Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pedant
Pedant (it. Pedante tərbiyəçi, müəllim) xırdaçıl, izafi dərəcədə dəqiqçil, məlumatfüruş, özünü hərtərəfli bilikli göstərməyə, öz biliyini nümayiş etdirərək, başqalarna ağıl öyrətməyə çalışan adam. Bu cür yersiz formal hallar isə pedantizm sayılır.Xalq arasında çox vaxt bu cür insanlar "xırdaçıl", "zəhlətökən", "hərfbaz", "bürokrat" adlandırılırlar. Məsələn; bir dinləyicinin mühazirəçiyə əhəmiyyət kəsb etməyən ədədi (99 qəpik əvəzinə 1 manat; saat 12:29 əvəzinə 12:30; oksigenin atmosferdə miqdarı:20,942 % əvəzinə 21 %) yuvarlaq ifadə etməsinə görə nümayişkarcasına tututduğu irad. Ziqmund Freyd psixoseksual inkişafın fazaları mülahizəsində pedantizmi "anal fazanın" bir xarakter tipi hesab edir.
Adolf Pedan
Adolf Melentyeviç Pedan (ukr. Педан Адольф Мелентійови; 20 aprel 1936, Burın[d], Çerniqov vilayəti – 8 yanvar 1999, Kiyev) — Ukrayna rəssamı, rəssam-multiplikator. == Həyatı == Adolf Pedan 1936-cı il aprelin 20-də Burında (Sum vilayəti) müəllim ailəsində anadan olmuşdur. Lvov Poliqrafiya İnstitutunun Qrafika fakültəsini bitirmişdir (1967). "Kiyevnauçfilm" studiyasının Cizgi filmləri yaradıcılıq birliyində rəssam-multiplikator işləmişdir. Ukrayna Kinematoqraflar Birliyinin üzvü olmuşdur. 1999-cu il yanvarın 8-də Kiyevdə vəfat etmişdir.
Levant
Levant (həmçinin Transiordaniya və Məşriq olaraq tanınır) - Aralıq dənizinin şərqindən Mesopotamiyaya qədər uzanan tarixi ərazinin bəzi qaynaqlardakı adı. Osmanlı İmperiyası zamanında Genuya və Venesiyalı tacirlərinin burada çoxlu ticari faktoriyaları olduğu üçün Levanten adlandırılırdılar.
Vedanta
Vedanta (sanskr. वेदान्त, vedāntaIAST, "Vedaların sonu") — hind fəlsəfəsinin altı əsas teist məktəbindən (mimansa, vedanta, yoqa, sankhya, nyaya, vayşeşika) biri. Mahiyyətcə vedanta induizmdə bir sıra dini-fəlsəfi ənənələrin ümumi adıdır. Vedanta fəlsəfi təlimi özündən əvvəlki bütün konsepsiyalar da daxil olmaqla 2-ci əsrdə yaranmış "Vedanta sutra"dan başlayır. Bu məktəb Vedaların fəlsəfi hissəsi kimi tanınan Upanişdanın interpretasiyası kimi qəbul olunur. 3 filisof və 3 interpretasiya mövcuddur: Advayta (dualist olmayan yaxud monizm) — filosof Şankarın adı ilə bağlıdır. Vişişta Advayta (fərqləndirən monizm) — Ramanudja. Dvayta (dualizm) — filosof Madxva.Advaytada əsas ideya Brahman — əqli olaraq dərk olunmayan son həqiqət, lakin dua və dərin meditasiyalarla dərk olunandır. Brahman — keyfiyyətsiz, yəni fenomenal aləmin bir hissəsi olmayandır. Yalnız şərtilik çərçivəsində konkret anlayış və keyfiyyət xarakteristikaları nəzərdə tutulur.
