Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ammara Pinto
Ammara Pinto (14 sentyabr 1997) — Malavili üzgüçü. Ammara Pinto Malavini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ammara Pinto birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 30.32 saniyəlik nəticəsi ilə 71-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Ceserik Pinto
Ceserik Pinto (d. 21 mart 1990) — Venesuelalı üzgüçü. Ceserik Pinto Venesuelanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Ceserik Pinto birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 29.50 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 40-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Korreya Pinto
Korreya Pinto (port. Correia Pinto) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2008-ci il məlumatlarına əsasən bələdiyyənin əhalisi 14838 nəfərdir. Ərazisi 651,614 кm²-dir. Əhalinin sıxlığı 26,1 nəfər/кm²-dir. Bələdiyyə 10 may 1982-ci ildə yaradılmışdır.
İqnasio Pinto
İqnasio Pinto (isp. Ignacio Carrera Pinto; 5 fevral 1848, Santyaqo – 10 iyul 1882) — Sakit okean müharibəsində iştirak etmiş Çilili zabit.
Paula Antonio Pereire Pinto
Paula Antonio Pereire Pinto (28 yanvar 1948, Resifi) — Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2009-2011)
Arachis pintoi
Arachis pintoi (lat. Arachis pintoi) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yerfındığı cinsinə aid bitki növü.
Kinto
Kinto (gürc. კინტო) və ya Kintauri — gürcü rəqsi, Şalaxonun sədaları altında oynanılır. == Tarixçə == Oleq Panfilova görə, kintouri rəqsi əfqan baçabozi rəqsinə ritm, bədən və əl hərəkətləri, hətta geyimlərinə görə oxşayır. Kintourini qara enlibalaq şalvarda, baçabozini isə qadın paltarı geyinən kişilər ifa edir. Rəqslərdəki oxşarlıq Gürcüstan tarixi kitablarında kintonu müxtəlif şənliklər və ya bayramlarda kişiləri əyləndirən yüngül əxlaqlı kişilər kimi təqdim edən hekayələr və şəhər əfsanələri ilə təsdiqlənir. Kinto mahnılarının mətnlərində balaca oğlana ("patara biçi") müraciət kimi bir oxşarlıq da var. Doğrudur, məhəbbət məzmunlu müasir kinto mahnılarında əsas fiqur balaca qızdır ("patara qoqo"), ancaq yaşlı insanlar da xatırlayırlar ki, əvvəllər bu mahnılarda balaca oğlandan və ona olan məhəbbətdən danışılırdı. Tengiz Verulavın məqaləsində fars ənənələri ilə analogiyalar nümayiş olunur. O güman edir ki, orta əsr İranına söykənən kinto ənənəsi kinto davranışının daha sonrakı təsvirləri ilə — yalan, hiyləgərlik, fırıldaqçılıq ilə də uzlaşır. XIX əsrin sonuna aid Tiflis folklorunda kinto kəkələyən Artur aid hesab olunan belə bir mətn var: Ancaq bu iki rəqsləri fərqləndirən cəhətlər də var.
Enrike Pinti
Enrike Pinti (isp. Enrique Pinti ; 7 oktyabr 1939 – 27 mart 2022, Buenos-Ayres) — Argentina aktyoru və komediyaçı.
Katsuyoşi Şinto
Katsuyoşi Şinto (d. 15 sentyabr 1960) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 15 oyun keçirib, 1 qol vurub.
Kinto (rəqs)
Kinto (gürc. კინტო) və ya Kintauri — gürcü rəqsi, Şalaxonun sədaları altında oynanılır. == Tarixçə == Oleq Panfilova görə, kintouri rəqsi əfqan baçabozi rəqsinə ritm, bədən və əl hərəkətləri, hətta geyimlərinə görə oxşayır. Kintourini qara enlibalaq şalvarda, baçabozini isə qadın paltarı geyinən kişilər ifa edir. Rəqslərdəki oxşarlıq Gürcüstan tarixi kitablarında kintonu müxtəlif şənliklər və ya bayramlarda kişiləri əyləndirən yüngül əxlaqlı kişilər kimi təqdim edən hekayələr və şəhər əfsanələri ilə təsdiqlənir. Kinto mahnılarının mətnlərində balaca oğlana ("patara biçi") müraciət kimi bir oxşarlıq da var. Doğrudur, məhəbbət məzmunlu müasir kinto mahnılarında əsas fiqur balaca qızdır ("patara qoqo"), ancaq yaşlı insanlar da xatırlayırlar ki, əvvəllər bu mahnılarda balaca oğlandan və ona olan məhəbbətdən danışılırdı. Tengiz Verulavın məqaləsində fars ənənələri ilə analogiyalar nümayiş olunur. O güman edir ki, orta əsr İranına söykənən kinto ənənəsi kinto davranışının daha sonrakı təsvirləri ilə — yalan, hiyləgərlik, fırıldaqçılıq ilə də uzlaşır. XIX əsrin sonuna aid Tiflis folklorunda kinto kəkələyən Artur aid hesab olunan belə bir mətn var: Ancaq bu iki rəqsləri fərqləndirən cəhətlər də var.
