YURD

is.
1. İnsanın doğulub böyüdüyü yer, məmləkət, ölkə; vətən.
Ey kiçik dəmirçi, duyduğun haqdır; Çalış, yurdun üçün özünü göstər. Ə.Cavad.
Həyətimdə safalı bir bağ salacağam mən; Yurdumda bir misilsiz bağban olacağam mən. M.Müşfiq.
Hər məktubun öz dili var; Təravəti, istisi var; Çox məktubun sözlərində; Doğma yurdun tüstüsü var. R.Rza.
Onlar yeni bir ilham və inam ilə xaraba qalmış yurdlarını abad etməyə başladılar. Ə.Məmmədxanlı.

2. Yaşayış yeri, ev, ev-eşik, məskən. Yurdundan olmaq (ev-eşiyindən, yaşadığı yerindən məhrum olmaq, avara düşmək).
□ Yurd salmaq – oturmaq, sakin olmaq.
Deyirdilər ki, qədimdə [bu kəndə] daş qoyub yurd salan adamın gözəl bir qızı varmış. İ.Hüseynov.

// Yaşayış məntəqəsi; kənd, el, oba.
Biz düşən yurdun adı Qızılboğaz idi. İ.Əfəndiyev.

3. Körpə evi, uşaq bağçası mənasında. Səyyahlar fabriki gəzdilər.
Burada körpə çocuqlar üçün yurdlar, dispanserlər, sənət məktəbləri … gördülər. Çəmənzəminli.

4. məc. Bir şeyin çox olduğu yer. Qəhrəmanlar yurdu.
◊ Yurdda qalan məc. – hamıdan geri qalan. [Badam xala:] Yurdda qalan elə səninlə mən imişəm.
Kursda arvad nə qədər… Mir Cəlal.

Синонимы

  • YURD ev — eşik — məskən
  • YURD yurd bax vətən

Этимология

  • YURD Belə güman edirəm ki, yer kəlməsi ilə qohumdur, “yaşayışyeri” deməkdir. Sondakı samit nədir? - sualı qaranlıq qaldığından şərh mübahisəlidir
YÚRA
YURD-YUVA
OBASTAN VİKİ
Eger-Yurd
Eger-Yurd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Coğrafiyası və iqlimi == Egeryurd Kəlbəcər rayonu ərazisində dağ. Hündürlüyü 2167 m. Oronim haqqında tədqiqatçıların bir qismi xalq etimologiyasına əsaslanaraq belə ehtimal edirlər ki, dağ uzaqdan at yəhərinə oxşadığına görə Yəhərdağ adlanmış, rusdilli xəritələrdə isə təhrif olunaraq Eqeryurd kimi qeydə alınmışdır. Tədqiqatçıların digər qismi isə bu fikirdədir ki, toponim qədim türk dillərindəki eqer (yayda ev heyvanlarının saxlandığı düşərgə) və yurd komponentlərindən düzəlib, elatların yaylaq yurdları ilə bağlı yaranmış coğrafi adlardandır.
Odlu Yurd (jurnal)
Odlu Yurd (türk. Odlu Yurt) — Türkiyə Respublikasında qurulmuş olan jurnal. Azərbaycan siyasi mühacirətinin İstanbulda nəşr etdiyi aylıq ictimai-siyasi topludur. “Odlu yurd” Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan mühacir mətbuatı tərəfindən nəşr olunan üçüncü jurnaldır. İlk nömrəsi 1929-cu ilin martında, son - 31-ci nömrəsi isə 1931-ci ilin avqustunda çıxmışdır. 1920-ci il rus işğalından sonra Azərbaycanda işğala qarşı mübarizə xaricdə davam etdirildi. Azərbaycan siyasi mühacirətinin məqsədi ilk növbədə istiqlal savaşını dəstəkləmək, onu siyasi, diplomatik və taktiki cəhətdən idarə etmək, Azərbaycanın müstəqillik ideyasını möhkəmləndirmək idi. Bu səbəbdən Rəsulzadəyə görə Azərbaycan siyasi mühacirətinin tarixi məqsədi diplomatik və intellektual fikri təbliğat kimi iki əsas istiqamətdə inkişaf etmişdir. Mühacirətdə olan Azərbaycan ziyalıları istiqlal mübarizəsini intellektual istiqamətdə davam etdirirdilər. Bu məqsədlə M. Ə. Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan mühacir hərəkatının nəşr orqanı kimi 26 sentyabr 1923-cü ildə İstanbulda “Yeni Qafqasiya” jurnalının ilk nömrəsi nəşr olundu.
