Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Paykənd
Paykənd — Buxaradan 40 km qərbdə yerləşən qədim şəhər. Böyük İpək yolunun üstündə ən böyük düşərgələrdən biri Paykənd şəhəri idi. Buradan yol Xorasandan keçib Rey və Həmədana, habelə Bizans qalası Neseviyyədən (Nizib) keçib Suriya və Konstantinopola gedirdi. Çin dənizinin sahillərindən İran sərhədlərinə qədər məsafə 150 günə qət edilirdi, buradan Roma sərhəddindəki Nizibə qədər yolu keçmək üçün isə 80 gün vaxt lazım gəlirdi. 672-ci ildə Übeydulla ibn Ziyad Romintanı tutdu. Buxara təhlükə qarşısında qaldı. Onun qoşunu 674-cü ildə Amudərya sahillərinə çıxdı və Paykəndi tutdu. Ərəblər Buxaraya hücum etdib onu qarət etdilər. 675-ci ildə Übeydulla Xorasandan geri çağrıldı və onun yerinə Səid ibn Osman təyin edildi. O, Buxaraya yürüş etdi.
Nalbənd
Nalbəndlik — peşə. Nalbənd (Pəmbək) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Nalbənd (Çaypara) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. Nalbənd (ağac) — Qaraağac fəsiləsinin qaraağac cinsinə aid bitki.
Peyvənd
Peyvənd və ya Vaksin (fr. Vacca) — orqanizmin xəstəliklərə qarşı immun müqavimətini qüvvətləndirən bioloji maddə. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar, onların ifraz etdiyi bəzi antigen xassəli maddələrdir. Vaksin həmçinin gen mühəndisliyi ilə də alına bilir. İmmun sistemi bu maddələri antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır (humoral immunitet). Yaxud da hüceyrə immuniteti ilə, yəni T limfositlər vasitəsilə məhv edir. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından ən effektli və iqtisadı cəhətdən ən əlverişli üsul vaksinasiyadır. Əsas prinsipini müəyyən infeksion törədiciyə qarşı spesifik immun cavabın yaranması təşkil edir. Bu proses isə aktiv immunizasiya adlanır. Belə spesifik əks cisimlər hazır şəkildə heyvanlardan və ya donor insanlardan alınıb orqanizmə yeridilməsi passiv immunizasiyadır.
Çaykənd
Yaşayış məntəqələri Azərbaycan Çaykənd (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Çaykənd (kənd, Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Çaykənd (qəsəbə, Göygöl) — Azərbaycanın Göygöl rayonunda qəsəbə. 5 oktyabr 1999-cu ildə ləğv olunmuşdur. Çaykənd (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Çaykənd (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Çaykənd (Şuşa) — Azərbaycanın Şuşa rayonunda kənd. Çaykənd (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Yuxarı Çaykənd — Azərbaycanın Şəmkir rayonunda kənd. İranda Çaykənd (Zəncan) — Çaykəndi (Əhər) — Ermənistan Çaykənd (Qaraqoyunlu) — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda kənd.
Ağbənd
Ağbənd – Azərbaycan Respublikasının Zəngilan rayonunun Vejnəli kənd inzibati ərazi dairəsində qəsəbə. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 2020-ci ilin oktyabr ayının 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. == Tarixi == Ağbənd qəsəbəsi Araz çayının sahilində, Ağbənd dağının ətəyindədir. Yaşayış məntəqəsi adını ətəyində salındığı dağın adından almışdır. 1958-ci ildə meydana gəlmiş bu qəsəbəni Bartaz, Vejneli, Dəlləkli, Əmirxanlı, Baharlı, Çöpədərə və Sürtük kəndlərindən gəlmiş ailələr salmışdır. Qazaxıstanın Selinoqrad vilayətində Akbənt qəsəbəsi qeydə alınmışdır. == Ağbənd dağı == Zəngilan rayonu ərazisində dağ. Ağbənd qəsəbəsinin cənub-şərqindədir. Süxurları ağ rəngdə olan dağ Araz çayının dərəsinə doğru bəndi xatırladan formada uzandığı üçün belə adlandırılmışdır.