Medan
Medan — İndoneziyanın Şimali Sumatra əyalətinin paytaxtı. Sumatranın ən böyük şəhəri və İndoneziyada şəhərlərin ölçüsünə görə 2016-cı ildə təxmini əhalisi 2.229.408 olan beşinci ən çox əhalisi olan şəhərdir. Rəsmi olaraq Mebidanqro (metropol olaraq) olaraq bilinən Medan metropol bölgəsində 4.6 milyon insan yaşayır.Bu ölkənin beşinci ən böyük metropol bölgəsidir və Yava xaricində ən böyükdür. Medan çox mədəniyyətli bir paytaxt və Malakka boğazı ilə həmsərhəd bir ticarət şəhəridir. İndoneziyanın qərb hissəsinə açılan bir qapı olan Medan Belavan limanı və Kualanamu Beynəlxalq Hava Limanı tərəfindən dəstəklənir, hər ikisi də şəhərin mərkəzinə pullu yol və dəmir yolu ilə bağlanır. Milli İnkişaf Planlaşdırma Agentliyinə görə Medan Cakarta, Surabaya və Makasarla yanaşı İndoneziyanın dörd əsas mərkəzi şəhərlərindən biridir.
Pekan
Pekan (lat. Carya illinoinensis) – Qozkimilər fəsiləsinin Karya cinsinə mənsubdur. Vətəni Şimali Amerikadır. Pekan və ya Braziliya qozu da deyilir. Burada pekan yabanı və mədəni halda bitir. Pekan 1909-cu ildə Qafqazın Qara dəniz sahillərində, 1934-cü ildə Orta Asiyada və sonra Krımda becərilməyə başlanmışdır. Pekan plantasiyaları Abxaziyada, Azərbaycanda Lənkəran (xüsusən Talışda) və Zaqatalada vardır. Pekan hazırda mədəni halda becərilən qərzəkli meyvədir. 6–8 yaşından məhsul verir. Pekanın çiçəkləməsi və çiçəyinin quruluşu adi qoza bənzəyir.Meyvəsi qərzək içərisində sentyabr-oktyabrda yetişir.
Sedan
Sedan — minik maşının baqaj hissəsi salonundan ayrılmış, adətən iki və ya üç tamölçülü oturacaqlar sırası olan və avtomobillərdə ən geniş istifadə olunan ban növü. == Xüsusiyyətlər == Sedanlarda arxa şüşə demək olar ki bütün hallarda arxa çərçivədə sıx yerləşir, qalxıb/düşmür, baxmayaraq, ki arxa oturacağın arxasında lyuk ola bilər, hətta o, uzun əşyaları daşımaq üçün özü də yığıla bilər. Keçmiş SSRİ və inkişaf edən ölkələr kimi ərazidə avtomobilizasiya yeni başladığından dördqapılı sedanlar hələ çox populyar olacaqlar. Hətta SSRİ-də 80-ci illərdə hetçbeklərin kütləvi istehsalına keçmək eksperimenti alınmadı və 90-cı illərdə sedanlar yenə öz yerlərini möhkəmləndirdilər. İnkişaf edən ölkələrdə Peugeot 206 və Volkswagen Polo kimi avtomobillərini sedan banında istehsal edirlər.
Advayta-vedanta
Advayta-vedanta — insan ruhunun ümumdünya ruhu ilə eyniliyinə dair hind fəlsəfi təlimidir (advayta = "qeyri-ikilik", "vahidlik"), Vedanta məktəbinin əsas tərkib hissələrindən biridir. Bu təlimə görə, insanın ruhu ilə ali ruh bir bütün təşkil edir; dünyada gördüyümüz hər şey ümumdünya ruhunun yaratdığı müxtəlif formalar və eyni zamanda ruhumuzun təəssüratlarıdır. Ruhumuzdan və ali ruhdan kənar heç bir şey yoxdur. Beləliklə, bütün dünya bizim illüziyamızdan, təsəvvürümüzdən başqa bir şey deyil. Yalnız cahilliyimiz bizim ruhumuzu dünya ruhundan ayırır və onu ayrı və azad mövcud hesab edir. Bu cəhalətin aradan qaldırılması insan ruhunun, ruhların reinkarnasiyası haqqında amansız qanunundan tam azad olmasına gətirib çıxarır və Vedantanın fəlsəfi həqiqətlərini öyrənməklə nail olunur. Əsas tezis belə yazılır: “Brahman realdır. Dünya real deyil. Jiva [fərdi ruh; fərdi şüur; eqo] və Brahman birdir və eynidir”; təlim Upanişadların məşhur “tat tvam asi” (“sən osan”) deyimini bu mənada şərh edir. Banisi Qaudapada (VI əsr) və Şankaradır (788-820-ci illər).
