Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
HEAT
Yüksək partlayıcılı tank əleyhinə mərmi (ing. high-explosive anti-tank) (HEAT) və ya Kumulyativ mərmi - kumulyativ effektdən istifadə olunan əsas artelleriya təyinatlı mərmi növüdür. Zirehli (tank, pzm və sairə), eləcə də dəmir-beton hədəfləri vurmaq üçün nəzərdə tutulur. Kumulyativ mərmi korpusdan, partlayıcı doldurucudan, kumulyativ çuxurcuqdan, partladıcıdan və trasserdən ibarətdir. Yüksək çıxış sürətini Neuman effekti ilə istifadə edərək möhkəm və qalın zirehi daha təsirli bir şəkildə vurur. Səs sürətindən 25 dəfə daha sürətli hərəkət edərək, zirehə yüksək təsir göstərir. Mərminin xarici hissəsi metal astarla örtülmüşdür. İkinci Dünya Müharibəsi dövründə misdən istifadə edilmişdir. Mərmi tank zirehinə çatmazdan 2 metr əvvəl əsasən bölünür və dağılır. HEAT mərmisinin effekttivliyi əsasən döyüş başlığının diametri ilə mütənasibdir.
PIAT
Projector Infantry Anti Tank (Azərbaycanca Piyadanın Anti Tank Layihəsi) Böyük Britaniya tərəfindən istehsal edilmiş olan anti-tank silahıdır. Silah dünya müharibəsində ingilis ordusunun daha güclü bir anti-tank silahına olan ehtiyacından yaradılmışdır. Mərminin çıxış sürəti: 76 m/s Effektiv məsafə: 110 m Maksimal məsafə: 320 m Mərmi ağırlığı: 1.1 kq PIAT mərmi quyruğunda bir kartuşdan istifadə edərək 1.1 kq-lıq bomba atan havalı harç sisteminə əsaslanır. PIAT öz dövrünün digər anti-tank silahları ilə müqayisədə daha çox üstünlüyə malik idi və Böyük Britaniya ordusu ilə yanaşı millətlər cəmiyyətinin üzvlərinin və müttəfiq qüvvələrinin üzvlərinə də verilmişdi.
Pert
Pert (ing. Perth) — Qərbi Avstraliya ştatının paytaxtı. Memarlığında qədim Viktorian üslubunun qorunub saxlanıldığı mənzərəli şəhərdir. 1911-ci ildən əsasi qoyulmuş qədim ingilis üslubunda tikilmiş universitet fəaliyyət göstərir. == Tarixi == Şəhərin əsasını Kapitan Ceyms Stirlinq 12 iyun 1829-cu ildə qoyub.
SEAT
SEAT, İspan avtomobil istehsalçısı. 1919-da qurulan firma 1931-ci ilə qədər Fiat-Hispania adı altında satılmışdır. Şüarı "Avto Emocion"-dur.
Beat It
"Beat It" (azərb. "Vur Onu"‎) — Maykl Cekson tərəfindən yazılan və müğənninin altıncı solo albomu olan "Thriller"ə daxil edilən mahnı. "Thriller" albomuna daxil olan "The Girl Is Mine" və "Billie Jean" mahnılarından sonra "Beat It" mahnısı da hit-paradlarda böyük uğur qazanmışdır. Mahnı 14 fevral 1983–cü ildə albomdan çıxarılan sayca üçüncü sinql olmuşdur. Mahnıya həmçinin klip də çəkilmişdir. Klipdə Maykl Cekson qanqsterlərin əhatəsində rəqs edir. Satış uğurlarına görə mahnı iki "Qremmi", iki "American Music Award" mükafatına layiq görülmüşdür. Həmçinin, mahnının qazandığı uğur (klipiylə birgə) "Thriller" albomunun "bütün zamanların ən çox satılan albomu" olmasında böyük rol oynamışdır. Mahnı 1989–cu ildə platin sertifikat almışdır. "Rolling Stone" dərgisi "Beat It" mahnısını "bütün zamanların 500 ən məşhur mahnısı" siyahısında 35-ci yerə layiq görmüşdür.
