Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Homindan partiyası
Qomindan və ya Homindan (çin. 中國國民黨; Zhōngguó Guómíndǎng — Çin Milliyətçi Partiyası) — Tayvandakı Çin Respublikası siyasi partiyası. İdeologiyaları antikommunizm və Çinin təzə birləşməsidir. 1894-cü il noyabrın 11-də Çin İntibah Cəmiyyəti kimi təsis edilmişdir. 2006-cı ildə 1,089,000 üzvü var idi. 2008-ci il yerli seçkilərində qalib gəldi. Rəsmi rəngi mavidir. == Tarixi == Homindanın ideoloji və təşkili mənşəyi 1894-cü ilində o vaxt Havay Respublikasının paytaxtı olan Honolulu şəhərində Çinin Dirçəliş Üçün Cəmiyyətinin banisi və Çin milliyətçisinin tərəfdarı olan Sun Yatsenın işlərindən gəlir. Milliyətçi Partiya Pekin şəhərindəki Huquan Gildiya Sarayında Çinin ilk milli seçkilərdə iştirak məqsədilə birləşən beş kiçik partiyasının birləşməsi nəticəsində 1912-ci ilin avqustun 25-də yaradılıb.
Hümmət Partiyası
Hümmət Partiyası və ya Hümmət Sosial Demokrat Müsəlman Təşkilatı — Azərbaycanda və bütün İslam dünyasında ilk milli sosial demokrat təşkilatı. == Tarixi == === Yaradılması === 1904-cü ilin axırlarında Bakı Komitəsi nəzdində bir qrup azərbaycanlı ziyalının təşəbbüsü ilə Müsəlman Sosial Demokrat "Hümmət" təşkilatı yaradılmışdı. Onların arasında Nəriman Nərimanov, Sultanməcid Əfəndiyev, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Məşədi Əzizbəyov, Mirəsədulla Mirqasımov, Məhəmməd Əli Rəsulzadə (Rəsuloğlu), İsa bəy Aşurbəyov, Qara bəy Qarabəyov, Məmmədbağır Axundov, Məmməd Həsən Hacınski, Mir Həsən Mövsümov, Əjdər Məlikov və başqaları var idi. Partiyanın sədrliyinə əvvəl Məhəmməd Əmin Rəsulzadə, sonra isə Nəriman Nərimanov seçilmişdir. Rəsulzadənin rəhbərliyi ilə 1904–1905-ci illərdə ilk kommunist qəzeti olan qeyri-leqal "Hümmət" qəzeti çapdan çıxmışdır. "Hümmət" formal olaraq Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Bakı Komitəsinin şöbəsi kimi yaransa da, əslində, müstəqil fəaliyyət göstərirdi. Bəzi mənbələrə əsasən, hələ 1903-cü ildə Məhəmməd Əmin Rəsulzadə və onun həmfikirləri tərəfindən tələbə gənclərdən ibarət olan və sonradan Hümmətin əsasını təşkil edən "Azərbaycanın Gənc İnqilabçıları Dərnəyi" yaranmışdı. Hümmətin 1917-ci ilə qədərki fəaliyyətini iki aspektdə — bir tərəfdən bir çox siyasi məsələlərdə (tətil və nümayişlərdə iştirak etmək, beynəlmiləlçiliyin təbliği, dövlət dumasına seçkilər və s.) Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı Komitəsi ilə birgə fəaliyyətə, digər tərəfdən isə Hümmətin üzvləri yerli mətbuat səhifələrində müsəlmanların milli ləyaqət və hüquqlarının tapdalanması barədə məqalə və çıxışlara görə nəzərdən keçirmək olar. Hümmət vərəqələrində çox vaxt özünü partiya adlandırırdı. Bolşeviklərin proqramındakı millətlərin öz müqəddəratını təyinetmə prinsipinin cəlbediciliyi və ümumiyyətlə, sosial demokratiyanın mövcud hakimiyyətə müxalifliyi öz xalqını milli əsarətdən qurtarmaq ümidi ilə yaşayan ziyalıları onun sıralarına cəlb edirdi.
Kommunist Partiyası
Kommunist Partiyası — İnqilabi siyasi partiya. Kommunist Partiyası Fəhlə sinfinin liderliyində istehsal vasitələrinin mülkiyyətinin kollektivləşdirilməsini hədəf seçən və bütün dünyada hər kəsdən qabiliyyətinə görə, hər kəsə ehtiyacı qədər prinsipi əsasında sinifsiz, sərhədsiz və sömürüsüz bir dünya qurmağı hədəfləyən qanuni və ya qanunsuz olaraq təşkilatlanan, silahlı qanadı da verə bilən siyasi partiya idi.
