Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Deep Purple
Deep Purple — 1968-ci ilin fevralında Xardfordda qurulan ingilis rok qrupudur. 1970-ci ildən bəri "ağır musiqi"-də gözə çarpan, nüfuzlu qruplardan hesab edilir. Musiqi tənqidçiləri Deep Purple-i hard-rok baniləri arasında görürlər. Eyni zamanda qrupun preqressiv rok və heavy metal inkişafına olan töhfələrini yüksək qiymətləndirirlər. Qrupun albomları ABŞ-də 7.5 milyon, o cümlədən bütün dünyada 100 milyondan çox satmış və bu nəticə ilə Deep Purple Ginnesin Rekordlar Kitabına düşmüşdür. == Üzvlər == İndiki üzvlər Ian Gillan - vokal, harmonika, konga (1969-1973, 1984-1989, 1992 - bu gün) Steve Morse - elektro gitara (1994 - bu gün) Roger Glover - bas gitara, sintesayzer (1969-1973, 1984 - bu gün) Don Airey - klaviş (2002 - bu gün) Ian Paice - zərb (1968-1976, 1984-bu gün)Əvvəlki üzvlər Ritchie Blackmore - Elektro Gitara (1968-1975, 1984-1993) Jon Lord - klaviş, bekvokal (1968-1976, 1984-2002) Rod Evans - vokal (1968-1969) Nick Simper - bas, bekvokal (1968-1969) David Coverdale - vokal (1973-1976) Glenn Hughes - bas, vokal (1973-1976) Tommy Bolin - gitara, vokal, pianino (1975-1976) Joe Lynn Turner - vokal (1990-1992) Joe Satriani - gitara (1993-1994) == Diskoqrafiya == === Studiya albomları === Shades of Deep Purple (1968) The Book of Taliesyn (1968) Deep Purple (1969) Deep Purple in Rock (1970) Fireball (1971) Machine Head (1972) Who Do We Think We Are (1973) Burn (1974) Stormbringer (1974) Come Taste the Band (1975) Perfect Strangers (1984) The House of Blue Light (1987) Slaves & Masters (1990) The Battle Rages On (1993) Purpendicular (1996) Abandon (1998) Bananas (2003) Rapture of the Deep (2005) Now What?! (2013) Whoosh!
Purple drank
Bənövşəyi içki (ing. Purple drank) — öskürək şərbətinin xüsusi alkoqolsuz içki və mentollu konfetlərin birləşdirilməsi ilə hazıranan rekreativ kokteyl. Kokteyl, Texasın Hyuston şəhərində meydana gəlmişdir. Hip-hop subkulturasına aid olan və ya ABŞ-nin cənubunda yaşayan insanlar arasında olduqca məşhurdur.Kokteyl, istehlakçıya yuxu və bədənin keyləşməsi ilə müşayiət eyforik yan təsirlər göstərir. Kokteylin yaradıcısı Leyns Skott Uolker, bu qarışımın ağız hissiyatını azaltması və dadın uzun müddət ağızda qalmasını təmin etdiyini söyləmişdir. == Təsirlər == Bənövşəyi içki kokteyli istehlakçıya kəskin şəkildə yorğunluq və bədən keyləşməsi ilə müşayiət olunan eyforik yan təsirlər göstərir. Kokteylin yaradıcısı Leyns Skott Uolker, kokteyl dadının ağızda uzun müddət qaldığını da bildirmişdir. Los Angeles Times, repçi Lil Ueynin həddindən artıq bənövşəyi içki istifadə etməsi ilə əlaqədar olaraq xəstəxanaya yerləşdirilməsindən sonra bir məqalədə həkim və xəstəxana doktoru Corc Fallieras ilə qarışıqların zərərləri barədə danışmışdır. Fallieras, reportaj zamanı "dərmandakı kodein ağrı kəsici kimi xidmət edir və insanı boğmağa başlayır." kimi fikirlər irəli sürmüşdür.Bu içkinin bir neçə tanınmış şəxsiyyətlərin ölümünə səbəb olduğu təsdiq edilmişdir. Tənəffüs problemləri olan şəxslərin kodein istifadəsi zamanı ölümcül reaksiya yaradan bu kokteyl bir çox narkotikdən belə olduqca təhlükəlidir.
