1. Yazını rezin və s. ilə silmək, yaxud üstündən xətt çəkməklə qaralamaq. Əlyazmasının bir abzasını pozmaq.
– [Balarza:] Məni qana salma, poz, sənə deyirəm.
Cəmilə yazdığını oxudu, bəyənmədi, pozdu, yenidən düzəltdi.
2. məc. İcazə verilməyən bir iş görmək, qaydadan kənara çıxmaq. Nizam-intizamı pozmaq. Qaydanı pozduğu üçün cərimələnmək.
// İcazə verilməyən, qadağan olunmuş yerdən keçmək. Sərhədi pozmaq.
– [İnci:] Düşmənlər hüdudu pozmuşdur deyə; Gedirəm xanıma xəbər verməyə.
3. məc. Adi qayda ilə inkişaf etməsinə mane olmaq, qarmaqarışıqlıq törətmək, nizamsız hala salmaq, dağıtmaq.
[Gənc:] Birinin işləyən, o birinin müftə yeyən olması insanların həyatını pozmuşdur.
Amansız müharibə … [kəndlilərin] yaşayışını pozmuş, yurdlarını dağıtmış, özlərini də dilənçi halına salmışdı.
// məc. Mane olmaq, maneçilik törətmək, əngəl törətmək. İşin gedişini pozmaq.
– Xanlar bu hərəkətilə bayram təntənəsini pozmaq istəyirdi.
[Gülxar Nərgizə:] …Gərək özgəsinin dincliyini pozmayasan.
4. məc. Nizamsız hala salmaq, qarışdırmaq, səliqədən salmaq.
Əl uzadıb baş bəzəyin pozasan; Hər birin bir yana atasan dürüst.
5. məc. Dəyişmək, dəyişdirmək (əsasən inkarda işlədilir).
Rüstəm kişi isə vəziyyətini pozmadan, soyuqqanlılıqla dedi.
Pristav camaatın arasında təmkin və vüqarını pozmamağa çalışdısa da bacarmadı.
6. məc. Danışmağa başlamaq, sükuta, sakitliyə son qoymaq. Sakitliyi pozmaq.
– Aralığa çökən sükutu artıq heç kəs pozmadı.
Araya çökən sükutu pozmaq … məqsədilə dilləndim.
7. bax qarışdırmaq 3-cü mənada. Kefini pozmaq.
8. “Əhdi”, “ilqarı”, “peymanı”, “vədini” sözləri ilə – verdiyi sözdən qaçmaq, əhdinə vəfa etməmək.
[Nüşabə:] Olsa yer, göy mənə qarşı əlbir; Pozmaram əhdi, sözüm birdir, bir!
Unudur verdiyi əhdi, ilqarı; Pozur peymanını tez insan oğlu.