Dr. Beat
"Dr. Beat" (azərb. Ürək həkimi‎) — ABŞ-nin "Miami Sound Machine" qrupunun nümayəndəsi olan Qloriya Estefan tərəfindən ifa edilən məşhur sinqldır. == Komplizasiyaların siyahısı == U.S. Vinyl 12" Maxi-Single (49 05023) "Dr. Beat" (Long Version) "Dr. Beat" (Instrumental Version)Worldwide Vinyl 7" Single (34 04574) "Dr. Beat" (Album Version) "When Someone Comes Into Your Life" (Album Version) == Hit parad mövqeyi == == Orijinal versiyalar == Orijinal versiyalar Album Version — 4:26 Long Version — 6:26 Instrumental Version — 5:26 == Kaver versiyalar == 1997: Sandra Kretu (Almaniya) 2000: Prezioso feat.
Miami Heat
Mayami Hit — Florida ştatının Mayami şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransında mübarizə aparır.
PEST analizi
PEST təhlili (siyasi, iqtisadi, sosial-mədəni və texnoloji) strateji idarəetmənin ətraf mühitə nəzarət komponentində istifadə olunan makro ekoloji amillərin çərçivəsini təsvir edir. Strateji təhlil apararkən və ya bazar araştırması apararkən xarici təhlilin bir hissəsidir və nəzərə alınması lazım olan müxtəlif makro ətraf mühit amilləri haqqında məlumat verir. Bazarın inkişafı və ya tənəzzülü, iş mövqeyi, potensial və fəaliyyət istiqamətlərini anlamaq üçün strateji bir vasitədir. PEST çərçivəsində qurulan variantlara aşağıdakılar daxildir: Hüquqi və ekoloji amillər özündə birləşdirən PESTEL və ya PESTLE . Bu amil Birləşmiş Krallıqda məşhurdur. SLEPT, hüquqi faktorlar STEPE, ekoloji faktorlar. STEEPLE və STEEPLED etik və demoqrafik (bəzən PESTLEE kimi göstərilir ) amillər. DESTEP, demoqrafik və ekoloji amilllər SPELIT, 2000-ci illərin ortalarından bəri ABŞ-da məşhur olan hüquqi və mədəniyyətlərarası amilləri. PMESII-PT, hərbi baxımdan siyasi, hərbi, iqtisadi, sosial, informasiya, infrastruktur, fiziki mühit və zaman aspektlərinə baxan ekoloji təhlil formasıdır. Həmçinin, sosial-mədəni, texnoloji, iqtisadi, ekoloji və tənzimləyici amilləri nəzərə alan, lakin siyasi amilləri özündə əks etdirməyən STEER də var.
Pert (Şotlandiya)
Pert (ing. Pert, şot.kelt Peairt) — Böyük Britaniyaın Şotlandiya regionunda yerləşən şəhər, Pert və Kinross vilayətinin inzibati mərkəzi (1975-ci ilədək Pertşir qraflığının inzibati mərkəzi).
Peşt (medye)
Peşt (mac. Pest) — Macarıstanın medyesi, Mərkəzi Macarıstanda yerləşir. Medyenin ərazisindən Dunay çayı keçir. İnzibati mərkəzi — Budapeşt. Peşt medyesi Nitra və Banska Bistritsa diyarları ilə (Slovakiya), həmçinin Noqrad, Xeveş, Yas-Nadkun-Solnok, Feyer, Komarom-Esterqom və Baç-Kişkun medyeləri ilə sərhəddir. == İnzibati-ərazi bölgüsü == === Yaraşlara bölünməsi === 2013-cü il iyulun 15-dən Macarıstanda medyenin köhnəlmiş ərazilərin əvəzinə yaraşlara bölünməsi qüvvəyə mindi. === Rayonlara bölünmə === Medyenin rayonlara bölünməsi (kistershegi) 2013-cü il iyulun 15-dən etibarən köhnəlmişdir. Bu cədvəldə verilən məlumat yalnız tarixi maraqlara malikdir.