Galium murale
Galium murale (lat. Galium murale) — boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonim == Aparinanthus muralis (L.) Fourr. Aparine minima All. ex DC. Aspera muralis (L.) Lowe Aspera nutans Moench Galium apsheronicum Pobed. Galium calvipes Pau Galium filiforme (Aiton) Roem. & Schult. Galium fragile Pourr. ex DC. Galium minimum Roem. & Schult.
Purpur akasiya
Purpur akasiya (lat. Acacia purpurea) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Kalimantan, eləcə də Karib adalarından Venesuelaya qədər yayılmışdır.
Purpur alpiniya
Purpur alpiniya (lat. Alpinia purpurata) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Purpur söyüd
Purpur söyüd – ağac növü. == Təbii yayılması == İlk dəfə Cənubi Avropadan təsvir edilib. Skandinaviya, Atlantik və Orta Avropada, Aralıq dənizyani ölkələrində, Şimali Afrikada, Yaponiyada, Çində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2–3 m olan koldur. Budaqları nazik, zərif, elastik, çoх vaхt qırmızıtəhərdir. Qabığı üst tərəfdən tünd qırmızıdır, bəzən üzərində göyümtül toz ləkəsi olur, qabığının iç tərəfi limonaoхşar sarıdır. Yarpaqları qısa saplaqlı, növbəli düzülüşlü, uzunluğu 3–6 sm, eni 1–1,5 sm, ensiz tərsinə yumurtavari və ya tərsinə neştərvari, yanları bütöv və ya qabaq tərəfdən narın sivri mişardişlidir. Cavan yarpaqları tüklüdür, sonralar çılpaqlaşır, üst tərəfdən göyümtül-yaşıl və ya bozumtul-yaşıldır. Yarpaqaltlıqları хətvari-neştərşəkilli olub, erkən töküləndir. Tumurcuqları хırda, 3–5 mm uzunluğunda, budağa sıхılmış vəziyyətdə, qırmızı-qonur rəngli, çılpaqdır.
Purpur səhləb
Purpur səhləb (lat. Orchis purpurea) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin səhləb cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B1ab (i, iii, iv) + 2ab(iv). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökyumrusu uzunsov və ya uzunsov- yumurtavaridir. Gövdəsi 30-80 sm hündürlükdədir. Yarpaqları enli-oval və ya lansetli, ellipsşəkilli, küt, 3-6 sm enində, 20 sm-dək uzunluqdadır. Çiçəkləri iri, vanil iylidir. Çiçək qrupu sıx, uzunsov-yumurtavaridir.
Purpur Ürək
"Bənövşəyi Ürək" (ing. Purple Heart) — ABŞ Prezidenti adından 1917-ci il 5 aprel tarixindən bu günədək hərbi xidmət zamanı yaralanan və ya həlak olan şəxslərə təqdim olunan ABŞ hərbi medalıdır. Bənövşəyi Ürək Milli Şərəf Zalı Nyu-York ştatının Nyuburq şəhərində yerləşir. "Bənövşəyi Ürək" ABŞ hərbçilərinə təqdim olunan mükafatlar arasında ən uzunömürlüsüdür. "Purpur sözü" ingilis dilindən Azərbaycan dilinə "al qırmızı" kimi tərcümə olunsa da, konkret halda bu sözü "al bənövşəyi" kimi başa düşmək lazımdır. == Yaranması və tarixi == Medalın ilkin forması, 1782-ci il 7 avqust tarixində Kontinental Ordunun baş komandanı Corc Vaşinqton tərəfindən təsis edilmiş "Hərbi Xidmətlərə görə Nişan" (ing. Badge of Military Merit) hesab olunur. Lakin həmin mükafatla yalnız ABŞ İstiqlal müharibəsinin (1775-1783) 3 iştirakçısı təltif edilmişdi. 1932-ci ildə ABŞ prezidentinin Fərmanına əsasən Corc Vaşinqtonun 200 illik yubileyi şərəfinə "Bənövşəyi Ürək" medalı təsis edildi. Hərb Departamentinin 1932-ci il 22 fevral tarixində elan etdiyi meyarlara görə, bu medal ABŞ-nin Birinci dünya müharibəsinə qatıldığı 1917-ci il 5 aprel tarixindən sonrakı hərbi əməliyyatlarda yaralanmış və ya həlak olmuş hərbçilərə verilə bilər.