Pindo dağı
Pindo dağı (qalis. Monte Pindo) — İspaniyanın Qalisiya muxtar bölgəsində yerləşən dağ. Əsasən qranitdən ibarət olub 627 m hündürlüyündədir. Dağın mifoloji əhəmiyyəti vardır. Pindo dağı Kanota bələdiyyəsi yaxınlığında, Atlantik okeanı sahili boyunca uzanan sıra dağların bir parçasıdır. Bölgədəki dik yamaclar nəqliyyatı çətinləşdirir. Təbii sahələr qorunmuşdur. Dağdakı şəkilləndirilmiş qayalar "döyüşçü" adlandırılır. Dəniz quldurlarından qorunmaq məqsədi ilə X əsrdə dağda San Xurxo Sisnando Menedes qalası inşa edilmişdir. Qala Rodriqo Peres de Trabanın əlinə keçmişdir.
Pino-nuar
Pino-nuar (ing. Pinot noir) — şərab istehsalı üçün istifadə edilən üzüm növlərindən biri. Əsasən Fransada yetişdirilir. Bu üzümdən hazırlanan şəraba qara albalı və moruq da əlavə edilə bilər.
Pito Borusu
Pito Borusu — cari maye (suspenziya) və ya qazın tam təzyiqini ölçmək üçün cihaz. Onun ixtiraçısı, fransız mühəndis-hidravlik Henri Pito (Henry Pito) adı ilə adlandırılmışdır (1732). L - formali bir boru şəklindədir. p ∂ ≈ ξ ρ V o 2 2 , {\displaystyle p_{\partial }\approx \xi {\frac {\rho V_{o}^{2}}{2}},} Harda ki, ρ {\displaystyle \rho } – hərəkət edən (qələn) mühitin sıxlığı; V o {\displaystyle V_{o}} – axın sürəti; ξ {\displaystyle \xi } – əmsal. Təzyiq altında olan (pnevmometrik və ya tam təzyiq borusu) Pito borusu xüsusi cihaz və qurğulara qoşulur. Diferensial manometrlərlə komplektdə qaz gəlirlərdə və ventilyasiya sistemlərində nisbi sürətin və həcm sərfinin müəyyən edilməsində tətbiq olunur.
Yeremi Pino
Yeremi Pino (20 oktyabr 2002, Las-Palmas-de-Qran-Kanariya) — İspaniya La Liqasında çıxış edən Vilyarrealın və İspaniya milli komandasının futbolçusu. "Vilyarreal"ın heyətində ilk matçına 22 oktyabr 2020-ci ildə keçirilən "Vilyarreal" – "Sivasspor" matçının 79-cu dəqiqəsində çıxıb. Matç "Vilyarreal"ın 5–3 hesablı qələbəsi ilə başa çatıb. "Vilyarreal"ın heyətində ilk qolunu 29 oktyabr 2020-ci ildə keçirilən "Qarabağ" – "Vilyarreal" matçında vurub.Matçın 74-cü dəqiqəsində meydana çıxan Pino 80-ci dəqiqədə fərqlənməyi bacarıb. Matç "Vilyarreal"ın 1–3 hesablı qələbəsi ilə başa çatıb.
