Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Piyano
Pianino (it. Piano — sakit) — simli və klavişli çalğı aləti. Pianinoda səsləri kiçik çəkiciklər zərbə ilə tellərə dəyərək yaradırlar. Onlara qüvvə dəstəkləri basmaqla xüsusi mexanzimin köməyi ilə ötürülür. Çəkic tellərə dəyməmişdən öncə, tellər dempferdən ayrılırlar ki, yaxşı səs çıxara bilsinlər. Dəstəklər pianinonun qabaq hissəsində bir lövhənin üzərində yerləşdirilirlər. Pianino iki formada mövcuddur: Royal Fortepiano Royalda tellər, titrəyidicilər və dayaqlar döşəməyə nisbətən paralel yerləşir. Pianinoda isə onlar şaquli istiqamətdə olurlar. Buna baxmayaraq, onların təşkilediciləri eynidir.
Piano
Pianino (it. Piano — sakit) — simli və klavişli çalğı aləti. Pianinoda səsləri kiçik çəkiciklər zərbə ilə tellərə dəyərək yaradırlar. Onlara qüvvə dəstəkləri basmaqla xüsusi mexanzimin köməyi ilə ötürülür. Çəkic tellərə dəyməmişdən öncə, tellər dempferdən ayrılırlar ki, yaxşı səs çıxara bilsinlər. Dəstəklər pianinonun qabaq hissəsində bir lövhənin üzərində yerləşdirilirlər. Pianino iki formada mövcuddur: Royal Fortepiano Royalda tellər, titrəyidicilər və dayaqlar döşəməyə nisbətən paralel yerləşir. Pianinoda isə onlar şaquli istiqamətdə olurlar. Buna baxmayaraq, onların təşkilediciləri eynidir.
Yango
Yango bir çox xidmət göstərən texnoloji xidmətlər ekosistemidir. Məsələn: taksi, çatdırılma və e-mağaza xidməti və s. Yango Azərbaycanda daxil olmaqla, Avropa, Afrika, Yaxın Şərq və Cənubi Amerikada fəaliyyət göstərir və mobil proqram vasitəsilə əlçatandır. Yango Hollandiyada yerləşən Ridetech International BV şirkəti, əvvəllər Yandex Taxi BV, Rusiya İT konqlomeratı Yandex MMC üçün Hollandiyada qeydiyyatdan keçmiş holdinq şirkəti Yandex NV-nin törəmə şirkəti tərəfindən idarə olunur. 2023-cü ildən etibarən xidmət Afrika, Asiya, Avropa və Cənubi Amerikada fəaliyyət göstərir. Yango-nun bütün məlumatları Rusiyadakı məlumat mərkəzlərində saxlanılır və Rusiya daxilində və xaricində istifadəçilərdən toplanan məlumatlar arasında heç bir maddi və ya məntiqi bölgü yoxdur.
Anıl Piyancı
Anıl Piyancı (17 iyul 1990, Qarşıyaxa, İzmir ili) == Həyatı == Anıl Piyancı 17 iyul 1990 İzmir, Karşıyakada doğulan rep sənətkarıdır. Anadolu Universitetində beynəlxalq münasibətlərini oxuyan musiqi karyerasına çox gənc yaşda başlamış və bir çox proyektdə yer almışdır. 2007-ci ildə Yeşil Oda adlı bir studio qurmuşdur. Hal-hazırda da işlərini bu studioda davam etdirir. Rep vokalistliyindən başqa prodüser də olan olan sənətkarın Yeşil Oda studiosu nəzdində bir çox yeraltı sənətkarın albomlarında imzası vardır. Piyancı rep və hip-hop tərzindəki musiqilərə olan marağını kiçik yaşda kəşf etmiş, bu sahədə istedadlı olduğunu düşünərək ilk sözlərini 13–14 yaşlarında yazmağa başlamışdır. 14 yaşında ilk səsyazmasını edən rap sənətkarı eyni zamanda hip-hopun başqa bir qolu olan qrafitti sənəti ilə də illərlə məşğul olmuşdur. Bu dövrdən sonra özünü tamamilə musiqiyə həsr etməyə qərar vermiş, yeraltı rep dünyasında ulduzu parıldayan və fanları qısa müddətdə artan rep sənətkarlarında olmağı bacarmışdır. Bir çox təşkilatda yer alaraq adını eşitdirən Piyancı rep dünyasının vacib adlarıyla birlikdə işləyib MC-lik etmişdir. 2006-cı ildən bu tərəfə albom işlərini davam etdirməkdə və çıxartdığı albomların videolarını internetdə yayımlamaqdadır.
