Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İtiləmə (film, 2009)
"İtiləmə" (ing. Shank) — 2009-cu ilin, cavan britaniyalı rejissor Saymon Pirsin gənclər arasında zorakılıq və homoseksuallıq haqqında film. == Süjet == Kel adlı 18 yaşlı oğlan gənc bandanın üzvüdür. Özünün boş həyatında narkotik, seks, günahsız insanlara zorakılıqdan başqa heç nə bilmir. Amma onun balaca bir gizli sirri var. Bu sirri banda üzvlərindən ehtiyatla gizlətmək lazımdır: o gizli gay'dir və onun kişilərdən xoşu gəlir. O gizli olaraq bandanın başçısı Connoya aşiqdir, filmin gedişi ilə bilinir ki, o da Kelə biganə deyil. Ancaq açıq şəkildə bu hissləri etiraf etməkdən söhbət belə gedə bilməz: bandada homofobiyaya pərəstiş edilir, elə yaxınlıqda yaşayanlar da «mavisayağı» göründükləri üçün döyülürlər. Başqa bir hücumun qurbanı Olivye adlı fransalı tələbə olur. Hadisələr elə cərəyan edir ki, Keli onun əvvəlki "banda-dostları" izləməyə başlayır və o Olivyenin evində özünə sığınacaq tapır.
İkiləçək
İkiləçək (lat. Circaea) — yağıotukimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == İkiləçək:The Plant List saytında takson barədə məlumat.
İtələmə
İtələmə — İsaak Nyutonun ikinci və üçüncü qanunları tərəfindən tanınan reaksiya qüvvədir. Bir sistem kütləni bir istiqamətdə hərəkət etdirdikdə ya da təcilləndirəndə, təcillənən qüvvəni bərabər böyüklükdə, ancaq əks istiqamətdə bir qüvvə formalaşdırır. Nümunə olaraq stabil qanadlı hava texnikaları, pərvanə və ya reaktiv mühərriklər havayı uçuş istiqamətinin əksi istiqamətində itələməsi sayəsində irəliyə doğru hərəkətlərini təmin edirlər.
Qılınclı
Qılınclı (Laçın)
Ürəkvari ikiləçək
Ürəkvari ikiləçək (lat. Circaea cordata) — i̇kiləçək cinsinə aid bitki növü.
Qılınclı (Kəlbəcər)
Qılınclı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qılınclı kənd inzibati ərazi dairəsində kənd. == Etimologiya == Oykonimin etnotoponim olması ehtimali var. Bəzi mülahizələrə əsasən, qilicli (qilınclı) keçmişdə Azərbaycanın müxtəlif zonalarında yaşamış tayfalardan biridir. Odur ki, dağın adını "qilicli tayfasına məxsus yurd yeri" kimi mənalandırıb etnotoponim olduğunu qəbul etmək olar. Buna Azərbaycanın müxtəlif rayonlarında Qiliçli adlı obyektlərin olması da əsas verir. == Tarixi == Yaşayış məntəqəsini Laçın rayonundaki Qilişli kəndindən köçmüş ailələr salmışlar.28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Qılınclı kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Qılınclı Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. == Coğrafiyası == Kənd Tərtər çayının sahilində, sıldırım qayalıq üstündədir.
Qılınclı (Laçın)
Qılınclı — Azərbaycan Respublikasının Laçın rayonu Qarıqışlaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Qılınclı kəndi dağlıq ərazidədir. Yaşayış məntəqəsi Qilıcdaş adlanan sahədə salındiğına görə belə adlanmışdır. Həqiqətən kəndin cənub-şərq hissəsində qilınca oxşadığına görə yerli tələffüzdə Qilicdaş adlanan dik, sivri qaya var. Kəndin butun əhalisi vaxtila Kəlbəcər rayonu ərazisinə köçüb eyniadli kəndi salmışdır. İndiki sakinlər isə sonralar yaxınlıqdakı Qarıqışlaq kəndindən köçən ailələrdir. Oykonimlərin etnotoponim olması ehtimalı var. Bəzi mülahizələrə əsasən, qilicli (qilınclı) keçmişdə Azərbaycanın muxtəlif zonalarında yaşamış tayfalardan biridir. Odur ki, dağın adını “qılıclı tayfasına məxsus yurd yeri” kimi mənalandırıb etnotoponim olduğunu qəbul etmək olar. Buna Azərbaycanın müxtəlif rayonlarında Qılıçlı adlı obyektlərin olması da əsas verir.1992-ci ildə Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Qılınclı (Urmiya)
Qılınclı (fars. قلينجلو‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 97 nəfər yaşayır (30 ailə).
Qılınclı (Duzluca)
Qılınclı — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır.