Drosera pedata
Drosera binata (lat. Drosera binata) — şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Metaseiulus pedoni
Metaseiulus pedoni (lat. Metaseiulus pedoni) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin metaseiulus cinsinə aid heyvan növü.
Pemont dili
Pyemont dili — İtaliyanın Pyemont bölgəsində danışılan bir qall-italyan dildir. Təxminən 2 milyon nəfər tərəfindən danışılmaqla birlikdə rəsmi dil statusunda olmayıb yerli dil olaraq istifadə edilməkdədir. İtaliya hökuməti tərəfindən İtalyan dilinin bir ləhcəsi kimi qəbul edilməsinə baxmayaraq Etnoloq tərəfindən Lombard dili, Venedik dili, Emiliyano-Romaniyol dili və Liqur dili kimi ayrı bir dil statusundadır.
Viola pedata
Viola pedata (lat. Viola pedata) — bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü.
Adi pekan
Pekan (lat. Carya illinoinensis) – Qozkimilər fəsiləsinin Karya cinsinə mənsubdur. Vətəni Şimali Amerikadır. Pekan və ya Braziliya qozu da deyilir. Burada pekan yabanı və mədəni halda bitir. Pekan 1909-cu ildə Qafqazın Qara dəniz sahillərində, 1934-cü ildə Orta Asiyada və sonra Krımda becərilməyə başlanmışdır. Pekan plantasiyaları Abxaziyada, Azərbaycanda Lənkəran (xüsusən Talışda) və Zaqatalada vardır. Pekan hazırda mədəni halda becərilən qərzəkli meyvədir. 6–8 yaşından məhsul verir. Pekanın çiçəkləməsi və çiçəyinin quruluşu adi qoza bənzəyir.Meyvəsi qərzək içərisində sentyabr-oktyabrda yetişir.
Cüzeppe Peano
Cüzeppe Peano (ing. Giuseppe Peano, 27 avqust 1858[…] – 20 aprel 1932[…], Turin) — İtaliya riyaziyyatçısıdır, riyaziyyatın, riyazi analizin əsaslarına dair işlərin müəllidir; ədədlərin natural sırasının aksiomatikasını yaratmışdır..
Enant turşusu
Enant turşusu (heptan turşusu ) СH3(CH2)5СООН - birəsaslı doymuş karbon turşusudur. Bu yağlıtəhər rəngsiz maye xoşagəlməz qoxumuş yağ iyinə malikdir. Enant turşusunun duzları və anionları enantatlar adlanır. Enant turşusu suda az, lakin etanolda yaxşı həll olur. == İzomerləri == Enant turşusunun aşağıdakı izomerləri var: n-heptan turşusu СН3-СН2-СН2-СН2-СН2-СН2-COOH 5-metilheksanturşusu СН3-СН(СН3)-СН2-СН2-СН2-COOH 4-metilheksanturşusu СН3-СН2-СН(СН3)-СН2-СН2-COOH 3-metilheksanturşusu СН3-СН2-СН2-СН(СН3)-СН2-COOH 2- metilheksanturşusu СН3-СН2-СН2-СН2-СН(СН3)-COOH 3-etilpententurşusu СН3-СН2-СН(СН2-СН3)-СН2-COOH 2-etilpententurşusu СН3-СН2-СН2-СН(СН2-СН3)-COOH == Mənbə == Merck Index, 11th Edition, 4581 David J. Anneken, Sabine Both, Ralf Christoph, Georg Fieg, Udo Steinberner, Alfred Westfechtel "Fatty Acids" in Ullmann's Encyclopedia of Industrial Chemistry 2006, Wiley-VCH, Weinheim.