Purpur üskükotu
Purpur üskükotu (lat. Digitalis purpurea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == İkiillik ot bitkisidir. Yaşayışının birinci ili kökətrafı yarpaqlar, ikinci il isə hündürlüyü 1 m-ə qədər olan yarpaqlı gövdəsi və zirvədə iri çiçək salxımı daşıyan budaqcıqlar əmələ gəlir. Çətir yarpaqları uzunsov-yumurtaşəkilli və ya oval, uzun qanadabənzər saplaqdan ibarətdir. Yarpaqlarının uzunluğu 30 sm, eni isə 15 sm-ə bərabərdir. Gövdənin aşağı yarpaqlarının uzunluğu 12-20 sm yumurtaşəkilli, qanadabənzər saplaqdan ibarətdir. Orta yarpaqları qısa saplaqlı, yuxarı yarpaqları oturaq, yumurtaşəkilli və yumurtaşəkilli-neştərvaridir. Kənar yarpaqları bərabər olmayan çəpərlidir. Yuxarı yarpaqları qırışıq, tünd-yaşıl, aşağı yarpaqlarında isə damarlanma, çoxkünclü tor və üzərində çoxlu tükcükləri olan sarımtıl çiçəklərdən ibarətdir.
Bulbophyllum turpe
Bulbophyllum turpe (lat. Bulbophyllum turpe) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Foster the People
Foster the People — 2009-cu ildə Los-Ancelesdə qurulmuş indi-rok qrupu. Onun üzvləri müğənni Mark Foster, gitaraçı Şon Çimino və klaviatura ifaçısı Aysom İnnisdir.Fosterin "Pumped Up Kicks" mahnısı 2010-cu ildə viral uğur qazandıqdan sonra qrup, Startime International-dan rekord müqaviləsi əldə etdi və kiçik klub şouları və musiqi festivallarında çıxışlar vasitəsilə pərəstişkarları qazandı.
Aechmea burle-marxii
Aechmea burle-marxii (lat. Aechmea burle-marxii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Burle Marks Roberto
Burle Marks Robertu (4 avqust 1909[…], San Paulo – 4 iyun 1994[…], Rio-de-Janeyro) — Braziliya landşaft memarı, rəssam, heykəltaraş, botanik. == Həyatı == Almaniyalı mühacir Vilhelm Marksın ailəsində doğulmuşdur (K. Marksın nəslindəndir).Berlində (1928–29, boyakarlıq və botanikanı öyrənmişdir), həmçinin Rio-de-Janeyrodakı Milli Rəssamlıq Məktəbindətəhsil almışdır. Braziliyanın tropik florası əsasında bağ-park incəsənətində müasir üslub yaratmışdır. 1934–37-ci illərdə Resifidəki bağ və parklara rəhbərlik etmişdir. == Fəaliyyəti == Burle Rio-de-Janeyroda bir sıra iri ansamblnın binası (hazırda Mədəniyyət sarayı, 1937–43, memarlar Ş. E. Le Korbüzye, L. Kosta, O. Nimeyer, rəssam K. Portinarivə b.), Müasir İncəsənət Muzeyi (1954– 62, memar A. E. Reydi), Kopakabananıngəzinti yerləri və parkları (1959, 1970), beynəl xalq aeroport (1971) və s.] həyata keçirmişdir.Braziliya şimalınin tikintisində Nimeyer ilə əməkdaşlıq etmişdir: digər mərkəzi ansamblların süni göl, parterlər və bağ-park kompozisiyaları (1960–70-ci illər). Burle Pampulyada (Belu-Orizonti yaxınlığında, 1941–44, memar Nimeyer) memarlıq kompleksinin yaşıllıq zonaları, Karakasda Del-Este parkı (1960–61) və Parisdə YUNESKO binaları kompleksinin yaşıllaşdırma layihələrinin (1963) müəllifidir. Boyakarlıq və dekorativ-tətbiqi sənətlə (keramika, şüşə, zərgərlik məmulatları və s.) məşğul olmuşdur.
