Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Spartak
Spartak (lat. Spartacus; bilinmir, Trakiya – aprel e.ə. 71) — Qədim Romada qulların ən böyük üsyanının (e.ə. 73 və ya 74-71) başçısı. Mənşəcə frakiyalı idi. Romalılar Spartakı əsir almış və qladiator məktəbinə vermişdilər. E.ə. 74 ildə Kapuya şəhərində qladiator məktəbində Spartakın rəhbərliyi ilə başlanmış üsyana bir çox qaçqın qullar, icarədar kəndlilər də qoşulmuşdu. == Spartak üsyanı == Üsyan haqqında onun iştirakçılarından alınan heç bir məlumat yoxdur. Buna görə də üsyançıların bir çox planları və onların həyat təfsilatları hələ də naməlum olaraq qalır.
Partav
Partav, Firuzabad və ya Qədim Bərdə — Qafqaz Albaniyasının və Ərməniyyənin paytaxtı. Rusların hücumları nəticəsində zəifləyib və monqol işğalı dövründə şəhər dağıdılıb. == Tarixi == 460-cı illərdə Qafqaz Albaniyası hökmdarı II Vaçe tərəfindən əsası qoyulub və Albaniyanın paytaxtı olaraq Kabalakanı əvəz edib. VII əsr atlası Aşxaratsuyts onu Utik vilayətinin tərkibində göstərir. 552-ci ildə Partav Alban Həvari Kilsəsinin mərkəzinə çevrilir. Bərdə X əsrdə Nestorian kilsəsinin Arran yepiskopluğunun mərkəzi olmuşdur. Musa Kalankatlı Cavanşir tərəfindən Bərdə yaxınlığında inşa etdirilmiş monastırlar haqqında da məlumat verir: “Katolikos və bütün əyalətlərin yepiskoplarını yanına alaraq o, Firuzabaddan yola çıxdı, iki əyalət arasında öz rahatlığı üçün inşa etdirdiyi monastırda dua etdi....” Bu məlumatda Cavanşirin Bərdə-Girdman yolunda, paytaxtdan bir günlük məsafədə, qışlaq ərazisində inşa etdirdiyi başqa bir monastır da xatırlanır. === 944-cü il basqını === İlkin salnaməyə görə 944-cü ildə ali liderləri I İqor olan ruslar Salarilər dövlətinin hökmdarı Mərzban ibn Məhəmmədi məğlub etdikdən sonra və Aranın paytaxtı Bərdəni ələ keçirdilər. Ruslar hakimiyyətlərinin tanınması qarşılığında yerli camaata öz dinlərində qalmağa imkan verdilər; mümkündür ki, ruslar burda daimi qalmaq istəyirdilər. İbn Miskəveyhə görə yerli insanlar ruslara daş ataraq və onlarla pis davranaraq sülhü pozdular.
Naotake Hanyu
Naotake Hanyu (d. 22 dekabr 1979) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 17 oyun keçirib.
Naotake Sato
Naotake Sato (佐藤 尚武, Sato Naotake, 30 oktyabr 1882, Osaka – 18 dekabr 1971, Yaponiya) – Yaponiya diplomatı və siyasətçisi. 1937-ci ildə Yaponiyanın Xarici İşlər Naziri vəzifəsini yerinə yetirmişdir. == Karyerası == 1882-ci ildə Yaponiyanın Osaka şəhərində doğulmuş, Tokio Ali Kommersiya Məktəbindən məzun olmuşdur. 1905-ci ildə Xarici İşlər Nazirliyinə daxil olmuşdur. Rusiya, Mancuriya, İsveçrə və Fransada konsul vəzifələri tutduqdan sonra 1923-cü ildə Polşaya göndərilmişdir. Yaponiyanı bir neçə beynəlxalq konfransda, eləcə də, Millətlər Liqası tərəfindən 1932-ci ildə keçirilmiş silahsızlaşdırma konfransında təmsil etmiş, daha sonra Belçika və Fransaya səfir kimi göndərilmişdir.1937-ci ildə Sencuro Hayaşinin kabinetində xarici işlər naziri vəzifəsi tutmuşdur. Sato bu vəzifəyə təyin olunanda müharibəyə qarşı olmağı, Çinə bərabər davranmağı, SSRİ ilə hərbi qarşı-durmadan yayınmağı və Böyük Britaniyaya yaxınlaşmağı hədəfləmişdi. Lakin Hayaşi kabineti 4 ay sonra fəaliyyətini dayandırmış, yeni xarici işlər naziri Koki Hirota aqressiv siyasət yürütməyə başlamışdır.1942-ci ildə Sato SSRİ-yə səfir təyin olunmuşdur. Yaponiyanın İkinci dünya müharibəsindəki vəziyyəti pisləşəndən sonra xarici işlər naziri Şiqenori Toqonun göstərişi ilə SSRİ-ni vasitəçi qismində Müttəfiqlərlə müzakirə aparmaq üçün razı salmağa çalışmışdır. O, şəxsən Tokioya teleqram göndərərək Potsdam bəyannaməsində qeyd olunduğu kimi hökuməti təslim olmaq barədə xəbərdarlıq etmişdir.Müharibədən sonra keçirilmiş ilk parlament seçkilərində (1947) Müşavirlər palatasına seçilmişdir.
