Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qızılboya
Boyaqotu (lat. Rubia) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi. Boyaqotu Azərbaycanda qədim zamanlardan becərilən və xüsusi əhəmiyyət kəsb edən texniki bitkilərdən biridir. Boyaqotu adı ilə tanınan bu bitkidən toxuculuqda qırmızı rəng kimi istifadə edildiyi üçün ona qızıl boya adının verilməsi də təsadüfi deyildir. Azərbaycanda yabanı halda bitdiyini və toxuculuqda rəng üçün geniş istifadə edildiyini nəzərə alsaq, onun bu ərazidə hələ eramızdan çox-çox əvvəl becərildiyini ehtimal etmək olar. Lakin ilk orta əsrlərdə bu bitkinin Azərbaycanda geniş becərilməsi tamamilə qanunauyğun bir haldır. Bu dövrdə feodalizmin təşəkkülü, şəhərlərin yaranması və inkişafı bu şəhərlərdə toxuculuğun geniş miqyas alması və bununla əlaqədar olaraq rəngə olan tələbat boyaq kökünün daha bol istehsalını tələb edirdi. Ona görə də ölkədə boyaqotu bitkisinin əkin sahəsi də artırdı. Əsrlər boyu boyaqotu bitkisinin becərilməsində elə bir əsaslı dəyişiklik olmamışdır. Başqa bitkilər kimi, boyaqotu bitkisi xam torpaqda daha çox məhsul verir.
Qızılqaya
Azərbaycanda Qızılqaya (Xankəndi) — Azərbaycan Respublikasının Xankəndi şəhərinin inzibati ərazi vahidində kənd. Qızılqaya (Ağdərə) — Azərbaycanın Ağdərə rayonunda kənd. Qızılqaya (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Qızılqaya (Göygöl) — Azərbaycanın Göygöl rayonunda qəsəbə. Qızılqaya silsiləsi – Culfa rayonu ərazisində alçaqdağlıq silsilə. Qızılqaya (dağ) Qızılqaya (dağ, Şərur) — Şərur rayonu ərazisində dağ. Hündürlüyü 1682 m. Qızılqaya (dağ, Quba) — Quba və Qusar rayonları ərazisində dağ. Hündürlüyü 3722 m.; Qızılqaya (dağ, Laçın) — Laçın rayonu ərazisində dağ. Hündürlüyü 2440 m.; Qızılqaya (dağ, Şəki) — Şəki rayonu ərazisində dağ.
Qızıloba
Qızıloba (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. (əvvəlki adı: Qarmiravan və ya Karmiravan) Qızıloba (Xocalı) — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd.
Qızılboğaz dağı
Qızılboğaz dağı (Babək) — Azərbaycanın Babək rayonu ərazisində dağ. Qızılboğaz dağı (Laçın) — Azərbaycanın Laçın rayonu ərazisində dağ. Qızılboğaz dağları (tirə) — Babək rayonu ərazisində alçaq dağlıq tirə.
Qızılqaya (Göygöl)
Qızılqaya — Azərbaycan Respublikasının Göygöl rayonunda qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Quşqara kənd inzibati-ərazi vahidi tərkibindəki Qızılqaya qəsəbəsi Xanlar şəhər inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 26 dekabr 2006-cı il tarixli, 215-IIIQ saylı Qərarı ilə Xanlar rayonunun Qızılqaya qəsəbəsi Xanlar şəhər inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Qızılqaya qəsəbə inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi 1932-ci ildə 7-ci sovxozun malikanəsi yanında salınmış və 7-ci Sovxoz qəsəbəsi adlandırılmışdır. 1950-ci illərdən qəsəbə yaxınlığındakı Qızılqaya adı ilə tanınan qayanın adı olmuşdur. Qaya xırda mamırla örtülüdür və bu mamırdan təbii üsulla xınanı xatırladan maddə alınır. Qayanın adı da buradan yaranmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Qəsəbə Gəncə şəhəri yaxınlığında yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən qəsəbədə 988 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qızılqaya (Gədəbəy)
Qızılqaya — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Çobankənd kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 29 may 2015-ci ildə Çobankənd kənd inzibati ərazi dairəsi tərkibindəki Yenikənd kəndi Qızılqaya kəndi adlandırılmışdır. == Toponimikası == Kənd Kiçik Qafqaz dağının ətəyindədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 119 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qızılqaya (Kəlbəcər)
Qızılqaya (əvvəlki adı: Arutunaqomer) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Qızılqaya kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Arutunaqomer kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Arutunaqomer kəndi Qızılqaya kəndi adlandırılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. == Toponimikası == Artunaqomer kəndinin keçmiş adı Qızılqaya olmuşdur. Keçən əsrdə ermənilərin dəyişdirdikləri adlardandır. XX əsrin 1930-cu illərində kəndin ərazisində erməni ailələri məskunlaşdıqdan sonra onu Arutyunoqomer (Aryutun şəxs adı və qomer erm. "tövlə, sığırxana" sözündən) adlandırmışdılar.