Pikes Peak
Pikes Peak, Amerika Birləşmiş Ştatlarının Kolorado əyalətindəki Rocky Dağlarında yerləşən bir zirvədir. Dağ Colorado Springsdən 19.3 km cənubda yerləşir və 4.302 metr hündürlükdədir. Amerikalı tədqiqatçı Zebulon Pikenin adını daşıyır. Pikes Peak, xüsusilə illik Pikes Peak International Hill Climb avtoyarışı ilə məşhurdur. Dağ həm də xizək kurortuna ev sahibliyi edir. Pikes Zirvəsi 1961-ci ildən Milli Tarixi Abidə elan edilmişdir.
Shojo Beat
Shojo Beat — Viz Media tərəfindən Şimali Amerikada nəşr olunan şoco manqa jurnalı. 2005-ci ilin iyun ayında Shonen Jump jurnalının qardaş jurnalı kimi nəşr olunan jurnal, altı manqa seriyasından olan seriyalı fəsillərdən ibarət idi. Jurnalda həmçinin Yaponiya mədəniyyəti, manqa, anime, dəb və gözəllik haqqında məqalələrə yer verilirdi. İlik dərcindən sonra, Shojo Beat iki redizayna məruz qaldı və ümumi yapon manqa antologiyalarında olduğu kimi, ilk ingilis antologiyalı siyan və magenta mürəkkəb tonlarını istifadə edən jurnal oldu. Viz Media öz manqalarında, yapon layt-novel və anime bölmələrini jurnalının məzmunu ilə əlaqələndirmək üçün "Shojo Beat" imprintlərinə başladı. 16-18 yaşlı qadın cinsinə hədəfələnən Shojo Beat-in ilk dərci 20 000 tiraja malik idi. 2007-ci ildə, jurnalın orta tirajı təxminən 38 000 nüsxə idi. Jurnal tirajınını yarısı, mağaza satışlardan daha çox, abunədən gəlirdi. Bəzi tənqidçilər jurnalın erkən dərclərini, darıxdırıcı və zəif yazılmış saysa da, yapon mədəniyyəti haqqında məqalələrin daxili ilə manqa seriyasının qarışdırılması, bir çox tənqidçilər tərəfindən müsbət qəbul edilmişdi. 2009-cu ilin may ayında Viz Media jurnalın nəşriyyatını dayandırdılma planlarını açıqladı — 2009-cu il iyulda jurnalın sonuncu nəşri dərc olundu.
Silviya Plat
Silviya Plat (ing. Sylvia Plath; 27 oktyabr 1932[…], Boston – 11 fevral 1963[…], London) — amerika şairi, yazıçısı. == Həyatı == 1932-ci ildə doğulan amerikalı yazıçı Silviya Platın atası alman, anası amerikalı idi. O, daha çox ağrılı həyatı və faciəvi ölümü ilə tanınır. İlk şeirini səkkiz yaşında yazan şair bütün həyatı boyu manik depressiyadan əziyyət çəkib. Kollecdə oxuyarkən intihara cəhd etdiyi üçün ruhi dispanserə yerləşdirilir. Dispanserdən çıxdıqdan sonra Kembric Universitetində təhsil alır. İngiltərədə olarkən 1956-cı ildə gələcəkdə evlənəcəyi ingilis şair Ted Hyuzla tanış olur. Qısa müddət sonra Plat və Hyuz evlənib Bostona köçürlər. Plat hamilə qaldıqdan sonra yenidən İngiltərəyə qayıdırlar.
Pat (şahmat)
Pat (fransızca pat, italyanca patta — "heç-heçə oyun") — Şahmat termini Şahların gediş edə bilmədiyi vəziyyət. Özü də burada digər fiqurların və piyadaların da gediş etməyə imkanı olmur.