Nataliya Partıka
Nataliya Dorota Partıka (pol. Natalia Dorota Partyka, 27 iyun 1989-cu il Qdansk, Polşa) — Polşa stolüstü tennisçisi, Avropa çempionatının üçqat qalibi, Paralimpiya Oyunlarının beşqat çempionu (2004, 2008, 2012 və 2016), Paralimpiya oyunları arasında dəfələrlə dünya və Avropa çempionu. 2008-ci ildə 5-ci dərəcəli Polşanın İntibah Ordeninə, 2013-cü ildə isə 4-cü dərəcəli ordeni ilə təltif edilmişdir. Sağ qolu, dirsəkdən aşağısı olmadan anadan olmuşdur və adi yarışlara birgə (yaş və ya digər məhdudiyyət olmadan) əlil idmançılar üçün yarışlarda iştirak edir. Üç Olimpiya Oyunlarının (2008, 2012 və 2016) və beş Paralimpiya Oyunlarının (2000, 2004, 2008, 2012, 2016) iştirakçısıdır. == Bioqrafiyası == Partıka stolüstü tennis üzrə ilk beynəlxalq medalını 1999-cu ildə Əlillər üçün Dünya Çempionatında qazandı. 11 yaşında ikən 2000-ci ildə Sidneydə keçirilən Paralimpiya Oyunlarında iştirak edərək Paralimpiya Oyunlarının ən gənc iştirakçısı oldu. 2004-cü ildə Afinada keçirilən Paralimpiya Oyunlarında komanda hesabında gümüş, tək kateqoriyada isə qızıl medal qazandı. Elə həmin il Beynəlxalq Stolüstü Tennis Federasiyasının (ITTF) təşkil etdiyi Yeniyetmələrin Avropa çempionatında iki qızıl medal qazandı. Son yarış əmək qabiliyyətlərini itirən üçün nəzərdə tutulmuşdu.
Odano Naotake
Odano Naotake (小田野直武, 18 yanvar 1750, Kakunodate[d] – 19 iyun 1780, Kakunodate[d]) – Akita məktəbinin nümayəndəsi olmuş Yaponiya rəssamı və samuray. == Həyatı == 1749-cu ildə Kakunodate qəsəbəsində samuray ailəsində doğulmuşdur. Naotake əvvəlcə rəssamlığın Kano məktəbi üzrə biliklərə yiyələnmişdir. 1773-cü ildə Hiraqa Qennay ilə tanış olmuş, ondan Qərb rəssamlığının nəzəriyyələri və texnikaları haqqında biliklər əldə etmişdir. 1773-cü ilin dekabrında metallurgiya öyrənmək üçün Edo şəhərinə köçmüş və Qennayın evində qalmışdır. Naotake tezliklə rəssam kimi məşhurlaşmış və 1774-cü ildə Suqita Qenpakunun "Yeni anatomiya kitabı" əsərini illüstrasiya etmək üçün seçilmişdir. O, Qennayın "Müxtəlif materialların klassifikasiyası" (1763) adlı əsərini illüstrasiya etmiş rəssam So Şisekidən dərslər alaraq Şen Nanpin üslubunda quş və çiçək rəssamlığını öyrənmişdir.Naotakenin əsərləri çiçəklər, quşlar, heyvanlar, fiqurlar, mənzərələr kimi müxtəlif mövzuları əhatə edir və Qərb dünyasının naturalist texnikaları ilə çəkilmişdir. O, Akita məktəbinin tanınmış nümayəndəsi olmuş, Akita daymyosu Satake Şozana rəssamlığı öyrətmiş və 1778-ci ildə onu Edo şəhərinə dəvət etmişdir. Lakin onun bu əlaqələri Qennayın xoşuna gəlməmişdir. Nəticədə, Naotake rəsmi vəzifəsindən çıxarılmış və bundan qısa müddət sonra ölmüşdür.
