Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Antonin Piy
Antonin Piy (19 sentyabr 86 – 7 mart 161) — XV Roma imperatoru. Tit Eliy Sezar Antonin tarixdə Antonin Piy kimi tanınan (lat.Titus Aurelius Fulvius Boionius Arrius Antoninus Pius) (* 19 sentyabr 86 Lanuviya; †7 mart 161 Lorium) sayca dördüncü evladlığa götürülən XV Roma imperatorudur. 19 sentyabr 86-cı ildə Lanuviyada sahibkar ailəsində doğulmuş, hüquqşünas təhsilli Piy tezliklə vəzifəyə çəkilərək Adrianın zamanında maliyyə və vergi hüququ üzrə prokonsul təyin edilmiş və Adrianın dövlət idarəçiliyi şurasına üzv seçilmişdir. Hələ Asiya üzrə maliyyə və vergi prokonsulu olarkən özünü namuslu (satın alınmaz) bir məmur kimi göstərmişdir.
II Piy
II Piy (lat. Enea Silvio Piccolomini; 18 oktyabr 1405[…], Pyentsa, Siena Respublikası[d] – ən tezi 14 avqust 1464 və ən geci 15 avqust 1464, Ankona, Papa dövləti) — Roma papası.
IX Piy
IX Piy (Covanni Mariya Mastai-Ferretti, 13 may 1792 - 7 fevral 1878) - Roma Papası (1846-78), pontifikatı tarixdə ən uzun olmuşdur (32 ilə yaxın). 1827 ildə Spoleto arxiyepiskopu olmuş, 1840 ildə XVI Qriqori onu kardinal etdi. Birinci Vatikan məclisini çağırmış, 1854 il bullasında Bakirə Məryəmin qüsursuz döllənməsi haqqında ehkam bəyan etdi. 2000 ildə IX Piy bəxtiyar elan edilmişdir.
Piy qapıları
Porta Pia (lat. Porta Pia) — Romanın Avrelian divarının şimal-şərq tərəfindəki qapılar. Nomentan yolunda yerləşən bu qapıları Mediçi ailəsindən olan Roma papası IV Piy tikdirmişdi. Qapılar sökülmüş Nomentan qapılarının (lat. Porta Nomentana) yerində ucaldılıb. Vazariyə inansaq, bu qapılar Mikelanceloya aid sonuncu memarlıq proyekti olmuşdular. Mikelancelo qapıların layihəsi üçün 3 variant təqdim etmişdi və pontifik, onlardan ən ucuzunu seçərək sifarişi təsdiqləmişdi. 1561–1565-ci illərdə memar Cakomo del Dukanın nəzarəti altında tikilən fasad, hətta manyerizm üçün belə həddən artıq olan qeyri tipik detallarla bəzənib. Buna görə də onu "əbədi şəhərin" girişinin üzərində teatr pərdəsinə bənzədirlər. Təəssüf ki, qapılar üzərində işin sonunu Mikelancelo görə bilməmişdi.
VIII Piy
VIII Piy (lat. Francesco Saverio Castiglioni;20 noyabr 1761[…] – 30 noyabr 1830[…], Roma) - Roma papası.
VII Piy
VII Piy (Luici Barnaba Çiaramonti, 14 avqust 1724 - 20 avqust 1823) - Roma Papası (1800-23). Əvvəldə benediktçi olmuş, VI Piy ona abbat və kardinal rütbələri verdi. Napoleon hökuməti ilə 1801 il sazişi bağlamış, 1804 ildə taxta çıxmış Napoleona xeyir-dua verdi. Buna baxmayaraq Napoleon Papa dövlətlərini Fransa İmperiyasının hissəsi elan etmiş, Piyi əvvəlcə Savonada, sonra Fontenbloda əsir saxlamışdı. Kilsənin ənənəvi imtiyazlarını saxlamaq üçün Napoleonla mübarizə aparmış Piy onun süqutundan sonra həmin məqsədinə çatdı. Fransız işğalı dövrünün qanunvericiliyini ləğv edərkən, yezuitlər ordenini bərpa etdi.
VI Piy
VI Piy (lat. Giannangelo Braschi;25 dekabr 1717[…], Çezena, Papa dövləti – 29 avqust 1799[…], Valans, Birinci Fransa Respublikası) — Roma papası.