Musavat partiyası
Müsavat Partiyası (qısaca Müsavat kimi də tanınır) – Azərbaycanda hal-hazırda fəaliyyət göstərən ən yaşlı siyasi partiya. Əsası 1911-ci ildə İstanbulda muhacirətdə olan Məhəmməd Əmin Rəsulzadənin təlimatı ilə əmisi oğlu Məhəmməd Əli Rəsulzadə, habelə Abbasqulu Kazımzadə və Tağı Nağıyev tərəfindən Bakıda qoyulmuşdur. Müsavat ərəb sözüdür və Azərbaycan dilinə bərabərlik kimi tərcümə olunur. == İlk dövr (1911–1920) == Müsavat Partiyası 1911-ci ildə Məhəmməd Əmin Rəsulzadənin İstanbuldan göndərdiyi təlimata əsasən Abbasqulu Kazımzadə, Məhəmməd Əli Rəsulzadə və Tağı Nağıyev (qısaca bir neçə keçmiş Hümmət Partiyası üzvü) tərəfindən yaradılmışdır. 1911-ci ildə əsası qoyulandan 1917-ci ildə Fevral inqilabına qədər Müsavat Partiyası gizli olaraq fəaliyyət göstərmişdir. Bu ilk mərhələdə Müsavat Rusiya imperiyasında və Yaxın Şərqdə yaşayan müsəlman və türk-dilli millətləri milli azadlıq və demokratik müxtariyyət idealları ətrafında birləşdirməyə çalışmışdır.Müsavat Partiyasının ilk proqramı 9 maddədən ibarət olub, İslami xarakter daşıyıb. 1913-cü ildən, Məhəmməd Əmin Rəsulzadə Bakıya qayıtdıqdan sonra Müsavat Partiyasının proqramı təkmilləşdirilib, Türkçülük fikirləri ilə dolğunlaşdırılıb. 1915-ci ilin oktyabr ayında Məhəmməd Əmin Rəsulzadənin redaktorluğu ilə nəşrə başlayan "Açıq söz" qəzeti həm də Müsavat Partiyasının orqanı kimi çap olunub. Qəzet mətbuat tariximizdə "Türk ədəbi dili ilə" çap olunan ilk mətbu orqandır. Müsavatın islamçı ideologiyası ətrafında qurulmasına və onun rəhbəri olan Məhəmməd Əmin Rəsulzadənin türkçülük düşüncələrinə rəğbət bəsləməsinə baxmayaraq, Birinci dünya müharibəsinin ilk illərində Müsavat Partiyası Çar rejimini dəstəkləmişdir.
Mücahid Partiyası
İctimaiyyun-Amiyyun, Mücahid və ya İran Sosial Demokrat Partiyası — İranlı (əsasən, Cənubi Azərbaycandan olan) fəhlələrin Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı təşkilatı və onun Hümmət Partiyasının fəal köməyi ilə 1905-ci ilin sonlarında yaradılmış ilk sosial-demokrat təşkilatı. == Tarixi == === Yaradılması === 1904-cü ildə yaradılmış Ədalət Qrupu əsasında yaradılmış, sonralar Ədalət Partiyasının özəyini təşkil etmişdir. Yaradılmasında Nəriman Nərimanovun mühüm rolu olmuşdur. Partiya iranlı fəhlələrin inqilabi şüurunun oyanmasında və öz hüquqları uğrunda mübarizəyə cəlb edilməsində, habelə İranda 1905–1911 illər Məşrutə hərəkatında mühüm rol oynamışdır. Partiyanın Mərkəzi Komitəsi Bakıda yerləşirdi. Nəriman Nərimanov başda olmaqla, Hümmət Partiyasının bir çox üzvləri "İctimaiyyun-Amiyyun"un məramnaməsinin hazırlanmasında fəal iştirak etmişdilər. Məramnamənin layihəsi 1906-cı il dekabrın əvvəllərində Bakıda çap edilmişdir. Həmin sənəd partiya təşkilatlarının əsas fəaliyyət proqramı olaraq, Cənubi Qafqazda yayılmış, habelə İrana göndərilərək, partiyanın İran təşkilatlarının, xüsusilə Təbriz təşkilatının ölkədə ictimai-iqtisadi inkişafın səviyyəsi və inqilabın ilk mərhələsinin xüsusiyyətləri haqqında düzəliş və təklifləri əsasında aqrar məsələyə dair müəyyən dəyişiklikdən sonra təkmilləşdirilmiş və partiyanın proqramı kimi, onun 1907-ci ildə Məşhəddə keçirilən yığıncağında qəbul olunmuşdu. Mücahid Partiyasının proqramı Hümmətin proqramına nisbətən daha inqilabi xarakteri ilə fərqlənirdi. === Fəaliyyəti === Partiya fərdi terror taktikasınıı qəbul etmişdi.
