Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Paphos
Pafos (yun. Πάφος türk.Baf) - Kipr adasının cənub-qərb hissəsində yerləşən bir şəhər.Şəhər eyniadlı inzibati rayon mərkəzidir. (Kipr Respublikasının 6 rayonlarından biri). Mifologiyaya görə, Pafos yunan sevgi tanrısı Afroditanın vətənidir.51 ildə(e.ə)şəhərdə Kiprin məşhur natiqi Mark Tulliy Çiçero yaşayırdı. Pafos UNESCO Ümumdünya mədəni və təbii irs siyahısına əlavə edilir.Şəhərin yaxınlığında Beynəlxalq hava limanı yerləşir. Pafos şəhəri noyabr və mart aylarında yüksək yağıntı ilə müşahidə olunan, Aralıq dənizi iqliminə malikdir. Yayda,xüsusilə iyul və avqust aylarında yağış yağmır.Orta rütubət 85%-dir. Təxminən hər 10 ildə bir qar yağır. Qar tez əriyir. Sonuncu dəfə güclü qar yağıntısı şəhərin mərkəzində 2001-ci ilin qışında müşahidə olunub.
Patnos
Patnos — Ağrı ilinin ilçəsi.
Hathor
Hator - Qədim Misir mifologiyasına görə göy, məhəbbət və şadlıq tanrısı. Qədimdən Hathor günəşi doğmuş göylər və ya səma inəyi sayılır. Sonralar o, qədim misirlilərə səma inəyinin südünü çatdıran bir zat və ya ilahi məxluq kimi tərənnüm edilmişdir. Adətən inək buynuzlu (sonradan tac kimi təqdim edilən) gözəl cazibədar qadın obrazında təsvir edilmişdir. Hathor kultunun mərkəzi Dendera şəhəri olmuşdur və buradan da "Denderanın sahib(əs)i" epiteti yaranmışdır. İlk əvvəl regional əhəmiyyət kəsb etsə də sonradan bu kult bütün Misiri əhatə etmişdir. Sonrakı dövrlərdə məhəbbəti və gözəlliyi tərənnüm edən onun obrazı yunan mifologiyasındakı Afrodita və Babilistanın İştarı ilə eyniləşdirilir. == Ra Hathor bağlılığı == Rəvayətlərin birinə görə Hathor Ranı gecələr bətnində daşıyaraq hər səhər onu yenidən doğur. Yeni dövrə aid bir epitetdə Ra "anasının öküzü" yəni "Hathor vasitəsilə özünü əkmiş və ya yaratmış" adlandırılır. Bu epitetə əsasən Hathor ilahi hökumdar evinin qadın, zənən elementi , hökumdarın (Horun) yenidən doğulmasının təminatçısı kimi qiymətləndirilmişdir.
Matros
Matros (nid. matroos) — Müxtəlif ölkələrin silahlı qüvvələrinin hərbi dəniz donanmalarında kiçik hərbi rütbə. Digər qoşun növlərindəki sıravi rütbəsi ilə eyni statusdadır.
Patras
Patras (q.yun. Πάτραι, yun. Πάτρα, lat. Patrae) və ya Baliyabadra (türk. Balyabadra) – Yunanıstanda şəhər. Konstantinos Stefanopulos — 1995-2005-cı illərdə Yunanıstanın prezidenti.
Pithon
Python
Python — Əsl pitonlar
Panios
Xırdaləçək (lat. Erigeron) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Conyzoides Fabr. Panios Adans.
Aphos
Aphos (lat. Aphos) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin batraxkimilər dəstəsinin batraxlar fəsiləsinə aid heyvan cinsi.