Şinto Kəndi Sırğa Muzeyi
Şinto Kəndi Sırğa Muzeyi (榛東村耳飾り館, Şinto-mura Mimikazarikan) – Yaponiyanın Qunma prefekturasının Şinto kəndində yerləşən muzey. Dünyada sırğaya həsr olunmuş yeganə muzeydir. == Tarixi == 1989–1990-cı illərdə Şinto Kəndi Təhsil Şurası tərəfindən Çino xarabalıqlarında qazıntı işləri aparmışdır. Tədqiqatlar zamanı ərazidən Comon dövrünə aid daş alətlər, dulusçuluq məmulatları, ayinlərdə istifadə olunmuş əşyalar tapılmışdır. Tapıntılar arasında sırğalar üstünlük təşkil etmiş, 577 sırğa tapılmışdır. Muzey qazıntı işlərinin nəticələrini göstərmək və sırğaları nümayiş etdirmək məqsədilə 1992-ci ildə yaradılmışdır. 2001-ci ildə muzeyin eksponatları Britaniya Muzeyindəki "Şinto" sərgisində nümayiş etdirilmişdir. == Ekspozisiya == Ekspozisiyanın əsasını Comon dövrünün sırğaları təşkil etsə də, burada dünyanın müxtəlif ölkələrindən gətirilmiş sırğalar da sərgilənir. Muzeyin kolleksiyasına 2000 sırğa daxildir və onların 1000-i sərgilənir. Muzeyin emalatxanasında maqatama və boyunbağı hazırlama vorkşopları keçirilir.
Xose Mariya Pino Suarez
Xose Mariya Pino Suarez (isp. José María Pino Suárez; 8 sentyabr 1869, Tenosike[d] – 22 fevral 1913, Mexiko) — Meksika siyasətçisi, dövlət xadimi, inqilabçısı, hüquqşünası, şairi və jurnalisti, 1911–1913-cü illərdə Meksika Vitse-prezidenti. Xose Mariya Pino Suarez 1869-cu ildə Tenosike şəhərində anadan olmuşdur. O, Fransisko İqnasio Maderoya qoşulmuş və Maderonun Syudad-Xuaresdə rəhbərlik etdiyi müvəqqəti hökumətdə ədliyyə naziri olmuşdur. Yukatan qubernatoru kimi xidmət etmiş, sonra Meksika Vitse-prezidenti olmuşdur. 1913-cü ildə Mexikoda baş tutan hərbi çevrilişdə Meksika Prezidenti Fransisko İqnasio Madero ilə birlikdə öldürülmüşdür. Tadeusz Łepkowski: Historia Meksyku.
A Brief Inquiry into Online Relationships
A Brief Inquiry into Online Relationships — İngiltərə musiqi qrupu The 1975-in üçüncü studiya albomu. 30 noyabr 2018-ci ildə Dirty Hit və Polydor Records tərəfindən buraxılıb.
Bento
Bento (弁当) – Yaponiya mətbəxində bir porsiya şəklində servis edilən hazır və ya evdə paketlənmiş yemək. Ənənəvi bentoya qutuya qoyulmuş düyü və ya əriştə, balıq və ya ət, bişmiş tərəvəzlərdən ibarətdir. Qutunun içində mütləq tərəvəz, oniqiri, ət məhsulu (bir parça toyuq, balıq və ya sosiska), şirniyyat və meyvə olur. Bəzən yumurtadan da istifadə olunur. Qablar bir istifadəlik toplu istehsaldan əl işi olanlara qədər fərqlilik göstərir. Yaponiyada dükkanlar, bento mağazaları (弁当屋, bentō-ya), qatar stansiyaları və supermarketlərdə hazır şəkildə satılmasına baxmayaraq, yapon qadınlar həyat yoldaşları, uşaqları və özləri üçün xüsusi olaraq bu qutuları hazırlamağa daha çox üstünlük verirlər. Bentolar kyaraben adlandırılan və mənası "personaj bentosu" olan stildə xüsusi şəkildə də hazırlana bilərlər. Kyaraben stilində yeməklər anime, manqa və ya videooyun personajlarına bənzədilir. Bir başqa bento stili oekakiben adlanır. Mənası "rəsm bentosu"dur.
