Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Naxalar
Naxalar (lat. Siluridae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin naxakimilər dəstəsinə aid heyvan fəsiləsi.
Paşalar
Paşalar — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Xanalı kənd Sovetindən Paşalar kəndi Şırlan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.
Saxalar
Saxalar (saxa сахалар) və ya Yakutlar — türk xalqı, Rusiya Federasiyasının subyekti olan Saxa Respublikasının yerli əhalisi. Saxaların dindarlarının bir qismi xristian-provoslav olsa da əsasən ənənəvi şamanizmə etiqad edirlər. Özlərini Saxa adlandıran Yakutlar Rusiya Federasiyasında muxtar quruma malikdirlər. Sahəsi 3103200 km², əhalisi 949280 nəfər(2002-ci il siyahıya almasına əsasən) olan Saxa Respublikasında türk xalqlarının toplam sayı 456564 nəfər və ya 48,1%-dir (2002-ci il siyahıya almasına əsasən) və onların da 432290 nəfəri və ya Saxa Respublikasının əhalisinin 45,54%-i saxalardır (2002-ci il siyahıya almasına əsasən).
Paxla
Paxla (broad bean, faba bean eng.) Vitamin və zülal baxımından son dərəcə zəngin bir qida olan paxlanın dənələri təzəykən yaşıl, quruyanda qəhvəyidir. Quru paxla, təzə paxlaya görə daha bəsləyicidir. Quru paxlanın 100 gr.ımında təxminən 26 qr. zülal, 58 qr. karbonhidrat və 341 kalori vardır. Ayrıca paxla B1, B2, B6 və K vitaminlərinin yanında azot, nişasta, kalium və maqnezium mineralları baxımından da olduqca zəngindir. == Faydaları == Paxla həzmi asanlaşdırır. Sidik yollarını təmizləyir. Böyrəklərə olduqca faydalıdır: Böyrək ağrılarını yüngülləşdirər, böyrək qumlarının və daşlarının tökülməsinə köməkçi olur. Sinə xəstəlikləri və öskürəyə yaxşı gəlir.
Kapalay adası
Kapalay (malay Pulau Kapalai) — Sulavesi dənizində yerləşən sualtı bankə. Ada Malay arxipelaqına daxil olan, Ligitan arxipelaqının tərkib hissəsidir. İnzibati cəhətdən Malayziyanın Sabah ştatı ərazisinə daxildir. Əvvəllər Ligitan adaları böyük bir sahəni əhatə edirdi. Lakin sonrakı dövrlərdə onun sahəsi tədricən azalmağa başlayır. Bunun isə təbii və antropagen səbıbləri olur. XX əsrin sonları ada çəkilmə zamanı müşahidə edilirdi. Qumlu dayazlığın ətrafında mərcan və riflər yayılır. Hazırda isə bölgə məşhur dəniz kurortudur. == Fiziki-coğrafi xüsusiyyətləri == === Coğrafi yerləşməsi === Coğrafi koordinatları — 4°13′00″ şm.
Paralar (Həştrud)
Paralar (fars. پارالار‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 238 nəfər yaşayır (42 ailə).
Paşaçay (İcrud)
Paşaçay (fars. پاشاچاي‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 159 nəfər yaşayır (42 ailə).
Üç Paşalar
Gənc türklər üçlüyü və ya Üç paşalar iqtidarı (osm. اوچ پاشلار, türk. Üç Paşalar) — Osmanlı dövlətinin son dövrlərində, İttihad və Tərəqqi Partiyasına mənsub olan və idarəçilikdə mütləq söz sahibi üç şəxsin, Daxili işlər Naziri və Sədrəzəm Tələt Paşanın, Hərbi Nazir Ənvər Paşanın və Donanma Naziri Əhməd Camal Paşanın de-fakto ittifaqına verilən qeyri-rəsmi ad. == Varislik == 1913-ci ildəki Bab-ı Əli hücumu ilə hakimiyyətə gələn bu üç paşa Osmanlı İmperiyasında bundan sonrakı dövrdə həqiqətdə tək söz sahibi insanlar oldular. Bu dövr Osmanlı İmperiyasının I Dünya Müharibəsində təsliminə qədər sürdü (30 Oktyabr 1918). İsmayıl Ənvər Paşa yalnız bir dəfə hər hansı bir hərbi fəaliyyətə (Sarıkamış Döyüşü) nəzarət etdi və Üçüncü Ordunu xarabalığa buraxdı. Birinci Suez Hücumu və Ərəb üsyanı Əhməd Djemalın ən əhəmiyyətli uğursuzluqlarıdır. Mudros müqaviləsidən sonra,1918-ci il 2 Noyabr günü bir Alman sualtı gəmisi ilə İstanbuldan qaçan Ənvər, Tələt və Camal Paşa daha sonra Erməni Deportasiyasının təsiri ilə edam cəzasına məhkum edildilər. Tələt və Camal Paşa Erməni birlikləri tərəfindən, Ənvər Paşa isə Rus inqilabı ərəfəsində Bəlçivan yaxınlığında baş verən bir döyüşdə öldürüldü. == Türkiyə Cümhuriyyətində nüfuzları == Birinci Dünya müharibəsindən və sonrakı Türk İstiqlal müharibəsindən sonra yeni qurulan Türkiyə Cümhuriyyətinin əhalisinin çoxu, eyni zamanda qurucusu Mustafa Kamal Atatürk Üç Paşanı Osmanlı İmperatorluğunun I Dünya Müharibəsinə girməsinə səbəb olduğu üçün geniş tənqid etdi.