Ourang Medan
Ourang Medan – Malakka boğazında məlum olmayan səbəbdən bütün heyəti həlak olan və sonradan əfsənəyə çevrilmiş, Niderlanda məxsus kabus gəmi. == Hadisə == 1947-ci ilin iyun ayında Malakka boğazında üzən ABŞ-yə məxsus 2 gəmi Ourang Medan gəmisinin radio operatoru tərəfindən göndərilən "SOS" siqnalını, ardınca isə "Kapitan daxil olmaqla bütün heyətimiz öldü" məzmununda radio siqnalı qəbul edir. Radio dalğalarını qəbul edən, çaşıb qalmış digər 2 gəminin radio operatorlarının son siqnalı açıq-aydın eşidilir: "Ölürəm" mesajı alan gəmilərdən biri olan Silver Star dərhal koordinatları müəyyən edib Ourang Medan gəmisini xilas etmək üçün yollanır. Lakin hadisə yerinə yerinə çatan Silver Star gəmisinin heyəti Ourang Medan gəmisinin yaxşı vəziyyətdə olduğu, ancaq məlum olmayan səbəbdən bütün heyətin cansız cəsədləri ilə qarşılaşırlar (cəsədlərin içində hətta itə məxsus cəsəd də var idi). Ourang Medan hadisəsini qeyri-adi edən digər amil də bütün cəsədlərin əlləri ilə işarə edərək günəşə baxdıqlarının bildirilməsidir. Ağızları axıra kimi açılmışdı, sifətlərində qorxu ifadəsi var idi və dişləri bərk sıxılmışdı. Digər bir qəribəlik isə ölənlərin bədənlərində zərbə və ya zorakılıq əlamətlərin olmamasıdır. Bundan bir müddət sonra tryumların birində bilinməyən səbəbdən tüstünün peyda olması gəmidə axtarış aparan Silver Star gəmisinin heyətinin Ourang Medan gəmisini dərhal tərk etməyə məcbur etdi və bir müddət sonra gəmidə hadisənin baş verməsi səbəbini aydınlaşdırmağa maneə yaradan partlayış baş verdi. Bir neçə saniyə sonra isə Ourang Medan gəmisi sulara qərq oldu. == Səbəblər == === Təhlükəli yüklərı === Fərziyyələrin birinə görə hadisəyə səbəb Ourang Medan gəmisinin qaçaqmalçılıq yolu ilə nitroqliserin, zarin və digər təhlükəli maddələrin daşınması zamanı həmin maddələrin dəniz suyu ilə qarışması səbəbindən heyətin zəhərlənməsi və gəminin partlaması ilə nəticələnib.
Padan ovalığı
Padan ovalığı ( Digər adları: Po ovalığı və ya Po düzənliyi (it. Pianura Padana və ya Val Padana) - İtaliyanının şimalında yerləşən geniş ovalığ olub onun əsas coğrafi strukturlarından biridir. Alp dağlarından başlayan çayların gətirdiyi allüvial çöküntülərin toplanması və çökdürülməsi nəticəsində yaranmışdır. Ovalıq qərbdən şərqə doğru 650 km məsafədə uzanmışdır. Ovalığın eni müxtəlif yerlərdə 70–200 km arasında dəyişir. Ovalığn ümumi sahəsi Po çayı hövzəsinə daxil olmayan Venedikt ovalığı ilə birlikdə 46000 km² təşkil edir. Ovalıq şimaldan Alp dağları, qərbədn Monferatto təpəlikləri, cənubdan Appenin dağları, şərqədn isə Adriaktik dənizi ilə əhatə olunmuşdur. Ovalğın ərazisindən keçən ən böyük çay olan Po çayı Adriaktik dənizinə töküldüyü yerdə böyük delta əmələ gətirmişdir. Ovalıq İtaliyanın ən məhsuldar ərazilərindən biri olmaqla əhalinin məskunlaşmasının böyük sıxlığı ilə seçilir. == İqlimi == Ovalığın iqlimi bəzi yerlərdə mülayim kontinental, əksər yerlərdə isə rütubətli subtropikdir.
Peano aksiomaları
Peano aksiomları — natural ədədlər çoxluğunun təsvirində istifadə edilən, Qiuseppe Peano və Riçard Dedekind tərəfindən irəli sürülmüş dörd əsas və bir köməkçi aksiomdur. Bu aksiomlar aşağıdakılardır: a. Verilən çoxluq boş deyil. Tərkibinə 1 adlandırılan obyekt daxildir. 1 ∈ N {\displaystyle 1\in \mathbb {N} } b. Hər natural ədəd üçün onun ardıcılı deyilən başqa bir natural ədəd vardır (yalnız bir natural ədəd var). c. Ardıcılığı 1 olan heç bir natural ədəd yoxdur. d. İki natural ədədin ardıcılığı bərabərsə, natural ədədləri də bərabərdir.