Qızılqaya (Qürvə)
Qızılqaya (fars. گزل قايه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 182 nəfər yaşayır (36 ailə). Əhalisini kürdlər təşkil edir.
Qızılqaya (Sərab)
Qızılqaya (fars. قزلقيه‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 66 nəfər yaşayır (13 ailə).
Qızılqaya (Xankəndi)
Qızılqaya — Azərbaycan Respublikasının Xankəndi şəhərinin inzibati ərazi vahidində kənd. 1991-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. == Tarixi == Qızılqayada ilkin yaşayışın eramızdan əvvəlki dövrlərə aid olduğu bildirilir. Çünki həmin dövrlərə məxsus qoça bənzər kiçik heykəllər, qəbirlər tapılmışdır. Xocalı-Gədəbəy mədəniyyətinə aid nümunələr bu kənddə də mövcuddur. 1933-cü ildə kənd Xankəndi şəhərinin tabeliyinə verilmişdir. Kəndin 12 məhəlləsi, 1 məscidi, 1 kümbəzi, 3 hamamxanası var. 1991-ci ilin dekabrında kənd işğal edilib. İşğal zamanı kənd 2 şəhid vermişdir == Coğrafiyası və iqlimi == Kənd Xankəndi şəhərinin şimal ərazilərində yerləşir.
Qızılqaya (dağ)
Qızılqaya (dağ, Şərur) — Şərur rayonu ərazisində dağ. Hündürlüyü 1682 m. Qızılqaya (dağ, Quba) — Quba və Qusar rayonları ərazisində dağ. Hündürlüyü 3722 m.; Qızılqaya (dağ, Laçın) — Laçın rayonu ərazisində dağ. Hündürlüyü 2440 m.; Qızılqaya (dağ, Şəki) — Şəki rayonu ərazisində dağ.
Qızılqaya (Çaroymaq)
Qızılqaya (fars. قزل قيه‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 106 nəfər yaşayır (17 ailə).
Qızılqaya (Ərdəbil)
Qızılqaya (fars. قزل قيه‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,095 nəfər yaşayır (217 ailə).
Qızılqaya dağı
Qızılqaya (dağ, Şərur) — Şərur rayonu ərazisində dağ. Hündürlüyü 1682 m. Qızılqaya (dağ, Quba) — Quba və Qusar rayonları ərazisində dağ. Hündürlüyü 3722 m.; Qızılqaya (dağ, Laçın) — Laçın rayonu ərazisində dağ. Hündürlüyü 2440 m.; Qızılqaya (dağ, Şəki) — Şəki rayonu ərazisində dağ.
Qızılqaya silsiləsi
Qızılqaya silsiləsi – Culfa rayonu ərazisində alçaqdağlıq silsilə. Naxçıvan dağarası çökəkliyinin cənub-şərq qurtaracağındakı Nehrəm platosunun cənub-şərqindədir. Şimal-şərqdən cənub-qərbə doğru 4 km məsafəyə uzanır. Cənub-şərq yamacları sıldırımlıdır. Ən yüksək zirvəsinin hündürlüyü 1117,6 m-dir. Naxçıvan çokəkliyinin Orta Miosenin Tarxan regiomərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cavan çöküntüləri ilə örtülmüş Culfa qalxımının şimal-şərq qanadında yerləşir.
Qızılqaya (Ağdərə)
Qızılqaya (əvvəlki adı: Arutunaqomer) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Qızılqaya kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Arutunaqomer kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Arutunaqomer kəndi Qızılqaya kəndi adlandırılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. == Toponimikası == Artunaqomer kəndinin keçmiş adı Qızılqaya olmuşdur. Keçən əsrdə ermənilərin dəyişdirdikləri adlardandır. XX əsrin 1930-cu illərində kəndin ərazisində erməni ailələri məskunlaşdıqdan sonra onu Arutyunoqomer (Aryutun şəxs adı və qomer erm. "tövlə, sığırxana" sözündən) adlandırmışdılar.
Qızıloba (Tərtər)
Qızıloba (əvvəlki adı: Qarmiravan) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Ağdərə şəhər Sovetinin Qarmiravan kəndi Tərtər rayonunun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Qarmiravan kəndi Qızıloba kəndi adlandırılmışdır. == Tarixi == Qızıloba kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Qızıloba kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Qızıloba kəndi Ermənistan işğalçı qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasındakı təmas xəttində yerləşirdi, hal-hazırda kənddə yaşayış yoxdur. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.
