Qızılqaya silsiləsi – Culfa rayonu ərazisində alçaqdağlıq silsilə. Naxçıvan dağarası çökəkliyinin cənub-şərq qurtaracağındakı Nehrəm platosunun cənub-şərqindədir. Şimal-şərqdən cənub-qərbə doğru 4 km məsafəyə uzanır. Cənub-şərq yamacları sıldırımlıdır. Ən yüksək zirvəsinin hündürlüyü 1117,6 m-dir. Naxçıvan çokəkliyinin Orta Miosenin Tarxan regiomərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cavan çöküntüləri ilə örtülmüş Culfa qalxımının şimal-şərq qanadında yerləşir.[1]
Qızılqaya silsiləsi | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1117,6 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |