 180 m –dir. Keçən il burada araşdırmalar aparan alimlər bir sıra anomaliyalar müşahidə etmişlər. Onlar kraterin 100–150 m dərinliyində güclü maqnit sahəsi aşkar etmişlər. Geoloqların gəldiyi nəticəyə görə dərinlikdə ellepsoidvari, yumurtaya bənzər, Yerə aid olmayan bir obyektin olduğu fərz edilir. Obyektin uzunluğu 600–700 metr ola bilər.
Paro Taktsanq
Paro Taktsanq — Butanın Paro vilayətində yerləşən buddist məbədi “Taxsanq Lakxanq” Paro şəhərinin Şimalında, hündürlüyü 3120 m olan bir uçurumun üstündə yerləşir. Məbədin bir çox adı var:Taksanq-lakxanq, Paro Taksanq və Taxsanq-dzonq. == Tarixi == Adı “Pələng yuvası” kimi tərcümə olunur. Məbədin tikildiyi qayanın yamacları demək olar ki, dikdir və məbəd binalarının xarici divarları uçurumun ən kənarında, sanki qayaya "gömülmüş" kimi inşa edilmişdir. İlk baxışda məbədə giriş əlçatmaz görünür, lakin əslində Taxsanq Lakxanq məbədinə çatmağın bir neçə yolu var: şimal-qərbdən və ya cənubdan (zəvvarlar adətən bu yolla gedirlər) və ya şimaldan "Yüz min Pəri" və ya “Bumda” adlanan qayalı bir yayladan. Daha sonra şam meşəsindən keçən qatır yolu var. Bu yol mamır çələngləri və rəngli bayraqlar ilə bəzədilib. Məbəd 1692-ci ildə inşa edilib. İlk vaxtlar meditasiya üçün istifadə edilib. Məbədlə bağlı çoxsaylı əfsanələr gəzir.
Padam Padam
"Padam Padam" avstraliyalı müğənni Kayli Minouq tərəfindən 18 may 2023-cü ildə Tension adlı studiya albomunun baş sinqlı kimi buraxılmış mahnıdır. Mahnı norveçli müğənni və bəstəkar İna Vroldsen tərəfindən prodüser Lostboy ilə birgə yazılmışdır. Musiqi klipi rejissor Sofi Müller tərəfindən çəkilmiş və mahnı həmin klip ilə ilk dəfə tam şəkildə təqdim edilmişdir. Sinql İngiltərə və ABŞ xit-paradlarında Top 10-a daxil oldu. == Mahnının tarixi == Mahnı 12 may 2023-cü ildə yeni albomun elanı ilə birlikdə anons edildi, lakin o vaxt buraxılış tarixi yox idi. Buraxılış tarixi mayın 16-da mahnının 20 saniyəlik hissəsi ilə elan edildi. Mahnının adı ürəyin döyünməsi mənasını ifadə edir. == Kompozisiyası == "Padam Padam" mahnısı "hipnotik elektro ", "hamar, gurultulu dans-pop ", həmçinin " Tension " albomunun "eyforik açılış" mahnısı kimi təsvir edilmişdir. Mahnı elektrik gitara rifi və " texnopop fonu" ehtiva edir. Bu mahnı Minouqun əvvəlki Disco (2020) albomunun tərzindən uzaqlaşaraq daha çox Avropa sint-popuna doğru irəlilədi.
Baron
Baron — ad. Baron Bosiyev — Osetiyalı yazıçı, şair, sovet mədəniyyət və ədəbiyyat xadimi. Baron Zemo — Marvel Comics tərəfindən yaradılmış anti-qəhrəman. Baron Münxhauzen — uydurma Almaniya zadəganı.
Baroy
Baroy (çeç. Бара) — Çeçenistan Qalançoj rayonu, Terloy dərəsində Bara-exk dağ çayının sağ sahilində tikilmiş iri qala kompleksi. Qala kompleksinin tikilmə tarixi XIV əsrə aid edilir. Kompleks iki ayrı istehkamdan - Yuxarı və Aşağı Barodan ibarətdir. == Tarixi == Tanınmış rus arxeoloqu Vsevolod Miller dağ memarlığı abidələrinə çox diqqət yetirirdi. 1886-cı ilin iyununda o, Çeçenistan və İnquşetiyanın bir çox bölgələrini araşdırdı. Tədqiqatları nəticəsində buradakı qala kompleklərinin təsvirləri və çertyojları da daxil olmaqla orta əsr binalarını təsvir edən kitab çapdan çıxarır. Onun izi ilə yerli qədim abidələr (arxeoloqların əsərləri - P.S.Uvarova, V.İ.Dolbejev, N.K.Zeydlitsa, Q.A. Vertepov və s.) haqqında məlumatları özündə əks etdirən bir çox müəlliflərin çoxlu məqalə və kiçik esseləri meydana gəldi. == Təsviri == Qala kompleksinin yrı-ayrılıqda dayanan iki istehkamı - Yuxarı və Aşağı Baroyu təmsil edir. Yuxarı və Aşağı Baroya müdafiə qüllələri (indi dağıdılmış) və onlarla yaşayış binası daxildir.
Barum
Yuxarı Çaykənd (1991-ci ilədək Barum) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Kəndin əhalisi 414 nəfər təşkil edir ki, onun da 222 nəfəri kişi, 192 nəfəri isə qadındır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Carmo
Carmo - İraqın Süleymaniyyə şəhəri yaxınlığında, dəniz səviyyəsindən 800 metr yüksəklikdə yerləşən Zaqros dağlarının qərb yamaclarında erkən Neolit dövrünə aid (e.ə. VII minilliyin I yarısı) aid yaşayış məskəni.Carmo qədim yaşayış məskəni İraqın qədim tarix üzrə departamenti tərəfindən aşkar edilmişdir. Arxeoloq R.Breydvudun rəhbərliyi ilə Amerika Birləşmiş Ştatlarının Çikaqo Universitetinin arxeoloji ekspedisiyası burada qazıntılar (1948, 1950-1951, 1954-1955) aparmışdır.. R.Breydvud Carmoda aşkar olunan maddi mədəniyyət nümunələri əsasında ilk dəfə İraq ərazisində Neolit inqilabı prosesini tədqiq etmiş və Yaxın Şərqdə istehsal təsərrüfatının meydana gəlməsi mərkəzlərindən biri olan Zaqros mədəni birliyi haqqında fərziyyə irəli sürmüşdür. Sahəsi təqribən 1,3 hektar olan ərazidə 6-dan 16-yadək mədəni təbəqə aşkar edilmişdir. Məskəndə eyni zamanda 25-ə qədər ev olmuşdur. Çox zaman iri çaydaşından ibarət bünövrə üstündə tikilən divarlar gillə bərkidilmiş yastı saman kərpiclərdən hörülürdü. 5-ci təbəqədə digər evlərdən aralı yerləşən ev 10 kvadrat metr sahəsi olan yaşayış otağından və bir neçə təsərrüfat tikilisindən ibarət idi. Tikililərdən birində bacası olan dairəvi tağlı soba yerləşirdi. Nukleuslar, bıçaqvari lövhələr, çaxmaqdaşı və dəvəgözüdən (obsidan) həndəsi formalarda çoxsaylı mikrolitlər (o cümlədən, üst təbəqələr üçün səciyyəvi olan quraşdırma alətlərin içlikləri) bazalt dəndaşılar, toxmaqlar, oxranın əzilməsi üçün paletkalar aşkar olunmuşdur, yarımkürəvi daş kasalar, yastı oturacaqlı qədəhlər və yastı piyalələr səciyyəvidir.
Carum
Zirə (lat. Carum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Hündürlüyü 30-60 sm, gövdəsi düz, yuxarı hissəsi budaqlıdır. Yoğun köklərə malikdir. Yarpaqları dövrəsində uzunsovdur, aşağıdakılar uzun saplaqlıdır. Çiçəkləri mürəkkəb çətir şəklində yerləşmişdir, ləçəkləri ağdır və ya çəhrayı rəngdədir. Meyvəsi iki tərəfdən sıxılmış şəkildə uzunsovdur, yetişdikdə 2 toxuma ayrılır. Özünəməxsus güclü ətirli iyə, acı, yandıran ədviyyəli dada malikdir. Ədviyyat kimi çörəkbişirmə, qənnadı və konserv sənayesində işlədilir. İyun-iyul aylarında çiçəkləyərək iyul-avqust aylarında meyvə verir.
EPROM
EPROM (erasable programmable read-only memory ~ silinəbilən proqramlaşdırılabilən daimi yaddaş) – enerji mənbəyindən asılı olmayan, hazırlandıqdan sonra proqramlaşdırılan yaddaş mikrosxemi. Enerji mənbəyindən asılı olmayan yaddaşda saxlanılan verilənlərdə və ya mikroproqramlarda dəyişiklik etmək lazım gəldikdə yeni PROM modulları hazırlamaqdansa, EPROM mikrosxemini yenidən proqramlaşdırmaq daha faydalı ola bilər. PROM-dan fərqli olaraq, EPROM mikrosxeminin tərkibini silmək olar; adətən, bunun üçün mikrosxemdən qoruyucu qapaq çıxardılır və mikrosxem ultrabənövşəyi işıqla şüalandırılır, bundan sonra onu yenidən proqramlaşdırmaq olar. EPROM yaddaşının PROM-dan baha olmasına baxmayaraq, son nəticədə o, daha qazanclı ola bilər (xüsusən, tez-tez dəyişikliklər gərəkli olduqda).
Haram
Haram (ərəb. حرام‎) — yerinə yetirildikdə günah yazılan, ondan çəkindikdə isə axirət savabı yazılan əməl, yaxud böyük günah. Hər dində haramın nə olduğu haqqında fərqli görüşlər var. Bəzən eyni bir dinin məzhəbləri arasında belə bir şeyin haram olub-olmaması mübahisə doğura bilir. Bununla belə, əksər dinlərdə yalan, cinayət, əxlaqsızlıq, paxıllıq, oğruluq, sehr kimi şeylər günah sayılır. Bəzi əməllər isə bir dində savab sayıldığı halda digərində haramdır. Məsələn, bütü sındırmaq islamda böyük savab olduğu halda bütpərəslikdə haramdır. == İslamda haram == Allahın qəti şəkildə, açıq dəlillərlə bildirdiyi və qəti qadağan etdiyi əməllərdir. Qumar oynamaq, yalan danışmaq, içki içmək, qeybət etmək, başqalarının haqqını tapdalamaq, dedi-qodu etmək kimi, Qadağan olunmuş əməlləri işləmək günahdır, bu günahı tərk etmək (işləməmək) isə savabdır, Haram buyurulmuş bir işi inkar edib halal hesab edən insan dindən çıxmış olur. == Xristianlıqda haram == Yəhudilikdən fərqli olaraq Xristianlıqda haram anlayışına o qədər də önəm verilməmişdir.
Harov
Harov — Azərbaycan Respublikasının Xocalı rayonunun Harov kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Cənubi Azərbaycanın Horov kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçılara görə, İran dillərindəki hor (isti) və ov (su) sözlərindən düzəlmiş bu toponim "isti su" mənasındadır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Harov kəndinin əhalisinin faktiki sayı 289 nəfər, qeydiyyatdakı əhalinin sayı 300 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Harov kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Karum
Karum (ticarət qəsəbəsi, tacir koloniyası) — Yaxın Şərq tarixinin qədim dövrünə aid termin. Mövcud ticarət yollarından mənfəət əldə etmək və mal mübadiləsində iştirak etmək üçün xarici şəhərdə qəsəbə və ya ticarət rayonu. Karumda yaşayan tacirlər çox vaxt yerli özünüidarəetmə və xüsusi imtiyazlardan istifadə edirdilər. Ən tanınmış karum II minilliyin əvvəllərində Anadoluda assuriyalılar tərəfindən qurulmuş Kaneş karumudur.
Murom
Murom — Rusiya Federasiyasında yerləşən şəhər Vladimir vilayətinə daxildir.
Pafos
Pafos (yun. Πάφος türk.Baf) - Kipr adasının cənub-qərb hissəsində yerləşən bir şəhər.Şəhər eyniadlı inzibati rayon mərkəzidir. (Kipr Respublikasının 6 rayonlarından biri). Mifologiyaya görə, Pafos yunan sevgi tanrısı Afroditanın vətənidir.51 ildə(e.ə)şəhərdə Kiprin məşhur natiqi Mark Tulliy Çiçero yaşayırdı. Pafos UNESCO Ümumdünya mədəni və təbii irs siyahısına əlavə edilir.Şəhərin yaxınlığında Beynəlxalq hava limanı yerləşir. == İqlimi == Pafos şəhəri noyabr və mart aylarında yüksək yağıntı ilə müşahidə olunan, Aralıq dənizi iqliminə malikdir. Yayda,xüsusilə iyul və avqust aylarında yağış yağmır.Orta rütubət 85%-dir. Təxminən hər 10 ildə bir qar yağır. Qar tez əriyir. Sonuncu dəfə güclü qar yağıntısı şəhərin mərkəzində 2001-ci ilin qışında müşahidə olunub.
Cerom K. Cerom
Cerom Klapka Cerom (ing. Jerome Klapka Jerome; 2 may 1859[…] və ya 25 avqust 1859, Uolsoll, Uest-Midlends[d] – 14 iyun 1927[…] və ya 16 iyun 1927, Northempton) — ingilis dramaturqu, yazıçı-yumorist, məşur "Qayıqda üç kişi (İti nəzərə almasaq)" yumoristik romanın, bundan başqa çoxlu sayda yumoristik və satirik əsərlərin müəllifi, "Panç", "Avara (Bekar)" (ing. Idler), "Bu gün" (ing. To-day) kimi məşur satirik jurnalların daimi əməkdaşı. == Həyatı == === Gəncliyi === Cerom K Cerom Cerom Klappın dördüncü uşağıdır. Atası metal məmulatları satan xırdavatçı, həm də rahib idi. Cerom K Ceromun iki bacısı (Paulina, Blandina) və sonralar tələf olmuş bir qardaşa (Milton) malik olmuşdur. Cerom eksil macar generalı Georgi Kapkanın şərəfinə Kapka adını özünə əlavə etmişdir. Ailəsi Londonun şərqinə köçdükdən sonra Crom K Cerom Marilebon gimnaziyasına (ing. Marylebone Grammar School) gedir.
Cerom Klapka Cerom
Cerom Klapka Cerom (ing. Jerome Klapka Jerome; 2 may 1859[…] və ya 25 avqust 1859, Uolsoll, Uest-Midlends[d] – 14 iyun 1927[…] və ya 16 iyun 1927, Northempton) — ingilis dramaturqu, yazıçı-yumorist, məşur "Qayıqda üç kişi (İti nəzərə almasaq)" yumoristik romanın, bundan başqa çoxlu sayda yumoristik və satirik əsərlərin müəllifi, "Panç", "Avara (Bekar)" (ing. Idler), "Bu gün" (ing. To-day) kimi məşur satirik jurnalların daimi əməkdaşı. == Həyatı == === Gəncliyi === Cerom K Cerom Cerom Klappın dördüncü uşağıdır. Atası metal məmulatları satan xırdavatçı, həm də rahib idi. Cerom K Ceromun iki bacısı (Paulina, Blandina) və sonralar tələf olmuş bir qardaşa (Milton) malik olmuşdur. Cerom eksil macar generalı Georgi Kapkanın şərəfinə Kapka adını özünə əlavə etmişdir. Ailəsi Londonun şərqinə köçdükdən sonra Crom K Cerom Marilebon gimnaziyasına (ing. Marylebone Grammar School) gedir.
Aaron Burr
Aaron Burr (ing. Aaron Burr, Jr.; 6 fevral 1756[…], Nyuark, Nyu Cersi – 14 sentyabr 1836[…]) — Amerika Birləşmiş Ştatlarının 3-cü vitse-prezidenti. 1804-cü ildə Aleksandr Hamiltonla aralarında duel təşkil edilmişdir. Burr duel nəticəsində ağır yaralanmışdır.
Aaron Henk
Henri Luis (Henk) Aaron (ing. Henry Louis "Hank" Aaron; 5 fevral 1934, Mobil, Alabama – 22 yanvar 2021, Atlanta, Corciya) — ABŞ beysbolçusu. O, 1954–1974-cü illərdə "Miluoki Breyvz" komandasında, 1966–1976-cı illərdə "Atlanta Breyvz" komandasında çıxış etmişdir. Henk 1957-ci ildə Milli Liqanın Ən dəyərli oyunçusu mükafatına layiq görülmüşdür. Ləqəbi "Çəkic" idi. O, 1974-cü ildə Beyb Rutun 1930-cu illərdən bəri davam edən rekordunu geridə qoyaraq 715 meydança hitinə çatmışdır. 1976-cı ildə karyerasına son qoymuşdur. 1982-ci ildə Beysbol Şöhrət Zalına daxil edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Allen, Bob; Gilbert, Bill. The 500 Home Run Club: From Aaron to Williams.
Aaron Hulme
Aaron Hulme (ing. Aaron Hulme; aprel 1886, Mançester, Lankaşir – noyabr 1933) — ingilis futbolçu; onun müntəzəm mövqeyi müdafiəçi idi. "Mançester Yunayted", "Nyuton Hit Atletik", "Kolne", "Oldem Atletik" və "Nelson" komandalarında çıxış edib. == Həyatı == Aaron Hulme 1886-cı ilin aprel ayında İngiltərənin Mançester şəhərində anadan olmuşdur. == Karyerası == 1906–1909-cu illərdə "Nyuton-Hit" (indiki "Mançester Yunayted") komandasında 4 oyunda meydana çıxmışdır.
Aaron Kluq
Aaron Kluq (11 avqust 1926[…] – 20 noyabr 2018[…], Kembric) — İngilis kristalloqrafı, kimya üzrə Nobel mükafatçısıdır. == Həyatı == Aaron Kluq 1926-cı ildə avqustun 11-də Litvada anadan olmuşdur. Yoxannesburq və Keyptaun universitetlərində oxumuşdur. O, yəhudi ailəsində anadan olmuşdur. Onun iki yaşı olarkən ailəsi Durbana (Cənubi Afrika) köçmüşdür, çünki, anasının ailəsi XX əsrin əvvəllərində ora miqrasiya etmişdi. 1937–1941-ci illərdə Duban şəhərində məktəbdə oxumuşdur. O, Pol Krayfın "Ovçular mikroblar arxasında" adlı kitabını oxuduqdan sonra onda elmə maraq yarandı. 1942-ci ildə Yoxannesburqda Vitvatersrand universitetinə daxil olaraq Kluq tibb üzrə hazırlıq kursuna, həmçinin biokimya, fizika və riyaziyyat üzrə məşğələlərə gedir. 1945-ci ildə o, universiteti bitirdikdə təbiət elmləri üzrə bakalavr dərəcəsi alarkən onun seçimi fizika olur. == Elmi naliyyələri == Ona ayrılmış təqaüdə əsasən o, öz müəllimlərindən biri R. U. Ceymsin yanında rentgen kristalloqrafiyası üsulunu öyrənmişdir.
Aaron Koplend
Aron Koplend (ing. Aaron Copland; 14 noyabr 1900[…], Bruklin, Nyu-York ştatı – 2 dekabr 1990[…]) — Amerikalı bəstəkar, pianoçu, dirijor və pedaqoq. == Həyatı == Əslən Litva yəhudisi olan Aron Koplend Nyu-Yorkun Bruklin məhəlləsində anadan olmuşdur. Ailəsi Amerikaya Şotlandiyadan köçmüşdür. Koplendin atası köçməzdən əvvəl "Kaplan" soyadını "Koplend"ə dəyişir. 15 yaşında o musiqi ilə məşğul olmağa başlamışdır. Leopold Volfson və Rubin Qoldmark onun müəllimləri arasında olmuşlar. Koplend 1921–1924-cü illərdə Paris yaxınlığındakı Fontenblo Musiqi Akademiyasında Nadya Bulanjedən təhsil almışdır. == Fəaliyyəti == Aron Koplend konsertlər və filmlər üçün bir çox musiqi əsərləri yazmışdır. O, müasir Amerikan musiqi stilini yaratmış və ona "Amerikalı bəstəkarların başçısı" ləqəbi verilmişdir.
Aleksandr Baron
Aleksandr Baron (ing. Alexander Baron) — Böyük Britaniya yazıçısı və ssenaristidir.
Pakod
Pakod (xorv. Pakod) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Qarum
Qarum - Qədim Romada yeməklərin dadlandırılması üçün istifadə edilmiş yemək sousu. Balıq sousu olaraq bilinən qarumun cinsi aktivliyi yüksəldən afrodizyak tərkibli olduğu ehtimal edilməkdədir. Qədim Romada daha geniş yayılmasına baxmayaraq, qarumdan Qədim Yunanıstanda da istifadə edilmişdir. Əsasən tuna və ilan balqılarının daxili orqanlarının duzlanması ilə hazırlanan qaruma şərab, sirkə, qara istiot, yağ və duz kimi əlavələr edilirdi. Qarum təkcə yeməklərin hazırlanmasında yox eyni zamanda dərman və dərinin cavan saxlanılması üçündə istifadə edilmişdir.