Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Porkkala
Porkkala (fin Porkkalanniemi, isv. Porkala və ya Porkala udd) — Uuisima regionunda yerləşən, Helsinkidən 30 km qərbdə qərarlaşan yarımada. Yarımadanın tarixi adı Porkkala-Udd adlanırdı. Yarımada hər zaman trateji əhəmiyyət daşımışdır. Bura dalğa və küləklərdən yaxşı mühafizə olunduğundan üstəlik sahillərində dərinliyik 14–26 metr olması bura çoxlu sayda gəmilərin cəmləşməsinə imkan verir. Porkkala rayonu Fin körfəzinin ən ensiz hissəsindur. Yaxınlığında yerləşən Myakiluoto adası (fin Mäkiluoto) ilə Estoniyaya məxusus olan Naissaar adası arasında məsafə 36 km-dir 1944-cü ildə Sovet-Fin müharibəsi (1941—1944) bitdikdən sonra Moskva barışığı imzalanır. Bu anlaşmaya görə yarımada 50 il müddətində SSRİ icarəyə verilir. Burada hərbi baza qurulur. Ancaq 1955-ci ildə SSRİ yarımadada yerləşən bazanı ləğv etməli olur.
Porko Rosso
«Porko Rosso» (it. Porco Rosso — «qırmızı donuz») — 1992-ci ilin anime-filmi. Yapon dilində adı — «Kurenay no Buta» (紅の豚, «al donuz»). Rejissor — Hayao Miyazaki. Məzmun Birinci və İkinci dünya müharibələrinin arasında Adriatikada baş tutur. Baş pilot Marko Paqqot — Birinci dünya müharibəsinin iştirakçısıdır. Müharibə bitdikdən sonra Marko insanlarla o dərəcədə məyus oldu ki, özünə cadu cəlb etdi və qismən donuza döndü. İtaliyada faşistlər yaranandan sonra o, özünü Porko Rosso ( it. Porco Rosso — «Al donuz») adlandırır və hökumətə hava piratlarını yaxalamaqla kömək etməyə başlayır. 1993-cü ildə film iki «Mayniçi» mükafatını alır — ən yaxşı animasiya filminə görə (Hayao Miyazaki) və ən yaxşı musiqiyə görə (Co Hisayşi).
Mərkəzi Park (Nyu-York)
Sentral park və ya Mərkəzi park (ing. Central park) — Amerika Birləşmiş Ştatlarının, Nyu-York şəhərinin, Manhetten rayonunda yerləşən 341 hektar ərazisi olan çox böyük ümumi bir şəhər parkıdır. İllik orta hesabla 25 milyon ziyarətçisi ilə Mərkəzi Park, Birləşmiş Amerikada ən çox ziyarət edilən şəhər parkıdır. Bir çox film və televiziya şouları bu parkı dünyada ən məşhur şəhər parkı etmişdir və həmçinin Mərkəzi parkda üzmək qanunlara ziddir. Sentral park, Dünyanın ən məşhur şəhər parklarından biridir və Nyu Yorkun simvollarındandır. Nyu-york şəhərinin Manhetten rayonunda yerləşən xəstəlik saçan və nizamsız sahəyə sahib bir bataqlıq, şəhər xalqının nəfəs ala biləcəyi, zaman keçirə biləcəyi bir sahəyə çevrilməsi tələb olunmuşdur. Bunun üçün 1857-ci ildə Mərkəzi Park komissiyası sahə tənzimləmə müsabiqəsi keçirmişdir. Frederik Lo Olmsted və tərəfdaşı Calvert Vaux bu müsabiqəyə qatılmağa qərar vermişdi. Hazırladıqları layihə 33 layihədən birinci seçilmişdir. Olmsted mühəndis olaraq Sentral Park layihəsinin başına keçmişdir.
