Ceyms Polk

Ceyms Noks Polk (ing. James Knox Polk; 2 noyabr 1795, Paynvil, Şimali Karolina, ABŞ — 15 iyun 1849, Neşvil, Tennessi, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 11-ci prezidenti (1845–1849). Tarixçilər tərəfindən ABŞ tarixindəki ən yaxşı 10 prezidentdən biri hesab olunur.

Ceyms Noks Polk
ing. James K. Polk
4 mart 1845 – 4 mart 1849
ƏvvəlkiCon Tayler
SonrakıZakari Teylor
ABŞ nümayəndəsi[d]
4 mart 1833 – 4 mart 1839
7 dekabr 1835 – 4 mart 1839
ABŞ nümayəndəsi[d]
4 mart 1825 – 4 mart 1833
Amerika Birləşmiş Ştatlarının seçilmiş prezidenti[d]
dekabr 1844 – 4 mart 1845
ƏvvəlkiVilyam Henri Harrison
SonrakıZakari Teylor
Şəxsi məlumatlar
Doğum adı James Knox Polk
Doğum tarixi 2 noyabr 1795(1795-11-02)[1][2][…]
Vəfat tarixi 15 iyun 1849(1849-06-15)[1][2][…] (54 yaşında)
Vəfat yeri
Vəfat səbəbi vəba[4]
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, vəkil, fermer, dövlət xadimi
Həyat yoldaşı
Dini metodizm

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Polkun hakimiyyəti dövründə ABŞ Luiziananın satın alınmasından sonrakı ən böyük ərazi artımına nail olmuşdur. 1846–1848-ci illər ABŞ-Meksika müharibəsi nəticəsində Nyu-Meksiko, Kaliforniya, NevadaYutanın işğalı, Britaniyadan Oreqonun şimal hissəsinin əldə edilməsi və Texasın özünə birləşdirilməsi yolu ilə ABŞ öz ərazilərini 1,3 milyon km² artırmış və nəticədə Sakit okeana çıxış əldə etmişdi.

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]

ABŞ-nin 11-ci prezidenti Ceyms Noks Polk 2 noyabr 1795-ci ildə Şimali Karolina ştatının Meklenburq dairəsində anadan olmuşdur[5] He was the first of 10 children born into a family of farmers.[6]. On bir yaşında ikən ailəsiylə birlikdə Tennessiyə köçürlər. Səhhətində olan problemlər onun ibtidai təhsil almasını gecikdirmişdir. Lakin bu, onun mükəmməl təhsil almasına mane olmur. 21 yaşında Şimali Karolina Universitetinə daxil olaraq, 1818-ci ildə oranı müvəffəqiyyətlə bitirir. Tennessiyə qayıdaraq Neşvilldə vəkillər kontorunda işləyir. 1824-cü ildə varlı biznesmen, böyük torpaq sahibi mayor Coel Çayldresin qızı Sara ilə ailə həyatı qurmuş, lakin övladları olmamışdır. Saranın atası vəfat etdikdən sonra, onun bütün varidatı, Tennessi və Alabamada malikanələr, çoxsaylı qullar Polklara çatmışdır.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

E. Ceksonun və demokrat partiyasının inanılmış tərəfdarı olan Polk parlaq natiqlik bacarığı ilə hətta rəqiblərinin də hörmətini qazanmışdı. 1823–25-ci illərdə Tennessi parlamentinin üzvü olur. Onun çoxlu tanışları olsa da, onların çox az hissəsi ilə dostluq əlaqələri qurmuşdu. Endrü Cekson onun ən yaxın dostlarından biri idi. Məhz onun yaxından köməyi və himayədarlığı sayəsində Polk böyük siyasətə gəlmişdi. Ştatın tanınmış şəxsləri ilə isti münasibətdə olması onun yerli milisin polkovniki və qanunverici orqanın üzvü seçilməsinə kömək etmişdi[7][8]. 23 yaşında ikən Konqresə seçilir və 1825–39-cu illərdə burada fəaliyyət göstərir. Son dörd ildə Nümayəndələr Palatasının spikeri seçilmiş və burada demokratlar fraksiyasına rəhbərliyi ələ almışdı.

Prezidentliyi (1845–1849)

[redaktə | mənbəni redaktə et]

