Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qıyqac (Puldəşt)
Qıyqac (fars. قيقاج‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 117 nəfər yaşayır (27 ailə).
Geyger sayğacı
Geiger sayğacı Hans Geiger (1882 - 1945) adlı alman fizikin 1908-ci ildə düzəltdiyi, içinə düşən ionlaşan zərrəcikləri avtomatik saymağa imkan verən qazboşaldıcı cihazdır. Geiger-Müller sayğacı kimi də tanınan Geiger sayğaçı ionlaşma radiasiyasını ölçə bilən bir növ parçacıq detektorudur. Geiger sayğacı radiasiyanın varlığını təsbit edə bilən, əldə daşına bilən bir cihazdır. Bu cihaz radiasiyalı mühitdə çıt səsləri çıxarır və mühitdəki radiasiyanın səviyyəsini də ölçə bilir.
Qeyqer sayğacı
Heyger sayğacı Hans Geiger (1882 - 1945) adlı alman fizikin 1908-ci ildə düzəltdiyi alətdir. Heyger sayğacı, Heyger-Müller sayğacı kimi də bilinir, ionlaşma radiasiyasını ölçə bilən bir növ parçacıq detektorudur. Heyger sayğacı radiasiyanın varlığını təsbit edə bilən, əldə daşına bilən bir cihazdır. Bu cihaz radiasiyalı mühitdə çıt səsləri çıxarır və mühitdəki radiasiyanın səviyyəsini də ölçə bilir.
Qıyıqçı
Qıyıqçı — Azərbaycan Respublikasının Füzuli rayonunun Dövlətyarlı kənd inzibati ərazi dairəsində kənd. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Kıyqazı (Askın)
Kıyqazı (başq. Ҡыйғаҙы, rus. Кигазы) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kıyqazı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 18 km, ən yaxın dəmiryol stansiyasından (Çernuşka stansiyası): 110 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (93 %) üstünlük təşkil edir.
Qalqaçı (Urmiya)
Qalqaçı (fars. قالقاچي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 269 nəfər (73 ailə) yaşayır. Kəndin əhalisi şiədir və azərbaycanca danışır.
Avqust qiyamı
Avqust qiyamı (gürc. აგვისტოს აჯანყება, agvistos adjanq’eba) — Gürcüstan Demokratik Respublikasının Qızıl Ordu tərəfindən işğal edilməsindən sonra, ölkədəki ant-sovet rejiminə qarşı 1924-cü ilin 28 avqust — 5 sentyabr aralığında baş tutmuş qiyam. Hadisələr nəticəsində Kakutsa Çolokaşvili və Mixeil Cavaxişvili rəhbərliyi altında bolşeviklərə qarşı döyüşən gürcü birlikləri bir həftə ərzində məğlub olmuş və döyüşlər zamanı azı 3.500 nəfərə yaxın qiyamçı öldürülmüşdür. SSRİ xüsusi xidmət orqanlarının axtarışlarından sonra qiyamın təşkil olunmasında və iştirakda günahlandırılan daha 10 min nəfərə yaxın şəxs edam edilmişdir. == Arxa plan == == Hazırlıq == == Reaksiya == == Nəticə == == Qiymətləndirilməsi == == İstinadlar == == Ədəbiyyat == ვალერი ბენიძე (Valeri Benidze) (1991), 1924 წლის აჯანყება საქართველოში (1924 Uprising in Georgia). Tbilisi: სამშობლო ("Samshoblo") (in Georgian) ლევან ზ. ურუშაძე (Levan Z. Urushadze) (2006), ქაიხოსრო (ქაქუცა) ჩოლოყაშვილის ბიოგრაფიისათვის (For the biography of Kaikhosro (Kakutsa) Cholokashvili).- "ამირანი" ("Amirani"), XIV–XV, მონრეალი-თბილისი (Montreal-Tbilisi), pages 147–166, ISSN 1512-0449 (in Georgian, English summary). Ariel Cohen (1998), Russian Imperialism: Development and Crisis. Praeger/Greenwood, ISBN 978-0-275-96481-8. Raymond Duguet (1927), Moscou et la Géorgie martyre.
