Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Middle East Forum
Yaxın Şərq Forumu (ing. Middle East Forum, MEF) — 1994-cü ildə yaradılmış ABŞ neokonservativ təşkilatı və araşdırma mərkəzi. Fəal Daniel Payps tərəfindən təsis edilmişdir. MEF-in məqsədi "Amerikanın Yaxın Şərqdəki maraqlarını qorumaq, radikal Islamla mübarizə aparmaq, Fələstinin İsraili tanıması ilə məşğul olmaq, Amerikanın Səudiyyə Ərəbistanı ilə əməkdaşlığını gücləndirmək və İraq ilə İrana qarşı strategiyalar hazırlamaqdır". MEF Martin Kramerin redaktoru olduğu rüblük Middle East Quarterly jurnalını nəşr edir. İslamşünaslıq ekspertləri MEF və Paypsı islamofob təbliğatçılar, onların nəşrləri qeyri-peşəkar, qərəzli və siyasi motivli adlandırırlar.
In the Middle of Nowhere (Modern Talking albomu)
In the Middle of Nowhere (azərb. Ortadan heç yerə‎) - 1986-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur. Bu albom qrupun 4-cü çıxarılmış albomudur.
In the Middle of Nowhere (Modern Talkng albomu)
In the Middle of Nowhere (azərb. Ortadan heç yerə‎) - 1986-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur. Bu albom qrupun 4-cü çıxarılmış albomudur.
The Lord of the Rings: The Battle for Middle-earth II: The Rise of the Witch-king
The Lord of the Rings: The Battle for Middle-earth II: The Rise of the Witch-king (azərb. Üzüklərin hökmdarı: Orta dünya uğrunda döyüş II: Cadugər kralın yüksəlişi‎) — "EA Los Angeles" və "BreakAway Games" tərəfindən hazırlanan, "Electronic Arts" şirkəti tərəfindən nəşr olunan və real zamanda strategiya janrında olan videooyun. Oyun eyniadlı kitablar seriyasına əsaslanaraq Piter Cekson tərəfindən çəkilmiş "Üzüklərin hökmdarı" filmlər seriyası əsasında istehsal olunmuşdur. Bu, "The Lord of the Rings: The Battle for Middle-earth II" videooyununun genişləndirmə paketidir. Videooyun 28 noyabr 2006-cı il tarixində Microsoft Windows platforması üçün satışa çıxarılmışdır. Videooyunun kampaniyası oyunçulara Anqmar ordusunu idarə etmək imkanını verir. Oyunçular orduya onun ilkin dövrlərindən Arnorun Fornost döyüşündə məhv olmasına qədər öndərlik edirlər. Oyunun epiloq missiyası oyunçuya Anqrmarı istila edən Qondor və elf qüvvələrini idarə etmək imkanını verir. "The Rise of the Witch-king" videooyununun hekayəsi daha çox "Kralın qayıdışı" filminin sonluğundan ilhamlanmışdır. İstehsalçılar missiyalar üçün Tolkinin müharibə ilə bağlı etdiyi qeydlərdən çox istifadə etmişdir.
Pide
Pide — Türk və Orta Şərq mətbəxlərində məşhur olan yastı bir çörək növüdür. Pide somun çörəklər kimi gündəlik süfrələrdə istifadə edilməsinin yanında kabab salonlarının imtina edilməz çörəyidir. Dönər, Adana kababı, İskəndər kababı kimi kabab yeməklərinin üzərinə dördbucaqlı şəklində kəsilmiş parçalar halında qoyularaq xidmət edilər. Pide xüsusilə Ramazan aylarında iftar və sahur süfrələrində seçilən bir çörək növüdür.
Middl yarımadası
Middl yarımadası (ing. Middle Peninsula)— Virciniya ştatı ərazisində Çesapik körfəzi sahillərində yerləşən üç yarımadan biridir. York və Rappaxannok çayları arasında yerləşir. Yarımadanın ərazisində altı rayon vardır: Esseks, Qloster, Kinq-Vilyam, Kinq-end-Kuin, Matyus və Midlsek. Yarımada özünün sakit kənd həyatı ilə fərqlənir. Əhali kənd təsərrüfatı və balıq ovu ilə məşqul olur. Yarımadada iri şəhərlər yoxdur. Burada kiçik şəhərçiklər vardır: Vest-Point və Deltavill. Уэст-Пойнт kağız istehsalı, Erbanna isə turizm sahəsi ilə seçilir. Yarımadada Pamanki və Mattaponay hindularının məskənləri vardır.
Pide Nekuiye
Pide Nekuiye və ya Pidenkuiye İranın Kirman ostanının Ənbərabad məntəqəsində bir dağlıq məntəqədir. Bu sahədəki bəzi kəndlər 2006(1384 Hicri təqvimi| Hicri Şəmsi)ilin qışında bir qrup İran təhlükəsizlik quvvələr(kəşfiyyat agentləri)nin tərəfindən aşkar edilmişdir. İnsanları çılpaq və mağara adamıidilər və ağac yarpaqlar ilə qidalanırdırlar. Zuraki kəndi bu kəndlərin biridir ki əhalisi 2006(1384) ilinə qədər yeni dünya alətləri və konsepsiyalari (qəzet, teliviziya ,…) ilə tanış deyildirlər. Pide Nekuiye əhalisi farslardan ibarətdir və fars dilində danışırlar.