Bircə Akalay
Bircə Akalay (19 iyun 1984, İstanbul) — Türk aktrisa. == Həyatı və karyerası == 2003-də Pera Gözəl Sənətlər Liseyi Teatr bölümündə lisey təhsil aldı. Həmin il girdiyi İstanbul Universiteti teatr aktrisalığı və dramaturgiya bölümündəki təhsilini tamamlamadı amma Xaliç Universiteti Konservatoriya Teatr bölümündən məzun oldu. 2004 Türkiyə Gözəllik yarışmasında üçüncü olduqdan sonra Avropa Gözəllik yarışmasında Türkiyəni təmsil etdi və yarımfinala çıxdı.2004–2007-ci illər arasında Star TV və TV8də idman spikerliyi, həmdə Çempionlar liqası və 8-ci Pillə kimi verilişlərdə aparıcılıq etmişdir.2007-ci ildə yayımlanan "Qədər" və "Sənin Üçün" seriallarında baş rolda oynamışdır.2008-ci ildə "Asi" adında serialda qonaq aktrist olaraq qatılmışdır.Bundan başqa 2008-də vizyona girən "Son Dərs" və 2009-un oktyabr ayında vizyona girən "Nəfəs" filmində rol almışdır. 2009-cu ildə TRT 1-də yayımlanan "Alayına İsyan" serialında Sevtap rolunda, 2009-cu ilin sentyabr ayında "Sizi Sevirəm" filmində Əmrə Altuğ ilə baş rolları paylaşmışdır.2009-da atv-də yayımlanan "Qış nağılında" Zişan rolunda oynamışdır.Həmin il TRT Müzik kanalında başlayan və TV8-də davam edən verilişi Sinema dünyası bir yayın mövsümü davam etmişdır.2010-cu ildə keçmiş əri Murad Ünalmış ilə birliktə Ürgübdə bir eşqi anlatan Yer Göy Eşq serialında Həvva rolunu canlandırmışdır. 2013-cü ildə atv-də Baş Nazir Ədnan Menderesin həyatından bəhs edən Mən Onu Çox Sevdim adlı serialda opera sənətçisi Ayxan Aydan rolunu canlandırmışdır. 2013-cü ildə TRT 1-də yayımlanan Belə Bitməsin adlı seriala qonaq aktrist olaraq qatılmışdır. Sonra isə Kanal D-də yayımlanan Kiçik Ağa adlı serialda Sinəm rolunu canlandırmışdır. Kiçik Ağa serialında baş rolu paylaşdığı Sarp Ləvəndoğlu ilə 1 avqust, 2014-cü ildə evlənmişdir. 2 il davam edən evlilikdən sonra 17 yanvar, 2017-ci ildə boşanmışdır.
Cəfər Atalay
Cəfər Atalay (1962, Sivas – 3 noyabr 2007, Kadıköy, İstanbul ili) — türkiyəli aktyor.
Padala buzlağı
Padala buzlağı (bolq. ледник Падала, ‘Lednik Padala’ \'led-nik pa-'da-la\) — 9 km uzunluğu və 3.9 km eni olan, Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Buzlaq Kopsis buzlağından şimal-qərbdə, Marsa buzlağından cənub-şərqdə yerləşmişdir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Bangey yüksəkliyindən şərqdə yerləşmişdir.Buzlaq qərbi Bolqarıstanda yerləşən Padala şəhərinin adını daşıyır. == Yerləşməsi == Padala buzlağı 78°02′40″ c. e. 85°31′00″ q. u. koordinatlarında yerləşmişdir.