Peano aksiomları
Peano aksiomları — natural ədədlər çoxluğunun təsvirində istifadə edilən, Qiuseppe Peano və Riçard Dedekind tərəfindən irəli sürülmüş dörd əsas və bir köməkçi aksiomdur. Bu aksiomlar aşağıdakılardır: a. Verilən çoxluq boş deyil. Tərkibinə 1 adlandırılan obyekt daxildir. 1 ∈ N {\displaystyle 1\in \mathbb {N} } b. Hər natural ədəd üçün onun ardıcılı deyilən başqa bir natural ədəd vardır (yalnız bir natural ədəd var). c. Ardıcılığı 1 olan heç bir natural ədəd yoxdur. d. İki natural ədədin ardıcılığı bərabərsə, natural ədədləri də bərabərdir.
Pesan (Urmiya)
Pesan (fars. ‎‎‎‎‎پسان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 402 nəfər yaşayır (76 ailə).
Sedan (rayon)
Sedan (fr. Sedan) — Fransanın Şampan-Ardenn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Ardenlər (departament). Suprefektura — Sedan. Rayon əhalisi 2006-cı ildə 62 129 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 78 nəf / km². Rayon sahəsi — 792 km².
Sedan (şəhər)
Sedan — Fransanın Maas çayı sahilində yerləşən şəhəridir. Şəhər Belçikaya yaxındır. Heç vaxt burada müharibə mərkəzi olmamışdır. Əhalisi 20110 nəfərdir (1990). == Tarixi == Şəhər Sedan qalasının adı ilə adlandırılır. Bu qala 1424-cü ildə tikilib. XVI əsrin sonunda qalanın sahəsi 30 000 kv.km idi. Bu Qərbi Avropanın ən böyük qalası idi. Onun müttəfiqi Buyon qalası idi. Bu qala İspaniyada yerləşir.
Sedan döyüşü
Sedan — Fransanın şimal-şərqindəki Ardenn departamentində, Möz (Maas)çayı qırağında şəhər. XIX-cu əsrin sonlarına qədər qala. Burada 1870-ci il sentyabrın 1-2-də, fransız Şalon ordusunun məğlubiyəti və Fransa imperatoru III Napoleonun əsir düşməsi ilə nəticələnən, Fransa–Prussiya müharibəsinin ən iri vuruşması baş verdi. == Döyüşün gedişi == Avqustun 23-də marşal M.E. Mak-Maqonun komandanlığı altında Şalon ordusu(120 min adam, 393 top, 76 mitralyez), Mez qalasında pruslar tərəfindən mühasiyərə alınmış A. Bazenin Reyn ordusunun mühasirəsini qaldırmaq üçün, cəmləşdiyi Reyms şəhəri rayonundan çıxdı. Mak-Maqon, Şalona və Paris üzərinə hərəkət edən(ümumi sayları 224 min adam və 813 top olan) 3-cü və 4 -cü alman ordularından Sedanı keçməklə yan ötmək istəyirdi. Mak-Maqonun ordusunun yola çıxdığından xəbər tutaraq, alman qoşunlarının faktiki komandanı, baş qərargah rəisi X.Moltke(formal olaraq qoşunlara prus kralı I Vilhelm başçılıq edirdi)onları, rəqibin ordularının birləşməsini qarşılamaq, Şalon ordusunu Belçika sərhədinə sıxmaq və darmadağın etmək üçün Verden, Bar-le-Dük xəttindən Sedana çevirdi. == Fransızların məğlubiyəti == 29 - 30 avqustda Şalon ordusu Möz çayını keçdi və 31 avqustun axşamına kimi, Mezyerdən keçərək Reymsə yürüşü davam etmək üçün Sedan yanında iki günlük dincəlməyə dayandılar. Moltke Mak-Maqonun hərəkətsizliyindən yararlandı, və alman orduları sentyabrın 1-nə keçən gecə cinahların yanından keçmə manevri ilə Şalon ordusunu mühasirəyə aldılar. Səhər başlayan döyüş gün bitənə kimi fransızların tam məğlubiyəti ilə bitdi. Fransız qoşunlarının qalıqları mühasirədən çıxmaq cəhdi etsələr də alınmadı(121 eskadrondan ancaq 20 çıxa bildi).