Kork
Kork (irl. Bruachbhaile Chorcaí, ing. Cork) — İrlandiyanın cənub-qərbində Manster vilayətində yerləşən şəhər. 2016-cı il hesablamalarına görə, şəhər əhalisi 125,622 nəfər təşkil edir. Şəhər qərb istiqamətində iki kanala bölünən və şəhər mərkəzini kiçik adalara bölən Li çayı dərəsində yerləşir. Dünyanın ən böyük təbii limanı da burada yerləşir. Yerli sakinlər şəhəri İrlandiya vətəndaş müharibəsində inqilabçı qüvvələrin mərkəzi olmasına istinadən ölkənin "həqiqi paytaxtı" adlandırırlar. Şəhərin şüarı latın dilində "Statio Bene Fida Carinis", yəni "Gəmilər üçün təhlükəsiz liman" mənasını verir. 2017-ci ilə olan məlumata əsasən, Kork şəhəri aşağıdakı şəhərlərlə qardaşlaşmış şəhər əlaqələrinə malikdir. 2017-ci ilin fevralına olan məlumata görə, şəhər şurası Bordo, Sankt Peterburq və Mayami şəhərləri ilə də "qardaşlaşmış şəhər" olmaq üçün danışıqları davam etdirir.
Park
Park (ing. park) — Park sözü ümumiyyətlə saxlamaq, qorumaq anlamına gəlir. Ona görə də park dedikdə nəyinsə qorunması və saxlanması üçün ayrılmış sahə nəzərdə tutulur. Buna misal olaraq: 1. Milli parklar — Vəhşi təbiətin, flora və faunanın qorunub saxlanması üçün ayrılmış və qorunan sahələr. 2. Şəhər mühitində insanların istirahəti üçün qorunan yaşıllıq sahələr — Xiyabanlar, Çiçəklikləri, və çəmənlik sahələri olan böyük bağ, ağaclıq. Mərkəzi mədəniyyət və istirahət parkı. 3. Nəqliyyat vasitələrinin və xüsusi texnikalarım saxlanıldığı, mühafizə və təmir olunduğu yer.
Port
Liman və ya port – sahilyanı yarımqapalı su hövzələri. Onlar şirinsulu və dəniz ekosistemləri arasında ekoton kimi özünü göstərir. Liman müxtəlif tipli gəmilərin sahilə yaxınlaşmaq üçün yan aldıqları xüsusi hazırlanmış dənizkənarı yerdir. Limanlar iqtisadi cəhətdən yüksək əhəmiyyətə malik olmalarına baxmayaraq, ekoloji cəhətdən müəyyən fəsadlara səbəb olurlar. Limanlar adətən litoral zonaya daxil olur və qabarma-çəkilmələrə məruz qalır. Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin "tələsi" hesab olunur. Bütün il ərzində dənizlərdə avtotroflar – makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları, fitoplankton aktiv olur. Onlar cavan (körpə) balıqların yemləmə yeridir. Limanlar insanın təsərrüfat fəaliyyəti altına düşdükdə su mühitinin çirklənməsi nəticəsində məhsuldarlığını itirir.
Poru
Poru (lat. Ballerus sapa) çəkilər fəsiləsinin çapaqlar cinsinə aid növdür. Xəzər hövzəsində bir növü və bir yarım növü mövcuddur. Tipik növ Şimali Xəzərdə, Volqa, Ural, Səfidruddan Terekin mənbəyinə qədər yaşayır. Cənubi-Xəzər porusu isə Xəzərin cənub hissəsində yaşayır. Anal üzgəcində 32–42, bel üzgəcində 7–8 şüa, yan xətt orqanında 42–55 pulcuq var. Gümüşü rəngə çalan iri gözləri vardır. Bədəni hündür, yanlardan basıqdır. Anal üzgəci uzundur. Ağzı yarımalt, burnu qalındır.
