Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pasport
Pasport (fr. passeport) — 1. Sahibinin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənəd. Xarici pasport. 2. Hər hansı bir maşın, avadanlıq, qurğu, təsərrüfat aləti və s. Haqqında əsas məlumatlar yazılmış qeyd şəhadətnaməsi. Avtomaşının pasportu. Dəzgahın pasportu. Televizorun pasportu.
Kurort
Kurort (alm. Kurort‎: kur — müalicə və ort — yer, məkan) — müalicə, tibbi reabilitasiya, xəstəliyin profilaktikası və sağlamlıq məqsədilə qurulmuş və istifadə edilən sahədir. Kurort adətən təbii müalicəvi qaynaqlarla əhatə olunaraq istismar üçün lazım olan tiklilərə və infrastrukturaya malikdir. == Növləri == === Balneoterapia === Latın dilində lat. balneum – vanna, lat. therapia – müalicə deməkdir. Bu tipli kurortlarda müalicə faktoru kimi təbii mineral sulardan istifadə olunur. Su xaricdən (vannada, duşda, qapalı çimərlikdə və s.) qəbul edilməklə, daxildən içməklə müalicə, inhalysaiya və digər proseduralar üçün istifadə olunur.Balneoterapiya kurortları xəstəxanalarla təmin olunur, orada içki qalereyaları, basseynlər mövcuddur. === Palçıq === Əsas və ya müalicə üsullarından biri kimi iqlimlə, təbbi mineral sularla bərabər müalicəvi palçıqlardan da istifadə olunur. === İqlim === Bu cür kurortlarda üstünlük iqlimə verilir.
Kurort gölü
Kurort və ya Dördüncü göl — Kabara-Balkariya Respublikasında, Nalçik şəhərində süni göl. XX əsrin ortalarında Nalçik şəhər parkında süni olaraq yaradılan dört göldən dördüncüsü.. == Coğrafi mövqeyi == Kurort gölü Nalçik şəhərinin cənub hissəsində, Dolinsk kurort rayonu ərazisində yerləşir. Gölün dəniz səviyyəsindən hündürlüyü 577 metrdir. Göl cənubdan və şərqdən Meşəli silsiləsi ilə əhatələnib. == Xarakteriskası == Kurort gölü 1960-cı ildə süni şəkildə yaradılıb. Göl ümumən Böyük Kizilovka dağının şimal ətəklərində yerləşir. Göl Nalçik dağ çayının suyu ilə doldurulur. Çayın gölün cənub-şərqindən axır. Gölün maksimal dərinliyi ilin fəsillərindən asılı olaraq dəyişilir.
Purpur akasiya
Purpur akasiya (lat. Acacia purpurea) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Kalimantan, eləcə də Karib adalarından Venesuelaya qədər yayılmışdır.
Purpur alpiniya
Purpur alpiniya (lat. Alpinia purpurata) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Purpur söyüd
Purpur söyüd – ağac növü. == Təbii yayılması == İlk dəfə Cənubi Avropadan təsvir edilib. Skandinaviya, Atlantik və Orta Avropada, Aralıq dənizyani ölkələrində, Şimali Afrikada, Yaponiyada, Çində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2–3 m olan koldur. Budaqları nazik, zərif, elastik, çoх vaхt qırmızıtəhərdir. Qabığı üst tərəfdən tünd qırmızıdır, bəzən üzərində göyümtül toz ləkəsi olur, qabığının iç tərəfi limonaoхşar sarıdır. Yarpaqları qısa saplaqlı, növbəli düzülüşlü, uzunluğu 3–6 sm, eni 1–1,5 sm, ensiz tərsinə yumurtavari və ya tərsinə neştərvari, yanları bütöv və ya qabaq tərəfdən narın sivri mişardişlidir. Cavan yarpaqları tüklüdür, sonralar çılpaqlaşır, üst tərəfdən göyümtül-yaşıl və ya bozumtul-yaşıldır. Yarpaqaltlıqları хətvari-neştərşəkilli olub, erkən töküləndir. Tumurcuqları хırda, 3–5 mm uzunluğunda, budağa sıхılmış vəziyyətdə, qırmızı-qonur rəngli, çılpaqdır.
Purpur səhləb
Purpur səhləb (lat. Orchis purpurea) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin səhləb cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B1ab (i, iii, iv) + 2ab(iv). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökyumrusu uzunsov və ya uzunsov- yumurtavaridir. Gövdəsi 30-80 sm hündürlükdədir. Yarpaqları enli-oval və ya lansetli, ellipsşəkilli, küt, 3-6 sm enində, 20 sm-dək uzunluqdadır. Çiçəkləri iri, vanil iylidir. Çiçək qrupu sıx, uzunsov-yumurtavaridir.