XII Piy
XII Piy (Eucenio Paçelli; 2 mart 1876, Roma - 9 oktyabr 1958) - Roma Papası (1938-58). Sələfin antikommunist siyasətini gücləndirdi. 1949 il "Munificentissimus Deus" apostol konstitusiyasında Bakirə Məryəmin meracı haqqında ehkam təsis etdi. "Divino Afflante Spiritu" (1943) və "Humani Generis" (1950) ensiklikalarında Bibliya mətnlərinin daha diqqətli yozmaları haqqında arzu irəli sürmüşdür. 1899 ildə keşiş, sonra kanonik hüququ və kilsə diplomatiyası professoru olmuşdur. 1904 ildən sonra arxiyepiskop Pyetro Qasparriyə kanonik hüququnun yeni kodifikasiyasında kömək etmişdir (1917 ildə dərc olunmuşdur). 1914 ildə Qasparrini fövqəladə kilsə işləri papa departamentinin katibi vəzifəsində əvəz etmiş, Bavariyaya apostol nunsisi, 1920 ildə isə Almaniyaya birinci papa nunsisi təyin olunmuşdur. 1924 və 1929 ildə Paçelli Vatikan və iki alman dövlətlər (Prussiya və Bavariya) arasında sazişlər əldə etdi. Bundan sonra o, Romaya çağırılmış kardinal və Müqəddəs Taxtın dövlət katibi təyin edilmişdir. Bu vəzifələrində o, XI Piyin siyasəti keçirmişdi.
XI Piy
XI Piy (Ambrocio Damiano Akille Ratti, 31 may 1857 - 10 fevral 1939, Roma) — Roma Papası (1922–1939). Lateran sazişləri bağlamış, bir neçə sosial ensiklika buraxdı. "Quas Primas" ensiklikasında Kral Məsiha bayramını təsis etdi. 1882–1888-ci illərdə Milandakı seminariyada doqmatik ilahiyyatın professoru, sonra Vatikan kitabxanası prefekti (1911–1918) olmuşdur. Növbəti ildə Polşada papa nunsisi, 1921-ci ildə isə kardinal və Milan arxiyepiskopu təyin edilmişdir.
X Piy
X Piy (İtalyanca: Giuseppe Melchiorre Sarto) (d. 2 iyun 1835, Venetia, Avstriya imperiyası - 20 avqust 1914, Vatikan) - 4 avqust 1903 və 20 avqust 1914 tarixləri arasında Roma-Katolik Kİlsəsinə başçılıq edən 257. Roma Papasıdır. Giuseppe Melchiorre Sarto 2 iyun 1835 tarixində Avstriya imperiyası sərhədləri daxilində yerləşən, İtaliyanın şimalındakı Venetia bölgəsində dünyaya gəlmişdir. O, kənd poçtalyonu olan Giovanni Battista Sarto (1792–1852) və evdar qadın Marqarita Sansonun (1813–1894) 10 övladından ikincisi idi. 3 iyun 1835 tarixində vəftiz olunan Giuseppe yoxsul bir ailədə böyüsə də, mükəmməl təhsil almışdır. Giuseppe`nin 3 qardaşı və 3 bacısı var idi. Ancaq gələcəkdə yüksəldiyi vəzifələrə baxmayaraq ailə fərdlərinə qarşı heç bir imtiyaz görməmişdir. Qardaşlarından biri yaşadıqları bölgənin kənd poçtalyonu, digər qardaşının oğlu isə kənd keşişi olaraq yaşadı. Bacıları isə heç vaxt evlənməmiş və kilsədə rahibə olaraq yaşamışdır.
Piy vəzisi
Qaraciyərin piy infiltrasiyası
Yağların, yağa bənzər maddələrin mübadiləsində qaraciyərin çox böyük rolu vardır. Qaraciyərdə əmələ gəlmiş fosfolipidlər başqa toxumalara neytral yağlara nisbətən asan daşınır və triqliseridlərin sintezinə sərf edilir. Fosfolipidlərin sintezinin pozulması lipidlərin qaraciyərdən digər orqanlara daşınmasını çətinləşdirir. Bu isə qaraciyərin piy infiltrasiyası və ya distrofiyası adlanan patoloji halın əmələ gəlməsinə səbəb olur. Normal halda qaraciyərin ümumi çəkisinin 5 %-ni yağlar təşkil edir. Lakin piy infiltrasiyası zamanı onların miqdarı 40-60 %-ə çatır. Piy infiltrasiyası qaraciyərin bütün əsas funksiyasını zəiflədən patoloji prosesdir. Lesitinlərin miqdarının artması bu prosesin qarşısını alır.