Partene (rayon)
Partene (fr. Parthenay) — Fransanın Puatu-Şaranta regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Dö-Sevr. Suprefektura — Partene. Rayon əhalisi 2006-cı ildə 63 230 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 40 nəf / km². Rayon ərazisi — 1585 km².
Spartak (ad)
Spartak — ad.
Spartak (dəqiqləşdirmə)
Futbol klublarıSpartak Trnava FK —
Spartak Məlikyan
Spartak Seyranoviç Məlikyan (erm. Սպարտակ Մելիքյան; 2 yanvar 1968, Çovdar, Daşkəsən rayonu) — Ermənistan Milli Məclisinin deputatı. == Həyatı == Spartak Seyranoviç Məlikyan 2-ci illərdə yanvar 1968-ci ildə, Azərbaycan SSR-nin Daşkəsən rayonunun Çovdar kəndində anadan olmuşdur. Məlikyan 1986–1988-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmət etmişdir. O, 1991–1996-cı illərdə Primorski Dövlət Kənd Təsərrüfatı Akademiyasında baytar mühəndisi kimi təhsil almışdır. Məlikyan 1992–1997-ci illərdə həmin Akademiyanın İqtisadiyyat fakültəsində iqtisadçı olaraq təhsil almış, iqtisad elmləri namizədi olmuşdur. Bundan sonra o, 2003-2006-cı illərdə Moskva Ən Yeni Hüquq İnstitutunda hüquqşünas kimi təhsil almışdır. Məlikyan 1992–1994-cü illərdə "Ararat" özəl müəssisəsində baş mühasib işləmişdir. O, 1994–1995-ci illərdə "Spartak" MMC-nin (Ussuriysk) baş direktoru olmuşdur. Bundan sonra Məlikyan 1995–1996-cı illərdə "Antares" ASC-nin baş direktoru (Ussuriysk) kimi çalışmışdır.
Spartak Stadionu
Otkrıtiye Arena (rus. "Открытие Арена") — Rusiyanın paytaxtı Moskvada yerləşən stadiondur. Spartak Moskva öz ev oyunlarını bu stadionda keçirir. Rusiya millisi də bəzən oyunlarını burada keçirir. Stadion Spartak Stadionu adı ilə də tanınır. Tamaşaçı tutumu 45360 nəfərdir. Stadion öz adını Spartakın baş kommersiyaçısı olan Otkrıtie Holdinqdən götürüb. == Tarixi == Stadionun təməlqoyma mərasimi 2 iyul 2007-ci ilə salınmışdı, lakin bu mərasim müxtəlif səbəblərdən dəfələrlə ertələndi. İlk əvvəl stadionun inşasının 2009 ilə 2010-cu illərin arasında tamamlanması planlaşdırılmışdı. Lakin həmin vaxt stadion dizayn mərhələsindəydi.
Spartak buxtası
Spartak buxtası — Taymır yarımadasının sahilində yerləşən buxta. Avrasiya materikinin materik hissəsində yerləşən ən ucqar körfəzdir. İnzibari cəhətdən Krasnoyarsk diyarı ərazisinə daxildir. Buxta Sakko burnu ilə Çelyuskin burnu arasında yerləşir. Dərinliyi 10-20 metr arasında dəyişir. Qərb sahilində bir necə ev vardır. Cənub hissədən körfəzə çaylar axır. Şərq sahilində isə Çelyuskin qütb stansiyası yerləmir. Buxta 1937-ci ildə stansiya əməkdaşları tərəfinfən stabsiyaya ləvazimatlar daşıyan gəminin şərəfinə adlandırmışlar.