Odlu Yurd dərgisi
Odlu Yurd (türk. Odlu Yurt) — Türkiyə Respublikasında qurulmuş olan jurnal. Azərbaycan siyasi mühacirətinin İstanbulda nəşr etdiyi aylıq ictimai-siyasi topludur. “Odlu yurd” Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan mühacir mətbuatı tərəfindən nəşr olunan üçüncü jurnaldır. İlk nömrəsi 1929-cu ilin martında, son - 31-ci nömrəsi isə 1931-ci ilin avqustunda çıxmışdır. 1920-ci il rus işğalından sonra Azərbaycanda işğala qarşı mübarizə xaricdə davam etdirildi. Azərbaycan siyasi mühacirətinin məqsədi ilk növbədə istiqlal savaşını dəstəkləmək, onu siyasi, diplomatik və taktiki cəhətdən idarə etmək, Azərbaycanın müstəqillik ideyasını möhkəmləndirmək idi. Bu səbəbdən Rəsulzadəyə görə Azərbaycan siyasi mühacirətinin tarixi məqsədi diplomatik və intellektual fikri təbliğat kimi iki əsas istiqamətdə inkişaf etmişdir. Mühacirətdə olan Azərbaycan ziyalıları istiqlal mübarizəsini intellektual istiqamətdə davam etdirirdilər. Bu məqsədlə M. Ə. Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan mühacir hərəkatının nəşr orqanı kimi 26 sentyabr 1923-cü ildə İstanbulda “Yeni Qafqasiya” jurnalının ilk nömrəsi nəşr olundu.
Sarıbulaq yurd yeri
Sarıbulaq yurd yeri — Şərur rayonunda eyni adlı oba yerindən təqribən 5 km cənubda orta əsrlərə aid arxeoloji abidə. Kəşfiyyat qazıntıları nəticəsində divar qalığı aşkara çıxarılmışdır. Ərazidən bir neçə təndir qalığı, saxsı qablar və digər maddi mədəniyyət nümunələri də tapılmışdır. Əldə olunmuş materiallara əsasən, yurd yerinin IX–XVIII əsrlərə aid olması ehtimal edilir.
Yurd
Yurd — bir şəxsin doğulduğu, əslən gəldiyi yer, vətəni, vətəndaşı olduğu ölkə, həmçinin fərd ilə cəmiyyət arasında, vətəndaş ilə dövlət arasında, şəxsiyyət ilə mərkəzləşdirilmiş ideoloji sistem arasında münasibətlər modeli. "Yurd" sözü qədim türk mənşəlidir. Sevan Nişanyana görə, bu söz qədim türkcədə "ur-" feilindən "+ut" şəkilçisi ilə törəmiş ola bilər, lakin bu dəqiq deyil. Sözün ilkin mənası "çadır" və "oba", həmçinin "məskən" demək idi. "İkinci yurd" bir şəxsə sığınacaq verən, doğma olmuş yerdir. . Əgər bir insan yaşadığı ölkəni dəyişirsə, bu milli quruluşun mədəniyyətinə yiyələnirsə və yeni ölkəyə intuitiv şüurlu bağlılıq inkişaf etdirərsə, yeni yaşayış ölkəsi onun üçün "yeni yurd" ola bilər. Təbii və insan yaradıcılığı ilə yaradılmış yurd təsvirləri onun kimliyinin şüurlu və şüursuz dərkini formalaşdırır, ona münasibəti əvvəlcədən müəyyən edir. İncəsənətdə yaradılmış yurd obrazları kimliyin ona aid olduğunu hiss etməyə imkan yaradır. Yurd obrazları da dövlət ideologiyası sistemində şüurlu quruculuğun nəticəsi ola bilər. İlk vətən Qohumluq münasibətləri Ana dili Андерсон Б. Воображаемые сообщества.
Yurd (dəqiqləşdirmə)
Yurd — İnsanın doğulub böyüdüyü yer, məmləkət, ölkə; vətən. Yurd (jurnal) — İraq türkmənlərin ilk rəsmi mətbu orqanı. Yurd (qəzet) — 1970-ci ildə Bağdad şəhərində çap olunmuş qəzet.