Pat Benatar
Pet Benatar (ing. Patricia Mae Andrzejewski; 10 yanvar 1953, Bruklin, Nyu-York ştatı) — Polşa əsilli ABŞ müğənnisidir. 4 dəfə Qremmi mükafatına sahib olmuşdur. Onun ən yaxşı mahnıları sırasında «Love Is a Battlefield», «Hit me with your best shot», «We belong», «Heartbreaker» və «Invincible» kimi mahnılar seçilir. Pet Benatar Mezzo-soprano səsinə malikdir. == Həyatı == Pet Benatar 10 yanvar 1953-cü ildə ABŞ-də Nyu-York ştatının Bruklin ərazisinin şimalında yerləşən Qrinpoint rayonunda tənəkəçi Endryu Andrzejevski (ing. Andrew Andrzejewski) və kosmetoloq Mildred Andrzejevski (ing. Mildred Andrzejewski) ailəsində doğulmuşdur. Onun 3 yaşı tamam olduqda ailəsi Nyu-Yorkun Lindenhörst ərazisinə köçürlər. Petin atası polşalı, anası isə ingilis, irland və alman əsilli idi.
Pet (personaj)
Pet - Luis Kerrollun Alisa möcüzələr ölkəsində əsərinin qəhrəmanlarından biridir.
Pet Benatar
Pet Benatar (ing. Patricia Mae Andrzejewski; 10 yanvar 1953, Bruklin, Nyu-York ştatı) — Polşa əsilli ABŞ müğənnisidir. 4 dəfə Qremmi mükafatına sahib olmuşdur. Onun ən yaxşı mahnıları sırasında «Love Is a Battlefield», «Hit me with your best shot», «We belong», «Heartbreaker» və «Invincible» kimi mahnılar seçilir. Pet Benatar Mezzo-soprano səsinə malikdir. == Həyatı == Pet Benatar 10 yanvar 1953-cü ildə ABŞ-də Nyu-York ştatının Bruklin ərazisinin şimalında yerləşən Qrinpoint rayonunda tənəkəçi Endryu Andrzejevski (ing. Andrew Andrzejewski) və kosmetoloq Mildred Andrzejevski (ing. Mildred Andrzejewski) ailəsində doğulmuşdur. Onun 3 yaşı tamam olduqda ailəsi Nyu-Yorkun Lindenhörst ərazisinə köçürlər. Petin atası polşalı, anası isə ingilis, irland və alman əsilli idi.
Pet Nikson
Pet Nikson (ing. Thelma Catherine Ryan "Pat" Nixon; 16 mart 1912[…], Eli[d], Nevada – 22 iyun 1993[…], Park Ridj[d], Nyu Cersi) — ABŞ siyasətçisi, 39-cu Prezidenti Riçard Niksonun həyat yoldaşıdır. == Həyatı == Pet Nikson 1912-ci ildə ABŞ-nin Nevada ştatında dünyaya gəlmişdi. Ailəsi ilə birlikdə Kaliforniyanın Los Anceles şəhərinə köçür. 1929-cu burada Litseyin məzunu olur. Pet kollecdə təhsil almaq üçün müxtəlif yerlərdə işləməyə başlayır. 1940-cı ildə Riçard Nikson ilə ailə həyatı qurur. Onların iki qız övladları dünyaya gəlir. Qızların adları Trişa və Culiyadır. 1969-cu ildən 1974-cü ilə kimi ABŞ-nin ilk ledisi olur.
Pet Sounds
Pet Sounds — "The Beach Boys" rok qrupunun on ikinci studiya albomu.
Got the Beat
Got the Beat (kor. 갓더비트; Gatdeobiteu; GOT the beat kimi stilizə olunub) 2022-ci ildə SM Entertainment tərəfindən yaradılmış Cənubi Koreya superqrupudur. Girls On Top layihə qrupunun ilk alt bölməsidir və yeddi üzvdən ibarətdir. :BoA, Girls Generation-dan Teyon və Huyon, Red Velvet-dən Solci və Vendi, Aespa-dan Karina və Vinter. == Tarixçə == === Arxa plan === Got the Beat qrupunun bütün üzvləri SM Entertainment-in səsyazma sənətçiləri qrupunun bir hissəsidir. BoA 2000-ci ildə 13 yaşında soloist kimi debüt etdən aktiv sənətçi idi. Teyon və Huyon 2007-ci ildə Girls Generation üzvləri və 2018-ci ildə Girls Generation-ın ikinci alt bölməsi Oh!GG üzvləri kimi debüt etdilər. Teyon həm də 2012-ci ildən Girls Generation-ın ilk alt bölməsi Girls Generation-TTS-nin üzvüdür. Teyon və Huyon 2015 və 2016-cı ildən solistdirlər. Solci və Vendi 2014-cü ildə Red Velvet üzvləri kimi debüt etdilər.
