Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Parnas
Parnas (it. Parnaso) —İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri.Rafel əsəri 1511-cu ildə çəkmişdir.Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir.Parnas əsəri hal-hazırda Vatikanda saxlanılır.
Pirkax
Pirqax (Pirgah, Pirqaxbinə) — Azərbaycan Respublikasının Balakən rayonunun Püştətala kənd inzibati ərazi dairəsində kənd.
Pirqax
Pirqax (Pirgah, Pirqaxbinə) — Azərbaycan Respublikasının Balakən rayonunun Püştətala kənd inzibati ərazi dairəsində kənd.
Poponax
Vachellia (lat. Vachellia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Portal
Portal (memarlıq)
Poznan
Poznan — qərbi Polşa mərkəzi hissəsində bir şəhər.
Vornak
Vornak, Vurnak, (1935–ci ildən) Akner (erm. Ակներ) — Ermənistan Respublikasının Loru mərzində kənd. Rusiya imperiyası zamanına aid rəsmi sənədlərdə kəndin adı həm Vornak, həm də Vurnak kimi qeyd edilir; Ermənistan SSR təşkil edildikdən 1935–ci ilədək rəsmən Vornak adlansa da, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935–ci il tarixli fərmanı ilə kəndin adı Akner olaraq dəyişdirildi. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən Allahverdi şəhəri ilə birlikdə "Alaverdi bələdiyyəsi"ni (erm. Ալավերդու քաղաքային համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 512 nəfərdir.
Donax donax
== Təbii yayılması == Cənubi Avropa, cənubi Asiya, Şimali Afrikanın tropik və subtropiklərində geniş yayilmışdir. == Botaniki təsviri == Boyu 8 m-ə çatan, gövdəsi dik duran, yarpaqları növbəli düzülüşlü bitkidir.Hündür gövdələri çoxsaylı buğumludur.Yarpaq ayaları xətvarı-lansetvari, eni 2,5-6 sm-dir, enli yarpaqları və gözəl süpürgəvari çiçək qrupu olan dekorativ koldur.Çiçəkləri zoğun ucunda süpürgəvari çiçək qrupunda yerləşir.Süpürgələrinin uzunluğu 20-70 sm, çox sıxdır.Çiçəkləmədən sonra uzun tükləri gümüşü rəngdə olur.Sünbüllərin uzunluğu 0,8-1,2 sm, 3-5 çiçəklidir.Payızda çiçəkləyir.Çoxaldılması kükumsovların bölünməsi ilə və zoğlarla olur. == Ekologiyası == Küləkdə hamar, cod yarpaqları əyilir.Yumşaq qumlu və ya torflu torpaqda, günəşli yerdə bitir. == Azərbaycanda yayılması == Azərbaycanın aran rayonlarında su hövzələrinin kənarında, çay vadilərində yayılmışdır. == İstifadəsi == Göllərin sahilyanı zonasının bəzədilməsi üçün məsləhət görülür.Xalq arasında dam örtüyü, çəpərçəkmə və s.istifadə edilir. == Sinonim == Aira bengalensis (Retz.) J.F.Gmel. Amphidonax bengalensis (Retz.) Steud. Amphidonax bengalensis Roxb. ex Nees Amphidonax bifaria (Retz.) Steud. [Invalid] Arundo aegyptia Delile [Invalid] Arundo aegyptiaca E.Vilm.
Morna
Waitzia (lat. Waitzia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Leptorhynchos sect. Viraya (Gaudich.) DC. ex Pfeiff. Helichrysum sect. Waitzia (J.C.Wendl.) Baill. Aphanorrhynchus sect. Morna' (Lindl.) Rchb. ex Pfeiff. Leptorhynchos sect.