Cəfər Qiyasi
Cəfər Əli oğlu Qiyasi — memar, ssenarist, kino məsləhətçisi, filmlərdə iştirak edən, memarlıq üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü (2001), professor (2007), Şərq Ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü (1999). == Həyatı == Cəfər Əli oğlu Qiyasi 24 mart 1942-ci ildə Ərdəbil şəhərinin Hüsnə kəndində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Politexnik Universitetinin İnşaat fakültsənin Memarlıq şöbəsində təhsil almağa başlayan Cəfər Qiyasi 1966-cı ildə həmin universiteti bitirərək memar ixtisasına yiyələnmişdir. Memar 1972-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun əyani aspiranturasında təhsilini davam etdirmişdir. O, 1978-ci ildə “Təbriz memarlıq məktəbi” (XIII-XVII əsrlər) mövzusunda namizədlik, 1997-ci ildə “Memar Xacə Əlişah Təbrizi (dövrü və yaradıcılığı)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək elmlər doktoru dərəcəsini əldə etmişdir. Cəfər Qiyasi 2007-ci ildə professor elmi adını qazanmışdır. Memar 1999-cu ildə Şərq Ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, 2001-ci ildə isə memarlıq sahəsində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Cəfər Qiyasi 250-dən çox elmi məqalənin müəllifidir. == İş fəaliyyəti == Cəfər Qiyasi 1967-1971-ci illərdə Ümumittifaq Kurortları Layihələndirmə İnstitutunun Azərbaycan filialında çalışmış, memar, baş memar, qrup rəhbəri vəzifələrini icra etmişdir. O, həmçinin uzun müddət Azərbaycan Dövlət Televiziyasında “Yaxın-uzaq ellərdə” və “Memarlıq üfüqləri” adlı verilişlərin ssenari müəllifi və aparıcısı olmuşdur.
Fars qiyamı
Fars Qiyamı – Midiyanın vaxtilə özünə tabe etdiyi vilayətlərindən birində – Persiada farsların madaylara, maday hakimiyyətinə qarşı qaldırdıqları üsyan. Farslar Midiya və Assuriya arasında baş verən uzun müharibələrdə madayların mövqeyinin zəifləməsindən istifadə edərək üsyan qaldıraraq özlərini müstəqil elan etmiş və nəticədə Midiya dövlətini parçalamışlar. Farslar Persiadan Midiyanın idarəetmə mərkəzinə – Azərbaycana, paytaxt Ekbatana doğru yürüş etsələr də onların hansı ərazilərə qədər irəliləməsi naməlumdur. Farslar assurluların Midiyaya qarşı hərbi əməliyyatlarını diqqətlə izləyir, assurların yürüşləri zamanı Midyanın daxili vilayətlərinə doğru yürüş edir və maday ordusunun iki cəbhəyə bölünməsinə səbəb olurdular. Madaylar və farslar arasında müharibə e.ə. 552 – e.ə. 550-ci illərdə davam etmişdir. Baş verən döyüşlərdə əsasən madaylar qalib gəir və farsları geri çəkilməyə məcbur edirdilər. Lakin sonradan II Kirin rəhbərliyi ilə çox qüvvətli fars ordusunun qurulması, Midiya hökmdarından narazı olan bəzi maday sərkərdələrinin satqınlıq edərək fars ordusuna keçməsi, nəticədə e.ə. 549-cu ildə üsyana davam gətirə bilməyən Maday dövlətinin süqutuna, hakimiyyətin farsların əlinə keçməsinə səbəb oldu.
Gəncə qiyamı
4 iyun Gəncə qiyamı — 1993-cü ilin iyununda Surət Hüseynov rəhbərliyi ilə Xalq Cəbhəsi hökumətinə qarşı qiyam. Hərbi uğursuzluqlar və ordudan kənarlaşdırılmasına görə qəzəblənən Hüseynov doğulduğu Gəncə şəhərində bir qrup milisi silanlandırmış, onları tərkisilah etmək üçün göndərilən Milli Ordu qüvvələrini məğlub etdikdən sonra Bakıya doğru irəliləmişdir. Azərbaycan hökuməti yaranmış siyasi böhran səbəbilə çaxnaşmaya düşmüş, Elçibəy isə Naxçıvana getmiştir. Bu zaman Hüseynov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev ilə ittifaq qurmuşdur. Nəticədə, Əliyev Azərbaycan Prezidenti, Hüseynov isə Azərbaycan Baş naziri olur. == Zəmin == Azərbaycan 1991-ci ilin sonlarından etibarən beynəlxalq arena tərəfindən tanınan, SSRİ-dən müstəqillik qazanmış gənc bir respublika idi. Azərbaycan üçün müstəqillikdən sonrakı dövr xaotik olmuşdur. Yeni dövlət Azərbaycana məxsus olan, lakin ermənilərin yaşadığı Dağlıq Qarabağ anklavına nəzarət uğrunda Ermənistanla hərbi münaqişədə idi. 1992-ci ilin mayında Xalq Cəbhəsi hərbi uğursuzluq səbəbilə kommunist Ayaz Mütəllibov hökumətini devirir, həmin ilin iyununda isə milliyətçi Əbülfəz Elçibəy demokratik şəkildə prezident seçilir. == Qiyam == Azərbaycan 1993-cü ildə Ermənistanla Qarabağ müharibəsindəki hərbi uğursuzluqlar səbəbiylə vətəndaş müharibəsinin astanasında idi.