Silence (feat Leela)
Silence (feat Leela) – C. C. Catch tərəfindən 2004-cü ildə ifa edilən mahnıdır.
The Pet Goat
The Pet Goat-Amerikan yazıçısı Siegfred Engelmanın ibtidailər üçün yazdığı qısa hekayə.Bəzən "Mənim ev Keçim" deyə tərcümə edilsədə bu əslində səhvdir. == Haqqında == Hekayəni 2004-cü ilə qədər 1970-ci ildən bəri yazdığı 1000+ arasında xatırlamayan Siegfried "Zig" Engelmann yazmışdır. 2001-ci ildə "Heyvan Keçi" Sinif Oxu Ustası: Rainbow Edition, Səviyyə 2, Hekayə kitabı 1; tələbələri E hərfi ilə bitən sözlər haqqında öyrətmək üçün hazırlanmışdır. Hekayə hər şeyi yediyi üçün gələcəyi qeyri-müəyyən olan bir qızın keçi haqqında danışır, ancaq qəsd edəni döyərək soyğunu pozduqdan sonra qızın valideynləri keçinin qalmasına icazə verir . Hekayə və iş dəftəri Maykl Murun "Fahrenheit 9/11" sənədli filmi yayımlandıqdan sonra diqqəti cəlb etdi. 2004-cü ilə qədər təqaüdə çıxan professor Engelmann filmi görməmişdi və hekayəsinin aldığı diqqətə təəccübləndi: "Bu mənə heç bir şöhrət gətirmədi, Hər kəsin belə bir şeylə maraqlanacağı heyrətamizdir." == 11 sentyabr 2001 == 11 sentyabr 2001-ci ildə ABŞ Prezidenti George W. Buş tələbələr və işçilərlə görüşmək və təhsil islahatları planlarına diqqəti cəlb etmək üçün Emma E. Booker İbtidai məktəbinə getdi. Sarasota, Florida məktəbinə gəldikdə, prezidentə Bir Dünya Ticarət Mərkəzinə ilk təyyarə qəzası barədə məlumat verildi, baxmayaraq ki, bəlkə də bu yalnız kiçik bir pervanel təyyarəsi olması barədə məlumat verildi. Prezident Buş Kay Danielsin sinif otağında oturarkən və tələbələri "Heyvan Keçi" ni oxuyarkən, Ağ Evin Baş Qərargah rəisi Endryu Kard prezidentin qulağına pıçıldamaq üçün dedi: "İkinci bir təyyarə ikinci qülləyə dəydi. Amerika hücum altındadır. Bundan sonra uşaqlar oxumağa davam etdilər və Prezident Buş, Wall Street Journal-da deyildiyi kimi - "sərt nəzarət altında olmağa çalışırdı."prezidentin səylərinə baxmayaraq tələbələr bir şeyin səhv olduğunu bilirdilər; daha sonra dedilər ki, prezidentin üzü qızarmış və ciddiləşmiş və ifadəsi "cılızlaşmış, şoka düşmüş və dəhşətə gəlmişdir".
Le-Peaj-de-Rusiyon
Le-Peaj-de-Rusiyon (fr. Le Péage-de-Roussillon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Rusiyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38298. Kommunanın 2007-cu il üçün əhalisi 6569 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 134 ilə 263 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 45 km cənub-şərqdə, Qrenobldan 80 km qərbdə yerləşir.
The Black Eyed Peas
The Black Eyed Peas — Los Anceles şəhərində yaradılan ABŞ musiqi qrupu. 2009-cu ildə qrupun üzvləri: üzvləri will.i.am, apl de ap, Tabbo və Fergie-dir. 2003-cü ildə işıq üzü görən Elephunk albomundan sora qrup təxminən 27 milyon albom və track satışına nail olub.