Spartak üsyanı
Spartak üsyanı (lat. Bellum Spartacium) — e.ə. 74-71-ci illərdə Spartakın başçılığı ilə baş vermiş qul üsyanı. == Tarixi == Üsyan haqqında onun iştirakçılarından alınan heç bir məlumat yoxdur. Buna görə də üsyançıların bir çox planları və onların həyat təfsilatları hələ də naməlum olaraq qalır. Eramızdan əvvəl 1-ci əsrdə İtaliyaya qulların axını davam edirdi. Qulların vəziyyəti əvvələrdə olduğu kimi çox ağır idi. Bu, qulların öz zülmkarlarına qarşı mübarizəsinin daha da güclənməsinə gətirib çıxarırdı. Kapuya şəhərində qladiatorların böyük həbsxana məktəbi var idi. B.e.-dan əvvəl 74-cü ildə qullar gizlincə qaçmağa hazırlaşırdılar.
Spartak Əliyev
Spartak Əliyev(tam adı: Spartak Əsgər oğlu Əliyev; d. 14 may 1930, Türkmənistan SSR, Bayraməli şəh.) — aqrar elmlər üzrə elmlər dok­toru. == Həyatı == Spartak Əliyev 1930-cu il may ayının 14-də Türkmənistan SSR-nin Bayraməli şəhərində anadan olmuşdur. == Fəaliyyəti == Spartak Əliyev 1954-cü ildə K.A.Timiryazev adına Lenin ordenli Kənd Tə­sərrüfatı Akademiyasını bitirmişdir. Alimin torpaqşünaslıq, torpaq biologiyası və torpağın üzvü hissəsinin öyrənilməsində xidmətləri olmuşdur. S.Ə.Əliyev 1964-cü ildə kənd təsərrüfatı elmləri doktoru (aqrar elmlər üzrə elmlər dok­toru) elmi dərəcəsi almışdır. 1976-cı ildə isə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir. 1967-ci ildə Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Torpağın biokimyası və humus əmələgəlmənin ekologiyası labo­ratoriyasının müdiri olmuş, daha sonra 1979-cu ildən 1983-cü ilə kimi həmin institutun direktoru vəzifəsində işləmişdir. Əsas tədqiqatları torpaqda üzvi maddələrin ekologiyası, energetikası, torpağın paramaqnit xassələri, torpağın münbitliyinin və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında bunlardan səmərəli istifadə yolları, torpaqda fermentativ proseslərin termodinamikasının öyrənilməsinə həsr olunmuşdur. Torpaqşünasların Adelaidada (1968) və Moskvada (1974) keçirilən Beynəlxalq konqreslərində məruzələrlə çıxış etmişdir.
Death Parade
Death Parade (yaponca: デス・パレード, Hepbörn: Desu Parēdo) — Yuzuru Taçikava tərəfindən yaradılan, Madhouse istehsalı, 2015-ci ildə çıxan anime serialı. O, əvvəldən Madhouse tərəfindən Cavan Cizgiçilər Öyrənmə Layihəsi üçün çəkilən və 2013-cü ilin martın 2-də çıxan Death Billiards (デス・ビリヤード, Desu Biriyādo) adlı qısametrjı animesinin əsasında yaradılıb. == Məzmun == Yer üzündə iki nəfər eyni zamanda ölən zaman, onlar hakim olan barmenlərin sirli barlarına göndərilir. Onlar orada həyatlarının aslı olduğu "Ölüm Oyunları"nda iştirak etməlidir. Oyunların nəticələri onların vəziyyətinin sirrini və onların taleyinin gələcəyini açığlayır. Hakimlər onları mühakimə etdikdən sonra, insanlar ya reinkarnasiya, ya da boşluqa sürgün olunur.
Elsa Pataki
Elsa Lafuente Medianu (ing. Elsa Lafuente Medianu); əsasən Elsa Pataki kimi tanınır (ing. Elsa Pataky; 18 iyul 1976, Madrid) — İspaniya aktrisası və fotomodeli. Pataki əsasən "Forsaj" filmlər seriyasındalı Elena Neves rolu ilə tanınır.
Neoseiulus paraki
Neoseiulus paraki (lat. Neoseiulus paraki) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Phlomis portae
Phlomis fruticosa (lat. Phlomis fruticosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin bozaqgülü cinsinə aid bitki növü. == Sinonimləri == Phlomis angustifolia Mill., Gard. Dict. ed. 8: 2 (1768). Phlomis latifolia Mill., Gard. Dict. ed. 8: 3 (1768).