Qızıloba (Xocalı)
Qızıloba (əvvəlki adı: Qarmiküc (?-29 dekabr 1992)) — Azərbaycan Respublikasının Xocalı rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Qarmiküc kəndi Qızıloba kəndi adlandırılmışdır. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qızıloba kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır. == Tarixi == Qızıloba kəndi Qarabağ silsiləsinin ətəyindədir. XIX əsrdə gəlmə ermənilər burada məskunlaşdıqdan sonra kəndin adını Qarmirküg (qırmızı kənd) adlandırmışdılar. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Qızıloba kəndinin əhalisinin faktiki sayı 174 nəfər, qeydiyyatdakı əhalinin sayı 170 nəfər təşkil edirdi.
Qızıloba (Ağdərə)
Qızıloba (əvvəlki adı: Qarmiravan) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Ağdərə şəhər Sovetinin Qarmiravan kəndi Tərtər rayonunun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Qarmiravan kəndi Qızıloba kəndi adlandırılmışdır. == Tarixi == Qızıloba kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Qızıloba kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Qızıloba kəndi Ermənistan işğalçı qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasındakı təmas xəttində yerləşirdi, hal-hazırda kənddə yaşayış yoxdur. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.
Aşağı Qızılqaya (Sayınqala)
Aşağı Qızılqaya (fars. قزل قيه سفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 241 nəfər yaşayır (48 ailə).
Qızılboğaz dağları (tirə)
Qızılboğaz dağları – Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan çökəkliyinin şimal-şərq kənarı boyu uzanan Qaracalar-Qızılboğaz tirəsinin 3,5 km uzunluqlu ucqar şimal-qərb parçasıdır. Ən yüksək zirvəsi Qızılboğaz dağıdır (hünd. 1179,7 m.). Üst Oliqosen-Alt Miosenin vulkanogen-çökmə süxurlarından və onları yarıb çıxmış ekstruziv kütlələrdən təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyini şimal-şərqdən hüdudlandıran Naxçıvan dərinlik qırılma zonasında yerləşir.
Qızılboğaz dağı (Babək)
Qızılboğaz dağı — Azərbaycanın Babək rayonu ərazisində dağ. Naxçıvançayin sol sahilində yerləşir. Konusvari formadadır (hünd. 1179,7 m). Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq kənarı boyu uzanan Qaracalar-Qızılboğaz tirəsinin ucqar şimal-qərb suayırıcı zirvəsi. Naxçıvançayın sol sahilində Xalxal kəndindən 1 km-dək şərqdədir. Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olumuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahını hüdudlandıran Naxçıvan dərinlik qırılmasının düşmüş qanadında yerləşir.
Qızılboğaz dağı (Laçın)
Qızılboğaz dağı — Laçın rayonu ərazisində dağ. Dağ Laçın rayonu ərazisinin qərb hissəsində, Ermənistanla sərhəddə dağ. Qarabağ yaylasındadır. Hündürlüyü 3584 m. Toponimin tərkibindəki qızıl sözü rəng bildirir (“qırmızımtıl” mənasındadır), boğaz isə burada “keçid”, “dağ keçidi” mənasındadır. Oronim “süxurları qızılı (qırmızı) rəngdə olan keçid” deməkdir.
Qızılqaya (dağ, Laçın)
Qızılqaya — Laçın rayonu ərazisində dağ. Mıxtökən silsiləsinin cənub yamacında, Şəlvəçay və Qozluçay çaylarının suayrıcında yerləşir. Hündürlüyü 2440 m. Dağın süxurları qızılı (qırmızı) rəngə çalan qaya parçalarından ibarət olduğuna görə belə adlandırılmışdır. Eyniadlı dağ Ermənistanın İcevan və Gürcüstanın Marneuli rayonlarında da mövcuddur.
Qızılqaya (dağ, Şərur)
Qızılqaya dağı – Şərur rayonu ərazisində, Dərələyəz silsiləsinin şimal-qərb istiqamətli Saraybulaq qolunun suayırıcısındakı Yağargədik (2049,8 m) yüksəkliyindən cənub-şərqə ayrılan eyniadlı şaxədə, Arpaçayın sağ qolları Zərnədərə və Payadərə çaylarının suayrıcında dağ (hünd. 1683,0 m). Üst Permin Kuberqandı və Murqab (alt hissəsi) regiomərtəbələrinə aid eyniadlı lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş sıldırım yamaclı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən Qızılqaya-Dolanan sinklinalının şimal sentriklinalında yerləşir. Şimal-şərq yamacından keçən Ağsal-Qızılqaya dərinlik qırılması boyu Üst Permin əhəngdaşıları Üst Tabaşırın Kampan mərtəbəsinə aid Gərməçataq lay dəstəsinin terrigen-karbonat törəmələrilə təmasa gətirilmişdir. Cənub-qərb yamacından şimal-qərb istiqamətli əks-fay qırılma pozulması keçir. == Tarixi == 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Lakin 2018-ci ilin may ayında Azərbaycan Ordusunun xüsusi təyinatlılarının əks hücumu nəticəsində dağ tam olaraq Azərbaycan Ordusunun nəzarətinə keşmişdir.