Panax
Jenşen (lat. Panax) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinə aid bitki cinsi. Jenşen şəfalı bitki kimi yüz ildən çoxdur ki, istifadə edilməkdədir. Çin ölkələrində becərilsə də vətəni Çənubi Amerikanın qərb hissəsi hesab edilir. XIX əsrdən bu bitkinin kökləri və yarpaqları ABŞ-də ağdərililər tərəfından müalicə məqsədilə Çin və Hong-Konglu tacirlərə satılır. Nyu-York və Kanadanın Ontario bölgəsində yayılmışdır. Ancaq məşhurluğu və şəfalı bitki kimi tez-tez istifadə edilməsinə məruz qalması, çox toplanması səbəbindən məhvolma altındadır. Artıq ABŞ ilə Kanadanın bir çox sahələrində çətin rast gəlinən hala gəlmişdir. Yeni şəhərsalma, marallar tərəfindən istehlak edilmə də həyat sahələrinin daralmasına gətirib çıxarmışdır.
Torna
Torna metalların və süni materialların kəsmə ilə hazırlanmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Torna əməliyyatı kəskilərin tətbiqi ilə torna dəzgahlarında aparılır. Başqa əməliyyatlardan fərqli olaraq burada əsas hərkəti pəstah, köməkçi hərkəti isə alət yerinə yetirir. Pəstah fırlanır, kəski isə supportun köməyi pəstah boyunca hərəkət etdirilərək veriş hərəkətini alır. Bu zaman kəskiyə verilən eninə veriş kəsmə dərinliyini yaradır, bunun nəticəsində də emal zamanı yonqar əmələ gəlir. Xüsusi hallarda alət də baş hərkətin alınmasında iştirak edir. Klassik torna əməliyyatında fırlanan səthlər emal olunmuşlar. Hal-hazırda müasir CNC idraəetmə sistemi ilə təchiz olunmuş dəzgahlar daha mürəkkəb səthlərin emalına imkan yaradırlar. Verişin istiqamətindən asılı olaraq uzununa və eninə torna əməliyyatları mövcuddur. Alətin pəstaha nisbətən vəziyyəti isə xaric və daxili yonma ilə səciyyələnir.
Herman Rorşax
Herman Rorşax (alm. Hermann Rorschach‎; 8 noyabr 1884, Sürix - 2 aprel 1922, Herizau) — İsveçrəli psixiatr və psixoloq, şəxsiyyəti müəyyən edən Rorşax testinin müəllifi. == Həyatı == Herman Rorşax 1884-cü il 8 noyabr tarixində Sürix şəhərində anadan olmuşdur. Onun atası Ulrix Rorşax rəssam olduğundan, Herman da ondan qeyri-adi rəssamlıq bacarığını mənimsəmişdi. Onu tanıyan insanların fikrincə, o yaxşı rəsm çəkməyi bacarırdı və hətta atasının yolu ilə getmək fikri də var idi. O hətta məktəb illərində "Ləkə" ləqəbini almışdır. Hermanın rənglərin qəribə uyğunlaşmasına və qeyri adi formalara marağı sonralar onun elmi axtarışlarında öz təcəssümünü tapmışdır. 1886-cı ildə ailə Şaffhauzendə məskunlaşır. Ulrix Rorşax isə orada rəsm müəllimi kimi çalışmağa başlayır. Reyndə yerləşən bu füsunkar şəhərcikdə Hermanın uşaqlıq və gənclik illəri keçmişdir.
Lex Poznan
Lex futbol klubu 1922-ci ildə yaradılıb. Komanda Polşa çempionatının birinci liqasında 1948-ci ildə debüt edib. Komandanın ən uğurlu dövrü ötən əsrin 80-ci illərinin axırı, 90-cı illərinin əvvəllərinə təsadüf edir. "Lex" 1983-1993-cü illərdə beş dəfə ölkə çempionu olub. Komanda dörd dəfə (1982, 1984, 1988, 2004, 2009) Polşa kubokuna, üç dəfə (1990, 1992, 2004, 2009) superkuboka yiyələnib. == Komandanın heyəti == Komandanın heyəti 2022 == Uğurları == === Ölkədaxili turnirlərdə === Polşa Superkuboku Qalib (6) — 1990, 1992, 2004, 2009, 2015, 2016. Polşa çempionatı Qızıl medal (8) — 1982/83, 1983/84, 1989/90, 1991/92, 1992/93, 2009/10, 2014/15, 2021/22. Gümüş medal (3) — 2012/13, 2013/14, 2019/20. Polşa Kuboku Qalib (5) — 1981/82, 1983/84, 1987/88, 2003/04, 2008/09. Finalçı (6) — 1979/80, 2010/11, 2014/15, 2015/16, 2016/17, 2021/22.