Spork
Spork ("çəngəl-qaşıq") — çəngəl və qaşıq elementlərini özündə birləşdirən mətbəx ləvazimatı. 1870-ci ildə ABŞ-də ixtira edilib. Yemək hazırlanarkən istifadə edilir. Metaldan, plastikdən və taxtadan hazırlanır. İngilis sözü olan sporkdan əmələ gəlmişdir — spoon (qaşıq) və fork (çəngəl).
York
York — Böyük Britaniyada, İngiltərədə şəhər.
Polk
Alay və ya polk — bir polkovnikin əmri altında üç ya da dörd tabordan ibarət olan hərbi birlik. Bir həbri birlik olaraq çox köhnə tarixə malikdir. 16 əsrin ortalarında Fransız süvari birliklərinə də alay deyilirdi. Daha sonrakı əsrlərdə alayların öz bayraq, forma və gerbləri inkişaf etdirilmiş və müəyyən alaylar müəyyən bir şəxsiyyət, hərbi karier əldə etmişlər. 20 əsrin əvvəllərinə qədər Avropa və ABŞ ordularında alaylar 10 bölükdən ibarət idi. Napoleon isə alay təşkilatında yeni tənzimləmələrə getmiş və əmri altındaki alayları, biri qərargahda, digər ikisi də ərazidə olmaq üzrə üç tabor şəklində təşkilatlandırmışdır. 20 əsrin başlanğıcında Birləşmiş Ştatlar ordusu da bu yeniliyi mənimsəmişdir. Alayların bu quruluşu Birinci dünya müharibəsi, İkinci dünya müharibəsi və Koreya müharibəsi ərəfəsində dəyişməmişdir. Azərbaycan Silahlı Qüvvələrində və digər dövlətlərdə həbri birləşmələrdən başqa,hüquq mühafizə orqanlarının şəxsi heyətinin birləşmələridə Alay adlandırılır.məs:Çevik Polis Alayı və s.
Por
Por (Ermənistan)
Bella Porç
Bella Porç (9 fevral 1997, Filippin) — Filiipin əsilli Amerikalı internet ulduzu və müğənni. Bella Porç 8 fevral 1997-ci ildə Filippində anadan oldu və orada böyüdü. Bella 13 yaşında olanda ailəsi ABŞ-nin Texas ştatına köçdü. Bella Porç 2020-ci ilin yanvarında TikTok hesabı açdı. 2020-ci ilin aprelindən etibarən oyun və cosplay məzmunlarında TikTok-da aktiv olaraq videolar paylaşdı. 2020 avqust ayında — 18 yaşında ingilis reper Milli B-nin "Soph Aspin Send" mahnısına dodaq sinxronzasiyası etdiyi TikTok videosu ən çok bəyənilən TikTok videoları siyahısında birinci sıraya çatmışdır. Həmçinin 7 iyun 2021-ci ildə TikTok platformasında 71.9 milyondan çox izləyici ilə ən çok izləyicisi olan Çarli Damelio və Addison Raedən sonra ən çox izlənən üçüncü şəxs olmuşdur. 14 may 2021-ci ildə sinql "Build a B*tch" mahnısını yayımladı. Bu mahnı Warner Records tərəfindən "tarixin ən böyük çıxışı" olaraq adlandırıldı. 100 Thieves adlı YouTube kanalının yayımladığı podkastların bir hissəsində mahnısının uşaqlığında yaşadığı şiddətlərə əsaslandığı deyilmişdir.