Koçkiri qiyamı
Koçkiri üsyanı – 1921-ci ildə Türkiyə Böyük Millət Məclisi Hökumətinə qarşı Koçgiri, Pezgavır, Maksudan, Aslanan, Kurmeşan, Parçikan, Cenbergan tayfalarının tərəfindən qaldırılmış kürd üsyanıdır. 1920-ci ilin əvvəlində Baytar Nuru, Yellicə nahiyəsində Hüseyn Abdal, Cangaben və Kurmeşan kimi tayfaların rəisləriylə birlikdə yığıncaq təşkil edərək Sevər Andlaşmasının tətbiq olunmasını və Diyarbakır, Van, Bitlis, Elazığ, Dərsim və Koçgiridən ibarət olan ərazilərdə müstəqil kürd dövləti qurulmasını qərarlaşdırmışdır. Üsyançılar iyul ayında Pərdəyənin Çulfa Əli polis bölməsinə və Şadan tayfa rəisi Paşo da Rifahıyaya hücum etmişlər. Türkiyə hökumətinin üsyanı diplomatik yolla həll etməsi ilə bağlı atdığı addımlar bir təşəbbüs vermədikdən sonra Türkiyə Böyük Millət Məclisi Hökumətinin təyin etdiyi Topal Osman Ağanın başçılığı altında ərazilərə ordu yeridilir və ümumilikdə üç ay davam edən üsyan tamamilə yatırılır. == Mənbə == Nuri Dersimi:Kürdistan Tarihinde Dersim, Halep, 1952, (Komkar Yayınları, Köln, 1988) Hıdır Göktaş: Kürtler, İsyan-Tenkil, İstanbul, 1991 Faik Bulut: Dersim Raporları, İstanbul, 2005, ISBN 975-6106-02-6 Uğur Mumcu, Kürt – İslam Ayaklanması 1919-1925, Tekin Yayınları, İstanbul, 1991, s.33-40.
Muxrovansk qiyamı
Muxrovansk qiyamı — 5 may 2009-cu ildə Gürcüstanın Muxrovansk rayonunda baş vermiş qiyam cəhdi. Qiyam Gürcüstan prezidenti Mixail Saakaşvilini devirmək məqsədilə təşkil edilib, məğlubiyyətlə nəticələnmişdir. Fərhad Məmmədov. "GÜRCÜSTANDA HƏRBİ QİYAM YATIRILDI (təfsilat)" (az.). musavat.com. 2009-05-05. İstifadə tarixi: 2014-01-28. Cahangir Həsənli. "Gürcüstanda NATO təlimlərinə start verildi" (az.). hafta-ichi.az.
Nika qiyamı
Nika qiyamı (yun. Στάσις τοῦ Νίκα) — 532-ci ilin yanvar ayında 1 həftə ərzində imperator Yustinianı devirmək üçün baş verən qiyam. Üsyan bəzən şəhərin tarixi boyunca ən qanlı qiyam olaraq qeyd edilir, Konstantinopol əhalisinin demək olar ki, yarısı yandırıldı, on minlərlə insan öldürüldü. Qədim Roma və Afinanın demes adlanan assosiasiyası idman oyunları əsasən də at arabası yarışları ilə dəstəklənirdi. İlk başlar yarışlarda oyunçular dörd hissəyə bölünürdü, oyunçular hər hissənin rənginə uyğun uniformalar geyinirdi. Onlar Mavilər (Veneti), Yaşıllar (Prasini), Qırmızılar (Russati) və Ağlar (Albati) idi. 6-cı əsrdə öz aktivliyini qoruyan sadəcə mavilər və yaşıllar idi, hətta imperator Yustinian özü də mavilərin tərəfdarı idi. Demes artıq Bizansın həm sosial həm də siyasi mövzusu halına gəlmişdi. Onlar artıq küçə quldur dəstələrinin və siyasi partiyaların aspektlərini birləşdirərək, teoloji problemlər və taxt iddiaçıları ilə bağlı mövqe tuturdular. Onlar tez-tez yarışlar arasında siyasi tələblər səsləndirərək imperiya siyasətinə təsir göstərməyə çalışırdılar.