Roberto Burle Marks
Burle Marks Robertu (4 avqust 1909[…], San Paulo – 4 iyun 1994[…], Rio-de-Janeyro) — Braziliya landşaft memarı, rəssam, heykəltaraş, botanik. == Həyatı == Almaniyalı mühacir Vilhelm Marksın ailəsində doğulmuşdur (K. Marksın nəslindəndir).Berlində (1928–29, boyakarlıq və botanikanı öyrənmişdir), həmçinin Rio-de-Janeyrodakı Milli Rəssamlıq Məktəbindətəhsil almışdır. Braziliyanın tropik florası əsasında bağ-park incəsənətində müasir üslub yaratmışdır. 1934–37-ci illərdə Resifidəki bağ və parklara rəhbərlik etmişdir. == Fəaliyyəti == Burle Rio-de-Janeyroda bir sıra iri ansamblnın binası (hazırda Mədəniyyət sarayı, 1937–43, memarlar Ş. E. Le Korbüzye, L. Kosta, O. Nimeyer, rəssam K. Portinarivə b.), Müasir İncəsənət Muzeyi (1954– 62, memar A. E. Reydi), Kopakabananıngəzinti yerləri və parkları (1959, 1970), beynəl xalq aeroport (1971) və s.] həyata keçirmişdir.Braziliya şimalınin tikintisində Nimeyer ilə əməkdaşlıq etmişdir: digər mərkəzi ansamblların süni göl, parterlər və bağ-park kompozisiyaları (1960–70-ci illər). Burle Pampulyada (Belu-Orizonti yaxınlığında, 1941–44, memar Nimeyer) memarlıq kompleksinin yaşıllıq zonaları, Karakasda Del-Este parkı (1960–61) və Parisdə YUNESKO binaları kompleksinin yaşıllaşdırma layihələrinin (1963) müəllifidir. Boyakarlıq və dekorativ-tətbiqi sənətlə (keramika, şüşə, zərgərlik məmulatları və s.) məşğul olmuşdur.
People's Choice Awards
People's Choice Awards (azərb. "Xalqın seçimi" mükafatı‎) — ABŞ şou-biznesində ümummilli səsvermə ilə təyin edilən yeganə mükafat.1975-ci ildən 40-dan artıq nominasiya üzrə təqdim olunur. Əvvəllər ABŞ-nin "Gallup" ictimai fikir institutunun sorğusunun nəticələrinə əsasən təqdim olunan mükafat, hazırda real zaman rejimində keçirilən səsverməyə görə verilir.
Pure and Applied Chemistry
Pure and Applied Chemistry Almaniyada mərkəzi yerləşən Beynəlxalq Fundamental və Tətbiqi Kimya İttifaqı adından Valter de Qrüyter tərəfindən aylıq nəşr olunan elmi jurnaldır. Jurnalda Kimya ilə əlaqəli materiallar dərc olunur.