Ceyms Polk
Ceyms Noks Polk (ing. James Knox Polk; 2 noyabr 1795, Paynvil, Şimali Karolina, ABŞ — 15 iyun 1849, Neşvil, Tennessi, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 11-ci prezidenti (1845–1849). Tarixçilər tərəfindən ABŞ tarixindəki ən yaxşı 10 prezidentdən biri hesab olunur. Polkun hakimiyyəti dövründə ABŞ Luiziananın satın alınmasından sonrakı ən böyük ərazi artımına nail olmuşdur. 1846–1848-ci illər ABŞ-Meksika müharibəsi nəticəsində Nyu-Meksiko, Kaliforniya, Nevada və Yutanın işğalı, Britaniyadan Oreqonun şimal hissəsinin əldə edilməsi və Texasın özünə birləşdirilməsi yolu ilə ABŞ öz ərazilərini 1,3 milyon km² artırmış və nəticədə Sakit okeana çıxış əldə etmişdi. ABŞ-nin 11-ci prezidenti Ceyms Noks Polk 2 noyabr 1795-ci ildə Şimali Karolina ştatının Meklenburq dairəsində anadan olmuşdur He was the first of 10 children born into a family of farmers.. On bir yaşında ikən ailəsiylə birlikdə Tennessiyə köçürlər. Səhhətində olan problemlər onun ibtidai təhsil almasını gecikdirmişdir. Lakin bu, onun mükəmməl təhsil almasına mane olmur. 21 yaşında Şimali Karolina Universitetinə daxil olaraq, 1818-ci ildə oranı müvəffəqiyyətlə bitirir.
Cənubi Park
South Park (azərb. Cənubi Park‎) — Trey Parker və Mett Stoun tərəfindən yaradılmış ABŞ istehsalı sitkom cizgi-serialı. Brayan Qreden tərəfindən quruluş verilmiş serial Comedy Central üçün nəzərdə tutulub. Cizgi filmində Kolorado ştatının South Park adlı kiçik qəsəbəsində yaşayan dörd uşaqdan ibarət bir qrupun macəralarından bəhs olunur. Serial Amerika mədəniyyətini, amerikan həyat tərzini ələ salır, müxtəlif "tabu"ları tənqid edir. Sten Marş - 4 əsas personajdan biri. Katolik. Klonu Obiri kainatdan Sten Şelli Marş - Stenın 13-yaşlı bacı. Katolik. Rendi Marş - Stenın atasi, geoloq.
Duayt York
Duayt Eversli York (ing. Dwight Eversley Yorke; 3 noyabr 1971, Kanaan, Trinidad və Tobaqo) — Trinidad və Tobaqo futbolçusu. Duayt York 3 noyabr 1971-ci ildə anadan olmuşdur. Yorkun futbolçu karyerasında ən böyük uğurları 1998–2002-ci illərdə oynadığı Mançester Yunayted komanda (151 görüşdə 64 qol) ilə bağlıdır. Belə ki, o, Mançester Yunayted ilə ÇL-nin qalibi olmaqla yanaşı, üç dəfə ölkə çempionluğunu qazanıb. Duayt İngiltərədə həmçinin "Aston Villa", "Blekbörn", "Birmingem", "Sanderlend" klublarında oynayıb. Son vaxtlar Avstraliyanın "Sidney" klubunda çıxış edən York uzun müddət şərəfini qoruduğu milli komandasının lideri sayılırdı. 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatının final mərhələsində iştirak edən Trinidad və Tobaqoda Duayt milli qəhrəman hesab olunur. 2009-cu ildə - 37 yaşında karyerasını bitirib.
Dvayt York
Duayt Eversli York (ing. Dwight Eversley Yorke; 3 noyabr 1971, Kanaan, Trinidad və Tobaqo) — Trinidad və Tobaqo futbolçusu. Duayt York 3 noyabr 1971-ci ildə anadan olmuşdur. Yorkun futbolçu karyerasında ən böyük uğurları 1998–2002-ci illərdə oynadığı Mançester Yunayted komanda (151 görüşdə 64 qol) ilə bağlıdır. Belə ki, o, Mançester Yunayted ilə ÇL-nin qalibi olmaqla yanaşı, üç dəfə ölkə çempionluğunu qazanıb. Duayt İngiltərədə həmçinin "Aston Villa", "Blekbörn", "Birmingem", "Sanderlend" klublarında oynayıb. Son vaxtlar Avstraliyanın "Sidney" klubunda çıxış edən York uzun müddət şərəfini qoruduğu milli komandasının lideri sayılırdı. 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatının final mərhələsində iştirak edən Trinidad və Tobaqoda Duayt milli qəhrəman hesab olunur. 2009-cu ildə - 37 yaşında karyerasını bitirib.