Rabənd
Rəbənd — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Nalbənd (Pəmbək)
Nalbənd — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Rayon mərkəzindən 11 km məsafədə, Bəykənd çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1930 - cu illərdə Leninakan adlı rayonun tabeliyində olmuşdur. Burada 30 - cu illərdə Nalbənd adlı dörd toponim olmuşdur. Nalbənd kəndi, Nalbənd qışlağı, Nalbənd vağzalı, Nalbənd dəmiryolu. Toponim Azərbaycan dilində peşə mənasında işlənən nalbənd (nalçı, heyvanların ayağına nalvuran adam) sözü əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.l.
Nalbənd (Talış)
Nalbənd (fars. نعلبند‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 458 nəfər yaşayır (102 ailə).
Nalbənd (Çaypara)
Nalbənd (fars. نعلبند‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 194 nəfər yaşayır (54 ailə).
Neybənd (Qürvə)
Neybənd (fars. ني بند‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 298 nəfər yaşayır (70 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Pajbərd (Soyuqbulaq)
Pajbərd (fars. پاژبرد‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 75 nəfər yaşayır (13 ailə).
Paşbərd (Sərdəşt)
Paşbərd (fars. پاش برد‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 49 nəfər yaşayır (6 ailə).
Salbənd (Maku)
Salbənd (fars. سالبند‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 142 nəfər yaşayır (25 ailə).
Yuxarı Çaykənd
Yuxarı Çaykənd (1991-ci ilədək Barum) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Kəndin əhalisi 414 nəfər təşkil edir ki, onun da 222 nəfəri kişi, 192 nəfəri isə qadındır. Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Çaykənd (Daşkəsən)
Çaykənd (əvvəlki adı: Kətişen) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Çovdar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Daşkəsən rayonunun Kətişen kəndi Çaykənd kəndi adlandırılmışdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini vaxtilə Qarabağdan və Gürcüstandan köçmə erməni ailələri salmışlar. Oykonim qet (erm. çay) və şen (erm. kənd) sözlərinin birləşməsindən əmələ gəlib, "çay sahilindəki kənd" mənasındadır. 1992-ci ildən kəndin adı Çaykənd kimi rəsmiləşdirilmişdir. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd dağətəyi ərazidə yerləşir. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Çaykənd (Gədəbəy)
Çaykənd, Qasımağalı (?-2015) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Əmiraslanlı kənd inzibati ərazi dairəsində kənd. 29 may 2015-ci ildə Əmiraslanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Qasımağalı kəndi Çaykənd kəndi adlandırılmışdır. Kiçik Qafqaz dağının ətəyindədir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 118 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Çaykənd (Kəlbəcər)
Çaykənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çaykənd kənd inzibati ərazi dairəsində kənd. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. Tərtər çayının sahilində, dağətəyi ərazidədir. Kənd əhalisi 1856 qafqaz təqviminə görə. Qıpçaq türklərinə mənsubdur.
Çaykənd (Qaraqoyunlu)
Çaykənd (1991-ci ildən Dprabak) — Qаrаqоyunlu mahalına aid kənd. İndiki adı Dprabak. Hazırda Göyçə mahalının da daxil olduğu Geğarkunik marzına daxildir. Ermənistan SSR-in Mixaylovka – Çəmbərək rayonunda, Tərsəçay sahilində, rayon mərkəzindən 22 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 409, 1914-cü ildə 677, 1931-ci ildə 662 nəfər olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur. Elektrik işığı ilə ən tez təmin olan kənd Çaykənd və Gölkənd olmuşdur. 1951-1953-cü illərdə həmin kəndlərdə tikilmiş xırda su-elektrik stansiyası vasitəsilə evlərə elektrik işığı verilmişdi. İlk dini və dünyəvi məktəblər də çaykənddə olub. Əvvəlcə ibtidai, sonra yeddillik olan, daha sonra isə orta məktəb açılmış və 1988-ci ilin məlum hadisələrinə qədər fəaliyyət göstərib.
Çaykənd (Zəncan)
Çaykənd — İranın Zəncan ostanında kənd. Mərkəzi şəhristanının Mahnişan bölgəsində, Ənquran kəndistanında, Mahnişan qəsəbəsindən 27 km cənubdadır.
Çaykənd (Şuşa)
Çaykənd — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Xanalı kənd Sovetindən Çaykənd kəndi Şırlan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Çaykənd kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. Yaşayış məntəqəsi çay kənarında yerləşdiyinə görə Çaykənd adlandırılmışdır. Kənd dağətəyi ərazidə yerləşir.