Pürülü
Pürülü (erm. Փիրլու; Pirlu) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində (keçmiş Zəngəzur mahalı) yerləşən kənd. Qafan şəhərindən 35 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, sıldırım qayalıqların üstündə, yamacda yerləşir. == Tarixi == 1918-ci ildə Pürülü kəndi ermənilər tərəfindən dağıdılmış, qaçqın düşən əhalisi isə Ordubada pənah aparmışlar. Sovet hökuməti qurulduqdan sonra kənd əhalisi geriyə qayıdaraq, yenidən öz ata-baba yurdlarında məskunlaşmış, dağıdılmış təsərrüfatı bərpa etmişlər. 1934-cü ildə kənddə kolxoz qurulmuŞ, 1965-cı ildə isə kolxoz ləğv edilmiş, təsərrüfatı isə Gığı sovxozuna birləşdirilmişdir. Kolxoz ləğv edildikdən sonra, əhalisi getdikcə azalan kənddə 80-ci illərdə 25-30 ailə yaşayırdı. 1988-ci ilin noyabr-dekabr aylarında Pürülü camaatı deportasiya olunaraq, ata-baba yurdlarından didərgin salınmışlar. == İnfrastrukturu == Meyvə, xüsusilə də cəviz ağacları ilə zəngin olan kənddə klub, kitabxana, mağaza, 8 illik məktəb və s. sosial obyektlər var idi.
Şürele
Andre Şürrle
Andre Şürrle (alm. André Schürrle‎; 6 noyabr 1990) —Almaniyalı yarımmüdafiəçi və hücumçu. Andre Şürrle Borussiya Dortmund FK-da oynayır. Orada 21 nömrə ilə çıxış edir. 184 santimetr boya malikdir. O, həm də Almaniya milli futbol komandasının oyunçusudur.
Püre
Püre (fr. purée) — bişirilmiş, əzilmiş, qarışdırıcıdan və ya süzgəcdən keçirilmiş, xəmir və ya qatılaşdırılmış halda olan, əsasən meyvə, tərəvəz və ya paxlalı bitkilərdən hazırlanan yemək. Müəyyən ərzaqların püresinin xüsusi adları olur; məsələn, alma püresi və ya humus. Termin fransız mənşəlidir, qədim fransız dilində (XIII əsr) təmizlənmiş və ya rafinadlaşdırılmış deməkdir. Püre digər yeməklərlə, məsələn, ağır şorbalar, kremlər və souslar ilə bənzər tərkibə malikdir, baxmayaraq ki, bu terminlər daha mürəkkəb reseptlər və bişirmə proseslərini ifadə edir. Kuli də ona oxşar olsa da, daha geniş termindir və daha çox meyvə püreleri üçün istifadə olunur. Püre termini ümumən un məhsullarından hazırlanan xəmir yeməklərinə (məsələn, lapa və müsli) və ya yağlı fındıq əzməsinə (məsələn, fıstıq əzməsi) münasibətdə istifadə edilmir. "Xəmir" termini çox zaman qida kimi qəbul edilməkdən çox inqrediyent kimi istifadə üçün nəzərdə tutulmuş pürelər üçün işlədilir. Pürelər qarışdırıcı və ya kartofəzən vasitəsilə, eləcə də yeməyi süzgəcdən keçirtməklə və ya sadəcə qazanda əzməklə hazırlana bilər. Püre, dadını və görünüşünü yaxşılaşdırmaq, toksik maddələrdən təmizləmək və/və ya tərkibindəki suyun miqdarını azaltmaq məqsədilə, əzilməzdən əvvəl və ya sonra bişirilməlidir.
Whatever People Say I Am, That's What I'm Not
Whatever People Say I Am, That's What I'm Not — ingilis rok qrupu Arctic Monkeys-in 23 yanvar 2006-cı ildə Domino tərəfindən buraxılan ilk albomu. Qrupun keçmiş bas ifaçısı Endi Nikolsonun yer aldığı yeganə albomudur.