Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mololon
Mololon — Azərbaycan Respublikasının Masallı rayonunun Mahmudavar inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 431 nəfərdir. == Toponimiyası == Talış dilində Mololon kimi tələffüz olunur. Tədqiqatçıların fikrincə, oykonim molol çay, su kənarında bitən meyvəsiz qıjışəkilli yarpağı olan ağac növü, -on cəmlik bildirən şəkilçidir. Bütövlükdə, oykonim “molol ağacları bitən yer, molol ağacları çox olan yer, mololluq” mənasını bildirir.
Prolin
Prolin (Pro, P) — Protein formalaşdıran 20 aminturşulardan biri. Prolin və törəmələri üzvi reaksiyalarda assimmetrik katalizator kimi istifadə olunur.
Proloq
Proloq yunanca πρόλογος — müqəddimə: Proloq — Hər hansı mətnin, yazılı mülahizənin girişi; Proloq — pravoslav kitab qiraəti, o Sinaksaridə adlanır; Proloq — çoxgünlük velosiped yarışmasıını kiçik start mərhələsi; Proloq dili — məntiqi proqramlaşdırma dili.
Proton
Proton (kimya) — kimyada hidrogenin kationu. Proton (fizika) — elementar yüklənmiş hissəcik. Proton (raket) — Rusiya raketi. Proton (avtomobil) — Malayziyada avtomobil markası.
Pietro Parolin
Pietro Parolin (ing. Pietro Parolin; /ˈpjetro paroˈliŋ/ 17 yanvar 1955) — Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal. == Həyatı == 2015-ci ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vatikana rəsmi səfəri zamanı Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə geniş tərkibdə görüşü olmuşdur.
Omolon çayı
Omolon çayı (saxa Омолоон) — Rusiyanın Uzaq Şərq regionunun şimalından axan çay. Kolıma çayının sağ və ən iri qoludur. Saxa, Çukotka muxtar dairəsi və Maqadan vilayəti (Rusiya) ərazisindən axan çay. Çayın uzunluğu 1114 km təşkil edir. Çay hövzəsinin ümumi sahəsi 113 000 km²-dir. Çayın adı Yukagirlərin Omol ("yaxşı") qəbiləsinin adı və on ("çay") sözlərinin birləşməsindən əmələ gəlmişdir. Yəni "Omol qəbiləsinin çayı" mənasını verir. == Hidroqrafiya == Başlanğıcını Otaykaçan silsiləsinin yamaclarından götürür və Kolyma silsiləsi arasındakı vadidə axır. Çay qar və yağış ilə qidalanır. Orta su axını təxminən 680 m³/s.
Proloq dili
Proloq dili-Proloq məntiqi proqramlaşdırma dilidir ki Süni intellekt və Hesablamalı dilçilik ilə əlaqədardır. Sadə proloq proqram faktlardan və qaydalardan təşkil olunmuşdur. Məsələn: pisik(qacir). Şəklində bir fakt təyin edək. İndi proloqla bu faktı çağırdıqda bizə doğru qiymət qaytaracaq. ?- pisik(qacir). Əgər "qacir" əvəzinə bir dəyişən daxil etsək, bizə bu dəyişənin qiymətini qaytaracaq. ?- pisik(X). X = qacir.