Çaykənd (Şəmkir)
Çaykənd (1991-ci ilədək Barsum) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Aşağı Çaykənd Şəmkir rayonunun Barsum inzibati ərazi vahidində kənd. Dağ ətəyində yerləşir. XIX əsrdə bu ərazidə Gürcüstandan və Ermənistandan gəlmə ermənilər məskunlaşdıqdan sonra kəndin adı Barsum kimi rəsmiləşdirilmişdir. Hal-hazırda, əsasən Ermənistanın Qaraqoyunlu mahalının Çay-kənd kəndindən və Göyçə mahalından didərgin salınmış Azərbaycanlı ailələr burada məskunlaşmışlar. Qədim tarixə malik Çaykənd kəndində elmi araşdırmalar aparmaq üçün qədimi abidələrlə zəngindir,rayon mərkəzindən uzaq və dağlıq ərazidə olmasına görə arxeoloqların nəzərini cəlb etməsə də,yaxın gələcəkdə elmə yeni töhfələrin verəcəyinə və kəndin qədim tarixinin üzə çıxmasına səbəb olacaqdır Kənddə klub, kitabxana fəaliyyət göstərir, 1 orta məktəb binası, tibb məntəqəsi var. Şəmkir, Daşkəsən və Gədəbəy rayonlarının sərhədində yerləşir, kənd dağlarla əhatə olunub və 3 tərəfinin də dağlarla əhatələnməsi kəndin mənzərəsinə xüsusi ahəngdarlıq qatır. Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Çaykənd dəfinəsi
Çaykənd dəfinəsi — Azərbaycan Respublikası Göygöl rayonunun Çaykənd kəndində tapılmış (1935) gümüş sikkə dəfinəsi. Dəfinə (ümumi çəkisi 4830 q) 2297 sikkədən ibarətdir. Sikkələr Osmanlı sultanları II Mehmet və II Bəyazid (1 sikkə), Ağqoyunlu Rüstəm və Məhəmməd (2), Şirvanşah Fərrux Yasar və II Şeyx İbrahim (1930 sikkə), habelə Səfəvi I İsmayılın (354 sikkə) hakimiyyəti dövründə kəsilmişdir. Çaykənd dəfinəsinin XVI əsrin I rübündə basdırıldığı ehtimal olunur. Çaykənd dəfinəsi XV əsrin sonları — XVI əsrin əvvəllərində azərbaycan tarixinin bəzi problemlərini, pul dövriyyəsi maliyyə və çəki sistemini öyrənmək üçün qiymətli mənbədir. Dəfinə Milli azərbaycan Tarixi Muzeyində saxlanılır. Azərbaycan Milli Ensiklopediyası, V cild, Bakı,2014, səh. 467.
Çaykənd kilsəsi
Çaykənd kilsəsi — Çaykənd məbədi Göygöl rayonunda eyni adlı kəndin yaxınlığında, Çaykənd-Göygöl yolunun sağında qeydə alınmışdır. Çaykənd məbədi VI–VIII əsrlərə aid edilmişdir. Məbədin bünövrəsi sal qayanın üzərində qurulmuş düzbucaqlı məbədin uzunluğu 11 m, eni 7 m, hündürlüyü təqribən 6 m, divarlarının qalınlığı 0,80 m-dir. Məbədin tağ formalı qapı yeri qorunub qalmışdır. Bu girişin hündürlüyü 1,35 m, eni 0,40 m-dir. Məbədin tağbənd formalı qapı yerinin yaxınlığında kitabə qeydə alınmışdır. A. M. Məmmədov kitabənin üzərində Alban yazısının və xaçların olduğunu qeyd etmişdir. Həmçinin məbədin divarında ibadət zamanı şamları qoymaq üçün xüsusi taxçaların olduğunu qeyd etmişdir. Məbədin şərq tərəfində düzbucaqlı çərçivədən kənara çıxmayan yarımdairə formalı mehrab apsidası yerləşmişdir. Məbədin şərq divarının ortasında apsidaya açılan pəncərə vardır.