Müdafiə Partiyası
Müdafiə Partiyası — Azərbaycanın siyasi partiyalarından biri. == Tarixi == 1907-ci ilin mayında Tiflisdə yaradılmışdı. Partiyaya korpus topoqrafı podpolkovnik İbrahim Vəkilov rəhbərlik edirdi. Təşkilatın fəaliyyət dairəsi Yelizavetpol quberniyasının qərbini, əsas etibarilə, Qazax qəzasının və Tiflis quberniyasının bir sıra qəzalarını əhatə edirdi. Partiyanın yaradılmasında Ağabəy Qiyasbəyov, Hacı Kərim Sanılı, A. Xəlilbəyov fəal iştirak etmişdilər. Müdafiə proqram sənədi kimi, Difai Partiyasının proqramını qəbul etmişdi. Partiyanın buraxdığı intibahnamələrdə bildirilirdi ki, o, "müsəlmanların bütün ictimai işlərinə qarışacaq, onların arasında birlik yaradacaq, maarif və mədəniyyət işlərinə qayğı göstərəcəkdir". Partiya öz tərəfdarlarını millətin azadlığı və ədalət uğrunda mübarizəyə çağırırdı. Partiyanın əsas diqqəti daşnakların azərbaycanlılara qarşı törətdikləri soyqırımları ilə əlaqədar çarizmin Azərbaycanın qərb qəzalarında yerləşdirdiyi kazak hissələrinin boykot edilməsinə yönəlmişdi. Müdafiə 1907-ci ildə Qazaxda yerləşdirilmiş hərbi hissələrə kömək göstərən əhaliyə xəbərdarlıq edərək, kazakların 1906-cı ildə azərbaycanlıların başına gətirdiyi müsibətləri onlara xatırladırdı.
Qeyrət Partiyası
Qeyrət Partiyası — Gəncədə formalaşan ilk milli siyasi qurum. == Tarixi == 1905-ci ilin yayında Gəncədə Türk Sosial-Federativ İnqilabi Komitəsinin əsasında "Qeyrət" adlı qrup yaradıldı. O, Şuşada da müəyyən nüfuza malik idi. Aşkar olunmuş sənədlərə əsasən bu nəticəyə gəlmək olar ki, məhz bu qrup 1905-ci ilin yayında Gəncədə formalaşan ilk milli siyasi qurum olan Qeyrət Partiyasının əsasını qoymuşdu. Bu partiyada müxtəlif təbəqələr təmsil olunmuşdu, lakin onun rəhbərləri yuxarı təbəqənin nümayəndələri idi. Onların sırasında Gəncənin tanınmış hüquqşünasları və ictimai xadimləri Ələkbər bəy Rəfibəyli və Ələkbər bəy Xasməmmədov, bəzi mənbələrə görə, Türk Ədəmi-Mərkəziyyət Firqəsinin başçısı Nəsib bəy Yusifbəyli də var idi.. Qeyrət Partiyasının qırmızı möhürü və proqramı mövcud idi. Proqramda gürcü sosial-federalistlərin proqramının təsiri özünü büruzə verirdi. Əsas məqsədlərdən biri Qafqazın Rusiya ilə federativ münasibətlər qurmaq və bu federasiya çərçivəsində müsəlman əhaliyə muxtariyyət vermək idi. Qeyrətin üzvləri H. Fəttahov, M. H. İsmayılzadə, M. Xəlilov və başqalarıdır.