Purpur Ürək
"Bənövşəyi Ürək" (ing. Purple Heart) — ABŞ Prezidenti adından 1917-ci il 5 aprel tarixindən bu günədək hərbi xidmət zamanı yaralanan və ya həlak olan şəxslərə təqdim olunan ABŞ hərbi medalıdır. Bənövşəyi Ürək Milli Şərəf Zalı Nyu-York ştatının Nyuburq şəhərində yerləşir. "Bənövşəyi Ürək" ABŞ hərbçilərinə təqdim olunan mükafatlar arasında ən uzunömürlüsüdür. "Purpur sözü" ingilis dilindən Azərbaycan dilinə "al qırmızı" kimi tərcümə olunsa da, konkret halda bu sözü "al bənövşəyi" kimi başa düşmək lazımdır. == Yaranması və tarixi == Medalın ilkin forması, 1782-ci il 7 avqust tarixində Kontinental Ordunun baş komandanı Corc Vaşinqton tərəfindən təsis edilmiş "Hərbi Xidmətlərə görə Nişan" (ing. Badge of Military Merit) hesab olunur. Lakin həmin mükafatla yalnız ABŞ İstiqlal müharibəsinin (1775-1783) 3 iştirakçısı təltif edilmişdi. 1932-ci ildə ABŞ prezidentinin Fərmanına əsasən Corc Vaşinqtonun 200 illik yubileyi şərəfinə "Bənövşəyi Ürək" medalı təsis edildi. Hərb Departamentinin 1932-ci il 22 fevral tarixində elan etdiyi meyarlara görə, bu medal ABŞ-nin Birinci dünya müharibəsinə qatıldığı 1917-ci il 5 aprel tarixindən sonrakı hərbi əməliyyatlarda yaralanmış və ya həlak olmuş hərbçilərə verilə bilər.
Purpur üskükotu
Purpur üskükotu (lat. Digitalis purpurea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == İkiillik ot bitkisidir. Yaşayışının birinci ili kökətrafı yarpaqlar, ikinci il isə hündürlüyü 1 m-ə qədər olan yarpaqlı gövdəsi və zirvədə iri çiçək salxımı daşıyan budaqcıqlar əmələ gəlir. Çətir yarpaqları uzunsov-yumurtaşəkilli və ya oval, uzun qanadabənzər saplaqdan ibarətdir. Yarpaqlarının uzunluğu 30 sm, eni isə 15 sm-ə bərabərdir. Gövdənin aşağı yarpaqlarının uzunluğu 12-20 sm yumurtaşəkilli, qanadabənzər saplaqdan ibarətdir. Orta yarpaqları qısa saplaqlı, yuxarı yarpaqları oturaq, yumurtaşəkilli və yumurtaşəkilli-neştərvaridir. Kənar yarpaqları bərabər olmayan çəpərlidir. Yuxarı yarpaqları qırışıq, tünd-yaşıl, aşağı yarpaqlarında isə damarlanma, çoxkünclü tor və üzərində çoxlu tükcükləri olan sarımtıl çiçəklərdən ibarətdir.
Stradivari Duport
Duport Stradivari, 1711-ci ildə İtaliyanın Kremona şəhərində Antonio Stradivari tərəfindən hazırlanmış violonçeldir.Alət adını 1800-cü illər ərəfəsində yaşamış bəstəkar Jan Lui Duporta görə alıb. == Tarixi == Violençelin 1711-ci ildə Kral XIV Lüdovikin şəxsi həkimi François Chicoyneau-nun istəyi ilə inşa edilməsi güman edilir.Chicoyneau 1752-ci ildə öldükdə, violonçel satılması üçün Parisə göndərildi və açıq hərraca çıxarıldı.Xərrac zamanı Duport violençeli ala bilməsə də,Duport qardaşları daha sonra daha ucuz qiymətə violençeli ala bildilər. 1812-ci ildə Jan Lui Duport Tüiliri sarayında konsert verdiyi zaman Napolyon da alətdə ifa etmişdir.Violençeldə hələ də görünə bilən çuxurun Napolyonun diqqətsizliyi səbəbindən meydana gəldiyi deyilir.