Aşağı Çaykənd
Çaykənd (1991-ci ilədək Barsum) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Aşağı Çaykənd Şəmkir rayonunun Barsum inzibati ərazi vahidində kənd. Dağ ətəyində yerləşir. XIX əsrdə bu ərazidə Gürcüstandan və Ermənistandan gəlmə ermənilər məskunlaşdıqdan sonra kəndin adı Barsum kimi rəsmiləşdirilmişdir. Hal-hazırda, əsasən Ermənistanın Qaraqoyunlu mahalının Çay-kənd kəndindən və Göyçə mahalından didərgin salınmış Azərbaycanlı ailələr burada məskunlaşmışlar. Qədim tarixə malik Çaykənd kəndində elmi araşdırmalar aparmaq üçün qədimi abidələrlə zəngindir,rayon mərkəzindən uzaq və dağlıq ərazidə olmasına görə arxeoloqların nəzərini cəlb etməsə də,yaxın gələcəkdə elmə yeni töhfələrin verəcəyinə və kəndin qədim tarixinin üzə çıxmasına səbəb olacaqdır == Mədəniyyəti == Kənddə klub, kitabxana fəaliyyət göstərir, 1 orta məktəb binası, tibb məntəqəsi var. == Coğrafiyası və iqlimi == Şəmkir, Daşkəsən və Gədəbəy rayonlarının sərhədində yerləşir, kənd dağlarla əhatə olunub və 3 tərəfinin də dağlarla əhatələnməsi kəndin mənzərəsinə xüsusi ahəngdarlıq qatır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Çaykənd əməliyyatı
Çaykənd əməliyyatı və ya "Halqa" əməliyyatı (rus. Операция «Кольцо», Operatsiya Koltso; erm. «Օղակ» գործողություն, Oghak gortsoğutyun) — 1991-ci ilin may ayında Qarabağın Şaumyan, Şuşa, Xocavənd, Hadrut bölgələrində və Ermənistan SSR-in Noyemberyan, Gorus və Tavuş mərzlərində Sovet Daxili qoşunları və OMON-un keçirdiyi hərbi əməliyyat. Rəsmi olaraq "pasport yoxlanılması" adlanan əməliyyat, Sovet İttifaqının daxili işlər və müdafiə nazirliklərinin əsas məqsədi erməni hərbi dəstələrinin silahsızlaşdırması idi. Əməliyyatda Sovet Quru Qoşunları hərbi nəqliyyat vasitələri, artilleriya və vertolyotlarla müşayiət olunurdu və özünü fədai adlandıran erməni silahlı dəstələrini məhv etmək nəzərdə tutulurdu. Çaykənd əməliyyatı strateji məqsəd güdürdü. Qarabağın hüdudlarında erməni kəndlərini boşaldan Azərbaycan hökuməti fədailəri təcrid edib, onların təchizat yollarını kəsməyə çalışırdı, Qarabağ ətrafında azərbaycanlıların məskunlaşdığı yeni kəndlərdən "halqa" yaratmaq istəyirdi. Azərbaycan tərəfindən Çaykənd əməliyyatında, general Məhəmməd Əsədovun rəhbərlik etdiyi OMON-da isə yalnız azərbaycanlılar xidmət edirdilər. Əməliyyatda OMON-un komandiri Rövşən Cavadov da aktiv iştirak etmişdir. Çaykənd əməliyyatı Qarabağ münaqişəsinin açıq, hərbi mərhələsinin başlanğıcı oldu.
Haylend (rəqs)
Haylend (şot.kelt dannsa Gàidhealach) — ənənəvi şotland rəqslərindən biridir. Rəqs əsasən barmaqlar üzərində tullanış və ayaqların hərəkət elementlərindən ibarətdir. Rəqqasın gövdəsi həmişə düz olmalı, əl hərəkətlərindən az istifadə etməlidir. == Termin == Hal-hazırda highland dancing ("Dağlıların rəqsi") terminindən adətən XIX və XX əsrlərdə bayramlar və Dağlı oyunları zamanı keçirilən yarışlar ərzində günümüzə qədər gəlib çıxan şotland solo rəqslərinin xüsusi stilini bildirmək üçün istifadə olunur. Tuluq ifaçısının müşayiəti bu yarışların tipik və mütləq cəhəti sayılırdı. Rəqqaslar mütləq xüsusi rəqs ayaqqabıları — qillilərdə (şotland dilində "ghillies") çıxış etməli idilər. Əslində bu termini tək bir rəqsə aid etmək düzgün olardı, çünki təkcə bir rəqs Şotlandiyanın Haylend ərazilərində yaranmışdır. Haylend rəqsi kənardan çoxlu təsirlərə məruz qalmışdır. Məsələn, şəhər estetikası rəqsə çox böyük təsir göstərmişdir. Həmin şəxslər əsasən, yarış hakimləri və rəqqasların himayədarları olmuşlar.
Haylend-Park
Haylend-Park (ing. Highland Park) — ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən məhəllə.