Yurd (jurnal)
"Yurd" (jurnal) — türkmənlərin ilk rəsmi mətbu orqanı. 1970-ci il yanvarın 24-ü türkmənların mədəniyyət hüquqlarının fonunda türkmən dilində fəaliyyətə başlayan “Yurd” jurnalının meydana gəlməsi türkmən mətbuatının inkişafı üçün vacib addım oldu. 1972-ci il iyunun 18-də işıq üzü görmüş “Yurd” jurnalı türkmənların ilk rəsmi mətbu orqanı olması ilə yanaşı, İraq-türkmən mədəniyyəti, ədəbiyyatının yaşamasına və inkişafına öncüllük etmişdir. Otuz üç il fəaliyyət göstərmiş “Yurd” jurnalı İraqın əvvəlki qəzet və jurnalları kimi Amerika işğalından sonra bağlanıb. Jurnalın son sayı 2003-cü il martın 15-də işıq üzü görüb.
Yurd (qəzet)
"Yurd" (qəzet) — 1970-ci ildə Bağdad şəhərində çap olunmuş qəzet. Yurd qəzeti 1970-ci ildə Bağdad şəhərində çap olunmuşdur. 1970-ci il 24 yanvarda “Yurd” qəzeti fəaliyyətə başlayıb. “Yurd” qəzetinin ilk sayı 1970-ci il 18 iyunda işıq üzü görüb. 8 səhifəlik qəzetin baş məsul işçisi Abdullətif Bəndəroğlu, baş yazarı Tariq Abdulbaqi idi. O, qəzetin ikinci ilinin sonuna qədər fəaliyyətini davam etdirib, ondan sonra Sinan Səid 1972-ci il 20 iyulda yazı işləri katibi olub. Sinan Səid 1973-cü il fevral ayının 21-nə qədər bu vəzifəni yerinə yetirib. Qəzetin çapından bu günə kimi Abdullətif Bəndəroğlu həm baş redaktor, həm də qəzetin məsul rəhbəri olub. “Yurd” 345-ci sayına qədər 8 səhifəlik çıxmış və normal qəzet formasını qoruya bilmişdir. Qəzetin səhifələrində siyasi, tarixi, ictimai, elmi, iqtisadi, idman və folklor mövzusunda məqalələrə yer verilmişdir.
Yurd iyesi
Yurd iyəsi — türk, tatar və altay mifologiyasında məmləkətin qoruyucu ruhu. Əslində Ev iyəsi ilə də əlaqəlidir. Çünki yurd eyni zamanda çadır deməkdir. Məna genişlənməsi vətənin qoruyucu ruhu mənasına da gəldiyi də deyilə bilər. Kimi mədəniyyətlərdə çadırdaki ocaqda yaşadığına inanılır. Şəhər iyəsi - türk və altay xalq inancında vilayət ruhu. İl iyəsi, Hula (Kula) iyəsi və monqolca Kota Ezen olaraq da bilinər. Yurd iyəsine çox bənzər və əlaqəli bir varlıqdır. Şəhərin və ya bir məskun yerin qoruyucu ruhudur. Hər şəhər üçün fərqli bir iye vardır.
Yurd iyəsi
Yurd iyəsi — türk, tatar və altay mifologiyasında məmləkətin qoruyucu ruhu. Əslində Ev iyəsi ilə də əlaqəlidir. Çünki yurd eyni zamanda çadır deməkdir. Məna genişlənməsi vətənin qoruyucu ruhu mənasına da gəldiyi də deyilə bilər. Kimi mədəniyyətlərdə çadırdaki ocaqda yaşadığına inanılır. Şəhər iyəsi - türk və altay xalq inancında vilayət ruhu. İl iyəsi, Hula (Kula) iyəsi və monqolca Kota Ezen olaraq da bilinər. Yurd iyəsine çox bənzər və əlaqəli bir varlıqdır. Şəhərin və ya bir məskun yerin qoruyucu ruhudur. Hər şəhər üçün fərqli bir iye vardır.