Balan
Balan (En) — Fransada kommuna. Balan (Sərdəşt) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. Balan xalçası — İranda xalça.
Kalan
Kalan (Vərziqan) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. Kalan (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kalan (Kəleybər) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kalan məscidi — Buxaradakı (Özbəkistan) əsas cümə məscididir. Poi-Kalan — Kalan minarəsinin aşağısında yerləşən memarlıq ansamblıdır.
Palau
Palau — bir Okeaniya ölkəsidir. Papua Yeni Qvineyanın şimalındadır. 1994-cü ildən ABŞ himayəsindən çıxmışdır. Yerli xalq dilində adı Belaudur. Sakit okeanın şimalındadır. 328 adadan ibarətdir, sahəsi 458 km²-dir. 2013-cü il məlumatına görə əhalisi 21 min nəfərdir. Paytaxtı Nqerulmud şəhəridir (Melekeok ştatı). Ölkə 16 ştata bölünür. Balıq ovuna lisenziya verilməsi ilə ölkə xeyli xarici valyuta əldə edir.
Palaz
Palaz – xovsuz xalçaların ən geniş yayılmış növlərindəndir. Azərbaycanda palazları hətta xalçaçılıq məntəqə və müəssisələrinin olmadığı ərazilərdə belə, toxunur. Ancaq Qarabağda istehsal olunan palazlar Şirvan və Təbriz palazlarından kobud olur. Azərbaycanda xovsuz xalça texnikasının ən yayılmış növüdür. O demək olar ki, Azərbaycanın bütün ənənəvi toxuculuq mərkəzlərində istehsal olunurdu. Palazın istehsalında həm yun, həm də pambıq iplərdən istifadə edilir. Lakin yazılı mənbələr göstərir ki, Azərbaycanda əvvəllər ipəkdən hazırlanmış palazlar da toxunurdu. Palazın toxunma texnikası saya və ya tünd rəngli əriş iplərin arasından müxtəlif çalarlı arğac iplərinin ensiz zolaqlar şəklində buraxılmasından ibarətdir. Palaz texnikasında toxunmuş məmulatdan ev döşəmələrinin, alaçıqların üstünün örtülməsində müxtəlif əməli xarakerli məişət əşyalarının, hətta bəzən üst paltarların hazırlanmasında da istifadə olunurdu. Bakının Qobu kəndində və onunla qonşu olan Xocasən və Güzdəkdə qədimdən çiyi palaz adlanan texnikadan istifadə edilirdi.
Paqan
Paqan müasir Myanmanın ərazisində yerləşən qədim paytaxt şəhərdir. Şəhər İrivadi çayının qərb sahili boyunca 145 km cənubi-qərbdə Mandalaya, Maquey dairəsində Çauk şəhəri yaxınlığında yerləşir. Hazırda qədim şəhərin yerində arxeoloji zona məbədlər, monastırlar yerləşir. Aşkar mədəni və tarixi əhəmiyyətinə baxmayaraq, siyasi səbəblərdən YUNESKO-nun Dünya İrsi siyahısına salınmadı. Paqan xarabalıqları 40 км² sahəni əhatə edir. Məbədlərin əksəriyyətinin XI-XIII əsrlərdə tikildiyi Paqan şəhəri Krallığın paytaxtı idi. Krallığın paytaxtını kral Pinbya 874-cü ildə Paqana köçürüb. 1287-ci ildə bu səltənət Monqollar tərəfindən işğal edilmişdir. Bu şəhər monqollar tərəfindən talan olunaraq çoxlu dini əşyalar oğurlandı.
Paşan
Paşan — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi avarlardan ibarətdir. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. 2015-ci ilin iyun ayının 17-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.
Talan
Talan — kütləvi iğtişaşların bir növü olub dini, etnik və siyasi mənsubiyyətinə görə bir qrupun digər bir qrupun üzərinə hücum edərək insanları öldürülməsi, iş yerlərinin dağıdılması və ya yandırılması, kütləvi davalar, zorakılıq və hədəf alınan etnik qrupa məxsus ibadətxanaların, məktəb və təşkilatların dağıdılması ilə müşayət olunur. Talan mənasında "poqrom" (rus. погром sözünün kökü rus. громить — dağıtmaq, tar-mar etmək, darmadağın etmək, viran etmək sözündəndir) termin kimi ilk əvvələr əsasən Rus imperiyasında yəhudilərə qarşı olan talanları göstərmək üçün işlədilmişdir. İkinci Dünya müharibəsi ərəfəsində yəhudilərə qarşı başlanmış entik zəmində zorakılıqlar talan (poqrom) andlanırdı. Rus dilində 1988-ci ildən Azərbaycanda ermənilərə qarşı olan kütləvi iğtişaşlar da "poqrom" (bax: Sumqayıt poqromu) adlandırılmışdır.