Damokl Qılıncı
Damokl qılıncı (lat. Damoclis gladius) — qədim yunan mifologiyasının bu günə qədər gəlmiş ibarə xarakterli əfsanələrindən biri. Tavromeniyalı Timeyin (e.ə. 356 — e.ə. 260) itirilmiş sayılan Siciliya tarixinə dair kitabında qeyd edilir. "Damokl qılıncı" ifadəsi bu gün "təhdid", "təhlükə" mənasında da istifadə olunur. Qədim yunan əfsanəsinə görə, e.ə. IV əsrdə Sirakuza hökmdarı kral Dionisi idi. O, sadə bir ailədə böyüməsinə baxmayaraq cəsarəti və hiyləgərliyi ilə məşhur idi. Kartaca ilə apardığı döyüşlərdən sonra Sirakuza o dövrün ən güclü dövlətlərindən birinə çevrilmişdi.
Osman qılıncı
Osman qılıncı — (digər adı Taklide-Seif və ya Qılınc Alayı), Osmanlı İmperiyasının sultanlarının taxta çıxma mərasimi zamanı istifadə edilən mühüm dövlət qılıncı. Qılınca Osmanlı İmperatorluğunun qurucusu Osman Qazinin adı verilmişdir. Tətbiqi ilk olaraq Osman Qazinin qayınatası Şeyx Edebalinin Osman Qaziyə qılınc bağışlaması ilə başladı. Bu qılıncın istifadəsi padşahın taxta çıxmasından 2 həftə içərisində edilməsi məcburi idi. Bunun üçün İstanbulda Körfəz üzərindəki Əyyub məzar külliyyəsində keçirilib. Yeni padşah Topqapı Sarayından Səltənət Qayığına minərək Körfəzdən Əyyuba gəldi. Əyyub qəbiristanlığı, Səhabə Əbu Əyyub el-ensarinin VII əsrdəki İstanbulun ilk Müsəlman mühasirəsi zamanı şəhid olması səbəbiylə Fatih Sultan Mehmet tərəfindən tikdirilmişdir. Bu mərasim çox rəmzidi: Əvvəlcə yeni padşahın qılınca əl ataraq bir döyüşçü olduğunu göstərməsi baxımından vacib idi. Konyadan bir mövləvi dərviş bu qılıncın taxılma prosesində iştirak edirdi. XIX əsrin sonlarına qədər Müsəlman olmayan nümayəndələrin Əyyub Məscidindəki mərasimi izləməsi qadağan idi.
Qismət qılıncı
Qismət qılıncı (pol. Miecz przeznaczenia) — Polşa yazıçısı Andjey Sapkovskinin fentezi janrında yazdığı və ümumi personaj – cadugər Riviyalı Geraldın iştirakı ilə birləşdirilən hekayələr toplusudur. Həm xronologiya, həm də yazılma vaxtına görə “Qismət qılıncı” Cadugər seriyasından olan ikinci əsərdir. Bu kitabda Geralt ilk dəfə Siri ilə qarşılaşır və qismətini tapır. Kitab ilk dəfə polyak dilində 1992-ci ildə nəşr edilmişdir. İngilis dilində ilk nəşr 2015-ci ilə aiddir. == Məzmunu == Antologiyaya daxil olan aşağıdakı hekayələr xronoloji olaraq bir-biri ilə az əlaqəlidir: Mümkün olanın sərhəddi (pol. Granica możliwości) Buz qəlpəsi (pol. Okruch lodu) Əbədi alov (pol. Wieczny ogień) Bir qədər qurban (pol.
İslam qılıncı
İslam qılıncı (ərəb. سيف الإسلام‎‎, translit. Səyf əl-İslam) — 1937-ci ildə İslamın hamisi (ərəb. حامي الإسلام‎‎, translit. Hami əl-İslam) elan olunan İtaliya siyasətçisi Benito Mussoliniyə verilən əlbəyaxa döyüş silahı. == Tarixi == 1934-cü ildə İtaliya Liviyası yaradıldıqdan sonra İtaliyanın Baş Naziri Benito Mussolini İslam diniylə müqayisələrin edilməsini təşviq edən qərarlar qəbul etmişdir. Bu qərarlara əsasən, Liviyanın yerli əhalisi "İtaliyanın dördüncü sahilində yaşayan İtaliya müsəlmanları" adlandırılmış, regionda məscidlər və mədrəsələr tikilmiş, Məkkə şəhərinə Həcc ziyarətinə və Tripolidəki İslam mədəniyyəti üzrə tədris edən ali təhsil müəssisəsinə getməyi asanlaşdırmaq üçün xidmət müəssisələri təsis edilmişdir. İnsanpərvər məqsədlərin arxasında faşistlər və İslamın bəzi məzhəblərinin rəhbərləri Birləşmiş Krallıq və Fransanı düşmən olaraq tanıdırdılar. Benito Mussolini bundan öz mənfəəti üçün istifadə etmək arzusunda idi. Bu ortaq maraqlar 1919-cu ildə imzalanan və ABŞ, Fransa və Birləşmiş Krallığın xeyrinə olmuş Versal sülh müqaviləsinə qarşı olan ikraha əsaslanırdı.