Qolkar Partiyası
Qolkar Partiyası və ya Funksional Qruplar Partiyası (ind. Partai Golongan Karya) İndoneziyada siyasi partiyadır. 1964-cü ildə Sekber Qolkar (Sekretariat Bersama Golongan Karya, Funksional Qrupların Birgə Katibliyi) kimi quruldu və ilk dəfə 1971-ci ildə Qolkar (Golonqan Karya, Funksional Qruplar) kimi iştirak etdi. O ərəfədə Qolkar bir siyasi partiya deyildi. 1999-cu ildə məcburi yeni seçki qanunu ilə qruplar özünü siyasi partiya kimi müəyyənləşdirdi. Qolkar 1971-ci ildən 1999-cu ilə qədər İndoneziyada hökumət qrupu idi, Prezident Suxarto və Buharuddin Yusuf Habibi, daha sonra prezidentlər Abdurrahman Vahid, Meqavati Sukarnoputri və Susilo Bambanq Yudhoyono rəhbərliyindəki iqtidar koalisiyalarına qoşulur.İndoneziya Demokratik Mübarizə Partiyasından prezident Coko Vidodo 2014-cü ildə seçildiyi zaman, Qolkar əvvəlcə keçmiş general Prabovo Subianto rəhbərliyi ilə keçmiş müxalifət koalisiyasına qoşulub, lakin 2016-cı ildə Vidodonun hökumətinə bağlılığını bildirdi.
Respublikaçılar partiyası
Azərbaycan Respublikaçılar Partiyası — Azərbaycanda 1999-cu ildə Rufiz Qonaqovun sədrliyi ilə təsis olunmuş, 2002-ci ildə dövlət qeydiyyatına alınmış, daha sonra Sübut Əsədovun sədrlik etdiyi və 8 aprel 2023-cü il tarixində özünü buraxmış iqtidaryönlü siyasi partiya.
Rifah Partiyası
Rifah Partiyası — 1983-cü ildə Türkiyə qurulmuş siyasi partiya. Nəcməddin Ərbakanın başqanlıq etdiyi və 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra bağlanan Milli Səlamət Partiyasının sələfidir. == Tarixi == 1987-ci ildə Ərbakan siyasi haqları qaytarıldıqdan sonra partiya rəhbərliyinə gəlmişdir. 1990-cı il parlament seçkilərinə dək Türkiyə Böyük Millət Məclisində təmsil oluna bilməsə də 1989-cu il Bələdiyyə seçkilərində Van, Konya və Şanlıurfa Bələdiyyələrini qazanmışdır. 1990-cı il Parlament seçkilərinə MHP ilə ittifaqa girərək öz adı və emblemi ilə getmiş, MHPli namizədlər, o cümlədən MHP sədri Alparslan Türkeş Rifah Partiyasından namizəd göstərilmişdir. Bu seçkilərdə 12% səs alan Rifah Partiyası TBMM-yə girməyi bacarmışdır. 1994-cü ilin Bələdiyyə seçkilərində birinci yeri tutan partiya İstanbul, Ankara və İzmir Bələdiyyələrini də əldə etmişdir. Rəcəb Tayyib Ərdoğan bu partiyadan İstanbul Bələdiyyə sədri seçilmişdir. 1995-ci ilin parlament seçkilərində 32% səs alan partiya 1996-cı ildə Tansu Çillərin rəhbərlik etdiyi Doğru Yol Partiyası ilə ittifaq quraraq hakimiyyətə gəlmişdir. "Rifahyol" adlandırılan koalisya hökumətində Rifah Partiyasının sədri Nəcməddin Ərbakan baş nazir olmuşdur.
Səadət Partiyası
Səadət Partiyası — Türkiyədə fəaliyyət göstərən siyasi partiya. == Haqqında == Səadət Partiyası 2001-ci il iyul ayının 20-də Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanın başçılığı ilə Millî Görüş hərəkatı daxilində Fəzilət Partiyasının davamçısı olaraq yaradılmışdır. Fəzilət Partiyasının Türkiyə Böyük Millət Məclisindəki üzvlərinin bu partiyaya keçməsilə Səadət Partiyası parlamentdə təmsil olunmuşdur. Partiyanın parlament qrup sədri ilahiyyatçı Nihat Hatipoğlunun qardaşı Ömər Hatiboğlu olmuşdur. Nəcməddin Ərbakanın siyasi fəaliyyətinə qadağa tətbiq edildiyi üçün o, partiya sədrliyindən istefa vermiş, 2003-cü ildə Rəcai Qutan sədr seçilmişdir. Daha sonra Numan Qurtulmuş partiya sədri seçilsə də, 2011-ci ildə parlament seçkiləri ərəfəsində p, partiyadan ayrılaraq hakim Ədalət və İnkişaf Partiyasına (AKP) üzv olmuşdur. 2011-ci ilin Mart ayında Mustafa Kamalak partiyaya sədr seçilmişdir. 2002-ci il seçkilərində seçicilərini təxribat yolu ilə AKPyə uduzaraq 2% səs almış, TBMMdən kənarda qalmışdır. 2007-ci ildə də eyni nəticəni göstərib. 2013-cü ildə Bingöl Bələdiyyəsi və AKP Bingöl təşkilatı tam tərkiblə Səadət Partiyasına qatılmışdır.