In the Heat of the Night (albom)
In the Heat of the Night – Pet Benatarın 1979-cu ildə çıxardığı ilk albomudur. Bu albom "Billboard 200" hit-paradında 12-ci mövqe saxlamışdır.
Arat
Arat — türk və altay mifologiyasında Baykal gölündə və ya yeraltındakı böyük dənizdə yaşadığına inanılan qorxunc nəhəng, ölüm balığı. Arağıt, Arağut, Aravut olaraq da tanınmaqdadır. Monqol mədəniyyətində Aratan və ya Arağatan olaraq tanınar. Zaman-zaman yer üzündə yaşayan insanlardan qurban istəyər. Ağzı gırtlağının altında, gözü isə peysərindədir. Bel sümüyü tərs çevrilmişdir. Zəncirlərlə bağlı tutular. Baş və bədənini oynadanda zəlzələlər olur, tufanlar qopar. "Ker Balıq" olaraq da adlandırılar. İndiyə qədər udduğu bütün canlılar orada yaşayırlar.
BMAT
Beynəlxalq Mülki Aviasiya Təşkilatı və ya qısaca ICAO — BMT-nin agentliyi, qərargahı Monrealdadır (Kanada). 1947-ci ilin aprel ayında formalaşmışdır. 190 üzvü var, rəsmi dilləri ingilis, ərəb, çin, fransız, ispan və rus dilləridir. ICAO-nun məqsədi bütün dünyada Beynəlxalq Mülki aviasiyanın təhlükəsiz, nizamlı inkişafını və mülki aviasiyanın, o cümlədən beynəlxalq daşımaların bütün məsələləri üzrə beynəlxalq əməkdaşlığın təşkili və əlaqələndirilməsinin digər aspektlərini təmin etməkdir. ICAO-nun qaydalarına uyğun olaraq beynəlxalq hava məkanı uçuş informasiyasının rayonlarına və hava hərəkətinə nəzarət vasitələrinin imkanları nəzərə alınmaqla sərhədləri müəyyən edilən hava məkanına bölünmüşdür. ICAO-nun funksiyalarından biridə aeroportlara aeronaviqasiya və hava limanları üzrə meteoroloji məlumatların ötürülməsi üçün istifadə olunan dörd hərfli fərdi identifikator — kodların, uçuş planlarının (flight-plans), mülki aerodromların radionaviqasiya xəritələrində təyin olunması və s. təyin edilməsidir. 1992-ci ildə ICAO dekabrın 7-ni Mülki aviasiya günü elan edib. Gələcəkdə bu qərar BMT tərəfindən dəstəklənib. == ICAO nizamnaməsi == Hal-hazırda 190 deyil, 193 üzv vardır.(2022) Beynəlxalq Mülki Aviasiya Konvensiyası (həmçinin Çikaqo Konvensiyası adı ilə tanınır) zamanı təqdim olunan doqquzuncu redaksiya ICAO-nun rəsmi nizamnaməsi hesab olunur ki, bu da 1948-ci ildən 2006-cı ilə qədər olan dəyişiklikləri əhatə edir (ICAO Doc 7300/9).
Bent
Bent — İranın Sistan və Bəlucistan ostanının Nikşəhr şəhristanının Bent bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,302 nəfər və 822 ailədən ibarət idi.
Berat
Berat — Albaniyada şəhər. == Tarixi == Şəhərin 2500 il tarixi olduğu deyilir. Ölkənin ən böyük şəhəri olan Berat osmanlılardan qalma tarixi bir şəhərdir. Berat şəhərindəki Osumi çayı üzərində tarixi Qoritzsa körpüsü yerləşir. Üzərində körpü salınan bu çay müsəlman və xristian məhəllələrini bir-birindən ayırır. Berat şəhəri öz evləri ilə məşhurdur. Şəhər dar küçələri ilə də məşhurdur. Eni 2 metr olan bu küçələri orijinal alban səkiləri bəzəyir. Bərat qalası sanki bir qartal yuvasını xatırladır. Yüksək bir təpə üzərində salınmış qalada bir məhəllə də salınıb.