Satake Yoşiatsu
Satake Yoşiatsu (佐竹 義敦, 1748[…], Edo[d] – 1785[…]) və ya təxəllüsü ilə Satake Şozan (佐竹 曙山) – Akita hanının daymyosu və Qərb rəssamlığı üzrə Akita məktəbinin qurucusu. Yaponiyada Qərb rəssamlığına dair ilk nəzəri işin müəllifidir. == Həyatı == Satake Yoşiatsu 1748-ci ildə Edo şəhərində doğulmuş, 1748-ci ildə Akitanın daymyosu olmuşdur.1773-cü ildə yerli mis istehsalına tövsiyələr verməsi üçün Hiraqa Qennayı Akitaya dəvət etmişdir. Qennay Akitada ikən Qərb rəssamlığı haqqındakı nəzəriyyələrini Yoşiatsu və Yoşiatsunun köməkçisi Odano Naotake ilə bölüşmüşdür. 1778-ci ildə Naotakenin köməkliyi ilə Yoşiatsu 3 esse yazmışdır: "Rəssamlıq sənəti", "Rəssamlığı və kompozisiyanı anlamaq" və "Qırmızı və göy". "Rəssamlığı və kompozisiyanı anlamaq" essesində xətti prespektivə dair diaqramlar, qarışıq spiral pilləkənlər və Qerard de Leress tərəfindən yazılmış "Böyük rəssamlar kitabı" (1707) əsasında fiqur çəkmək metodları təsvir etmişdir.Bu esselər bir eskiz dəftərində toplanmışdır və Yaponiyada Qərb rəssamlığına dair ilk nəzəri iş hesab olunur. Yoşiatsu 3 eskiz dəftərinin müəllifi olmuşdur. Bu eskiz dəftərlərində onun cizgi çəkmə texnikası öz əksini tapmışdır. Eskiz dəftərlərində çiçəklər, quşlar, böcəklər və su canlılarının təsviri yer almışdır. == Qeydlər == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə).
Satake Şozan
Satake Yoşiatsu (佐竹 義敦, 1748[…], Edo[d] – 1785[…]) və ya təxəllüsü ilə Satake Şozan (佐竹 曙山) – Akita hanının daymyosu və Qərb rəssamlığı üzrə Akita məktəbinin qurucusu. Yaponiyada Qərb rəssamlığına dair ilk nəzəri işin müəllifidir. == Həyatı == Satake Yoşiatsu 1748-ci ildə Edo şəhərində doğulmuş, 1748-ci ildə Akitanın daymyosu olmuşdur.1773-cü ildə yerli mis istehsalına tövsiyələr verməsi üçün Hiraqa Qennayı Akitaya dəvət etmişdir. Qennay Akitada ikən Qərb rəssamlığı haqqındakı nəzəriyyələrini Yoşiatsu və Yoşiatsunun köməkçisi Odano Naotake ilə bölüşmüşdür. 1778-ci ildə Naotakenin köməkliyi ilə Yoşiatsu 3 esse yazmışdır: "Rəssamlıq sənəti", "Rəssamlığı və kompozisiyanı anlamaq" və "Qırmızı və göy". "Rəssamlığı və kompozisiyanı anlamaq" essesində xətti prespektivə dair diaqramlar, qarışıq spiral pilləkənlər və Qerard de Leress tərəfindən yazılmış "Böyük rəssamlar kitabı" (1707) əsasında fiqur çəkmək metodları təsvir etmişdir.Bu esselər bir eskiz dəftərində toplanmışdır və Yaponiyada Qərb rəssamlığına dair ilk nəzəri iş hesab olunur. Yoşiatsu 3 eskiz dəftərinin müəllifi olmuşdur. Bu eskiz dəftərlərində onun cizgi çəkmə texnikası öz əksini tapmışdır. Eskiz dəftərlərində çiçəklər, quşlar, böcəklər və su canlılarının təsviri yer almışdır. == Qeydlər == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə).
Sen-Partan
Sen-Partan (fr. Saint-Parthem, oks. Sent Partèm) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Dekazvil kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12240. Kommuna təxminən Parisdən 470 km cənubda, Tuluza şəhərindən 135 km şimal-şərqdə, Rodezdən isə 37 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 415 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 241 nəfər (15-64 yaş arasında) arasında 176 nəfər iqtisadi cəhətdən fəal, 65 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə 65.3%).