Hampden Park
Hempden Park (ing. Hampdan Park) — Şotlandiyanın Qlazqo şəhərində yerləşən stadion.
Hayd-park
Hayd-park (ing. Hyde Park) — Londonun mərkəzində yerləşən sahəsi 1.4 km² olan krallıq parkı. Qərb tərəfdən Kensinqton bağlarıyla sərhəddir. Siyasi mitinqlərin, gəzintilərin və mitinqlərin ənənəvi yeridir. Hələ normand işğalına qədər park Vestminster abbatlığına məxsus idi. Park öz adını qədim ölçü vahidindən almışdır. VIII Henrixin dövründə park kralın ov əyləncə yeri kimi istifadə olunurdu və əhali üçün qapalı idi. I Yakovun dövründə park yenidən ictimaiyyət üçün açılır, II Karlın dövründə park londonluların sevimli istirahət yerinə çevrildi. Parkın əsas görməli yeri Serpentayn gölü və eyniadlı qalereyadır. Göldə çimməyə də icazə verilir.
Hempden Park
Hempden Park (ing. Hampdan Park) — Şotlandiyanın Qlazqo şəhərində yerləşən stadion.
Keyp-York
Keyp-York (ing. Cape York Peninsula) — Avstraliyanın Kvinslend ştatı ərazisində yerləşən, şərqdən Mərcan dənizi, qərbdən Karpentariya körfəzi, şimaldan isə Torres boğazı ilə əhatələnir. Bu dünyanın mənimsənilməmiş yarımadasıdır. Onun insan sivilizasiyası tərəfindən toxunulmayan rütubətli meşələrəri və savannaları böyük dərin ekoloji əhəmiyyət daşıyır. Hazırda rütubətli tropik meşələrin UNESCO Ümumdünya irsi siyahısına namizədliyi göstərilir. Keyk-York yarımadası 137 000 km² sahəyə malikdir. Yarımadanın şərq hissəsi dağlıqdır, qərbi isə düzən relyefə malikdir. Yarımada ərazisində ümumilikdə 18 min insan yaşayır ki, onlarında ~60 % yerli avstraliya aborigenlərindən ibarətdir. Yarımadanın şimal qutaracağında York burnu yerləşir. Buradan Yeni Qvineya sahillərinə qədər məsafə 160 km təşkil edir.
Kunya-Pora
Kunya-Pora (port. Cunha Porã) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 10680 nəfərdir. Ərazisi 220,293 km²-dir. Əhalinin sıxlığı 44,6 nəfər/km²-dir. Bələdiyyə 20 iyul 1958-ci ildə yaradılmışdır. Bələdiyyənin bayramı 20 iyulda qeyd edilir.
Kuğulu Park
Quğulu Park — Ankara şəhərinin Qavaqlıdərə məhəlləsində olan bir parkdır. Park, Tunalı Hilmi Prospekti, Atatürk Bulvarı və Polşa Caddəsi arasındadır. Parkın hovuzunda, qular, qazlar və ördəklər yer alır. Qavaqlıdərədən arta qalan gölmə və ətraf ərazi 1958-ci ildə Ankara Bələdiyyəsi tərəfindən park halına salınmışdı. 1957-ci ildə Atatürk Bulvarının genişləndirilməsi üçün Polşa Səfirliyinə məxsus torpaq sahəsinin bir qismi alınmışdı, 1964-cü ildə Polşanın bu itkisini kompensasiya etmək məqsədiylə səfirlik torpaqlarına bitişik digər torpaqlardan və hətta Quğulu Parkın bir qismi bağışlanılmışdı. Əvvəllər xalqdan çox maraq görməyən park Vədat Daloqayın bələdiyyə başçılığı (1973–77) əsnasında yenidən abadlaşdırılmış məşhur bir yer oldu. Parkın adı qurulduğu illərdə Vyana Bələdiyyəsi tərəfindən hədiyyə edilən ağ qu quşlarından (türkcə: kuğu) əmələ gəlib. Quğulu parkın qulanrından üçü daha sonra Seymənlər parkına köçürülmüşdür. Bu qular daha sonra müxtəlif vaxtlarda Quğulu Parka qayıtmaq üçün uçarkən yüksək binalara və ya ağaclara dəyib nəticədə ölmüşdü. Parkda hələ də olan qu quşları (Cygnus atratus) Çin Xalq Respublikası hökumətinin hədiyyələridir və Pekindən gətirilmişdirlər.