Tudə Partiyası
İran Tudə Partiyası (fars. حزب توده ایران‎, Hizbi Tudəyi İran, hərf. İran Kütlələri Partiyası) — İranda kommunist partiya. == Tarixi == 1941-ci ildə "Tudə" hizbi yaradıldı. Bu partiya kommunistlər haqqında 1931-ci ildən qüvvədə olan "Kommunist qanunu" baxımından özünü kommunist partiyası deyil, Tudə partiyası adlandırdı.
Uels Partiyası
Pleyd Kamri – Uels Partiyası (vall Plaid Cymru – the Party of Wales, qısa Plaid kimi tanınır) – Uelsdə mövcud olan siyasi partiya. == Tarixi == == İştirak etdiyi seçkilər == == Hökumətdə və parlamentdə təmsilçiliyi == == Himni == == Bayrağı və emblemi == == Partiya qərargahı == 1925-cü ildə yaradılan və Uels siyasi tarixində mühüm yer tutan partiyalardan olan Pleyd Kamri partiyasının mənzil qərargahı Kardiff şəhərində yerləşir.
Vəfd Partiyası
Hizb əl-Vəfd (ərəb. حزب الوفد‎‎; mənası – Nümayəndələr partiyası) — 1918–1953-cü illərdə milli azadlıq hərəkatına rəhbərlik edən liberal-milliyətçi istiqamətli Misirin ən böyük tarixi partiyası. Misir krallığının konstitusiyalı monarxiyaya doğru təkamülünü dəstəkləmişdir. 1952-ci il inqilabından sonra ləğv edilmişdir. 1918-ci ilin noyabrında Səd Zəğlul tərəfindən yaradılmışdlr. Əvvəlcə 7 nəfərdən ibarət komitə idi. 1924-cü ildə kütləvi siyasi parlament partiyasına çevrilmişdir. 1927-ci ildən Mustafa Nəhhas Paşa rəhbərlik edirdi. Bu, milli burjuaziyanın partiyası idi ki, onun tərkibinə ziyalıların, mülkədarların və xırda burjuaziyanın nümayəndələri də daxil idi. Misirin müstəqil burjua dövlətinə çevrilməsini özünün əsas məqsədi kimi görür, lakin bəzən ingilis imperialistləri ilə danışıqlar aparır, kütlələrin inqilabi fəaliyyətini cilovlayırdı.
Vəhdət Partiyası
Vəhdət Partiyası və ya qısaca VP ― Azərbaycanda 1994-cü ildə Hacı Cəbrayıl Əlizadə rəhbərliyində yaradılmış, 1998-ci ildən bu yana Tahir Kərimlinin sədrlik etdiyi siyasi partiya. Partiyanın təsisçiləri sırasında Azərbaycan Xalq Cəbhəsinin təsisçilərindən və ilk Müvəqqəti Təşəbbüs Mərkəzinin üzvü Abdul Vahab Manafov, Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq sədri Tahir Kərimli, Bakı və Kəndlər Birliyinin təsisçisi və ilk sədri Sabunçu Rayon İcra Hakimiyyətinin sabiq başçısı Hacı Cəbrayıl Əlizadə, Pənahi Makulunun oğlu professor Şəfiq Pənahi, Yasamal Rayon İcra Hakimiyyətinin sabiq başçısı Sahib Məmmədov kimi şəxslər olmuşdur. Partiyaya 1995–1998-ci illərdə Hacı Cəbrayıl Əlizadə sədrlik etmiş, 1998-ci ildən isə Tahir Kərimli sədrlik etməkdədir. Partiya sədrinin birinci müavini vəzifəsini isə 1995–1996-cı illərdə Sahib Məmmədov, 1998–2000-ci illərdə Yunus Oğuz, daha sonra isə Abdul Vahab Manafov icra etmişdir. Partiyaya müxtəlif dövrlərdə dövlət qeydiyyatı olmayan Azərbaycan Müstəqil Demokratlar Partiyası kimi bir neçə partiya birləşmiş, 2000-ci ildə isə partiyadan ayrılanlar Milli Vəhdət Partiyasını təsis etmişdir. Partiya sıralarında Leyla Yunus və Yunus Oğuz kimi şəxslər də bir müddət fəaliyyət göstərmişdir. Vəhdət Partiyası Azərbaycan Respublikasının Milli Məclisinin V və VI çağırışında 1 deputatla — partiya sədri Tahir Kərimli ilə təmsil olunmuş və dövlət büdcəsindən maliyyə yardımı almışdır. Vəhdət Partiyası 2016–2021-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında Azərbaycan Sosial Demokrat Partiyası və Azərbaycan Sosial Rifah Partiyası ilə birgə vahid üzvlə — İlkin Zaur oğlu Şahbazovla təmsil olunmuşdur. Vəhdət Partiyası 2006-cı ilədək radikal müxalifət, 2006-cı ildən isə konstruktiv müxalifət mövqeyində olmuşdur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Vəhdət Partiyasının üzvlərinin 84%-i kişi, 16%-i isə qadın olmuşdur.