Proton (avtomobil)
PROTON Holdinq — avtomobil dizaynı, istehsalı, paylanması və satışını həyata keçirən Malayziyanın ən böyük yerli avtomobil şirkətidir. Proton avtomobilləri hazırda ən azı 15 ölkədə satılır, əksəriyyəti Asiyada yerləşir. Şirkətin qərargahı Shah-Alam, Selanqor şəhərində yerləşir və Proton, Perakda filialları mövcuddur. == Tarixi == Proton 1985-ci ildən fəaliyyətə başlamış və 1993-cü il Perodua yaradılana qədər ölkədə tək milli sertifikatlaşdırılmış avtomobil şirkəti olmuşdur. Başlanğıcda, fəaliyyət Mitsubishi avtomobillərinin təkmilləşdirilməsindən ibarət idi. 90-cı illərin ikinci yarısından şirkət yerli modelləri inkişaf etdirir. Şirkət 2000-ci ildə ilk yerli avtomobilini istehsal edərək Malayziyanı dünyada avtomobil istehsalına malik olan 11-ci ölkə olaraq tanıtdı. Şirkətin loqosu bir aypara və on dörd guşəli ulduz idi. Yalnız 90-cı illərin sonunda Proton bir pələng başı təsviri və "Proton" yazısı ilə yeni bir logoya sahib oldu. 3 avqust 2008-ci ildə Proton 3 milyonuncu avtomobilini buraxdı.
Proton (dəqiqləşdirmə)
Proton (kimya) — kimyada hidrogenin kationu. Proton (fizika) — elementar yüklənmiş hissəcik. Proton (raket) — Rusiya raketi. Proton (avtomobil) — Malayziyada avtomobil markası.
Proton (fizika)
Proton - atomun nüvəsini təşkil edən iki hissəcikdən biri. Proton (yunan: protos birinci) hadronlar qrupuna daxildir və üç kvarkdan ibarətdir. Buna görə də o, eyni zamanda baryonlar qrupuna (üç kvarkdan ibarət hissəciklər) aiddir. == Ümumi baxış == Hər atom bir nüvə və nüvənin ətrafındakı orbitlərdə fırlanan elektronlardan ibarətdir. Nüvənin özü isə proton və neytron adlı hissəcikərdən meydana gəlmişdir. Elektronlar malik olduqları elektrik yükünə görə nüvənin ətrafında davamlı şəkildə fırlanırlar. Bütün elektronlar mənfi (-), bütün protonlar isə müsbət (+) elektrik yüklüdürlər. Hər bir elementin bütün atomlarının nüvəsində eyni sayda proton olur. Protonların sayı həmin elementin atom nömrəsini və periodik cədvəldə yerini müəyyənləşdirir. Protonun kütləsi təqribən 1.67262 × 10−27 kq-dır.
Proton (raket)
Proton (UR-500, "Proton-K", "Proton-M") — Rusiya daşıyıcı raketi. Raketdən ağır yüklərin kosmosa çıxarılması üçün istifadə olunur. Proton avtomatlaşdırılmış kosmik aparatları həm Yerin orbitinə, həm də açıq kosmosda uzaq məsafələrə daşıya bilir. "Proton" XX əsrin 60-cı illərinin əvvəlində yaranmışdır. Əvvəlcə Raket 2 proqramı çərçivəsində 30–100 meqaton mərmilərin kontinentlərarası nəqli üçün nəzərdə tutulan raket kimi layihələndirilmişdir. 1965-ci ildə bu məqsəddən yayınaraq aya uçuş proqramı daxilində kosmosa uçan raket kimi inkişaf etdirilir. 16 iyul 1965-ci ildə ilk alınmayan startından sonra onun üzərində çoxlu sayda təkmilləşdirmə işləri aparılır. Hazırda bu raket dünyada ən etibarlı daşıyıcı sayılır. Çatışmayan cəhəti ətraf mühitə mənfi təsir göstərən hipergolen və toksik qaz qarışıqlarıdır. 2000-ci illərin ortalarından etibarən Proton raket-daşıyıcısının yeni modifikasiya olunmuş variantı Proton-M həm Rusiyaya məxsus kosmik aparatların, həm də xarici kommersial kosmik yüklərin kosmosa çatdırılması üçün istifadə olunur.