Kültür Park
Kültür Park — Türkiyənin İzmir şəhərində yerləşən park. Konak ilçəsindəki Memar Sinan məhəlləsində yer alır və şimalda Dr. Mustafa Ənvər Bəy prospekti, şərqdə 1395 və 1396 nömrəli küçələr, cənubda Mürsəl Paşa bulvarı, qərbdə Dr. Rafiq Saydam və Şair Əşrəf bulvarları ilə əhatə olunmuşdur. 1936-cı ildə 1922-ci il İzmir yanğınında xarabalığa çevrilmiş 360.000 m² ərazi yenidən qurulmuşdur. Üç il sonra, 1939-cu ildə genişləndirilərək 420.000 m²-ə çatmışdır. Yarandığı gündən bəri İzmir Beynəlxalq Sərgisinə ev sahibliyi edir. İlki 1933-cü ildə təşkil edilən 9 Sentyabr Sərgisi Cümhuriyyət Meydanının arxasındakı ərazidə Swissoteldə qurulmuşdur. Bələdiyyə sədrinin müavini Suat Yurtkoru, bələdiyyə başçısı Behçet Uza sərginin ərazisinin gələcəkdə kifayət etməyəcəyi və Qorki parkı kimi bir ərazinin şəhərə gətirilməsi fikrini irəli sürdü. Behçet Uzun tələbi ilə Yurtkoru tərəfindən hazırlanan hesabat 14 may 1934-cü ildə şəhər məclisi tərəfindən qəbul edildi və Kültürparkın inşası təsdiq edildi.
Linkin Park
Linkin Park — Alternativ metal üslubunda mahnılar ifa edən Kaliforniyalı musiqi qrupu. İki Qremmi mükafatına layiq görülmüşdür. 1996-cı ildə Aqura-Hills şəhərində yaradılan qrup "Linkin Park" kimi 1999-cu ildən tanınmışdır. Debyut albomu "Hybrid Theory" 2005 ildə brilyant sertifikatlaşdırılmışdı. "Collision Course" albomu Jay-Z ilə meydana gəldi. 2002 il "Reanimation" albomu remikslərdən ibarətdir. Studiya albomları: "Hybrid Theory" (2000), "Meteora" (2003), "Minutes to Midnight" (2007), A Thousand Suns (2010), Living Things (2012) və The Hunting Party (2014) Qrubun əsası əslində Los-Anceles-də bir universitetdə təhsil alan üç tələbə; Mayk Şinoda, Rob Bourdon və Brad Delson tərəfindən qoyulmuşdur. Mayk, Brad, Rob bir-birlərini tanıdıqdan sonra qrup yaratmaq fikrinə düşdülər. Maykın hip-hop söyləyə bilir, Brad Gitaranı, Rob isə zərb alətini çala bilirdilər. Universiteti bitirdikdən sonra qrup yaratmaq fikirləri daha da gücləndi.
