Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Peykanlı əməliyyatı
Peykanlı əməliyyatı - 1992-ci ildə Füzuli cəbhəsində 839 saylı kəşfiyyat batalyonunun komandiri Səməd Alyanlı (Əbilov) tərəfindən başçılıq edilən uğurlu əməliyyat. Bu əməliyyata qədər Peykanlıya üç dəfə böyük qüvvə ilə (üç batalyon) hücum olsa da, yüksəkliyi ala bilməmişdilər. Bu dəfə əməliyyatı Səməd Alyanlı öz üzərinə götürür. Hər batalyondan (839, 848, 814 və s.) 20 nəfər götürməklə 120 nəfərlik bir dəstə yaradır. Dəstənin hər bir üzvünə ayrı-ayrılıqda tapşırıq başa salınır. Dəstədə 120 nəfər canlı qüvvə, 2 ədəd BMP və 3 tank olur. Məxfiliyi saxlamaq üçün üç gün sonraya planlaşdırılan əməliyyatı Səməd Alyanlı həmin gecə reallaşdırır. Əməliyyatın birinci mərhələsində üç hissəyə bölünmüş dəstə üç istiqamətdən düşmən səngərlərinə 50 metrədək səssizcə yaxınlaşmalı idilər. Bundan sonra erməniləri təşvişə salmaq üçün dərədə yerləşdirilən texnika işə salınır. Hücum əmri verilir.
Ceyranlı
Ceyranlı – Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Ceyranlı Dəvəçi rayonunun Əmirxanlı inzibati ərazi vahidində kənd. Əmirxanlı çayının sahilində, Yan silsiləsinin ətəyindədir. Keçmış adı Aşağı Əmirxanlı olmuşdur. Kənd Ceyranotlayan adlı talada salındığı üçün 1965-ci ildən adı dəyişdirilmiş və Ceyranlı kimi rəsmiləşdirilmişdir.
Reyhanlı
Reyhanlı (Vedibasar) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.
Şeylanlı
Şeylanlı — Azərbaycan Respublikasının Laçın rayonu Şeylanlı kənd inzibati ərazi dairəsində kənd. Şeylanlı oykonimi XIX əsrin ortalarında Azərbaycanda yaşayan kürd mənşəli şeylanlı tayfasının adını əks etdirir. Qaraçorlu tayfa ittifaqına daxil olan şeylanlılar hələ XVII əsrin əvvəllərindən İrandan gələrək Azərbaycanda məskunlaşmışlar. Bu ərazi işğal dövründə ermənilər tərəfindən Shrvakan icması adlandırılmışdır. Erməni mənbələrinin 2014-cü ilə aid olan məlumatına görə kəndə suriyadan gətirilmə 21 ailə yaşayıb. Laçın rayonu 18 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edildi.[4] Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən 1 dekabr 2020-ci ildən etibarən Laçın rayonu 28 il sonra yenidən Azərbaycan Respublikasının nəzarəti altına keçmişdi. 1932-ci ildə kənddə 4 illik ibtidai məktəb fəaliyyətə başlamışdır. Məktəbin əsası Böyük Vətən Müharibəsində xidmətlərinə görə "Rəşadətli Əməyə görə" medalı ilə təltif edilmiş İsmixan Mustafa oğlu Abdullayev tərəfindən qoyulmuşdur.[mənbə göstərin] Erməni işğalınadək kənd əhalisi etnik kürdlərdən ibarət idi.[mənbə göstərin] Kəndin hazırkı məcburi köçkünlük həyatı yaşayan və əslən kürd olan əhalisinin Şeylanlı tayfası ilə əlaqəsi yoxdur.[mənbə göstərin] 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 670 nəfər olmuşdur. 2021-ci ilin statiskasına görə kəndin əhali sayı 1321 nəfər Ailə sayı 393 05.10.2021 Rüfət Güləliyev — İdmançı; İdman ustası, Dünya və Avropa çempionu, IV İslam həmrəyliyi oyunlarının qızıl mükafatçısı, çempionu. Adil Cəfakeş — aşıq, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Ceyranlı xalçaları
Ceyranlı xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. == Təbriz xalçaçılıq sənəti == Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar. Təbriz xalçaları kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır. Bu xalça qrupu incə naxışlı kompozisiyalarla yanaşı, həm də süjetli xalçaların toxunması ilə seçilir ("Leyli və Məcnun", "Ovçuluq", "Dörd fəsil", Dərvişlər" və s.).