Proton parçalanması
Zərrəciklər fizikasında proton parçalanması protonun neytral pion və pozitron kimi daha yüngül subatomik hissəciklərə çevrildiyi hissəciklərin parçalanmasının hipotetik bir formasıdır. Proton parçalanması hipotezi ilk dəfə 1967-ci ildə Andrey Saxarov tərəfindən tərtib edilmişdir. Bir çox əhəmiyyətli səylərə baxmayaraq, proton parçalanması heç vaxt müşahidə edilməmişdir. Proton pozitron vasitəsilə parçalanarsa, protonun ömrünün yarısı ən azı 1,67×1034 il olmalıdır.Standart Modelə görə, baryonun bir növü olan protonlar sabitdir, çünki baryon sayı (kvark sayı) qorunur . Buna görə protonlar özünün digər hissəciklərinə parçalanmırlar, çünki onlar ən yüngül (və buna görə də ən enerjili) baryondur.
Proton transferi
Protn transferi və ya protun hərəkəti proutnun (p və ya H+) bir molekuldan digərinə hərəkətidir. Enerji baryerindən protunun hərəkəti əhəmiyyətli effektdir. Bu proses hidrogen rabitəsinə malik olan bir çox kompleks birləşmələrdə baş verir (DNT, zülallar və s.). Propandial və ya malonaldehid molekuldaxili proton transferinin baş verdiyi molekula sadə bir nümunədir. Proton transferi həmçinin su, hidroxlorik turşusu və i. a. digər qeyri- üzvi və ya mineral birləşmələr arasında da baş verir. Suda pH - ın 7. 00 olması su molekulları arasında proton transferinə imkan verir. H2O → H+ + OH- H2O + H+ → H3O+Bu iki reaksiyanı ümumiləşdirsək: 2H2O -[pt]→ H3O+ + OH-proton transferi [pt] kimi işarə olunur.
Proton çürüməsi
Zərrəciklər fizikasında proton parçalanması protonun neytral pion və pozitron kimi daha yüngül subatomik hissəciklərə çevrildiyi hissəciklərin parçalanmasının hipotetik bir formasıdır. Proton parçalanması hipotezi ilk dəfə 1967-ci ildə Andrey Saxarov tərəfindən tərtib edilmişdir. Bir çox əhəmiyyətli səylərə baxmayaraq, proton parçalanması heç vaxt müşahidə edilməmişdir. Proton pozitron vasitəsilə parçalanarsa, protonun ömrünün yarısı ən azı 1,67×1034 il olmalıdır.Standart Modelə görə, baryonun bir növü olan protonlar sabitdir, çünki baryon sayı (kvark sayı) qorunur . Buna görə protonlar özünün digər hissəciklərinə parçalanmırlar, çünki onlar ən yüngül (və buna görə də ən enerjili) baryondur.
Morlon-le-O
Morlon-le-O (fr. Morlhon-le-Haut, oks. Morlhon) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Vilfranş-de-Ruerq kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12159. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 95 km şimal-şərqdə, Rodezdən isə 45 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 553 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 334 nəfər (15-64 yaş) arasında 258 nəfər iqtisadi fəal, 76 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 77,2%, 1999-cu ildə 69.8%).
Il Popolo d'Italia
Il Popolo d'Italia (İtaliya xalqı) — Benito Mussolini tərəfindən 15 noyabr 1914-cü ildə təsis edilən qəzet. Qəzet Benito Mussolini İtaliya Sosialist Partiyasından ayrılandan sonra çap olunmağa başlayıb. Birinci dünya müharibəsindən sonra bu qəzet İtaliyada faşizm ideologiyasını təbliğ edən əsas mətbuat orqanı olmuşdu. Qəzet 24 iyul 1943-cü ilə kimi çap olunub. Qəzet həmçinin militarizm və irredentizm ideyalarını da təbliğ edirdi. 1936-cı ildən 1943-cü ilə kimi qəzetin baş redaktoru Corc Pini olmuşdu. 1998-ci ildə Yeni Milli Ordenin başçısı Cuzeppe Martorana qəzeti yenidən bərpa edərək çap etdirməyə başlamışdı. Hal-hazırda "Il Popolo d'Italia" Milan şəhərində çap olunur.