Osmerus mordax
Asiya koryuşkası (lat. Osmerus mordax) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin koryuşkakimilər dəstəsinin koryuşkalar fəsiləsinin koryuşka cinsinə aid heyvan növü.
Philomachus pugnax
Calidris pugnax (lat. Calidris pugnax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Phlomis portae
Phlomis fruticosa (lat. Phlomis fruticosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin bozaqgülü cinsinə aid bitki növü. Phlomis angustifolia Mill., Gard. Dict. ed. 8: 2 (1768). Phlomis latifolia Mill., Gard. Dict. ed. 8: 3 (1768).
Phytoseius phenax
Phytoseius phenax (lat. Phytoseius phenax) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. Phytoseius phenax Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Pornsak Sonsen
Pornsak Sonsen (2 noyabr 1960 – 15 oktyabr 2021) – Tailand musiqiçisi.
Poronay çayı
Poronay çayı (rus. Поронай) — Saxalin adasının ən uzun çayı. İnzibati cəhətdən çay Saxalin vilayəti Tımovski, Smirnıxovski və Poronay şəhər dairələri ərazisindən axır (Rusiya). Çayın adı aynu dilindən tərcümədə "böyük çay" mənasını verir. Çayın uzunluğu 350 km, hövzəsinin sahəsi 7990 km² təşkil edir. Çay öz başlanğıcını Şərqi-Saxalin dağlarında yerləşən Nabil silsiləsindən götürür. Bataqlaşmış Tım-Poronay vadisindən axaraq Terpeniya körfəzinə tökülür (Oxot dənizi). Körfəzə 10 km qalmış çay iki qola ayrılır. Onlar ayrılıqda körfəzə tökülürlər. Mənsəbdə onların tataqları arasında məsafə 5 km təşkil edir.
Portal (memarlıq)
Portal (lat. porta — qapı, darvaza) — iri tikililərin arxitektur tərtibata malik əsas girişi. Adətən detallı ornamentlərlə işlənmiş geniş çərçivəyə malik olur, amma sadə tərzdə də hazırlana bilər. "Portal" anlayışı həm də kaminin dekorla işlənmiş ön hissəsini və tunnellərin giriş-çıxışlarını ifadə etmək üçün də işlədilir. Qədim Misir və antik dövr memarlığı üçün yastı bəndli və sadə bəzəkli, qədim Mesopotamiya tikililəri üçün tağlı portal xarakterik olmuşdur. XI əsrdən roman, rotika və qədim rus memarlığında içəriyə doğru çıxıntılarla daralan portallar, Renessans və barakko dövrlərində üzərində antablement və fronton daşıyan pilyastr və sütunlarla haşiyələnmiş portallar geniş yayılmışdır. Azərbaycanda haşiyəli, sivri açırım içərisində yerləşən kiçik girişdən ibarət, incə bəzəkli portal kompazisiyası tətbiq olunmuşdur. Yaxın və Orta Şərq memarlığında yayılmış qoşa minarəli portal kompozisiyasının Azərbaycanda yarandığı ehtimal edilir.