Fəxrəddin Meydanlı
Fəxrəddin Meydanlı (Fəxrəddin Seyfəddin oğlu Əzizov; 10 aprel 1954, Boyat, Ucar rayonu) — Şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin (2004), Azərbaycan Yazıçılar Birliyinin (2006) və Azərbaycan Aşıqlar Birliyinin (2010) üzvü. == Həyatı == Fəxrəddin Meydanlı 1954-cü ilin 10 aprel tarixində Azərbaycan SSR-nin Ucar rayonunun Boyat kəndində müəllim ailəsində anadan olmuş, 1961–1971-ci illərdə Boyat kənd orta mətəbində oxuyaraq, tam orta təhsil almışdır. O, orta məktəbi bitirdikdən sonra iki il M. Füzuli adına kolxozda çalışmış və 1973-cü ildə D. Bunyat-zadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) "Xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı" fakültəsinin "Əməyin iqtisadiyyatı" ixtisası üzrə qiyabi şöbəsinə daxil olaraq, 1980-ci ildə təhsilini başa vuraraq iqtisadçı ixtisasına yiyələnmişdir. 1975-ci ilin may ayından 1977-ci ilin may ayınadək Stavropol diyarındakı 1904 №-li Xüsusi Texniki Tikinti Botalyonunda Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 1977-ci ilin dekabr ayından 1983-cü ilin dekabr ayınadək Azərbaycan SSR Yerli Sənaye Nazirliyinin Bakı şəhərindəki Evlərdə Zəhmət Kombinatında mühasib, Kombinatın Əmək və əmək haqqının təşkili şöbəsində normalaşdırıcı mühəndis və əmək haqqı üzrə böyük mühəndis vəzifələrində çalışmışdır. 1983-cü ilin dekabr ayında köçürmə yolu ilə Azərbaycan SSR Yerli Sənaye Nazirliyinin mərkəzi aparatının Əmək və əmək haqqının təşkili şöbəsinin aparıcı iqtisadçısı vəzifəsinə, 1987-ci ilin mart ayında isə həmin Nazirliyin Maliyyə şöbəsinin müdiri vəzifəsinə təyin edilməklə 1989-cu ilin mart ayınadək orada işləmişdir. 1989-cu ilin mart ayında köçürmə yolu ilə Azərbaycan SSR Maliyyə Nazirliyinin mərkəzi aparatının Dövlət büdcəsinin icmallaşdırılması şöbəsində Maliyyə və statistika yarımşöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, mərkəzi aparatın ayrı-ayrı Baş İdarə və İdarələrində müxtəlif vəzifələrdə çalışmaqla, 2003-cü ilin sentyabr ayınadək orada çalışmışdır. 2003-cü ilin sentyabr ayından 2008-ci ilin yanvar ayınadək Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatında Əmək pensiyaları şöbəsinin müdir müavini vəzifəsində işləmişdir. 1 may 2008-ci il tarixindən hal-hazıradək isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ-SOCAR) İqtisadiyyat və Uçot İdarəsinin Vergilər şöbəsində aparıcı iqtisadçı vəzifəsində çalışır. == Bədii yaradıcılığı == Hələ uşaqlıq çağlarından poeziyaya olan tükənməz həvəsi Fəxrəddin Meydanlı, ötən əsrin 70-ci illərinin əvvəllərindən onun özünü də şeir yazmağa sövq etmişdir.