Milli Park
Milli park — mühafizə olunan xüsusi ərazi; xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilər. Bütün növ insan fəaliyyətinin məhdud olduğu qoruqlardan fərqli olaraq milli parkların əraziləridə turistlərin gəzintisinə icazə verilir. Məhdud miqyaslı ərazilərdə insanların yaşamasına və təsərrüfat fəaliyyətinə yol verilir. Dünyada ilk milli park Yellouston Milli Parkı hesab edilir. 1872-ci ildə ABŞ Konqresində qəbul edilmiş və prezident Uliss Qrant tərəfindən imzalanmış qanunun əsasında əsası qoyulmuş bu milli park hazırda ABŞ-nin Vayominq, Montana və İdaho ştatlarının ərazilərində yerləşir. Sahəsinə görə ən böyük milli park isə 1974-cü ildə yaradılmış Şimal-Şərqi Qrenlandiya Milli Parkıdır ki, onun da sahəsi 972 min km²-dir. Eyni zamanda ABŞ-də yerləşən Hot-Sprinq Milli Parkının sahəsi cəmi 22 km² təşkil edir. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin müəyyənləşdirdiyi mühafizə olunan ərazilərin koteqoriyalar üzrə bölgüsünə görə milli parklar II kateqoriyaya aiddirlər. Dünyada olan bir sıra parların salınmasında dövlət sərhədləri nəzərə alınmamışdır. Məsələn Niger, Benin və Burkina Faso ölkələrinin ərazilərində salınmış və UNESCO-nun ümumünya İrsinə daxil edilmiş “W” Milli Parkını göstərmək olar.
New York
Nyu-York (ing. New York; New York City) qısa adı ilə NYC — Nyu-York ştatında yerləşən Amerika Birləşmiş Ştatlarının əhalisinin sayına görə ən böyük şəhəri. Şəhərin ərazisi 778,2 km², əhalisi isə 2020-ci ilin siyahıyaalması ilə 8.804.190 nəfərdir. Nyu-York ştatının cənubunda yerləşən şəhər Nyu-York aqlomerasiya regionunun mərkəzidir, həmçinin ərazisinə görə dünyanın ən böyük aqlomerasiya regionudur. 2020-ci ilin statistikasına əsasən şəhər 20 milyondan çox əhali ilə həm də dünyanın ən sıx məskunlaşılan meqapolislərindən biridir. Nyu-York dünyanın mədəni, maliyyə və media mərkəzi kimi təsvir edilmişdir və ticarət, əyləncə, tədqiqat, texnologiya, təhsil, siyasət, turizm, yemək, incəsənət, dəb və idman sahələrində yer alır. Dünyanın ən çox fotoşəkil çəkilən şəhəridir. Birləşmiş Millətlər Təşkilatının Baş Qərərgahının yerləşdiyi Nyu-York beynəlxalq diplomatiya mərkəzlərindən biri və qlobal investorlar üçün etibarlı sığınacaqdır. Nyu-York bəzən dünyanın paytaxtı kimi təsvir edilir. Dünyanın ən böyük limanlarından birində yerləşən və sahəsinin 36,4%-i su ilə əhatələnmiş Nyu-York şəhəri beş borodan ibarətdir.
Novy Port
Novı Port (rus. Но́вый Порт, işıqlandırılmaq. Yeni Liman ) — Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində Ob çayının mənsəbində yerləşən yaşayış məntəqəsi. Əhalisi 1,797 nəfərdir. Diksonla yanaşı Kara dənizin əsas limanıdır. Əsas sənayesi balıq fabrikləridir . 1930-cu illərdə Novy Limanı Şimal Dəniz Marşrutunu keçən gəmiləri enerji ilə təmin etmək üçün müvəqqəti kömür bunker limanı idi. Şimal dəniz yolu o qədər uzundur ki, sovetlər səyahətin hər ayağını yerli qazılmış kömürlə gücləndirməyə çalışırdılar. Novı Limanında bunkerdə saxlanılan kömür o zamanlar Sovet Arktikasının digər limanlarından çıxarılırdı.