Katos
Katos — Azərbaycan Respublikasının Laçın rayonu Qarakeçdi kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Katos dağ yamacındadır. Yaşayış məntəqəsini XX əsrin əvvəllərində yaxınlıqdakı Şeylanlı kəndindən köçüb gəlmiş ailələr (nəbilər, xudular və əsədlər nəslinə mənsub) Katos meşəsi adlanan yerdə salmışlar. Qədim türk dillərində katıs "birləşmək, qarışmaq", kadus "gözəllik", "sənət əsəri" mənalarında işlənmişdir. == Mədəniyyəti == 1969-1970-ci illərdə kənddə ibtidai məktəb fəaliyyət göstərmişdir. Məktəbin əsası Böyük Vətən Müharibəsində xidmətlərinə görə "Rəşadətli Əməyə görə" medalı ilə təltif edilən, kəndin ziyalısı İsmixan Mustafa oğlu Abdullayev tərəfindən qoyulmuşdur. 1980-ci ildə kənddə 8 illik əsas məktəb fəaliyyət göstərmişdir. 8 illik məktəbin əsası isə İsmixan Abdullayevin oğlu Məhyəddin İsmixan oğlu Mustafayev tərəfindən qoyulmuşdur.
Pafos
Pafos (yun. Πάφος türk.Baf) - Kipr adasının cənub-qərb hissəsində yerləşən bir şəhər.Şəhər eyniadlı inzibati rayon mərkəzidir. (Kipr Respublikasının 6 rayonlarından biri). Mifologiyaya görə, Pafos yunan sevgi tanrısı Afroditanın vətənidir.51 ildə(e.ə)şəhərdə Kiprin məşhur natiqi Mark Tulliy Çiçero yaşayırdı. Pafos UNESCO Ümumdünya mədəni və təbii irs siyahısına əlavə edilir.Şəhərin yaxınlığında Beynəlxalq hava limanı yerləşir. Pafos şəhəri noyabr və mart aylarında yüksək yağıntı ilə müşahidə olunan, Aralıq dənizi iqliminə malikdir. Yayda,xüsusilə iyul və avqust aylarında yağış yağmır.Orta rütubət 85%-dir. Təxminən hər 10 ildə bir qar yağır. Qar tez əriyir. Sonuncu dəfə güclü qar yağıntısı şəhərin mərkəzində 2001-ci ilin qışında müşahidə olunub.
Qatos
Katos — Azərbaycan Respublikasının Laçın rayonu Qarakeçdi kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Katos dağ yamacındadır. Yaşayış məntəqəsini XX əsrin əvvəllərində yaxınlıqdakı Şeylanlı kəndindən köçüb gəlmiş ailələr (nəbilər, xudular və əsədlər nəslinə mənsub) Katos meşəsi adlanan yerdə salmışlar. Qədim türk dillərində katıs "birləşmək, qarışmaq", kadus "gözəllik", "sənət əsəri" mənalarında işlənmişdir. 1969-1970-ci illərdə kənddə ibtidai məktəb fəaliyyət göstərmişdir. Məktəbin əsası Böyük Vətən Müharibəsində xidmətlərinə görə "Rəşadətli Əməyə görə" medalı ilə təltif edilən, kəndin ziyalısı İsmixan Mustafa oğlu Abdullayev tərəfindən qoyulmuşdur. 1980-ci ildə kənddə 8 illik əsas məktəb fəaliyyət göstərmişdir. 8 illik məktəbin əsası isə İsmixan Abdullayevin oğlu Məhyəddin İsmixan oğlu Mustafayev tərəfindən qoyulmuşdur.