Portal (veb)
İnternet portalı həmçinin veb-portal — e-poçtlar, onlayn forumlar və axtarış mühərrikləri kimi müxtəlif mənbələrdən məlumatları vahid şəkildə bir araya gətirən xüsusi hazırlanmış veb-sayt. Adətən, hər bir informasiya mənbəyi məlumatı göstərmək üçün səhifədə öz xüsusi sahəsinə malik olur. Çox vaxt istifadəçi onlardan hansıları göstərmək üçün tələb olunan konfiqurasiyanı tətbiq edə bilər. Portalların variantlarına rəhbərlər və menecerlər tərəfindən istifadə edilməsi üçün meşap və intranet panelləri daxildir. Məzmunun "vahid şəkildə" nümayiş etdirilmə dərəcəsi nəzərdə tutulan istifadəçidən, məqsəddən və məzmunun müxtəlifliyindən asılı ola bilər. Çox vaxt dizaynda məzmunun təqdimatını konfiqurasiya etmək və fərdiləşdirmək üçün müəyyən bir "metafora"lara, seçilmiş icra çərçivəsi və ya kod kitabxanalarına vurğu edilir. Bundan əlavə, istifadəçinin təşkilatdakı rolu hansı məzmunun portala əlavə oluna biləcəyini və ya portal konfiqurasiyasından silinə biləcəyini müəyyən edə bilər. Portal istifadəçilərə intranet məzmununu axtarışa verməsi üçün axtarış mühərrikinin tətbiqi proqramlaşdırma interfeysindən (API) istifadə edə bilər. Hansı domenlərin axtarıla biləcəyini məhdudlaşdırmaqla ekstranet məzmunundan fərqli olaraq həyata keçirilir. Bu ümumi axtarış mühərrikləri xüsusiyyətindən başqa, veb-portallar e-poçt, xəbərlər, birja kotirovkaları, verilənlər bazalarından məlumat və əyləncə məzmunu kimi digər xidmətlər də təklif edə bilər.
Poznan rəsədxanası
Poznań Rəsədxanası — Poznandakı Adam Miskeviç Universitetinin fizika şöbəsinə məxsus və idarə olunan astronomik rəsədxanadır. Polşanın Poznan şəhərində yerləşir və 1919-cu ildə əsası qoyulub. 1953-cü ilin yanvarında Poznanda kəşf edilən 1572 Posnania (1949 SC) asteroidi şəhərin və kəşf edən rəsədxananın adını aldı. 2000-ci ildə Ondrejovda astronomlar Petr Pravec və Peter Kuşnirak tərəfindən kəşf edilmiş 97786 Oauam asteroidi də rəsədxananın şərəfinə adlandırılmışdır. Rəsmi adlandırma sitatı IAU tərəfindən 16 iyun 2021-ci ildə dərc edilmişdir.
Rorşax testi
Rorşax testi — (Almanca tələffüz: [ˈʁoːɐʃax]; Rorschach testi, Rorşax mürəkkəb ləkəsi testi, Rorşarx texnikası yaxud qısaca mürəkkəb ləkəsi testi kimi də bilinir) ilə subyektlərin mürəkkəb ləkəsini qavramaları qeydə alınaraq və sonra psixoloji interpretasiyadan, kompleks alqoritmlərdən yaxud hər ikisindən istifadə edilməklə subyektdə analiz aparılması imkanını verən psixoloji testdir. Bəzi psixoloqlar bu testdən fərdin şəxsi xarakteristikalarını və emosional fəaliyyətini tədqiq etmək üçün istifadə edirlər. O, əsas fikir pozğunluğunun (psixozun) aşkar edilməsi üçün təyinatlanmışdır, xüsusilə o hallarda ki, xəstələr öz düşünmə proseslərini açıq şəkildə təssəvür etməyə istəksiz olurlar. Testə yaradıcısı İsveçrəli psixoloq Herman Rorşaxın adı verilmişdir. Rorşax 1960-cı ildə ən geniş istifadə edilən proyektiv test idi. ABŞ milli tədqiqatında Rorşax ambulator əqli sağlamlıq vasitələrində istifadə edilən psixoloji testlər arasında 8-ci yerlə qiymətləndirilmişdir. O, Şəxsiyyətin Qiymətləndirilməsi üçün Cəmiyyətin (Society of Personality Assessment) üzvləri tərəfindən istifadə edilən ən geniş yayılmış ikinci testdir və 25% məhkəmə psixoloji dəyərləndirmə hallarında psixiatrlar tərəfindən tələb edillir, adətən MMPI (Minnesota Multiphasic Personality Inventory) və MCMI-III (Milon Clinical Multiaxial Inventory) testin batareyasına tez-tez daxil edilir. Rorşaxın Rorşax Testi – Psixodiaqnostik Lövhələr-ində (Rorschach Test – Psychodiagnostic Plates,) çap edilmiş, bütöv şəkil yaxud ən çox önə çıxan təfsilatlar üçün müxtəlif müəlliflərə uyğun tez-tez verilən cavablarla on mürəkkəb ləkəsi aşağıda verilmişdir. Dana, Richard H. Handbook of cross-cultural and multicultural personality assessment. Lawrence Erlbaum.