Pivə qiyamı
Pivə qiyamı və ya Hitler-Lüdendorf qiyamı (alm. Hitler-Ludendorff-Putsch‎) — Münhendə 1923-cü il 9 noyabr tarixində Hitlerin rəhbərliyi altındakı nasional-sosialistlərin, "Kampfund" təşkilatı və general Lüdendorfun birgə səyi ilə təşkil edilmiş hakimiyyəti ələ keçirmək uğrunda uğursuz qiyam (putç). 1920-ci illərin əvvəllərində NSDAP Bavariyada güclü təşkilatlardan birinə çevrilirdi. Partiyanın silahlı dəstələrinə Ernst Rem rəhbərlik edirdi. Partiyanın liderlərindən olan Hitler isə Bavariyada nəzərəçarpan və əhəmiyyətli şəxsə çevrildi. 1923-cü ildə Rur ərazisinin Fransa tərəfindən işğal edilməsi Almaniyada yeni gərginlik yaratdı. Əvvəlcə xalqı mübarizəyə səsləyərək ölkədə iqtisadi böhrana səbəb olan sosial-demokrat hökuməti, sonradan Fransanın tələblərini qəbul etməklə həm sağ təmayüllü qüvvələr, həm də kommunistlər tərəfindən tənqidlərə məruz qaldı. Bu şəraitdə nasistlər Bavariyada hakimiyyətdə olan sağ konservativ-separatçılarla ittifaqa girərək Berlindəki sosial-demokrat hökumətinə qarşı birlikdə çıxış etməyə qərar verdilər. Bavariya sağlarının rəhbəri və Bavariya torpağının diktator səlahiyyətlərinə malik olan komissarı fon Karr rəsmi Berlinin bəzi tələblərinə əməl etməkdən, xüsusilə də nasist dəstələrini buraxmaq və "Xalqın nəzarətçiləri" qəzetini (alm. Völkischen Beobachters) bağlamaqdan imtina etdi.
Qiyabi təhsil
Qiyabi təhsil – ali və orta təhsilli mütəxəssislər hazırlamaq və onların ixtisasını artırmaq, həmçinin istehsalatdan ayrılmadan ümumi orta təhsil almaq formalarından biri. Qiyabi təhsildə tələbələrin (şagirdlərin) müstəqil işi əsas təlim formasıdır. Qiyabi şahmat - poçt vasitəsilə şahmat oyunu R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Qiyasi (Şot)
Qiyasi (fars. قياسي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 256 nəfər yaşayır (47 ailə).
Toşio Miyaci
Toşio Miyaci — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Zeynalabidin Qiyami
Zеynalabidin Qiyami (1891, Əhər, Şərqi Azərbaycan ostanı – Bakı) — Azərbaycan Demokrat Firqəsinin fəalı, Azərbaycan Milli hökumətinin Ali məhkəməsinin sədri. Zеynalabidin Qiyami Salari Zəfər Qaracadaği kimi tanınırdı. O, 1891-ci ildə Qaradağda - torpaq sahibkarı ailəsində doğulub. İran Xarici İşlər Nazirliyinin məsul işçisi olub. 1919-cu ildə Təbrizdə dеmokratik hərəkatın iştirakçısı idi. Dеmokratik hərəkatda iştirakına görə Xarici İşlər Nazirliyində tutduğu vəzifədən azad еdilmişdi. Sеyid Ziyanın qəti əlеyhdarı idi. Sеyid Ziya onun cismani məhv еdilməsi barədə öz adamlarına tapşırıq vеrmişdi. Əhali arasında böyük hörməti var idi.
Vaqner qiyamı
Vaqner qrupu üsyanı və ya Priqojin üsyanı, Göbələk devirməsi, Göbələk qiyamı – 23 iyun 2023-cü ildə Vaqner Qrupunun lideri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun qüvvələrinə hücuma keçməkdə və onun qüvvələrinin "nəhəng" hissəsini öldürməkdə ittiham etdi. Priqojin Müdafiə Nazirliyinin rəhbərliyindən qisas alacağına söz verdi. Hərbi idarəçilikdə "şərin" dayandırılmalı olduğunu vurğulayan Priqojin "ədalət üçün addımlayacağını" bildirmişdir. Yevgeni Priqojin KİV-lər tərəfindən "Putinin aşbazı" adlandırılan Rusiyalı iş adamıdır. 2014-cü ildə o, "Vaqner" ÖHŞ-nın əsasını qoymuşdu. Priqojinın Rusiya Müdafiə Nazirliyi və Prezident Administrasiyası ilə münasibəti pis idi. O, Sergey Şoyqunu Suriyada "köhnəlmiş üsulu" işlətdiyinə görə tənqid edirdi, Şoyqu isə Rusiya Silahlı Qüvvələrini qida ilə təmin etməklə məşğul olan Priqojinın şirkətini tənqid edirdi.