Yurd yeri
Yurd yeri — 1994-cü il Azərbaycan istehsalı dram janrında film. Film-tamaşada hadisələr torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğala məruz qaldığı vaxtlarda cərəyan edir. Mahal (Kamal Xudaverdiyev) və ailəsinin yaşadığı kəndə də artıq ermənilərin yaxınlaşma təhlükəsi vardır. Bunu eşidən Mahalın oğlanları kəndə gəlirlər ki, ata, ana və bacılarını vertolyotla Bakıya aparsınlar.
Yurd-Aux məscidi
Yurd-Aux məscidi (çeç. Ширча-Юртар маьждиг) — Dağıstan Respublikası Kazbek rayonu, Kalininaul (Yurd-Aux) kəndində ən qədim məscid. Məscidin əsası 1904-cü ildə yerli sakinlər tərəfindən qoyulmuşdur. Məscid yerli Ayxa kəndinin memarlıq abidəsidir. Tək minarəlidir, günbəzsizdir. Hazırda məscid yerli dindarların ibadətgahı kimi fəaliyyət göstərir. Ötən əsrin sonlarında məscid əsaslı şəkildə təmir edilmişdir. Yerli əhəmiyyətli mədəni irs siyahısına daxildir. Yurd-Aux kəndinin qədim hissəsində fəaliyyət göstərən çeçen məscidi XX əsrin memarlıq abidəsi kimi tanınır. Yerli tarixçilərin dediyinə görə, köhnə, dağılmış vəziyyətdə olan məscidin yerində tikilmişdir.
Yurd-Ayxov məscidi
Yurd-Aux məscidi (çeç. Ширча-Юртар маьждиг) — Dağıstan Respublikası Kazbek rayonu, Kalininaul (Yurd-Aux) kəndində ən qədim məscid. Məscidin əsası 1904-cü ildə yerli sakinlər tərəfindən qoyulmuşdur. Məscid yerli Ayxa kəndinin memarlıq abidəsidir. Tək minarəlidir, günbəzsizdir. Hazırda məscid yerli dindarların ibadətgahı kimi fəaliyyət göstərir. Ötən əsrin sonlarında məscid əsaslı şəkildə təmir edilmişdir. Yerli əhəmiyyətli mədəni irs siyahısına daxildir. Yurd-Aux kəndinin qədim hissəsində fəaliyyət göstərən çeçen məscidi XX əsrin memarlıq abidəsi kimi tanınır. Yerli tarixçilərin dediyinə görə, köhnə, dağılmış vəziyyətdə olan məscidin yerində tikilmişdir.
Yurd yeri 2
Yurd yeri 2 — 1997-ci il Azərbaycan istehsalı dram janrında film. Mahal kişi (Kamal Xudaverdiyev) artıq öz yurd yerindən didərgin düşmüş və çadır şəhərciyində məskunlaşmışdır. Ermənilərin torpaqlarımızda tikanlı məftillərdən sərhəd çəkməsi xəbəri onu rahat qoymur və Bakıya yollanır ki, bu məsələni qaldırsın.
Alxan-Yurd cümə məscidi
Məhəməd Bəşir Hacı Arsunkayev adına Alxan-Yurd cümə məscidi (çeç. Iалхан-Юрт маьждиг Мохьмад-Башир-хьажин цӀарах дина) — Çeçenistan Respublikası Urus-Martan rayonu, Alxan-Yurd kəndində yerləşən Qafqaz magistral yolunun yaxınlığında tikilmiş, kəndin ən böyük Cümə məscidi. Məscid Çeçenistan Respublikasının ilk müftisi Məhəməd Bəşir Hacı Arsunkayevin adını daşıyır. == Tarixi == 1883-cü ildə Alxan-Yurt kəndində əsas Cümə məscidi olan 7 məscid və 6 məhəllə məscidi fəaliyyət göstərirdi.. Lakin Sovet hakimiyyəti illərində bütün məscidlər bağlanmış və yaxud dağıdılmışdı. Alxan-Yurd cümə məscidi alim və ilahiyyatçı Məhəməd Bəşir Hacı Arsunkayevin adını daşıyır. Maqomed-Bəşir-Hacı Çeçenistan Respublikasının ilk müftisi olmuşdur. == Tikintisi == Müsəlman ziyarətgahının inşası layihəsinin müəllifi Qroznı şəhərinin baş arxitektoru Balaudi Maqomadov olub. Məscidin inşasına 2008-ci ildə başlanmışdır. Lakin 2009-cu ildə çeçen iş adamı Adam Albakovun məscidin inşasına maliyyə dəstəyi göstərməsi ilə işlər daha da canlanmışdır.