Rentso Piano
Rentso Piano (14 sentyabr 1937[…], Genuya) — italyan memar. Rentso Piano inşaatçılıqla məşğul olan ailənin oğlu kimi doğulmuşdur. 1971-ci ildə Riçard Rocers ilə birlikdə Piano&Rocers firmasını qurmuşdur. Rentso Piano RİBA Qızıl medalına (1989), Neutra mükafatına (1991), İmperial mükafatına (1995), Erasmus mükafatına (1995), Pritsker mükafatına (1998), Sonninq mükafatına (2008) layiq görülmüşdür.
Renzo Piano
Rentso Piano (14 sentyabr 1937[…], Genuya) — italyan memar. Rentso Piano inşaatçılıqla məşğul olan ailənin oğlu kimi doğulmuşdur. 1971-ci ildə Riçard Rocers ilə birlikdə Piano&Rocers firmasını qurmuşdur. Rentso Piano RİBA Qızıl medalına (1989), Neutra mükafatına (1991), İmperial mükafatına (1995), Erasmus mükafatına (1995), Pritsker mükafatına (1998), Sonninq mükafatına (2008) layiq görülmüşdür.
Çividate al Piano
Çividate al Piano (it. Cividate al Piano) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Əhalisi 4882 nəfər, əhalinin sıxlığı 542 nəfər/km²-dir. Sahəsi 9 km² ərazini tutur. Poçt kodu — 24050. Telefon kodu — 0363. 1191-ci ildə kommuna ərazisində Cremona tərəfindən dəstəklənən Berqamo və Milanın dəstəklədiyi Brescia kommunaları arasında Rudiano döyüşü baş verib. İtalyan tenor Eliodoro Bianki 1773-cü ildə Çividate al Pianoda anadan olub.
Anna Rita Del Piano
Anna Rita Del Piano (rəsmi adı Anna Rita Viapiano, it. Anna Rita del Piano; 26 iyul 1966, Kassano-delle-Murce) — İtaliya kino, televiziya və teatr aktrisası və teatr rejissoru. == Həyatı == Anna Rita Viapiano 1966-cı il iyulun 26-da İtaliyada anadan olub.
Kökdən düşmüş piano (film, 1982)
== Məzmunu == Tamaşanın əsasını piano kökləyən Qəhrəmanın (Yaşar Nuri) uğursuz taleyi təşkil edir. Piano kökləmək üçün gəldiyi evdə isti ailə münasibətini görən Qəhrəman istər istəməz öz dağılmış ailəsini xatırlayır və dərdini ev sahibləri Gülər (Səidə Quliyeva) və Nərimanla (Şahin Cəbrayılov) bölüşür.
Ximanqo
Ximanqo (lat. Milvago chimango) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin çığırqan qarqar cinsinə aid heyvan növü.
Pinanq
Pinanq — Malakka boğazı ilə Malayziya yarımadasının şimal-qərb sahillərində yerləşən Malayziya ştatıdır. Pinanq ştatı cənubdan Perak, şimal və şərqdən Kedah ştatı ilə həmsərhəddir. Ştat Pinanq adasından və Malay yarımadasında yerləşən Seberanq Perai daxili rayonu olmaqla iki hissədən ibarətdir. Yüksək urbanizasiya və sənayeləşməyə görə Pinanq ölkənin ən çox inkişaf etmiş və iqtisadi cəhətdən vacib ştatlarından biri sayılır. Pinanq həmçinin ölkənin əsas turizm bölgəsidir. Pinanq Selanqor ştatı və Kuala-Lumpur federal ərazisindən sonra Malayziyada üçüncü ən yüksək İnsan İnkişafı İndeksinə malikdir. Ştatın heterogen əhalisi etnik mənsubiyyətinə, mədəniyyətinə, dilinə və dininə görə rəngarəngdir.