Amül qiyamı
Amül qiyamı — maoçu İran Kommunistləri İttifaqı (Sərbədaran) təşkilatı tərəfindən İran hökumətinə qarşı silahlı üsyan. == Zəmin == İran Kommunistləri İttifaqı (Sərbədaran) və ya qısaca İKİ(S) xalq müharibəsini öz mübarizə xətti kimi qəbul edən maoçu bir təşkilat idi. Amül şəhristanı İKİ(S) tərəfindən inqilabi baza ərazisi kimi seçilmişdir. == Tarixi == 1982-ci ildə İKİ(S) Amül ətrafındakı meşələrdə qüvvələri səfərbər etmiş və İslam Respublikasına qarşı silahlı kampaniyaya başlamışdır. 25 yanvar 1982-ci ildə Siyamək Zaimin başçılığı ilə üsyan təşkil edilmişdir. Qiyam nəhayət uğursuz olmuş, bir çox İKİ(S) və maoçu liderlər güllələnmişdir. Zaim Amülü zorla geri aldıqdan sonra İnqilab Keşikçiləri tərəfindən həbs edilmiş və nəticədə atışmanın dayandırılmasına kömək etdiyi üçün verilən bəraətə baxmayaraq 1984-cü ildə edam edilmişdir. == Nəticəsi == Üsyanın uğursuzluğundan sonra İKİ(S) rəhbərliyinin və üzvlərinin əksəriyyətinin həbs edilməsi və ya öldürülməsi ilə çətin bir dövr keçirmişdir. Bundan sonra partiya daxilində müxtəlif nəzəri və siyasi böhranlar yaşanmışdır.
Qızıl qısqaclı xərçəng
Qızıl qısqaclı xərçənq - Belçikalı Hergénin komiksi Tintinin macəralarının 9-cu hissəsidir.
Gürcüstan qiyamı (2009)
Gürcü qiyamı – 5 may 2009-cu ildə paytaxt Tiflisin 30 km şərqində, Gürcüstanın Muxrovani adlı məntəqəsində olan gürcü ordusu tank taborunun üsyanı. Üsyana qatılan hərbi qulluqçuların sayı dəqiq bilinmir. Üsyanın qaldırıldığı günün sonrakı saatlarında Gürcüstan Daxili İşlər Nazirliyi üsyançıların təslim olduqlarını açıqladı. Tabor komandanı da daxil olmaqla, liderlərindən bəziləri həbs edildi, digərləri qaçmağa nail ola bildi. Üsyan hökumətin Gürcüstanın sabitliyini pozmaq və Mixail Saakaşvilini öldürmək üçün rus dəstəkli sui-qəsd olduğunu iddiasını açıqladıqdan sonra meydana çıxdı. Gürcü səlahiyyətli şəxslər daha sonra süui-qəsd planı ilə əlaqəli ittihamlarını və Rusiyanın dəstəklədiyi iddialarını geri çəkdi. == Üsyandan əvvəl == Gürcüstan 2008 Cənub Osetiya müharibəsindən sonra qeyri-sabitlikdən təsirlənmişdi. 2009-cu ilin aprel ayından etiraz mitinqlərində Gürcüstan rəhbəri Saakaşvilinin istefası istənilirdi. Mart ayında Demokratik Hərəkat – Birləşmiş Gürcüstan siyasi partiyasının 9 üzvü qanundan kənar silah saxladıqlarına görə həbs edildilər. Həmin dövrlərdə bir neçə üst səviyyəli hökumət nümayəndəsi Saakaşvilinin Cənubi Osetiya və Abxaziyanın separatçı bölgələrini rus hakimiyyətinə buraxan uöursuz müharibəni başlatdığına görə müxalifətə keçdi.