Azərbaycan Yurd Bilgisi (jurnal)
Azərbaycan Yurd Bilgisi (türk. Azerbaycan Yurt Bilgisi) Türkiyə Respublikasında qurulmuş olan jurnal. İlk sayı 1932-ci ilin yanvarında işıq üzü görən "Azərbaycan Yurd Bilgisi"nin məqsədi bu ilk nömrədə vurğulanır. "Bir neçə söz" başlıqlı bu bölmədə bildirilir ki, jurnalın məqsədi təkcə Azərbaycanı yaxından tanıyanlarla araşdırma qrupu yaratmaq və mədəniyyətşünaslıq aparmaq deyil, həm də onu həmvətənlərinə, dostlarına tanıtmaqdır. Bunun da kifayət etməyəcəyi, ortaq türk mədəniyyətinin öyrənilməmiş tərəflərini işıqlandırmaq məqsədinin güdüldüyü də əlavə edilir. "Azərbaycan Yurd Bilgisi" jurnalının Mühacirət mətbuatı tariximizdə başlıca əhəmiyyəti türk mədəniyyəti tarixini və dəyərlərini elmi əsaslarla oxuculara çatdırmasında olmuşdur. == Tarixi == İlk nömrəsi 1932-ci ilin yanvarında çıxan jurnalın bütün nömrələri İstanbuldakı Bürhanəddin mətbəəsində çap olunurdu. Son çıxan nömrələr 35–36-cı nömrələrdir. Anlaşıldığı kimi, 1932-ci ilin ilk ayında nəşrə başlayan jurnal 1934-cü ilin noyabr-dekabr aylarında nəşrini dayandırdı. Üç il ərzində 12 sayı çıxan jurnalın ümumi səhifəsi 1344 (I cild üçün 456 səhifə, II cild üçün 472 səhifə, III cild üçün 416 səhifə) təşkil edirdi.
Ulu yurd (film, 1990)
Film Azərbaycan Respublikasının Balakən bölgəsinin tarixindən, bu günündən bəhs edir.
Yurd yeri (film, 1994)
Yurd yeri (film, 1997)
Çoçi Yurd cümə məscidi
Maqomed Mitayev adına Çoçi Yurd cümə məscidi (çeç. Цоцин-Эвлахь Мохьмад Митаев цIарах дина маьждиг) — Çeçenistan Respublikasının Kurçaloyevski rayonu Çoçi Yurd kəndində əsas cümə məscidi. Məscid eyni vaxtda 5000-ə qədər insanın ibadət etməsi üçün nəzərdə tutulmuşdur. 1883-cü ilə qədər Çoçi Yurd kəndində 9 məscid, o cümlədən, əsas Cümə məscidi və 8 məhəllə məscidi fəaliyyət göstərirdi. Çoçi-Yurd cümə məscidi məşhur çeçen din xadimi Bamat Giray Hacının nəvəsi — Maqomed Mitayevin adını daşıyır. Məscidin tikintisinə 2009-cu ilin mayında başlanılıb. Onun inşa layihəsi Hacı Əhməd Kadırov adına Regional İctimai Fondu tərəfindən maliyyələşdirilib. 2010-cu il noyabrın 16-da məscidin təntənəli açılışı olub. Açılışda yerli sakinlər və Çeçenistan Respublikasının rəhbərliyi iştirak edib. Həmçinin rəsmi tədbirə xarici ölkələrdən qonaqlar da dəvət olunub.
