PİYAN

[ rus. пьяный] dan. Sərxoş, kefli.
Adam var anlamır, danışır sözün; İçməmiş piyandı, itirib özün. Aşıq Ələsgər.

□ Piyan olmaq – içib keflənmək, sərxoş olmaq.

Синонимы

  • PİYAN piyan bax sərxoş
PİYALƏGÖZLÜ
PİYLƏMƏ
OBASTAN VİKİ
Anıl Piyancı
Anıl Piyancı (17 iyul 1990, Qarşıyaxa, İzmir ili) == Həyatı == Anıl Piyancı 17 iyul 1990 İzmir, Karşıyakada doğulan rep sənətkarıdır. Anadolu Universitetində beynəlxalq münasibətlərini oxuyan musiqi karyerasına çox gənc yaşda başlamış və bir çox proyektdə yer almışdır. 2007-ci ildə Yeşil Oda adlı bir studio qurmuşdur. Hal-hazırda da işlərini bu studioda davam etdirir. Rep vokalistliyindən başqa prodüser də olan olan sənətkarın Yeşil Oda studiosu nəzdində bir çox yeraltı sənətkarın albomlarında imzası vardır. Piyancı rep və hip-hop tərzindəki musiqilərə olan marağını kiçik yaşda kəşf etmiş, bu sahədə istedadlı olduğunu düşünərək ilk sözlərini 13–14 yaşlarında yazmağa başlamışdır. 14 yaşında ilk səsyazmasını edən rap sənətkarı eyni zamanda hip-hopun başqa bir qolu olan qrafitti sənəti ilə də illərlə məşğul olmuşdur. Bu dövrdən sonra özünü tamamilə musiqiyə həsr etməyə qərar vermiş, yeraltı rep dünyasında ulduzu parıldayan və fanları qısa müddətdə artan rep sənətkarlarında olmağı bacarmışdır. Bir çox təşkilatda yer alaraq adını eşitdirən Piyancı rep dünyasının vacib adlarıyla birlikdə işləyib MC-lik etmişdir. 2006-cı ildən bu tərəfə albom işlərini davam etdirməkdə və çıxartdığı albomların videolarını internetdə yayımlamaqdadır.
Piyanqotəpə qətliamı
Piyanqotəpə qətliamı — 16 may 1979-cu ildə Türkiyədə baş vermiş kütləvi qətl hadisəsi. Hadisə nəticəsində 7 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır. Ankaranın Piyanqotəpə ərazisində sağçı hərbçilər tərəfindən əsasən solçuların getdiyi qəhvəxanaya basqın edilmişdir. Müttəhimlərdən Əli Bülənd Orxan 12 sentyabr çevrilişindən sonra edam olunmuşdur. 16 may 1979-cu ildə Keçiörən rayonunun Piyanqotəpə məhəlləsində yerləşən Rafiq Saydam küçəsində sağçılar Əli Bülənd Orxan, Nurullah Ağdoğan, Ərol Türkmən və Həsən tərəfindən dağıdılmışdır. Silahlılar kafedəkilərdən yerə uzanmağı tələb etmişdilər. Həmin vaxt qəhvəxanada 20 nəfər buna əməl etmişdir. Hücum edənlər yerdə yatan insanlara təsadüfi atəş açmışdılar. Həlak olanlar Hüsaməddin Qurban, Tuncay Sarıqaya, Mızrap Əli Daşkın, Ərdoğan Doğan, Müslüm Doğan, Mehmet Turan və Əhməd Turandır. 2 nəfər ağır yaralanmışdır.
Piyano
Pianino (it. Piano — sakit) — simli və klavişli çalğı aləti. Pianinoda səsləri kiçik çəkiciklər zərbə ilə tellərə dəyərək yaradırlar. Onlara qüvvə dəstəkləri basmaqla xüsusi mexanzimin köməyi ilə ötürülür. Çəkic tellərə dəyməmişdən öncə, tellər dempferdən ayrılırlar ki, yaxşı səs çıxara bilsinlər. Dəstəklər pianinonun qabaq hissəsində bir lövhənin üzərində yerləşdirilirlər. Pianino iki formada mövcuddur: Royal Fortepiano Royalda tellər, titrəyidicilər və dayaqlar döşəməyə nisbətən paralel yerləşir. Pianinoda isə onlar şaquli istiqamətdə olurlar. Buna baxmayaraq, onların təşkilediciləri eynidir.

Значение слова в других словарях