Vətən Partiyası
Vətən Partiyası (Türkiyə)
Xalqçı Partiyası
Xalqçı Partiyası və ya Azərbaycan Sosialist İnqilabçılar Partiyası — Azərbaycan Xalq Cümhuriyyəti dövründə siyasi partiya. == Tarixi == === Sələfi === 1905-ci ilin oktyabrında Sosialist İnqilabçılar Partiyasının Bakı komitəsinin əsasında İttifaq Partiyası yarandı. Aslan bəy Səfikürdski də bu partiyanın sıralarına qoşulmuşdur. 1917-ci il noyabrın 26–28-də Müəssislər Məclisinə keçirilən seçkilərdə iştirak edən 8 əsas partiya sırasında 159 770 seçiciyə malik Müsəlman Sosialist Bloku (MSB) da var idi. 60 000 seçiciyə bir deputat qaydası ilə Müsəlman Sosialist Bloku həmin seçkilərdə 3 yer qazana bilmişdi. Bununla da Aslan bəy Səfıkürdskinin başçılıq etdiyi Müsəlman Sosialist Bloku nüfuzlu və təşkilati cəhətdən möhkəm bir siyasi partiyaya çevrildi. 1918-ci il yanvarın 5-də Rusiya Müəssislər Məclisi buraxıldı və fevralın 10-da Tiflisdə Zaqafqaziya Seyminin təsis iclası çağırıldı. Seymin təşkilində hər 20.000 seçiciyə 1 deputat yeri verildiyindən bu quruma Müsəlman Sosialist Blokundan 7 nümayəndə seçildi. 1918-ci il mayın 27-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası yarandıqda MSB-dən oraya Xudadat bəy Məlik-Aslanov və Camo bəy Hacınski daxil oldular. Milli Şuranın məqsəd və vəzifələrini Cənubi Qafqazın bütün müsəlman bölgələrində xalq kütlələrinə izah etmək üçün göndərilən nümayəndələr arasında, habelə iyunun 18-də istanbula yola düşən nümayəndə heyətinin tərkibində Məhəmməd Əmin Rəsulzadə, Xəlil bəy Xasməmmədovla yanaşı, MSB-nin sədri Aslan bəy Səfıkürdski də var idi.
Yenilik Partiyası
Yenilik Partiyası — Türkiyədə 20 iyul 2020-ci ildə Ardahan keçmiş CHP, daha sonra müstəqil millət vəkili olan Öztürk Yılmazın rəhbərliyi ilə qurulan siyasi partiya. == Haqqında == Qısaltması "YP" dir. Partiya emblemi ağ fonda mavi bir quş, yuxarıya doğru əyilmiş qırmızı Ay-Ulduz və altındakı qırmızı rəngldir.
Zəfər Partiyası
Zəfər Partiyası — Ümid Özdağ tərəfindən 26 avqust 2021-ci ildə əsası qoyulan siyasi partiya. == Tarixi == === Zəmin === Ümid Özdağ 6 noyabr 2020-ci il tarixində İYİ Partiya İstanbul Şəhər Təşkilatının başçısı Buğra Kavuncu və əmisini FETÖ-çü adlandırmasından sonra partiya rəhbərliyi ilə yaşanan problemlər nəticəsində partiyadan xaric edilmişdir. 13 yanvar 2021 tarixində Ankara Birinci Əsliyə Hüquq Məhkəməsi ixrac qərarını ləğv etmişdir.. Ümid Özdağ 4 mart 2021 tarixində açıqlama verərək İYİ Partiyadan istefa vermişdir: 2021-ci ildə Özdağ partiya qurma hərəkatına başladı və Ayyıldız Hərəkatını təsis etdi. O, partiyasının 26 avqustda rəsmi olaraq qurulduğunu elan etdi.