Boro (Nyu-York)
Boro (ing. Borough) — Nyu-Yorkun inzibati vahidləri. Şəhərin beş inzibati vahidi var: Manhetten, Bruklin, Kuins, Bronks, Staten-Aylend. Hər bir inzibati vahidi öz seçdiyi prezident idarə edir.
Edmund Börk
Edmund Börk (12 yanvar 1729[…], Dublin – 9 iyul 1797[…]) — Böyük Britaniya filosofu. Britaniya mühafizəkarlığının banisi irland protestantı Edmund Börk (1729–1797) hesab olunur. Mahir polemikaçı, filosof və siyasi xadim Börk 1776-cı ildə parlamentə seçilir və görkəmli natiq və erudit kimi şöhrət qazanır. Börk parlamentdə köləliyin və kölə alverinin ləğvi uğrunda mübarizə aparır, Amerika kolonistlərinin və bir az əvvəl zəbt edilmiş Hindistanın əhalisinin müdafiəsi üçün çıxış edir. Viqlər Partiyasının əqi dəli üzvü olan Börk xalq idarəçiliyi və insan hüquqları konsepsiyasına skeptik münasibətinin nəticəsi olaraq sonralar torilik ideologiyasının əsasını təşkil etmiş öz ideya və baxışlarının kompleksini irəli sürür. Fransa inqilabının və hər bir inqilab kimi onun gətirdiyi qarışıqlıqların şahidi olan Börk özünün "Fransada inqilab haqqında düşüncələr" kitabında belə bir mövqedən çıxış edir ki, insan öz taleyini həll etmək hüququnu dövlətə verməlidir, dövlət isə insanların qayğısına qalmalıdır. Börk həmçinin hesab edirdi ki, dövlət insanların iradəsindən nə qədər az asılı olsa, bir o qədər yaxşıdır. Börkün nəzəriyyəsi "Fransada inqilab haqqında düşüncələr" (Reflections on the Revolution in France, 1790) çox vədə verən Fransa inqilabına və zəkanın Maarifçi filosoflar tərəfindən yüksəklərə qaldırılmasına qarşı reaksiya kimi meydana gəldi. Maarifçilik dövrünün adamları zəkanı ənənələrdən, tarixdənkənar anlaşılan fərdi isə birlikdən üstün tuturdular. Börk bunların yerini dəyişdi: ənənə ayrı-ayrı intellektualların yaratdıqları nəzəriyyədən daha aqildir.
Fort-Corc (Nyu-York)
Fort-Corc (ing. Fort George) — indiki Nyu-York ştatında mövcud olmuş beş qalanın adı. İlk Fort-Corc 1626-cı ildə Niderlandın Yeni Amsterdam koloniyasında tikilmiş və Fort-Amsterdam adlandırılmışdır. Britaniya ordusu 1664-cü ildə onun adını Fort-Ceyms adlandırmışdır. 1673-cü ildən 1674-cü ilə qədər qısa müddətə Hollandiyalılar tərəfindən Fort-Villem Hendrik kimi yenidən tutulmuşdur. Britaniyalılar onu 1691-ci ildə Fort-Vilyam Henri, 1703-cü ildə Fort-Enn və ya Kraliça qalası, nəhayət 1714-cü ildə Fort-Corc adlandırmışdılar. Şimal tərəfindəki qalalar 1776-cı ildə ABŞ İstiqlal müharibəsində amerikalılar tərəfindən dağıdıldı və nəhayət 1790-cı ildə sökülmüşdür. İkinci Fort-Corc 1755-ci ildə Nyu-Yorkun Osveqo şəhərində britaniyalılar tərəfindən tikilmiş, lakin 1756-cı ildə Fransa komandiri Lui-Jozef de Monkalm tərəfindən dağıdılmışdır. Üçüncü Fort-Corc 1755-ci ildə Nyu-Yorkun Leyk-Corc gölündə inşa edilmişdir. 1777-ci ildə dağıdılmış və 1780-ci ildə tərk edilmişdir.