Binqo
Binqo vilayəti (備後国, Binqo no kuni) — Yaponiyanın Honşu adasının qərbində, Tohoku regionunda mövcud olmuş tarixi vilayət. Müasir dövrün Hiroşima prefekturasının qərb hissəsini əhatə etmişdir. == Tarixi == Qədim dövrlərdə Binqo Kibi (吉備国) dövlətinin tərkib hissəsi olmuşdur. VII əsrdə üç hissəyə, Binqo (備後 — Arxa Kibi), Bittyü (備中 — Orta Kibi) və Bidzenə (備前 — Ön Kibi) bölünmüşdür. Binqo vilayəti Daxili Yapon dənizinin sahilində xüsusi strateji önəmə malik idi. Tomo və Onomiti limanları paytaxt Kiotodan qərb vilayətlərinə gedən strateji yolun üzərində yerləşirdi. XVI əsrdə Binqo vilayəti Mori klanının ərazisi idi. XVII–XIX əsrlərdə isə sahilyanı torpaqlar Tokuqava klanı ilə qohumluq əlaqələri olan Masudayra ailəsinin torpağı olmuşdur. Şimaldakı dağlıq ərazi qonşuluqdakı Aki vilayətinə sahib olan Asano klanı tərəfindən idarə olunurdu. 1875-ci ildə keçirilmiş inzibati islahat nəticəsində vilayətin ərazisi yeni yaradılmış Okayama prefekturasına daxil edilsə də, bir il sonra Hiroşima prefekturasına daxil olmuşdur.
Dinqo
Dinqo (lat. Canis lupus dingo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinin adi canavar növünə aid heyvan yarımnövü.
Kanto
Kanto (region) — Yaponiyanın Honşu adasında region. Kanto düzənliyi — Yaponiyanın ən böyük düzənliyi.
Kioto
Kioto (yap. 京都市 — Paytaxtların paytaxtı) — Yaponiyada şəhər. Kinki bölgəsində yerləşir. Onun adındakı hecaların yerini dəyişdikdə yeni paytaxtın — Tokionun adı alınır. Çox sayda qədim tarixi binaları və məbədləri var. İkinci dünya müharibəsi zamanı şəhər bombardman olunmadığına görə sayı 1500-dən artıq olan bu məbədlər toxunulmaz qalmışdır. 794-cü ilsən 1869-cu ilədək Yaponiyanın paytaxtı, Yaponiya imperatorlarının əsas iqamətgahı olub. Şəhərin qədim adı — Xeyan, Xeyan-kyö (yap. 平安京, "Sülh və əmin-amanlıq paytaxtı"). Kioto həmçinin gözəl meyvə bağları ilə məşhurdur.
Minato
Minato — Tokionun xüsusi rayonlarından biri. Əhalisi 261 618 nəfərdir (2020).
Ninbo
Ninbo — Çin Xalq Respublikasında Zhejiang əyalətinin şərqində yerləşən şəhər. Qeyri-rəsmi hesablamalara görə şəhərdə 7.605.700 insan yaşayır. Hangzhou körfəzinin cənubunda yerləşən Ninbodan Şərqi Çin dənizi də keçir.
Palto
Palto — Paltar, kostyum və s. üstündən geyilən uzun üst geyimi.
Panno
Panno (fr. panneau, lat. pannus sözündən — "parça") — divarın və ya tavanın (plafon) tam və ya qismən örtülməsi üçün nəzərdə tutulmuş dekorativ xarakterli rəsm əsəri, yaxud barelyef, yonma, yapma və ya keramik kompozisiya. Bayır divarlarda freska texnikası ilə rəngli plitələrdən hazırlanmış pannoları bəzən mural adlandırırlar.
Nikto
Nikto, təhlükəli fayllar/CGI-lər, köhnəlmiş server proqram təminatı və digər problemlər üçün veb-serverləri skan edən pulsuz proqram təminatının komanda xətti zəiflik skaneridir. Ümumi və server tipli xüsusi yoxlamaları həyata keçirir. O, həmçinin qəbul edilən kukiləri çəkir və çap edir. Nikto kodunun özü pulsuz proqramdır, lakin proqramı idarə etmək üçün istifadə etdiyi məlumat faylları isə xeyr. 1.00 versiyası 27 dekabr 2001-ci ildə buraxılmışdır. Nikto 6700-dən çox potensial təhlükəli fayl/CGI aşkarlaya bilər, 1250-dən çox serverin köhnəlmiş versiyalarını yoxlayır və 270-dən çox serverdə versiyaya aid problemləri yoxlayır. O, həmçinin çoxsaylı indeks fayllarının və HTTP server seçimlərinin mövcudluğu kimi server konfiqurasiya elementlərini yoxlayır və quraşdırılmış veb serverləri və proqram təminatını müəyyən etməyə çalışır. Skan elementləri və plaginlər tez-tez yenilənir və avtomatik olaraq yenilənə bilər. Nikto-nun bəzi varsiyaları var, onlardan biri MacNiktodur. MacNikto, Apple-ın Xcode və Interface Builder proqramında qurulmuş, GPL şərtlərinə uyğun olaraq buraxılmış AppleScript GUI şell skript paketidir.