Enrike Mateos
Enrike Mateos Mansebo (isp. Enrique Mateos Mancebo; 15 iyul 1934, Madrid – 6 iyul 2001, Sevilya) — hücumçu mövqeyində oynamış İspaniya futbolçusu. O, La Liqada "Real Madrid", "Sevilya" və "Betis" kimi klubları təmsil edərək 123 oyuna 48 qol vura bilmişdir. == Klub karyerası == Madriddə anadan olan Enrike təhsilini "Real Madrid" klubunun məktəbində bitirdi. O, klubda keçirdiyi 8 il ərzində əsasən ehtiyat oyunçu qismində çıxış edirdi və bu müddət ərzində 13 əsas titul qazanmışdır. Onun ən uğurlu La Liqa mövsümü 1956–57 təsadüf etdi, həmin çempionluq mövsümündə o, 21 oyuna 14 qol vurmağı (karyerasının ən yaxşı nəticəsi) bacarmışdır. O, Çempionlar Kubokunda keçirdiyi 16 oyuna 9 qol vurmuş və dörd dəfə turnirin qalibi olmuşdur. Mateos "merinqlər"i 1961-ci ilin yayında tərk elədi və ümumlikdə 93 oyuna 50 qol vurmuşdur. Daha sonra o, ölkəsinin "Sevilya", "Rekreativo", "Real Betis" və "Ximnastika Torrelaveqa" klublarında çıxış etdi. "Sevilya"nın heyətində oynayarkən o, karyerası boyu sağalmayacağı zədə aldı.
Eucalyptus patens
Eucalyptus patens (lat. Eucalyptus patens) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Euonymus patens
Euonymus fortunei (lat. Euonymus fortunei) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü. == Sinonimləri == Cassine fortunei (Turcz.) Kuntze Elaeodendron fortunei Turcz. Euonymus austroliukiuensis Hatus. Euonymus carrierei Vauvel Euonymus fortunei var. acuminatus F.H.Chen & M.C.Wang Euonymus fortunei f. albifructus Murata Euonymus fortunei f. angustifolius (Graebn.) H.Hara Euonymus fortunei f. carrierei (Vauvel) Rehder Euonymus fortunei f. gracilis (Siebold) Rehder Euonymus fortunei f.
Katolikos Petros
Katolikos Petros — Albanların XXXXIV katolikosu. == Katolikosluğu == Katolikos VI Davuddan sonra taxta çıxıb və altı il taxtda oturub. Katolikos VII Davuddan sonra kürsüyə çıxıb və on səkkiz il kürsüdə oturub. Moisey Kalankatlı və Mxitar Qoş onun Girdiman yepiskopluğundan seçildiyini qeyd edir.
M46 Patton
M46 Patton orta tankı ABŞ tərəfindən hazırlanmış Patton seriyasındakı tankların birinci nümayəndəsidir. Tank George S. Pattonun adını daşıyan ilk tank olaraq, həmçinin general adı daşıyan ilk tank da olmuşdur. George S. Patton, İkinci Dünya müharibəsi əsnasında xidmət edən üçüncü ordunun komandiri və tankların döyüşlərdə aktiv şəkildə istifadə edilməsinin müdafiəçisidir. M46 Patton, M26 Pershing tankının inkişaf etdirilmiş versiyası və ABŞ Silahlı Qüvvələrinin 1949 və 1950 modelləri ilə Soyuq müharibə dövründə istifadə etdiyi əsas döyüş tankı olmuşdur. 30 iyul 1948-ci ildə M46 tankının adı George S. Patton Jr. şərəfinə Patton olaraq təyin edilmişdir. Bu tank yalnız Soyuq müharibə dövründə müttəfiq bir qüvvə olan Belçikaya verilmiş və yeni hazırlanan M47 Patton tankı üçün təlim məqsədləri üçün az miqdarda ixrac edilmişdir. M46 tankı M26 Pershing və M4 Sherman tanklarını əvəz etmək üçün hazırlanmışdır. Sürətlər qutusu General Motors CD-850-3 və ya -4, 2 irəli, 1 geri, asqı sistemi burulma çubuğudur. Tankın yanacaq tutumu 878 litr (232 qalon), maksimum hərəkət mənzili isə 130 km (80 mph) olmuşdur.