Çenq Pirort
Çenq Pirort (d. 5 aprel 1986) — Kambocalı üzgüçü. Çenq Pirort Kambocanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Çenq Pirort birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 58.52 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 102-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Con Pirpont Morqan
Con Pirpont Morqan(ing. John Pierpont Morgan I; 17 aprel 1837[…], Hartford – 31 mart 1913[…], Roma) — Amerika biznesmeni. == Həyatı == Con Pirpont Morqan (1837–1913) "hava satıcısı" kimi tanınmış bu şəxs, məşhur maliyyəçi, Corc Pibodinin ortağı Cunius Spenser Morqanın ailəsində doğulmuşdur. Morqanların vaxtilə Yamayka qubernatoru olmuş ingilis dəniz qulduru Henri Morqanın nəslindən olması da maraqlı tarixi faktdır. Bu baxımdan biz də bu nömrədə kiçik araşdırma aparmaqla mövzunu praktiki baxımdan tədqiq etməyi məqsədəuyğun hesab etdik. Keçmiş dövrün tanınmış maliyyəçilərindən Con Morqanın və Con Rokfellerin yazı xətti nümunələrini seçilməsi isə "maliyyə istedadı" anlayışının müxtəlif aspektlərinin işıqlandırılıması arzusundan irəli gəlirdi. Belə ki, onların hər birinin istedadı özünəməxsusluğu ilə seçilir və psixoloji keyfiyyətlərin xüsusi kombinasiyası ilə təcəssüm olunur. Sadalanan şəxsiyyətlər ABŞ-də yaşamış və fəaliyyət göstərmişlər. Burada məhz belə bir sual meydana çıxır: "Görəsən, dünyanın digər ölkələrində istedadlı maliyyəçilər olmamışdırmı?" Təbii ki, olmuşdur. Lakin XIX əsrin sonu, XX əsrin əvvəllərində ABŞ öz imkanlarının spektrlərini səfərbər edib reallaşdırmağı bacaran xüsusi iqtisadi mühitə malik idi.
Henley Pasport İndeksi
Henley Pasport İndeksi (ing. Henley Passport Index) — dünya ölkələrinin vətəndaşlarının səyahət azadlığının səviyyəsini araşdıran şirkət. 2006-cı ildən etibarən Henley & Partners Visa Restrictions Index ("Henley və Tərəfdaşları Viza Məhdudiyyətləri İndeksi") adlanan, 2018-ci ilin yanvarından isə indiki adını alan bu indeks Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının tərəfdaşlığı, eləcə də dünya üzrə məlumat mənbələri ilə bütün ölkələrin və ərazilərin viza tələblərini analiz etməkdədir. == Siyahı == 1 aprel 2020-ci ildəki hesablamaya görə 191 ölkəyə vizasız və ya vizanı girişdə almaqla daxil olmaq olan Yapon pasportu hazırda ən güclü pasport hesab olunur. İkinci yerdə isə 190 ölkəyə rahat daxil ola bilən Sinqapur pasportu qərarlaşıb. Aşağıdakı siyahıda pasportları ilk 10-luğa daxil olan 27 ölkə göstərilib.
Henley Tərəfdaşları Pasport İndeksi
Henley Pasport İndeksi (ing. Henley Passport Index) — dünya ölkələrinin vətəndaşlarının səyahət azadlığının səviyyəsini araşdıran şirkət. 2006-cı ildən etibarən Henley & Partners Visa Restrictions Index ("Henley və Tərəfdaşları Viza Məhdudiyyətləri İndeksi") adlanan, 2018-ci ilin yanvarından isə indiki adını alan bu indeks Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının tərəfdaşlığı, eləcə də dünya üzrə məlumat mənbələri ilə bütün ölkələrin və ərazilərin viza tələblərini analiz etməkdədir. == Siyahı == 1 aprel 2020-ci ildəki hesablamaya görə 191 ölkəyə vizasız və ya vizanı girişdə almaqla daxil olmaq olan Yapon pasportu hazırda ən güclü pasport hesab olunur. İkinci yerdə isə 190 ölkəyə rahat daxil ola bilən Sinqapur pasportu qərarlaşıb. Aşağıdakı siyahıda pasportları ilk 10-luğa daxil olan 27 ölkə göstərilib.
Şuşa Kurort və İstirahət Mərkəzidir (1937)
== Məzmun == Filmdə qədim Azərbaycanın ən səfalı və gözəl guşələrindən biri olan Şuşa kurort şəhərinin tarixi abidələri, mənzərələri və Daşaltı dərəsində pionerlərin gəzintisi göstərilmişdir. == Film haqqında == Film saxlanılmayıb.
Kürtport
Kürtport- Azərbaycan Respublikası Goranboy rayonu ərazisində dağ. == Toponimikası == Murovdağ silsiləsinin şimal yamacındadır. Dağın Hündürlüyü 2190 m. Oronim türk dillərində, o cümlədən Azərbaycan dilinin dialektlərində "qar, qar yığını" mənalarında işlənən kürt və pərt/port (parıldayan, işıldayan) sözlərindən düzəlib, "qarı parıldayan dağ" mənasındadır. == Həmçinin bax == Goranboy rayonu Qaratikanlı (dağ) == İstinadlar == == Xarici keçid == http://goranboy-ih.
Şuşa kurort və istirahət mərkəzidir (film, 1937)
== Məzmun == Filmdə qədim Azərbaycanın ən səfalı və gözəl guşələrindən biri olan Şuşa kurort şəhərinin tarixi abidələri, mənzərələri və Daşaltı dərəsində pionerlərin gəzintisi göstərilmişdir. == Film haqqında == Film saxlanılmayıb.