Bnito
Bnito — Qara Dəniz və Xəzər Dənizi Neft Şirkəti, 1883-cü ildə Fransa Rothschild bank ailəsindən olan Alphonse Rothschild tərəfindən təsis edilmişdir. == İş planı == Nobellərin Rusiyanın xam neft bazarını nəzarətindən çıxarmaq məqsədilə, iki kiçik Rus iş adamı, Palashnikov və Bunge, Fransa Rothschild ailəsinin şubesindən Bakıdan Qara dənizdəki Batumi şəhərinə dəmir yolu xətti üçün maliyyə dəstəyi istədilər. Mayer (Alphonse) de Rothschild əməliyyatı təmin etdi və Rusiyanın neft istehsal müəssisələrinə ipoteka paketləri ilə birlikdə Qərbi Avropaya xam neftin daşınması üçün əlverişli müqavilələr aldı. Rothschildlər Rusiyanın neft ixracatının ABŞ-ın neft ixracatından daha rəqabətli olacağını gördü və Bnito şirkətini alaraq Société Commerciale et Industrielle de Naphte Caspienne et de la mer Noire (Qafqaz və Qara Dəniz Neft Şirkəti) adı altında dəyişdirdilər. Rothschildlər və Deutsche Bank digər Rus neft şirkətlərini də alaraq Rus neft bazarını konsolidasiya etdilər. Şirkət nefti taxta barellər və dəmir bidonlar yerinə tankerlərlə daşınmasında qabaqcıl oldu. Əsrin sonuna yaxın, Qafqaz və Qara Dəniz Neft Şirkəti beynəlxalq ixracatda Standard Oil ilə rəqabət etməyə başladı. 1912-ci ildə şirkət Royal Dutch Shell tərəfindən satın alındı.
Straight Into Love
Straight Into Love — (Azərbaycanca: Düz Sevginin İçinə) Sloveniyanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Vikipediyada Star Trek Into Darkness mübahisəsi
Vikipediyada Star Trek Into Darkness mübahisəsi – 1 dekabr 2012-ci ildən 31 yanvar 2013-cü ilə qədər vikipediyanın ingilisdilli bölməsində davam etmiş müzakirə. Mübahisə 2013-cü ildə buraxılmış "Ulduz yolu qaranlığa doğru" filminin (ing. Star Trek Into Darkness) adlandırılması zamanı "into" sözünün böyük hərflə yoxsa kiçik hərflə yazılması barəsində yaranmışdır. Məqalənin müzakirə səhifəsində (redaktorların məqalə üzərində dəyişiklikləri müzakirə etməsi üçün səhifə) 40.000-dən çox söz yazılmış, sonda sözün böyük hərflə yazılması barədə konsensus əldə olunmuşdur. Rejissor Cefri Ceykob Abrams "Ulduz yolu qaranlığa doğru" (ing. Star Trek Into Darkness) filmini 2013-cü ilin aprelində buraxmağı planlaşdırmışdır. Digər "Ulduz yolu" filmlərinin adlarından fərqli olaraq, bu filmin ingiliscə adında "Star Trek" sözlərindən sonra iki nöqtədən istifadə olunmamışdı. Filmin rəsmi adında "into" sözü böyük hərflə yazılsa da, ingiliscə vikipediyanın stil kitabçası qaydasına görə beş hərfdən az olan bağlayıcılar kiçik hərflə yazılmalı idi. Məqalənin adındakı "into" sözünü böyük hərflə yoxsa kiçik hərflə yazmaq barədə mübahisə məqalənin müzakirə səhifəsində 1 dekabr 2012-ci ildən 9 yanvar 2013-cü ilə qədər, daha sonra 13 yanvardan 31 yanvar 2013-cü ilə qədər davam etmişdir. Vikipediyanın qaydalarına uyğun hərəkət etmək yaxud istisnaya yol vermək barədə olan bu müzakirə 40.000-dən çox sözü əhatə etmişdir.
Avatar: The Last Airbender – Into the Inferno
The Last Airbender – Into the Inferno, Avropada Avatar: The Legend of Aang – Into the Inferno kimi bilinir — Avatar: Aanq haqqında əfsanə cizgi serialın üçüncü mövsümün (Üçüncü kitab: Od) əsasında yaradılmış Wii, Nintendo DS, PlayStation 2 və Xbox 360 üçün videooyun. Avatar: The Last Airbender videooyunun trikvelı.