M47 Patton
M47 Patton, Patton orta səviyyəli seriyasının ikinci və son orta tank növüdür. Bu tank 90 mm-lik bir tank silahı və yeni hazırlanmış bir qüllə ilə təchiz olunmuş M46 Patton tankının daha da inkişaf etdirilmiş versiyasıdır. 1950–1980-ci illər arasında Amerika Ordusunun standart orta tankı idi. Digər Patton seriyası tankları kimi, adını da Amerikan General Corc Pattondan almışdır. M46 Patton tankının baza modeli əsasında hazırlanmışdır. Hərəkət mənzili 130 km təşkil edir. Transmissiyası General Motors CD-850–4 modelidir. Asqı sistemi burulma çubuğudur. == Tarixi == M47 tankı M48 Patton tankı istismara verildiyi müddətə qədər ABŞ ordusu və ABŞ dəniz piyadaları korpusu tərəfindən istifadə edilən əsas tank sinfi idi. M47 Patton əvvəllər Amerika ordusunda xidmət edən M4 Sherman və M46 Patton tanklarını əvəz etmişdir.
M48 Patton
M48 Patton Patton seriyasındakı tankların üçüncü və son orta tankıdır. M48 Patton tankları, Koreya və Vyetnam müharibələrində istifadə edilən əsas tanklardır. Amerikalı general George Pattonun adını daşıyır. M48 Patton, ABŞ Silahlı Qüvvələrinin xidmətindəki M4 Sherman və M47 Patton tanklarını əvəz etmək üçün yaradılmışdır. M48 Patton, M47 Pattona bənzər görünsə də, M48 Patton tamamilə yeni bir tank dizaynındadır. M48 Patton tankı M60 Patton tankı xidmətə qəbul edilənə qədər ABŞ ordusunda bir ara keçid tankı olaraq xidmət etmişdir. A5 modelləri ilə ABŞ Quru Qoşunları tərəfindən 1990-cı illərə qədər istifadə olunan bu tank sonradan xidmətdən çıxarıldı. Qərbi Almaniyanın silahsızlaşdırılması müqavilələrinə əsasən 1.000-ə qədər tank Türkiyəyə satılaraq əldən çıxarılmış, beləcə almanlar əllərindəki tankları yeniləmə fürsətindən ağıllı bir formada istifadə etmişdirlər. Türkiyənin əlindəki M48 tankları yavaş-yavaş xidmətdən çəkilməkdə olub, daha çox polis bölmələrinin qorunmasında istifadə edilməkdədirlər. == Ümumi xüsusiyyətləri == İstehsalçı ölkə: ABŞ Tip: Əsas döyüş tankı İstehsalçı firma: Chrysler; Fisher Tank Arsenal; Ford İstehsal tarixi: 1952 – 1959 Xidmətə giriş ili: 1952 – günümüzə Ekipaj: 4 nəfər İstehsal sayı: 12.000 ədəd Modelləri: M60 Patton, Magach 1/2/3/4/5 == Ölçülər == Ağırlığı: 44.8 ton Uzunluğu: 6.96 m Lülə daxil olmaqla: 8.81 m Eni: 3.63 m Hündürlüyü: 3.24 m Klirens: 0.42 m == Müdafiə == Zireh qalınlığı: 120 mm tökmə homogen polad Tüstü bombaları == Performans == Zəminə təzyiq: 0,78 kq/sm ² Dalış dərinliyi: 1.2 m Xəndək keçmə: 2.6 m Divar dağıtmaq: 0.9 m Qalxma dərəcəsi: 30º Motor: Continental AVDS-1790 benzin At gücü: 810 Maksimal sürət: 48 km/saat Yanacaq çəninin tutumu: 757 litr Mənzili: 113 km Dayandırılması: burulma bar == Silahlanma == Əsas silahı: M48 M48A1/A2 tanklarında 90 mm-lik T54 topu M48A3 tanklarında 90 mm-lik M41 topu M48A5 tanklarında 105 mm-lik M68 yivli topu Kalibr: 90 mm və 105 mm Lülənin qalxma bucağı: 0º...