Yurd yeri-2 (film, 1997)
Elxan Yurdoğlu
Elxan Yurdoğlu (Məmmədov Elxan Qadir oğlu; 9 may 1980, Yurdçu, Naxçıvan Muxtar Respublikası) — şair, filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvü, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru. == Həyatı == Məmmədov Elxan Qadir oğlu 9 may 1980-cı ildə Şərur (indiki Kəngərli) rayonunun Yurdçu kəndində anadan olub. Ailəlidir, bir oğlu, bir qızı var. == Təhsili == 1986-cı ildə Yurdçu kənd orta məktəbinin I sinfinə gedib. 1994-cü ildə Quba Özəl Türk Litseyində təhsilini davam etdirib. 1997-ci ildə Naxçıvan Türk Litseyinə köçürülərək 1998-ci ildə həmin məktəbdən məzun olub. 1998-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun Qazax filialının “Azərbaycan dili və ədəbiyyatı” ixtisasına qəbul olunub. 2000-ci ildə Naxçıvan Dövlət Universitetinin tarix-filologiya fakultəsinini "Azərbaycan dili və ədəbiyyat" ixtisasına köçürülüb və 2002-ci ildə həmin universitetdən məzun olub. 2002-2003-cü illərdə hərbi xidmətdə olub. 2004-2006-cı illərdə Naxçıvan Dövlət Universitetinin magistratura şöbəsinin “Folklorşünaslıq və mifologiya” ixtisasında təhsil alıb.
Elxan Yurdoğlu (Məmmədov)
Elxan Yurdoğlu (Məmmədov Elxan Qadir oğlu; 9 may 1980, Yurdçu, Naxçıvan Muxtar Respublikası) — şair, filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvü, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru. == Həyatı == Məmmədov Elxan Qadir oğlu 9 may 1980-cı ildə Şərur (indiki Kəngərli) rayonunun Yurdçu kəndində anadan olub. Ailəlidir, bir oğlu, bir qızı var. == Təhsili == 1986-cı ildə Yurdçu kənd orta məktəbinin I sinfinə gedib. 1994-cü ildə Quba Özəl Türk Litseyində təhsilini davam etdirib. 1997-ci ildə Naxçıvan Türk Litseyinə köçürülərək 1998-ci ildə həmin məktəbdən məzun olub. 1998-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun Qazax filialının “Azərbaycan dili və ədəbiyyatı” ixtisasına qəbul olunub. 2000-ci ildə Naxçıvan Dövlət Universitetinin tarix-filologiya fakultəsinini "Azərbaycan dili və ədəbiyyat" ixtisasına köçürülüb və 2002-ci ildə həmin universitetdən məzun olub. 2002-2003-cü illərdə hərbi xidmətdə olub. 2004-2006-cı illərdə Naxçıvan Dövlət Universitetinin magistratura şöbəsinin “Folklorşünaslıq və mifologiya” ixtisasında təhsil alıb.
Gənclər yurdu
"Gənclər yurdu" jurnalı — Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr olunan ictimai-siyasi jurnal. "Müsavat" partiyasının nəzdində yaradılmış "Gənclər cəmiyyəti"nin orqanı idi. 1918-ci ilin iyunundan noyabrın 15-dək (əvvəlcə həftəlik, sonra isə ayda 2 dəfə) Bakıda Azərbaycan dilində nəşr olunmuş, cəmi 35 nömrəsi çıxmışdır. Redaktorları T.F.Hacızadə və Mirzəbala Məmmədzadə idilər. Jurnalda gənc ədəbi qüvvələrin milli istiqlalın, müstəqilliyin qorunmasına çağırış ruhlu şeirləri, ictimai həyatın müxtəlif məsələləri, xüsusilə gəncliyin problemləri ilə bağlı yazıları çap edilirdi. == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cildə. I cild. "Lider nəşriyyatı", 2004, səh. 426.
Kazımbəy yurdu
Kаzımbəy yurdu — Hаvuş kəndindən şimаl-şərqdə, “cəvizlik” аdlаnаn yеrin yахınlığındа, Hаvuşа gеdən yоlun sаğ tərəfində yеrləşir. Yаşаyış yеri yоl bоyu nаlşəkilli fоrmаdа uzаnаn təpələrin üzərini və ətəklərini əhаtə еdir. Еvlər təpənin yаmаcındа, süni şəkildə düzəldilmiş şəkillərdə tikilmişdir. Еvlər dördkünc fоrmаlı оlub dаşdаn inşа еdilmişdir. Kеrаmikа nümunələri Еrkən Оrtа əsrlərə аid fоrmа vеrməyən pаrçаlаrdаn ibаrətdir. Kеrаmikа nümunələrinə əsаsən yаşаyış yеrini III- VIII əsrlərə аid еtmək оlаr. Еhtimаl ki, yаşаyış yеrində həyаt sоnrаkı dövrlərdə də dаvаm еtmişdir.