Reyhanlı (Vedibasar)
Reyhanlı — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 8 km məsafədə yerləşir. 1728-ci ildə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Rehanlı, Rikanlı, Reyqanlu formalarında da göstərilir. Toponim reyhanlı türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 4 aprel 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilərək Ayqavan qoyulmuşdur. Burada 1918-ci ildə 442 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar 1919-cu ildə deportasiya olunmuşdur.
Şeylanlı (tayfa)
Şeylanlı tayfası – Azərbaycanda yaşayan kürd tayfası. Birinci Qarabağ müharibəsindən əvvəl Laçın rayonunun Şeylanlı kəndində yaşayıblar. Kənd İkinci Qarabağ müharibəsinə qədər erməni qüvvələrinin işğalı altında qalmışdır. Hazırda məcburi köçkün kimi Ağcabədi rayonunda məskunlaşıblar. Onlar kürd dilinin kurmanc ləhcəsində danışırlar.
Şeylanlı qəbiləsi
Şeylanlı tayfası – Azərbaycanda yaşayan kürd tayfası. Birinci Qarabağ müharibəsindən əvvəl Laçın rayonunun Şeylanlı kəndində yaşayıblar. Kənd İkinci Qarabağ müharibəsinə qədər erməni qüvvələrinin işğalı altında qalmışdır. Hazırda məcburi köçkün kimi Ağcabədi rayonunda məskunlaşıblar. Onlar kürd dilinin kurmanc ləhcəsində danışırlar.
Şeylanlı tayfası
Şeylanlı tayfası – Azərbaycanda yaşayan kürd tayfası. Birinci Qarabağ müharibəsindən əvvəl Laçın rayonunun Şeylanlı kəndində yaşayıblar. Kənd İkinci Qarabağ müharibəsinə qədər erməni qüvvələrinin işğalı altında qalmışdır. Hazırda məcburi köçkün kimi Ağcabədi rayonunda məskunlaşıblar. Onlar kürd dilinin kurmanc ləhcəsində danışırlar.
Reyhanlı (Zəngibasar)
Reyhanlı — İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Zəngibasar (Masis) rayonunda, indi Ararat vilayətində kənd. == Tarixi == Kənddə ancaq azərbaycanlılar yaşamışlar. 1832-ci ildə kənddə 80, 1873-cü ildə 277, 1886-cı ildə 308, 1905-ci ildə 405, 1914-cü ildə 599 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə Zəngibasar mahalının başqa kəndləri kimi, Reyhanlı kəndi də ermənilərin təcavüzünə məruz qalmış, kənd dağıdılmış, talan edilmiş, yandırılmış, əhalisinin bir qismi ermənilər tərəfindən qətlə yetirilmiş, sağ qalanlar didərgin salınmışdır. Sovet hakimiyyətinin ilk illərində kəndə qayıtmaq imkanı qazanmış reyhanlılar oranı yenidən bərpa etmişlər. 1931-ci ildə kənddə 133 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, Reyhanimin əhalisi 1950-ci ildə Uluxanlı stansiyasında yük vaqonlarına doldurularaq Azərbaycana deportasiya edilmişdir. 1953-cü ildə İ. Stalinin vəfatından sonra əhalinin bir qismi kəndə qayıtmışdır. Lakin bu vaxt Reyhanlı bir kənd kimi ləğv edildiyindən onlar öz kəndlərində yaşasalar da, Həbilkənd (Kalinin) qəsəbəsinin sakinləri sayılmışlar. Kənd əhalisinin sonrakı taleyi isə 1988-ci il soyqırımı ilə nəticələnmiş, onlar öz ata-baba yurdlarından növbəti dəfə zorakılıqla qovulmuşlar.
2013 Reyhanlı partlayışları
2013 Reyhanlı partlayışları (türk. 2013 Reyhanlı saldırıları) - 2015-ci ilin 11 may tarixində Türkiyənin Hatay vilayətinin Reyhanlı mahalında yerli vaxtla saat 13:55-da baş vermiş bombalı intihar hücumu. Terror aktı nəticəsində 52 nəfərin həlak olduğu və 146 nəfərdən çox şəxsin yaralandığı bildirilir.