Allahyar xan Qılıncçı
Allahyar xan Qılıncçı (1735-?)—Qılıncçı tayfasının başçısı, Səbzivarın hakimi. == Həyatı == Allahyar xan Qılıncçı 1735-ci ildə Xorasanda anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Qılıncçı elinə başçılıq etmişdi. Səbzivarı da əlinə keçirmişdi. Bu ərazi üstündə Hüseynqulu xan Məhəmmədhəsən xan oğlu Qovanlı-Qacarla üz-üzə gəlmişdi. Hüseynqulu xan Kərim xan Zəndin sərkərdələri tərəfindən oldürüləndən sonra Allahyar xan Xorasandan Xəzər dənizi sahillərinə qədər ərazilərə iddia etmişdi. Allahyar xan Qılıncçı Köklən türkmənlərinə qarşı vuruşaraq, Qorqanı, Astrabadı və digər yerləri müdafiə etmişdi. Allahyar xan Qılıncçı 1796-cı ildə Ağaməhəmməd şah Qovanlı-Qacara qarşı vuruşmuşdu. == Ədəbiyyat == Əzüdüddövlə, Tarix-eʿAzodi, 2nd ed., ed.
Nadir şahın qılıncı
Nadir şahın qılıncı — Əfşar imperiyasının hökmdarı Nadir şah Əfşarın (1736-1747) istifadə etdiyi qılınc. == Haqqında == İranın Tehran şəhərində yerləşir. Nadir şahın qətlə yetirilməsindən təxminən 50 il sonra şahlıq etməyə başlayan Fətəli şah Qacar dövründə üzərinə yazılar yazılmış və bəzədilmişdir. Qılıncın qını briliantlarla bəzədilmişdir. Müasir tarixçi Maykl Eksvorti bildirir ki, "Nadir bir neçə dəfə özünü təsvir etmək üçün qılınc təsvirindən yararlanmışdır".Fətəli şahın heç bir rəsmində qılınc görünməyir. Lakin Gülüstan sarayının Mərmər otağının divarında Fətəli şahın varisi Məhəmməd şah Qacarın at üstündə olarkən qılıncı taxtığını əks etdirən rəsm əsəri vardır.Qılıncın və qınının arxa tərəfində bir neçə misra ilə birlikdə qəbzənin üstündə şahın və onun iki oğlunun şəkli əks olunub. == Həmçinin bax == Nadirin yürüşləri == İstinadlar == == Mənbə == Maykl Eksvorti. The Sword of Persia: Nader Shah, from tribal warrior to conquering tyrant/ Figure 1. I. B. Tauris. 2009.
Əjdahanın qılıncı (film, 2015)
Əjdahanın qılıncı (çin. ənən. 天將雄師, ing. Dragon Blade) — 2015-ci ildə Çin tarixi fəaliyyət filmidir. Filmin ssenaristi və rejissoru Daniel Li-dir və baş rolda Ceki Çan oynayır. Filmdə Çan, Han sülaləsi dövründə Qərb bölgələrinin Mühafizə heyətinin komandiri Huo An rolunu oynayır. Əjdahanın qılncı, Çin Yeni il tətil dövrünün ilk günü 19 fevral 2015-ci ildə IMAX 3D-də buraxıldı. Film 4 sentyabr 2015-ci ildə Lionsgate Premiere tərəfindən ABŞ-da yayımlandı. == Məzmun == Çinin şimal-qərbində, miladdan əvvəl 48 (İngilis dilində ekranda 50 e.ə.), Çinin İpək Yolu Müdafiəsi Heyəti adlanan bir təhlükəsizlik şirkəti, döyüşləri dayandırmaq və barışıq ideyasını təbliğ etmək niyyətindədir. Kapitan Huo An (Ceki Çan) bir döyüşü müvəffəqiyyətlə dayandırır.
Türklər gəlir: Ədalətin qılıncı
Türklər gəlir: Ədalətin qılıncı (türk. Türkler Geliyor: Adaletin Kılıcı) — ssenaristi və prodüseri Mehmed Bozdağ, rejissoru isə Kamil Aydın olan Bozdağ Film imzalı tarixi türk filmi. Film, XV əsrdə (1450-ci illərdə) Fateh Sultan Mehmetin Lazar Brankoviçin zülmünə son qoymaq üçün göndərdiyi Axıncıların əhvalatını anladır.
Türklər gəlir: Ədalət qılıncı (film, 2020)
Türklər gəlir: Ədalətin qılıncı (türk. Türkler Geliyor: Adaletin Kılıcı) — ssenaristi və prodüseri Mehmed Bozdağ, rejissoru isə Kamil Aydın olan Bozdağ Film imzalı tarixi türk filmi. Film, XV əsrdə (1450-ci illərdə) Fateh Sultan Mehmetin Lazar Brankoviçin zülmünə son qoymaq üçün göndərdiyi Axıncıların əhvalatını anladır.
Türklər gəlir: Ədalətin qılıncı (film, 2019)
Türklər gəlir: Ədalətin qılıncı (türk. Türkler Geliyor: Adaletin Kılıcı) — ssenaristi və prodüseri Mehmed Bozdağ, rejissoru isə Kamil Aydın olan Bozdağ Film imzalı tarixi türk filmi. Film, XV əsrdə (1450-ci illərdə) Fateh Sultan Mehmetin Lazar Brankoviçin zülmünə son qoymaq üçün göndərdiyi Axıncıların əhvalatını anladır.