M60 Patton
M60 Patton - ABŞ istehsalı tank. M60 “Patton” tankları 1960-70-ci illərdə, M1 Abramslarla əvəzlənmədən öncə ABŞ ordusunun tank filotiliyasının onurğasını təşkil edirdi. Əvəzlənməsinə baxmayaraq, 2019-cu ildə 19 ölkənin ordusunda 5 mindən çox “Patton” istifadə edilir. 2019-cu ilin əvvəlində “Raytheon” onun istismar müddətinin uzadılması paketini (SLEP) elan etdi. Buraya yeni mühərrik, atəşə nəzarət sistemi və 120 millimetrlik toplar daxildir. == Tarixi == M60 öz əsasını özündən əvvəlki M26 Pershing ağır tankından alır. Ondan İkinci Dünya müharibəsindən sonrakı dövrdə istifadə edilirdi. “Pershing” sonralar 90 mm-lik toplarla silahlandırılmış “Patton” seriyalı tanklara transformasiya edildi. Bu tanklara M46, M47, M48-i aid etmək olar. M60 isə 1960-cı ildə təqdim olundu və seriyanın sonuncu üzvü idi.
Nissan Patrol
Nissan Patrol — Yapon avtomobil istehsalçısı Nissan tərəfindən 1951-ci ildən bu günə kimi istehsal olunan 4x4 təkər formullu yolsuzluq avtomobili. Yaponiyada Nissan Safari adı ilə satılır.
Passos Maya
Passos Maya (port. Passos Maia) — Braziliyanın Cənub regionunun Santa Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 5900 nəfərdir. Ərazisi 614,432 кm²-dir. Bələdiyyənin ərazisi daxilində Araukarias Milli Parkı yerləşmişdir. 2005-ci ildən 12841 hektarlıq (31730 akrlıq) ərazi mühafizə altına alınmışdır.
Patris Biroçeu
Patris Biroçeu (23 sentyabr 1955, Becaya, Becaya vilayəti) — Fransanı təmsil edən stolüstü tennisçi. Patris Biroçeu Fransanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 25-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Patris Lumumba
Patris Emeri Lumumba (doğum adı Élias Okit'Asombo; 2 iyul 1925[…] – 17 yanvar 1961[…], Lubumbaşi[d]) — Konqo siyasətçisi. Lumumba 1960-cı ildə Afrika Konqo Demokratik Respublikasının ilk baş naziri olmuşdur. Bakı Dövlət Universitetinin yerləşdiyi Zahid Xəlilov küçəsi sovet dövründə onun adını daşıyırdı. Belçika Konqosunun Kasavi bölgəsində Élias Okit'Asombo adı altında anadan olub. Bir missioner məktəbində oxumuş və Leopoldville (Kinşasa) və Stanleyville (Kisanqani) bölgələrində keşiş və jurnalist olaraq çalışmışdı. 1955-ci ildə Lumumba həmkarlar ittifaqının prezidenti seçildi və Belçika Liberal Partiyasına qoşuldu. 1957-ci ildə mənimsəmə ittihamına görə həbs olundu və bir il həbsdə qaldı. Sərbəst buraxıldıqdan sonra 1958-ci ildə Konqo milli hərəkatını qurdu. 1959-cu ildə Belçika Konqo milli hərəkatında Lumumbanın tutulmasına baxmayaraq beş ildə Konqonun müstəqilliyini təmin etmək planını elan etdi və dekabr ayında yerli seçkilər böyük səs çoxluğunu qazandı. 1960-cı ildə Belçikada keçirilən konfrans, May ayında planlaşdırılan seçkilərdən əvvəl 1960-cı ilin iyununda Konqoya müstəqillik verməyə qərar verdi.
Patris Sahajasein
Patris Sahajasein (19 yanvar 1970) — Mavrikini təmsil edən stolüstü tennisçi. Patris Sahajasein Mavrikini 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.