Sebastian Bornau
Sebastian Bornau (22 mart 1999) — Belçika Birinci Divizounu təmsilçilərindən olan Anderlext klubunda müdafiəçi kimi çıxış edən peşəkar Belçika futbolçusudur. Bornau Anderlext akademiyası vasitəsilə inkişaf etmişdir. Bornau öz peşəkar karyerasında debütünü 28 iyul 2018-ci ildə Kortriyk klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Belçika Birinci Divizounu görüşündə Anderlext rəqibinə 4-1 hesabı ilə qalib gəlmişdir. Belçika millisinin sabiq üzvü Daniel van Buyten Bornaunun şəxsi agentidir. 2016-cı ildə Bornau Belçikanın gənclərdən ibarət milli komandası ilə Azərbaycanda keçirilən Avropa Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Bornau Azərbaycan, Portuqaliya və Almaniya milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. 31 iyul 2018 tarixində yenilənib 1UEFA Avropa Liqası görüşləri daxildir. 2Belçika Superkuboku görüşləri daxildir.
Veb portal
İnternet portalı həmçinin veb-portal — e-poçtlar, onlayn forumlar və axtarış mühərrikləri kimi müxtəlif mənbələrdən məlumatları vahid şəkildə bir araya gətirən xüsusi hazırlanmış veb-sayt. Adətən, hər bir informasiya mənbəyi məlumatı göstərmək üçün səhifədə öz xüsusi sahəsinə malik olur. Çox vaxt istifadəçi onlardan hansıları göstərmək üçün tələb olunan konfiqurasiyanı tətbiq edə bilər. Portalların variantlarına rəhbərlər və menecerlər tərəfindən istifadə edilməsi üçün meşap və intranet panelləri daxildir. Məzmunun "vahid şəkildə" nümayiş etdirilmə dərəcəsi nəzərdə tutulan istifadəçidən, məqsəddən və məzmunun müxtəlifliyindən asılı ola bilər. Çox vaxt dizaynda məzmunun təqdimatını konfiqurasiya etmək və fərdiləşdirmək üçün müəyyən bir "metafora"lara, seçilmiş icra çərçivəsi və ya kod kitabxanalarına vurğu edilir. Bundan əlavə, istifadəçinin təşkilatdakı rolu hansı məzmunun portala əlavə oluna biləcəyini və ya portal konfiqurasiyasından silinə biləcəyini müəyyən edə bilər. Portal istifadəçilərə intranet məzmununu axtarışa verməsi üçün axtarış mühərrikinin tətbiqi proqramlaşdırma interfeysindən (API) istifadə edə bilər. Hansı domenlərin axtarıla biləcəyini məhdudlaşdırmaqla ekstranet məzmunundan fərqli olaraq həyata keçirilir. Bu ümumi axtarış mühərrikləri xüsusiyyətindən başqa, veb-portallar e-poçt, xəbərlər, birja kotirovkaları, verilənlər bazalarından məlumat və əyləncə məzmunu kimi digər xidmətlər də təklif edə bilər.
Pörnək (Puldəşt)
Pörnək (fars. پورناك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 599 nəfər yaşayır (150 ailə).
Pörnək oymağı
Pörnək oymağı — Türkman elinin böyük qollarından biri. Pörnək oymağı Ağqoyunlu tayfa birliyinə qatılırdı. Bu dövlətin süqutundan sonra Pörnək oymağı Mosullu oymağı ilə birləşib Türkman elini yaratdılar. Türkman eli Qızılbaşlar tayfa birliyinə qatılırdılar. Cənubi Azərbaycanda, Təbriz civarında məskunlaşmışdılar. Bu oymağın bir qolu Xorasana köçüb, Məşhəd ətrafında yerləşdi. Pörnək oymağı uzun illər Təbriz bəylərbəyiliyini idarə etmişdilər. Bu oymaqdan xeyli tanınmış şəxsiyyət çıxıb. Ənvər Çingizoğlu. Türkman eli.