1839–41-ci illərdə Tennessinin qubernatoru kimi siyasi təcrübə toplayan Polk məğlub olduğu iki ardıcıl seçkidən (1841, 1843) sonra Vaşinqtona qayıdır. 1844-cü ildə demokratların Baltimorda keçirilən partiya konventində onu prezidentliyə namizəd göstərirlər. Bunun başlıca səbəbi partiyanın görkəmli xadimləri Martin Van Buren, L. Kass və C. Bükenenin arasındakı qarşıdurma olur. Onlar qarşıdurmanı kəskinləşdirməkdən çəkinərək Polkun şəxsində ortaq məxrəcə gəlirlər. Siyasi xadim olmaqla yanaşı, quldar olan Polk Cənubda böyük nüfuza malik idi. Cənublular onun prezident olacağı təqdirdə vergiləri azaldacağına, bankların özbaşınalığına qarşı çıxacağına ümid bəsləyirdilər. Viqlər demokratların seçiminə istehza ilə yanaşır, "Ceyms Polk kimdir axı?" kimi istehzalı şüarla çıxış edirdilər. Lakin Polk özünü seçkiönü mübarizənin bacarıqlı strateqi kimi göstərdi və müxtəlif regional maraqlardan öz xeyri üçün istifadə etdi. Belə ki, Texasın ilhaq edilməsi planı demokratlar arasında ikitirəliyin yaranmasına səbəb olmuşdu. Polk Şimalda seçiciləri Texasın ABŞ-yə birləşdirilməsinin onların da marağı çərçivəsində olduğuna inandırmaq istəyirdi. O, senator Robert Uolkerlə birlikdə Cənubda qullar və quldarlar arasında başlaya biləcək hər hansı konfliktin Şimala da yayılacağını bildirirdi. Bunun qarşısını isə yalnız ABŞ ərazilərini genişləndirməklə almaq olardı. Polk quldarlığın əleyhinə olmasa da, onun ABŞ-yə daxil edilmiş yeni ştatlara yayılmasının tərəfdarı deyildi. Mühafizəkar viqlərdən fərqli olaraq Polk ictimai rəyin ərazilərin genişləndirilməsi tərəfi ndə olduğunu yaxşı başa düşür və bundan səmərəli istifadə edirdi. Uğurlu seçkiönü kampaniya təşkil edə bilməsi, nəticədə onun viqlərin namizədi H. Kleydən daha çox səs toplaması ilə nəticələndi. Seçimçilər kollegiyasında Kleyə böyük fərqlə qalib gəlsə də (170:105), əhalinin seçkilərdə iştirak səviyyəsinin yüksək olmasına (79,9 %) baxmayaraq, yalnız 49,6 % səs topladı. 1824-cü ildən sonra ilk dəfə prezident 50 %-dən aşağı səs toplamaqla seçilirdi.

Nazirlərin təyin edilməsində Polk yüksək siyasi və inzibati bacarıq göstərmişdir. Dövlət katibi vəzifəsini tutan Ceyms Bükenenlə yanaşı Uilyam L. Mersi (hərbi), Robert Uolker (maliyyə), Corc Bankroft (hərbi-dəniz donanması) kimi yüksək səviyyəli mütəxəssislər kabinetə daxil edildilər. Onlar prezidentin demokratik prinsiplərini müdafiə etsələr də, icraedici hakimiyyətin siyasi kursuna əhəmiyyətli təsir göstərə bilmədilər. Çünki əsas kursu Polk özü müəyyənləşdirir və həyata keçirirdi. Bu isə onun prezidentliyi üçün bəzi problemlərin yaranması ilə nəticələndi. Prezidentin gömrük xidmətini təkmilləşdirmək üçün vəsait ayrılmasını nəzərdə tutan qanun layihəsinə veto qoyması qərb demokratlarının partiyadan uzaqlaşmasına səbəb olur. Onlar Polku cənub ştatlarının mənafeyinə xidmət etməkdə günahlandırırdılar.

Prezident kimi fəaliyyətində əsasən ölkə ərazisinin genişləndirilməsi kursunu götürən Polk 1845-ci ilin dekabrında Texasın 28-ci ştat kimi ABŞ-yə birləşdirilməsinə nail olur. Bunun ardınca o, həmin vaxt Meksikaya məxsus olan Nyu-MeksikoKaliforniyanı da İttifaqa daxil edir. Beləliklə Polkun prezidentliyi dövründə Birləşmiş Ştatların ərazisi 2/3-si qədər artırılır.

Prezidentlikdən sonrakı həyatı

[redaktə | mənbəni redaktə et]

Səhhətində əmələ gələn problemlər üzündən Polk demokratların 1848-ci il prezident seçkilərinə namizədi olmaqdan imtina edir. Digər tərəfdən partiyadaxili müzakirələrdə onun artıq ikinci müddətə prezidentlik üçün yaramadığı fikri səslənirdi. Belə ki, partiyanın Şimal qanadı onun cənubluların mövqeyində dayanmasından narazı idi. Prezidentlik müddəti başa çatdıqdan sonra Tennessiyə qayıdaraq Neşvilldə yaşayır. Bir neçə ay sonra, 15 iyul 1849-cu ildə 53 yaşında vəfat edir.

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Lundy D. R. James Knox Polk // The Peerage (ing.).
  3. Deutsche Nationalbibliothek Record #118792733 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. Dusinberre W. Slavemaster President: The Double Career of James Polk. Oxford University Press, 2003. S. 3. ISBN 978-0-19-515735-2
  5. Borneman, p. 6
  6. Rawley, James A. "Polk, James K.". American National Biography online. February 2000. doi:10.1093/anb/9780198606697.article.0400795.
  7. Seigenthaler, p. 25
  8. United States Army, Soldiers Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine, 1980, p. 4

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]