Çay partiyası
Çay partiyası hərəkatı (ing. Tea Party movement) — Amerikada mövcud olan siyasi hərəkatdır ve əsasən ABŞ hökumət xərclərini və vergiləri azaltmaqla ABŞ-nin milli borcunu və federal büdcə defisitini azaltmağa nail olmaq tərəfdarıdır. 2009-cu ildən bəri baş verən aksiyaları dəstəkləyir. Bəzi araşdırmalar amerikalıların 10%-inin bu hərəkatın üzvü olduğunu bildirir. == Xarici siyasət haqqında fikirləri == Çay partiyası ile əlaqədar olan respublikaçılar(Michele Bachmann, Jeff Duncan, Connie Mack IV, Jeff Flake, Tim Scott, Joe Walsh, Allen West və Jason Chaffetz) Liviyadan ABŞ hərbi personelinin çıxarılması haqqında qərarı dəstəklədi. Çay partiyası ilə əlaqədar olan respublikaçılar (Jim DeMint, Mike Lee and Michael Crapo) xarici köməyin Liviya, Pakistan və Misirə edilməklə məhdudlașdırılmasını dəstəklədi. Çay partiyası ABŞ-nin Suriyaya müdaxilə etməsinin əleyhinədir. == Mənşəyi == Mənşəyini Boston çay qonaqlığından götürülmüşdür. == Seçkilərdə iştirakı == "The New York Times" 2010 seçkilərində 138 respublikaçı namizədin Çay partiyasından olduğunu aşkar etdi. Wall Street Journal və NBC News təşkilatlarının sorğusuna görə oktyabrın ortasında 35% seçici Çay partiyasını dəstəkləyir.
Ümid Partiyası
Azərbaycan Ümid Partiyası və ya qısaca Ümid Partiyası (qeyri-rəsmi AÜP) — Əbülfət Əhmədov tərəfindən yaradılan və 5 may 1993-cü ildə dövlət qeydiyyatından keçən siyasi partiya. Hal-hazırda partiyanın sədri İqbal Ağazadədir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Azərbaycan Ümid Partiyasının üzvlərinin 60%-i kişi, 40%-i isə qadın olmuşdur. == Tarixi == Azərbaycan Ümid Partiyası 1993-cü ildə təsis edilib. Elə həmin ildə də dövlət qeydiyyatına alınıb. Partiyanın ilk sədri "Qızıl Qələm" mükafatı laureatı, jurnalist mərhum Əbülfət Əhmədov olub. 1999-cu ildə Ayaz Mütəllibov rəhbərliyində təsis edilən Vətəndaş Birliyi Partiyasında 2000-ci il parlament seçkilərindən sonra mübahisələr yaranmışdır. Partiya partiya katibi İqbal Ağazadə və partiya qurucusu Ayaz Mütəllibov rəhbərliyində iki qola bölünmüşdür. İqbal Ağazadənin rəhbərliyindəki qol 2002-ci il dekabrın 15-də Azərbaycan Ümid Partiyasının III (I) Qurultayında Ümid Partiyasına birləşmiş və partiya sədri İqbal Ağazadə seçilmişdir. 2003-cü ilin martından etibarən Müxalifətin Koordinasiya Mərkəzinin demokratik və azad seçki tələbilə təşkil etdiyi kütləvi etiraz aksiyalarında aktiv iştirak edib.
İrs Partiyası
İrs Partiyası — Ermənistanda müxalif siyasi partiya == Haqqında == Partiya 2002-ci ildə Raffi Hovanisyan tərəfindən yaradılıb. 2007-ci il parlament seçkilərində partiya 7, 2012-ci ildə isə 5 mandat qazanmışdır. 2013-cü il Ermənistan Respublikası Prezidenti seçkilərində partiyanın namizədi Raffi Hovanisyan səslərin 36.75%-ni qazanaraq ikinci yeri tutdu.
İttifaq Partiyası
İttifaq Partiyası (Tatarıstan) — 1990-cı ilin aprel ayında Tatarıstan MSSR-da əsası qoyulan siyasi partiya. İttifaq Partiyası (Azərbaycan) — Azərbaycan milli sosialist-inqilabçı (eser) təşkilatı.