Bəşir Atalay
Bəşir Atalay (1 aprel 1947) – 2011–2014-cü illərdə Rəcəb Tayyib Ərdoğan hökumətində Türkiyə Baş nazirinin müavini olmuş türk siyasətçidir. O, əvvəllər 28 avqust 2007-ci ildən 14 iyul 2011-ci ilədək daxili işlər naziri olub. == Yaşamı və akademik karyerası == Bəşir Atalay Kırıkkale bölgəsinin Keskin rayonunda doğulub, Ankara Universitetinin hüquq fakültəsini bitirib və Ərzurumda yerləşən Atatürk Universitetində müəllim vəzifəsində çalışıb. O, daha sonra Dövlət Planlaşdırma Təşkilatında (DPT), Mərmərə Universitetində və YUNESKO-nun Türkiyə Milli Komissiyasında çalışıb. Atalay 1997-ci ildə Türkiyə hərbi memorandumundan sonra dövlətin maraqlarına zidd fəaliyyətlərdə iştirak etdiyi səbəbilə Ali Təhsil Şurası (YÖK) tərəfindən vəzifəsindən uzaqlaşdırılana qədər Kırıkkale Universitetinin təsisçisi və rektoru olub. == Siyasi karyerası == 2002-ci ilin ümumi seçkilərində o, AKP-dən Ankaranı təmsil edərək Türkiyə Böyük Millət Məclisinə deputat seçilib və Prezident Əhməd Necdət Sezərin Atalayın Təhsil naziri təyin edilməsi təklifinə veto qoymasının ardından Ərdoğanın ilk kabinetində Dövlət naziri olub. Daha sonra 2007-ci ilin avqustunda o, Daxili İşlər naziri təyin edilib, bu, həmin yay baş nazir Rəcəb Tayyib Ərdoğanın yenidən seçilməsindən sonra, həmçinin Sezərin prezidentlikdən təqaüdə çıxmasının ardından bir neçə kabinet dəyişikliyindən biri idi. 2011-ci ildə baş nazirin insan haqları və terrorizmlə mübarizə üzrə müavini təyin edilib və 2014-cü ilədək bu vəzifəni icra edib. == Şəxsi həyatı == Bəşir Atalay Ulduz Atalay ilə evlidir və üç övladı var. O, Nəqşibəndi təriqətinə bağlı bir türk sufi icması olan İskəndərpaşa İcmasının üzvüdür.
Paxla plov
Paxla plov - Talış mətbəxinə aid plov. == Tərkibi == Bu plovu hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: Qoyun əti-100 q, düyü-150 q, ərinmiş yağ-50 q, paxla-100 q, şüyüd-60 q, zəfəran, habelə tam üçün istiot, duz tökülür. == Hazırlanma qaydası == Qoyun əti hərəsi 8-10 q-lıq tikələrə doğranır, tavada yağ içində qovrulur və üstünə azacıq bulyon, ya da isti su tökülüb hazır olunca bişirilir. Bir böyük qaba yığılır, duz, istiot səpilir. Təzə paxla, şüyüd təmizlənir, yuyulur, xırda-xırda doğranır. Düyü təmizlədikdən sonra yuyulur, düyü 4-6 saat duzlu suda islağa qoyulur. Su qaynadıqda düyü qazana tökülür, qarışdırılır, duzu tökülür, kəfi alınır. Düyü yarımbişdikdə paxla və şüyüd tökülüb qarışdırılır. Sonra süzülür. Zövqə görə qazmaq hazırlanıb qazanda dağ üstünə bir tərəfdən yığılır, sonra qalan düyü ətin yenidən qapağı örtülüb dəmə qoyulur.
Ömər və Osman paşalar
Osmanlı ordusunun azərbaycanlı paşaları Bu xanzadələr 1856-57-ci illərdə Türkiyəyə mühacirət etmiş və orada ömürlərinin sonuna qədər Paşa (general) rütbəsində hərbi və mülki hökumət xidmətlərində olmuş iki qardaş, Ömər bəy və Osman bəy Allahverdi bəy oğlu Qasımxanlılardır. Mustafa xana (1763 – 1844) qədər müəyyən vaxt kəsiyində Şirvana xanlıq etmiş Məmməd Səid xanın (1729 — 1769) nəticələri, onun oğlu Qasım xanın (1763 — 1828) nəvələri və nəvəsi Allahverdi bəyin (1796 — 1824) oğlanlarıdırlar. Mustafa xanın atası Ağası xanla (1731 -1789) Məmməd Səid xan doğma qardaşlardır, ataları Allahverdi bəy Əsgər bəy oğlu (? – 1767) Xançobanılar tayfasınm Ali-Sərkar nəslindındirlər. Ali-Sərkar sərkar ailəsi, sərkar xanədanı deməkdir. Sərkar ismi farsca “sər” -baş, başçı və “kar”- iş, xidmət mənası verən iki söz birləşməsidir. Dilimizdə indi də “sərdar”, “sərkar”, “sərlövhə” kimi bır sıra sözlər işlənməkdədir. Burada Ali-Sərkar “Başçılar ailəsi”, “Başçılar xanədanı” mənasında işbnmişdir. Xançobani tayfasından olan Əsgər bəyin nəslinə verilmiş bu san son Şirvanşahlar dövründən gəlir. Deyilənə görə bu nəslin babaları o zaman saray xidmətçisi olmuşlar, şahlarla qohumlaşmış, müəyyən bir vəzifə daşımış və saray əyanlarından sayılmışlar.