The Classical Music of Azerbaijan: Piano Volume 4
The Classical Music of Azerbaijan: Piano Volume 4 - Azərbaycan klassik musiqi bəstəkarlarının əsərləri seriyasından yayımlanmış dördüncü albomdur. Albomun adından da göründüyü kimi bu alboma Azərbaycan bəstəkarlarının pianino üçün yazılmış əsərləri daxil edilmişdir. Ümumilikdə alboma altı Azərbaycan bəstəkarı - Üzeyir Hacıbəyov, İsmayıl Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Vasif Adıgözəlov və Rafiq Babayevin iyirmi beş əsəri daxil edilmişdir. Əsərlər Tamilla Quliyeva, Ülviyyə Vəliyeva, Elnarə Həşimova və Murad Adıgözəlzadə tərəfindən ifa edilib. Üzeyir Hacıbəyov (1885-1948) Sənsiz (1941) - Tamilla Quliyeva 4:14 Fikrət Əmirov (1922-1984) Ballada (1954) - Murad Adıgözəlzadə 1:12 Aşıq mahnısı (1954) - Murad Adıgözəlzadə 0:50 Noktrune (1954) - Murad Adıgözəlzadə 1:17 Humoreska (1954) - Murad Adıgözəlzadə 0:41 Lirik rəqs (1954) - Murad Adıgözəlzadə 1:27 Vals (1954) - Murad Adıgözəlzadə 1:00 Laylay (1954) - Murad Adıgözəlzadə 1:56 Toccata (1954) - Murad Adıgözəlzadə 0:37 Qara Qarayev (1918-1982) Preludes 1 (1950) - Murad Adıgözəlzadə2:15 Preludes 2 (1950) - Murad Adıgözəlzadə 1:47 Preludes 3 (1950) - Murad Adıgözəlzadə 3:21 Preludes 4 (1950) - Elnarə Həşimova 3:36 İsmayıl Hacıbəyov (d.
Pinanq adası
Pinanq adası (malay Pulau Pinang) — Malakka boğazında, Malayziyanın şimal-qərbində yerləşən ada. Adanın sahəsi 290 km²-dir. Ölkənin dördüncü ən böyük adasıdır. bu siyahıya Kalimantan daxil deyildir. Ən hündür nöqtəsi Pinanq dağıdır (738 m). Eyni adlı ştat ərazisiunbə daxildir. Malay yarımadası ilə Pinanq körpüsü ilə birləşir. Körpü ştatın gerbində əks olunmuşdur. 2014-cü ildə ikinci körpü inşa edilmişdir. Üstəlik yarımada ilə 6 bərə ilə əlaqəıləndirilir.
Piano və orkestr üçün konsert No.2 (Sergey Raxmaninov)
Piano və orkestr üçün konsert No.2 , Op. 18 (C minor), 20-ci əsrin dahi rus bəstəkarı Sergey Raxmaninov tərəfindən, 1900 və 1901-ci illər arasında yazılmış konsertdir. Əsərin ikinci və üçüncü hissələri ilk dəfə, bəstəkarın özü soloist olaraq, 2 dekabr 1900 tarixində ifa edilmişdir. Bütün əsər ilk dəfə, bəstəkarın qohumu Aleksandr Siloti dirijor, bəstəkarın özü pianist olaraq, 9 Noyabr 1901 tarixində ifa olunmuşdur. Bu əsər, Raxmaninovun ən məşhur əsərlərindən biri olmaqla yanaşı, onu konsert bəstəkarı olaraq tanıdan ən böyük əsəridir. Bəstəkarın 1897-ci ildə premyerası baş tutan birinci simfoniyası günümüzdə böyük nailiyyət olaraq görülsə də, o dövrün tənqidçiləri tərəfindən bəyənilməmiş və rişxənd edilmişdi. Bu hadisə, şəxsi həyatındakı problemlər ilə birlikdə, bəstəkarın illərlə davam edəcək depressiyaya düşməsinə səbəb olur. Bəstələdiyi ikinci konsert, hipnoterapiya, psixoterapiya və ailəsinin də dəstəyi ilə onun kliniki depressiyadan çıxmasına və yenidən musiqi bəstələməyə başlamasına kömək olur. Konsert, Raxmaninovun depressiyadan çıxmasına kömək edən Nikolai Dahl adında terapevtə həsr olunmuşdur. Əsər, 2 fleyta, 2 qaboy, 2 klarnet, 2 faqot, 4 valtorn, 2 truba, 3 trombon, tuba, timpani, baraban, simbal, fortepiano və simli alətlər üçün yazılmışdır.
Pinanq ştatı məscidi
Pinanq dövlət məscidi — Malayziyanın Pinanq ştatının paytaxtı və ən böyük şəhəri olan Corctaunda yerləşən dövlət məscidi. 4.6 hektar sahəni əhatə edən məscidin tikintisi 1980-ci ildə 4 il müddətində tamamlanıb. Eyni vaxtda 5000 min nəfər məsciddə ibadət edə bilər. Bu məscid həmçinin Pinanq şatının ən böyük məscididir. Məscid braziliyalı memar Oskar Nimeyerin layihəsini verdiyi Müqəddəs Məryəm Ana kilsəsinin dizaynından ilhamlanaraq tikilib. Onun arxitekturası qərb modernizminin birləşməsindən ibarətdir. Məscidin layihəsi filippinli memar Efren Brindez Paz tərəfindən verilib.