İçli pide
İçli pide — pide çörəyi içinə qıyma və ya pendir qoyularaq sobada bişirildiyində öz başına istehlak edilə bilən başlı başına bir yemək olma xüsusiyyətini qazanar. Pidelər hazırlanmasında istifadə edilən içə görə müxtəlif adlarla tanınar: Qıymalı pide Pendirli pide Yumurtalı pide Sarımsaqlı pide Quşbaşlı pide (ətli pide) Qarışıq pide Göbələkli pendirli pide Pendirli pomidorlu pide Pide xəmiri lahmacun xəmirinə bənzəyir. Bu səbəblə bəzi restoranlar lahmacun və pide salonu olaraq ixtisaslaşırlar.
Ciddə
Ciddə (ərəb. جدة‎) — Səudiyyə Ərəbistanının ikinci böyük şəhəri və maliyyə paytaxtı. Əhalisi 3,8 milyon nəfərdir (2009).
Piyalə Paşa
Piyalə Paşa(d. 1515 - ö. 1578) — Qanuni Sultan Süleyman dövründə 14 il kapitanı dərya vəzifəsində olmuş və mühüm qələbələr qazanmış bir Osmanlı dövlət xadimi və dənizçisidir. Əslən xarvatdı. Atası sonradan müsəlman olaraq Əbdürrəhman adını almışdır. Mohaç müharibəsindən sonra Macarıstandan yığılan bir uşaq kimi kiçik yaşlarda Endurana gətirilib burada təhsil almışdır. 1547-ci ildə qapıçıbaşı olaraq saraydan çıxmışdır. Sonra Gelibolu bəylərbəyi olmuşdur. 1553-cü ildə aldığı bəylərbəylik ilə kapitanı dərya adı verilmiş və kapitanı dərya adını 1567-ci ilə qədər saxlamışdır. 1555-ci ilin yazında əmrində olan 60 gəmidən ibarət donanma ilə və Turqut Rəislə birlikdə Fransaya yardıma göndərilib.
Aerotermik pillə
Barik pillə
== Atmosferdə barik pillə == Yüksəkliyə doğru atmosfer təzyiqinin 1mm.c.st azalması üçün lazim olan hündürlük barik pillə adlanır. Troposferin aşağı təbəqəsində barik pillə 10m qəbul edilmişdir. Troposferin yuxarı qatlarında barik pillə artır və barik pillə 12m,15m və daha böyük olur. Barik pillənin köməkliyi ilə müxtəlif ərazilərin mütləq hündürlükləri təyin edilir. Yüksəkliyə doğru barik pillənin artması havanın sıxlığının az olması ilə əlaqədardır. Belə ki, 3000m hündürlükdə təzyiqin 1mm.c.st dəyişməsi üçün 15m,5000 metrdə isə 25m lazımdır və 1mm.c.st dəyişməsinə uyğun gələn hündürlük barik pillə adlanır. Bununla müxtəlif ərazilərin mütləq hündürlükləri təyin edilir. == Okean səthi üzərində barik pillə == Okean səthi (0m) üzərində olan atmosfer təzyiqi normal atmosfer təzyiqi əsas götürülür. Normal atmosfer təzyiqi 45 derecelik paraleldə,0 C temperaturda havanın 1sm2 səthə göstərdiyi təzyiq 760mm.c.st olaraq qəbul olunmuşdur. Atmosfer təzyiqi barometr cihazı ilə ölçülür.
Geometrik pillə
Geotermik pillə
Geotermik pillə- (ing. Geothermal step) Temperaturun 1 dərəcə artması üçün yer qabığı dərinliyinə şaquli xətt üzrə nə qədər enmək lazım olduğunu göstərən metr miqdarıdır.Geotermik pillənin orta kəmiyyəti 33 metrdir.Lakin süxurların istilik keçirməsindən,onların yatımının xarakterindən,relyefdən və s.səbəblərdən asılı olaraq geotermik pillə 27.7 metrlə (Hollandiya) 45.8 metr arasında (ABŞ) dəyişir.