Aşağı Reyhanlı (Çaldıran)
Aşağı Reyhanlı (fars. ريحانلوي سفلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 15 nəfər yaşayır (5 ailə).
Məmmədşərif sultan Şeylanlı
Məmmədşərif sultan Şeylanlı (1803-?)-sərkərdə, oba başçısı Məhəmmədşərif sultan Şərəf sultan oglu 1803-cü ildə Qaraçorlu mahalının Şeylanlı camaatının Bozlu obasında anadan olmuşdu. Mollayanında oxumuşdu. Atasından sonra Şeylanlı icmasına başçılıq etmişdi. II Rus-Iran savaşlında bir çox igidliklər göstərmişdi. Məhəmmədşərif sultanın Ağaxan bəy, Musa bəy, Mehdi bəy və Balaxan bəy adlı oğulları vardı. Ənvər Çingizoğlu, Şeylanlı camaatı: Tarixin son üçyüz illiyi, "Soy" dərgisi, 2(35), 2010.
Yuxarı Reyhanlı (Çaldıran)
Yuxarı Reyhanlı (fars. ريحانلوي علي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 215 nəfər yaşayır (42 ailə).
Reyhanlı-i Vusta (Çaldıran)
Reyhanlı-i Vusta (fars. ريحانلوي وسطي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 38 nəfər yaşayır (11 ailə).
Pərvanlı
Pərvanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Zərdab rayonunun Pərvanlı kəndi Yarməmmədbağı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Pərvanlı kənd inzibati-ərazi vahidi yaradılmışdır.
Təkanlı
Təkanlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Təkanlı-i Süfla (Həştrud) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Aşağı Təkanlı (Çaroymaq) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Təkanlı (Çaroymaq) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd.
Təkanlı (Germi)
Təkanlı (fars. تكانلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 688 nəfər yaşayır (131 ailə).
Bəyanlı (Mahnişan)
Bəyanlı (fars. بيانلو‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 214 nəfər yaşayır (36 ailə).
Aşağı Təkanlı (Çaroymaq)
Aşağı Təkanlı (fars. تكانلوي سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 128 nəfər yaşayır (31 ailə).
Yuxarı Təkanlı (Çaroymaq)
Yuxarı Təkanlı (fars. تكانلوي عليا‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə kənddə 169 nəfər yaşayır (31 ailə).
Pekinli cangüdən (film, 1994)
Pekinli cangüdən (Çincə:中南海保鏢, pinyin:Zhong Nan Hai bao biao, ingiliscə:The Bodyguard from Beijing) – 1994-cü ildə istehsal edilən baş rolda Cet Linin oynadığı döyüş filmidir. DVD buraxılışında filmin 70 saniyəlik hissəsində çoxlu qan yerləri kəsilmişdir. Film ABŞ-də Dimension Films kinokompaniyası tərəfindən satışa çıxarılmışdır. Müəllim Kristi Çanq vəhşi bir cinayətin tək şahidi olur. Cinayət şübhəlisi aradan qaldırmaq üçün xüsusi dəstə başçısı peşəkar qatillər tutur. Mişelin zəngin dostu Mişelin qorumasını düzənləmək üçün onu köhnədən Çinin ən güclü liderinin cangüdəni olan Allan Hui adlı cangüdənə tapşırır. Mişel soyuqqanlı və səssiz qorumanın özünü bir səssizcə izləməsindən narahat olur. Ancaq həyatını qurtarınca qorumasına bağlanır və aralarında romantik bir yaxınlıq başlayır... Pekinli cangüdən — Internet Movie Database saytında.
Təkanlı-i Süfla (Həştrud)
Təkanlı-i Süfla (fars. تكانلوسفلي‎) və ya Aşağı Təkanlı — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 172 nəfər yaşayır (32 ailə).