Kenesar Kasımovun qiyamı
Kenesar Kasımov 1837–1847 qiyamı — Kenesar Kasımovun rəhbərliyi altında müasir Qazaxıstan ərazisindəki qazax xalqının Rusiya imperiyasına qarşı ən uzun və ən böyük üsyanıdır. == Fon == XVIII əsrin ortalarında Qazax Xanlığı, cunqarlar tərəfindən çoxsaylı basqınlara məruz qaldı. Qazax xanlığının torpaqlarının şərqdə Altaydan qərbdə Ural çayına, şimalda İşim çayından cənubda müasir Daşkəndə qədər uzandığını nəzərə alaraq, qazax xalqı Cunqar basqınlarını dəf etməkdə çətinlik çəkdi. Coğrafi yeri, təbii şəraiti ilə əlaqəli olaraq qazaxlar əsasən xanlığın geniş ərazisi boyunca maldarlıqla məşğul idilər. Qazaxların özləri sülhsevər bir xalq olduqları, heç vaxt qonşu ölkələrə və ərazilərə basqın etmədikləri, qonşularının torpaqlarına heç bir iddiaları olmadığı səbəbindən əpələnmiş qazaxların tez bir araya gələrək müharibə aparması çətin idi. Qazaxlar 1731-ci ildə Anrakay döyüşündə ortaq səylərlə cunqarlara qarşı vuruşdular və məğlub oldular. 18-ci əsrin ortalarında Abilay xan Rusiya İmperiyası ilə Qing İmperiyası arasındakı tarazlığı qoruya bildi, heç bir dövlətin vətəndaşlığını qəbul etmədi. Eləcə də Abilay xanın hakimiyyəti dövründə Qing İmperiyası çox aqressiv cunqarlardan şimal ərazilərinə basqın etməkdən qorxaraq, Cunqar dövlətinə qarşı müharibə başlatdı, onu tamamilə məğlub etdi. Onlar Abilay xandan karvanlarına hücum etməmələrini və Qazaxıstan ərazilərindən keçmələrinə icazə verməsini istədilər. == Səbəblər == Kenesarın (1802–1847) siyasi baxışları XIX əsrin birinci rübündə, Rusiya İmperiyasının Qazaxıstan çöllərinə getdikcə daha dərindən nüfuz etdiyi dövrdə formalaşmışdır.
Qobustan qiyamı (1999)
Qobustan qiyamı — 7 yanvar 1999-cu ildə Qaradağ rayonunun Qobustan qəsəbəsindəki həbsxanada aralarında general da olmaqla bir qrup məhkumun qaldırdığı qiyam. 1999-cu ilin yanvarında Qobustan həbsxanasında 11 məhbus, əsasən dövlət çevrilişinə cəhddə təqsirli bilinən keçmiş hərbçilər qiyam qaldırır. Onların ikisi silah ələ keçirmək istəyəndə öldürülür. Dustaqlar 28 girov və silah götürə bilir. Qiyamçı dustaqlar ölkədən çıxmaq üçün onlara nəqliyyat verilməsini tələb edir. Həmin vaxt hüquq-mühafizə orqanları həbsxanada xüsusi əməliyyat keçirdir. Girovlardan biri və 9 məhbus öldürülür. Qiyam zamanı öldürülənlərdən biri də 1993-cü ilin avqustunda Azərbaycan Respublikasının müdafiə naziri olmuş Vahid Musayev olmuşdur. Qiyam zamanı Qobustan həbsxanasında xidməti vəzifəsini yerinə yetirərkən həbsxanada baş verən hadisə zamanı Mixail Aleksandroviç Slesaryov dərhal əməliyyat qrupu yaradaraq, qiyamı yatırmağa müvəffəq olur. Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 1999-cu il tarixli 73 saylı Fərmanı ilə Mixail Slesaryova "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilir.
Gəlinlərin qiyamı (film)
Gəlinlərin qiyamı (özb. Kelinlar qoʻzgʻoloni; özb. Келинлар қўзғолони; rus. Бунт невесток) — 1985-ci ildə Səid Əhmədin eyniadlı pyesi əsasında Melis Abzalovun rejissorluğu ilə çəkilmiş bədii film. Film "Özbəkfilm" kinostudiyasında istehsal olunub. Özbəkistan kinosunun ən uğurlu işlərindən biri hesab olunur. == Məzmun == Filmin baş qəhrəmanı qoca Farmon bibi böyük bir ailəyə başçılıq edir. O, vicdanlı və müdrik qadın, qayğıkeş anadır. Lakin hər bir işdə olduqca ciddi və mühafizəkardır. Onun qırx bir nəvəsi var.