İttihad Partiyası
İttihad Partiyası və ya Qafqaz İttihad Firqəsi, həmçinin 1917–1918-ci illərdə"Rusiyada müsəlmanlıq" "İttihad" — 1917–1920-ci illərdə Azərbaycanda açıq fəaliyyət göstərmiş, Ümum-Rusiya Müəssislər Məclisində, Zaqafqaziya Seymində, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasında, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində təmsil olunan və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Müsavat və bitərəflər fraksiyasından sonra ən çox üzvü olan, ana müxalifət partiyası. İslam ideologiyasını siyasət səviyyəsinə qaldırmağa çalışan aparıcı təşkilat. Partiya 1921-ci ildə İttihadi-İslam, daha sonra Milliyəti İslam və yekun olaraq isə Azərbaycan Milli Müdafiə İslam Partiyası adını almışdır. == Tarixi == === Yaranması === Fevral inqilabından sonra Azərbaycanda lokal xarakterli ittihad ideologiyalı partiyalar yaranmışdır. Bunlara nümunə olaraq İrəvan və Gəncədəki İttihad cəmiyyətlərini, Gəncədəki İttihadi-İslam Cəmiyyətini və Firqeyi Məhəmmədiyə partiyasını göstərmək olar. Gəncədəki İttihad cəmiyyətinin lideri Məhəmməd Pişnamazzadə olmuşdur. Heybətqulu Məmmədbəyli xatirələrində partiyanın 1917-ci ilin yayında Bakı şəhərində bir neçə şəxs tərəfindən "Rusiyada müsəlmanlıq" Firqəsinin Təşkil Komitəsi yaradıldığı qeyd olunmuşdur. Bu komitə İsmailiyyə Sarayında yerləşmişdir. Təşkilat Komitəsinin üzvləri sırasında aşağıdakı şəxslər olmuşdur: Partiyanın quruluş ərəfəsində tanışlıq görüşləri təşkil edirdi. Belə yığıncaqlardan biri də 20 oktyabr 1917-ci ildə Sultan Məcid Qənizadə və Bəşir bəy Aşurbəyovun iştirakı ilə Təzəpir məscidində keçirilmişdir.
İyi Partiyası
İYİ Partiya (türk. İYİ Parti) — 2017 ci il 25 oktyabrda Meral Akşener tərəfindən qurulan partiyadır. == Tarixi == === Bölünmə === Ümid Özdağ 6 noyabr 2020-ci il tarixində İYİ Partiya İstanbul Şəhər Təşkilatının başçısı Buğra Kavuncu və əmisini FETÖ-çü adlandırmasından sonra partiya rəhbərliyi ilə yaşanan problemlər nəticəsində partiyadan ixrac edilmişdir. 13 yanvar 2021 tarixində Ankara Birinci Əsliyə Hüquq Məhkəməsi ixrac qərarını ləğv etmişdir.. Ümid Özdağ 4 mart 2021 tarixində açıqlama verərək İYİ Partiyadan istefa vermişdir: 2021-ci ildə Özdağ partiya qurma hərəkatına başladı və Ayyıldız Hərəkatını təsis etdi. O, partiyasını 26 avqustda quracağını elan etdi. === 2023-cü il seçkiləri === === 2024-cü il seçkiləri və sonrası === Seçkilərdə ağır məğlubiyyət yaşayaraq öncəki seçkilərə nəzərən səslərini 7,76%-dən 3,6%-ə, son parlament seçkilərinə nəzərən isə 9,69%-dən 3,6%-ə endirmiş İYİ Partiyada seçkilərə tək başına girmə strategiyası olan "Hür ve Müstakil İYİ Parti" strategiyasını müdafiə etmiş Meral Akşenər 27 aprel 2024 tarixinə fövqəladə qurultay təyin etmişdir. O, qurultayda namizəd olmayacağını açıqlamışdır. Müsavat Dərvişoğlu və Koray Aydın 8 aprel 2024 tarixində sədrliyə namizədliklərini açıqladılar. Mediada Dərvişoğlu Akşenərin namizədi və "əmanətçi" namizəd olaraq anılsa da, o bütun bu iddiaları rədd etmiş və özünün əmanətçi olacaq xarakterdə olmadığını, Akşenərin isə belə bir zehniyyətdə olmadığını qeyd etmişdir.
Partiyasız
Bitərəf siyasətçi və ya Partiyasız — heç bir siyasi partiya mənsubiyyəti olmayan şəxs. Bu ifadə SSRİ dövründə daha çox istifadə olunurdu. Bu müxtəlif anketlərdə partiya mənsubiyyəti bəndinin olması ilə əlaqədar idi və Sov.İKP və ya ÜİLKGİ-nin üzvü olmayanlar üçün "partiyasız" sözü işlədilirdi.