Sedat Balkanlı
Sedat Balkanlı (15 yanvar 1965, İstanbul – 29 aprel 2009, İstanbul) — Türkiyə milli komandasının və "Qalatasaray"ın veteran futbolçusu. Sedat müdafiəçi olsa da, başla vurduğu qollarla ad-san qazanıb. Komanda yoldaşları ona "qızıl baş" ləqəbini veriblər. 1994/95 mövsümündə "Qalatasaray"ın heyətində hər 8 qola başla imza atıb. Balkanlı peşəkar futbolçu karyerasında "Qaziosmanpaşa", "Konyaspor", "Bursaspor", "Eskişeherspor" və "Fənərbaxça"nın da şərəfini qoruyub. Onun ölümünə milyon nəfərdə bir rast gəlinən dəhşətli əsəb xəstəliyi (ALS) səbəb olub. Sedat bu əlacsız xəstəliyə 1997-ci ildə, 32 yaşında ikən düçar olub. Həmin vaxt həkimlər onun maksimum 2 il yaşaya biləcəyi barədə rəy veriblər. Əsəb xəstəliyi ilə mübarizə aparan Sedatın vəziyyəti tədricən pisləşməyə başlayıb. O, öncə danışmaq, daha sonra yerimək qabiliyyətini itirib.
Sedat Peker
Rəis Sedat Pekər (türk. Reis Sedat Peker; 1 dekabr 1970, Adapazarı[d]) — Türk mafiya lideri. 2021-ci ildən başlayaraq türk siyasətçilərini və hökumətlə əlaqəli insanların təsdiqlənməmiş, qeyri-qanuni hərəkətlərini əvvəlcə öz "YouTube" kanalı, sonra da Tvitter vasitəsilə ifşa etməyə başlayıb. O, özünü türkçü və turançı kimi təqdim etmişdir.
Sədan
Sədan — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 17 fevral 1993-cü il tarixli, 514 saylı Qərarı ilə Siyəzən rayonunun Sədan kəndi mərkəz olmaqla Sədan kənd Soveti yaradılmışdır. == Toponimikası == Bu ad mənbələrdə XII əsrdən məlumdur. XVIII əsrdə toponim Siadon şəklində qeydə alınmışdır. Oykonim tat dilindəki siya (qara) və bir çox qədim dillərdə "su, çay, nəhr" mənasında işlənən dan sözlərindən düzəlib, "qara su, qara bulaq" deməkdir. Bu coğrafi ad hələ qədim zamanlardan ərazidə aşkar olunmuş neft yataqları ilə bağlı yaranmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə Qara-Dindar qalası, Sədan qalası var. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == 2009-cu ildə kənd əhalisinin sayı 580 nəfər olub. Əhalisi tatlar idi.
Puatu-Şərant
Puatu-Şarant (fr. Poitou-Charentes, IPA: [pwatu ʃaʁɑ̃t]) Fransanın qərbində bir bölgədir. Paytaxtı Puatu şəhəridir.
Puətu-Şərant
Puatu-Şarant (fr. Poitou-Charentes, IPA: [pwatu ʃaʁɑ̃t]) Fransanın qərbində bir bölgədir. Paytaxtı Puatu şəhəridir.
Ədat
Ədat — sözlərin və cümlələrin təsir gücünü artıran köməkçi nitq hissəsi. Ədatlar cümləyə müxtəlif cəhətdən məna incəlikləri verir, ifadənin səlistləşməsinə və fikrin məntiqi qurulmasına xidmət edir. == Ədatların mənaca növləri == === Qüvvətləndirici ədatlar === Ən, lap, daha, axı, hətta, artıq, -ca², da, də, ha, düz, bir, ki, necə, nə, belə, olduqca, heç ədatları qüvvətləndirici ədatlardır. Məsələn: Lap başımı itirmişəm. Artıq mən belə fikirlə razı deyiləm. Axı o bununla maraqlanırdı? Sən bunu desən belə, heç kəs razı olmayacaq. Bunu mütləq deməlisən ha! Hətta mən də bunu bilmirdim. Düz yanında dayandı.