Tartak (qrup)
"Tartak" (ukr. Тартак, hərf. 'Taxta-şalban mişarlayan maşın') — hip hop, repkor və alternativ Ukrayna krossover musiqi qrupu. 1996-cı ildə Lutskda təsis edilmişdir. 2019-cu ilin məlumatına görə, qrup 10 albom buraxmışdır. Onlar enerjili bəstələr və mahnı sözləri ərsəyə gətirmək üçün gitara rok, hip hop və rəqs musiqisi üslublarını qarışdırırlar. == Tarixi == "Tartak" qrupunun tarixi 1996-cı ildə başlamışdır. Məhz o zaman layihə "Çervona ruta" festivalının seçmə mərhələsində iştirak etmiş və tezliklə qalib gəlmişdir. Festivalda "O-la-la", "Mənə sevgi ver" və "Dəlisov rəqslər" mahnılarını təqdim edən "Tartak" rəqs musiqisi janrında 1-ci mükafatın qalibi olmuşdur. 1997-ci ilin sonunda, o zaman qrupu təşkil edən, daha doğrusu, sadəcə bir duet olan Saşko Polojinski və Vasili Zinkeviç-kiçiyə klaviaturaçı Andrey Blaqun və gitaraçı Andrey "Muxa" Samoylo qoşulmuşdur. 1998-ci ilin əvvəlində "Tartak" qrupunun üzvləri "Çervona ruta-97" festivalının qalibləri kimi bu heyətlə bütün Ukraynada qastrol səfərlərində olmuşdular.
Spartak (film, 1960)
Spartak (ing. Spartacus) — Stenli Kubrikin rejissoru olduğu 1960-cı illərin tarixi dram filmi. Dalton Trambo tərəfindən filmin ssenarisi yazılıb. Film Hovard Fast tərəfindən yazılan "Spartak" hekayəsi əsasında çəkilib. Film "Üçüncü qoşun döyüşü" hadisələrindən bəhs edir. Kirk Duqlas Spartak, Lourens Olivye general və siyasətçi Markus Likiniyus Krassus, Peter Ustinov Lentalus Batiyatus, Con Qovin Yulius Sezar Hentşe, Cin Simmons Variniya, Çarlz Lafton Semproniyus Qrakçus, Toni Körtis Antoniyus rolunu canlandırıb. Film dörd dəfə Akademiya mükafatını qazanıb. Film Bryna Prodakşn və Universal Studios istehsalıdır. Çəkilişin ilk həftəsindən sonra rejissor Antoni Mann rejissorluqdan imtina etdi. Daha sonra filmin prodüseri və aktyoru Kirk Duqlas daha əvvəl işlədiyi Stenli Kubriki filmə rəhbərlik etməyə dəvət etdi.
Spartak Moskva FK
Spartak Moskva — Rusiyanın paytaxtını təmsil edən futbol klubu və ölkənin ən məşhur klublarından biri. 12 dəfə SSRİ, 9 dəfə Rusiya çempionu, SSRİ Kubokunun 10 qat və Rusiya Kubokunun 3 qat qalibidir. Sovet dövründə "Xalq komandası" ləqəbinə sahib idi. == Tarixi == 18 aprel 1922-ci ildə "Spartak"ın sələfi hesab edilən MKS klubu yaradılmışdır. 19 aprel 1935-ci il tarixində Ümumittifaq bədən tərbiyəsi soveti tərəfindən "Spartak" könüllü bədən tərbiyəsi cəmiyyətinin nizamnaməsi təsdiq edilmişdir. Həmin tarix klubun rəsmi yaranma tarixi hesab edilir. Klubun adı italyan yazıçısı Rafaello Covanyolinin Qədim Romada qullar üsyanından və onun rəhbərindən bəhs edən "Spartak" romanının adından götürülmüşdür.
Spartak Plovdiv FK
"Spartak Plovdiv FK" — Bolqarıstannın futbol klubu. == Tarixi == 15 noyabr 1947-ci ildə yaranıb. == Avropa kuboklarında iştirak == 2 dəfə Avropa kuboklarında iştirak edib.
Patavə
Patavə — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Dena şəhristanının Patavə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,925 nəfər və 377 ailədən ibarət idi.