Piyalə Paşa məscidi
Piyalə Paşa məscidi (osman. پیاله پاشا جامع Piyale Paşa Camii) və ya Tərsanə məscidi — Türkiyədə, İstanbul şəhərinin Bəyoğlu ilçəsinin Kasımpaşa məhəlləsində yerləşən XVI əsrə aid Osmanlı məscidi. Piyalə Paşa məscidi Osmanlı imperatoru memar Mimar Sinan tərəfindən vəzir və böyük admiral Piyalə Mehmed Paşa üçün dizayn edilmişdir. Məscid 1565-1573 -cü illərdə tikilmişdir. Böyük bir mərkəzi günbəzə malik olan Sinan tərəfindən hazırlanmış digər məscidlərdən fərqli olaraq, Piyalə Paşa məscidi hər birinin diametri təxminən 9 metr (30 ft) olan, üç sırada düzülmüş altı eyni günbəz ilə inşa edilmişdir. Məscid Vasat Atik Əli Paşa məscidi ilə birlikdə İstanbuldakı iki çoxqübbəli məsciddən biridir. Qübbələr namaz qılınan yerin mərkəzindəki bir cüt nazik qranit sütunla dəstəklənir. Minarə qiblənin əksi istiqamətindəki divarın ortasında yerləşir. Minarə 19-cu əsrin ortalarında yenidən qurulmuşdur. Məscidin üç daxili divarı üzərində kobalt-mavi fon üzərində yazılmış ağ süls skriptində yazılar olan bir sıra İznik saxsısı ilə örtülmüşdür.
Piyalə və ox
Piyalə və ox — Novruz bayramı ve digər el şənliklərində təşkil edilmiş atüstü oyun. Orta əsrlərdə geniş yayılmış bu oyun klassik ədəbiyyatımızın nümunələrindən də bəllidir. Melumata görə, oyunda bir neçə nəfər iştirak edirmiş. Meydanın ortasında basdırılmış hündür dirəyin başına içi sikkə ile dolu piyalə qoyulur. Süvarilər hər dəfə çaparaq dirəyin yanından keçərkən, eyni yerdə yana çevrilib ox atırdılar. Oxlar qıjıltı ile piyalənin yanından ötüb-keçir. Serrast nişan alıb bu qiymətli mükafatı vurub salan qalıb sayılır ve piyalədən tökülən sikkələr ona çatır.
Bir piyalə çay
İttihad Partiyası və ya Qafqaz İttihad Firqəsi, həmçinin 1917–1918-ci illərdə"Rusiyada müsəlmanlıq" "İttihad" — 1917–1920-ci illərdə Azərbaycanda açıq fəaliyyət göstərmiş, Ümum-Rusiya Müəssislər Məclisində, Zaqafqaziya Seymində, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasında, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində təmsil olunan və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Müsavat və bitərəflər fraksiyasından sonra ən çox üzvü olan, ana müxalifət partiyası. İslam ideologiyasını siyasət səviyyəsinə qaldırmağa çalışan aparıcı təşkilat. Partiya 1921-ci ildə İttihadi-İslam, daha sonra Milliyəti İslam və yekun olaraq isə Azərbaycan Milli Müdafiə İslam Partiyası adını almışdır. == Tarixi == === Yaranması === Fevral inqilabından sonra Azərbaycanda lokal xarakterli ittihad ideologiyalı partiyalar yaranmışdır. Bunlara nümunə olaraq İrəvan və Gəncədəki İttihad cəmiyyətlərini, Gəncədəki İttihadi-İslam Cəmiyyətini və Firqeyi Məhəmmədiyə partiyasını göstərmək olar. Gəncədəki İttihad cəmiyyətinin lideri Məhəmməd Pişnamazzadə olmuşdur. Heybətqulu Məmmədbəyli xatirələrində partiyanın 1917-ci ilin yayında Bakı şəhərində bir neçə şəxs tərəfindən "Rusiyada müsəlmanlıq" Firqəsinin Təşkil Komitəsi yaradıldığı qeyd olunmuşdur. Bu komitə İsmailiyyə Sarayında yerləşmişdir. Təşkilat Komitəsinin üzvləri sırasında aşağıdakı şəxslər olmuşdur: Partiyanın quruluş ərəfəsində tanışlıq görüşləri təşkil edirdi. Belə yığıncaqlardan biri də 20 oktyabr 1917-ci ildə Sultan Məcid Qənizadə və Bəşir bəy Aşurbəyovun iştirakı ilə Təzəpir məscidində keçirilmişdir.
Yarıq boyu pillə
Yarıq boyu pillə (rus. уступ приразломный, ing. fault line scarp) — bir-birindən qırılmalarla ayrılan müxtəlif süxur laylarında selektiv eroziya nəticəsində yaranmış pillə. Ekzogen qüvvələr nəticəsində relyefdə əksini tapmış, tektonik qırılma. Denudasiya prosesləri nəticəsində kəskin dəyişilmiş olur.
Ciddə müqaviləsi (1927)
Ciddə müqaviləsi, formal olaraq Əlahəzrət və Hicaz Kralı Əlahəzrət və Nəcd və Onun Asılı Əraziləri arasında Müqavilə — Birləşmiş Krallıq ilə İbn Səud arasında 1927-ci ildə imzalanmış müqavilə. 20 may 1927-ci ildə Birləşmiş Krallıq adından Ser Gilbert Kleyton ilə Hicaz və Nəcd krallığı adından şahzadə Feysəl ibn Əbdüləziz tərəfindən imzalanmışdır. Müqavilə 1915-ci il Darin müqaviləsini əvəz etmişdir.