Yalan
Yalan — bilə-bilə (yaxud bilməyərəkdən) ifadə olunmuş məlum həqiqətə uyğun olmayan iddia. İslamda yalan böyük günahlardan hesab olunur.
Alan
Alan — ad. Bu adı olan tanınmış şəxslər Alan Corc Lafley — Procter & Gamble şirkətinin indiki rəhbəri. Alan Arkin — amerika kinoaktyoru."Oskar" mükafatına layiq görülüb. Alan Türinq — ingilis riyaziyyatçısı, məntiqçi və kriptoqrafı. Yaşayış məntəqələri Alan (Kürdüstan) — Alan (Sərab) — Alaniya — Müasir Rusiya federasiyası ərazisində yerləşən qədim vilayətlərdən birinin adı.
Plan
Plan — Yer səthinin kiçik bir sahəsinin üfüqi müstəvidə iri miqyasda təsviri.. Plan (Coğrafiya) — Plan (En) — Fransada kommuna.
Jiy
Jiy — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Ərus kənd Sovetinin Jiy kəndi Ərsilə kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Oykonim talış dilindəki "alt", "aşağı" mənasında işlənən jiy sözündəndir. Kənd dağ silsiləsinin aşağı hissəsində yerləşdiyi üçün belə adlandırılmışdır. == Tarixi == 24 noyabr 1959-cu ildə kənd ərazisinə meteorit düşmüşdür. == Coğrafiyası və iqlimi == Kənd Burovar silsiləsinin ətəyində yerləşir.
PSY
Park Çe-San (Koreya dilində: 박재상, 朴載相; 31 dekabr 1977, Gangnam),daha çox PSY adı ilə tanınır. Cənubi Koreyalı müğənni, söz yazıçısı, k-pop ifaçısı, rəqqas və prodüserdir. 15 iyul 2012-ci ildə nümayiş etdirilən hərəkətli mahnısı Gangnam Style ilə iTunesda 31 ölkənin ilk sırasında yerləşdi. Gangnam Style mahnısı Youtubeda, 20 sentyabr 2012-ci ildə ən çox bəyənilən və baxış sayı olan video kimi Ginnesin Rekordlar Kitabına girdi. Gangnam Stylenın PSYnin Hyuna ilə də birlikdə oxuduğu başqa versiyaları da vardır.
Pik
Pik - İtiuclu dağ zirvəsidir
Xıy xıy
Klas — Təkbaşına və ya bir neçə oyunçu ilə oynanılabilən uşaq oyunudur. Oyunçular müxtəlif variantlarda oynadıqları bu oyunda, yerə çəkilmiş rəqəmli xanalara hər hansı obyekti və obyekti almaq üçün çəkilmiş xanalarda tək ayaqla atlanır. Xanalara atılan obyekt əsasən yastı daşdan ibarət olur. Oyunun bir çox variantı olsa da əsas qaydası, atlanarkən xanaları bir-birindən ayıran xətləri tapdalamadan irəliləmək və obyketi təyin olunmuş rəqəmli xanaya düzgün atmaqdan ibarətdir.
PIP
Müstəqil Puerto Riko Partiyası (isp. Partido Independentista Puertorriqueño; ing. Puerto Rico Independence Party (PIP); 20 oktyabr 1946-cı ildə yaradılmışdır. Mənzil qərargahı Puerto-Rikonun San Juan şəhərində yerləşir. Partiyanın sədri Ruben Berriosdur. Partiya Puerto-Riko hakimiyyətinə müxalif mövqedə durur. PIP marksizmi qəbul etməyən sosialist partiyasıdır. 1999-cu ildə partiya liderləri, xüsusilə də Ruben Berrios ABŞ-nin ölkədəki silahlı qüvvələrinə qarşı etirazlar keçiriblər. Ruben Berrios Manuel Rodríguez Orellana Fernando Martín María De Lourdes Santiago Juan Dalmau Ramírez Prof. Edwin Irizarry Mora Roberto Iván Aponte Dr.