Kolanı yurdları (Şirvan və Muğanda)
Kolanı yurdları — Kolanı tayfası ilə bağlı Şirvanda və Muğanda geniş yayılmış yer adları. == Haqqında == Tarixi Şirvan ərazisinin ən böyük tayfalarından biri olan Kolanılar barədə geniş araşdırmalar aparan tədqiqatçı Nurəddin Bəndəliyevin tədqiqatına əsasən Qarabağdan Şirvana köçürülən Kolanı elatının Şamaxı şəhəri yaxınlığındakı müasir Xilmilli və Qızmeydan kəndləri ərazisində yerləşdiyi müəyyənləşdirilmişdir. Tədqiqatçının mülahizələrinə əsasən Qarabağdan böyük bir Kolanı tayfasının Şirvana göndərilməsi 1795-ci ildə olsa da, Kolanıların Qarabağ və Naxçıvandan bu bölgəyə yerləşməsi bu tarixdən əvvələ, XVI əsrdən olmalıdır. Girdə yaylağında Kolanıların məskunlaşmasından əvvəl digər tayfalar da olmuşdur, ancaq yaylaq ərazisində mövcud olmuş Dağ Kolanı kəndinin qəbiristanlığının tarixi, yerli sakinlərin fikrincə, 1600-cü illərədək qədimə aiddir. Onların Naxçıvan və Qarabağdan Şirvan ərazisinə 1600-cü illərdən də əvvəl köçməsi səbəbləri və faktlar barədə tarixi qaynaqlar vardır. Osmanlı hücumları, Şah Təhmasibin "yandırılmış torpaq" taktikası ilə köçürmə siyasəti bu tarixi yarım əsr də geriyə aparır. Kolanıların Şirvana məhz Qarabağ və Naxçıvandan, eləcə də XVI əsrdə gəlməsi onların Şirvanda ilk məskunlaşma tarixi kimi qəbul oluna bilməz. Məlum olduğu kimi, Şirvan ərazisində türk tayfalarının məskunlaşma tarixi qədim dövlərə gedib çıxır. Kolanı tayfasının bəzən Kolan olaraq da adlanmasına Şirvanda da rast gəlinmişdir. N. Bəndəliyev Kolanıların Goran, Qaraoğlanlı, Pirəvənd, Osallı, Türəni, Şadılı, Həzili, Ağsaqlı, Lolaylı və Alataxtalı kimi qollarının XVIII əsrdə Şirvanda məskunlaşdığını bildirir.
Laçın-Qədim Oğuz yurdu (kitab)
Laçın yurdu (jurnal)
"Laçın yurdu" — Ədəbi-bədii publisistik jurnal. Jurnal 2010-cu ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, 2011-ci ildən nəşr edilir və rübdə bir dəfə işıq üzü görür. == Məzmun == Jurnalda laçınlı şəhidlər, ziyalılar, tarixi şəxsiyyətlər, elm, mədəniyyət, incəsənət adamları, veteranlar, idmançılar, Laçın rayonunun işğal altında olan kəndləri, tarixi abidələri, mədəniyyət nümunələri haqqında məlumatlar, publisistik məqalələr, xatirə yazıları, şeirlər və ədəbi düşüncələr dərc olunur. "Laçın yurdu" jurnalı səhifələrində ciddi, araşdırma yazılarına xüsusi yer ayırır. Şou xəbərlərdən uzaqdır. Ona görə də jurnala maraq ilbəil artmaqdadır. == Jurnalın əsas rubrikaları == "Laçın toponimləri", "O kənd bizim kəndimizdi", "Nəsr", "Publisistika", "Poeziya", "Kitab rəfi", "Araşdırma", "Ovqat", "Münasibət", "Axtar babaları", "Şəhidlərimiz", "Qazilərimiz", "Sənətçilərimiz", "Ziyalılarımız", "Kimlər keçdi bu dünyadan", "Dünya ədəbiyyatı" və s. == Jurnalın dizaynı == Jurnal ilk sayından başlayaraq hər nömrəsinin cildində rayondakı tarixi abidələrin fotosunu çap edir == Jurnalın heyəti == Təsisçi və baş redaktor: Arif Məmmədli Baş redaktorun müavini: Araz Yaquboğlu (01.01.2012–indi). Redaktor: Siyavuş Əmirli (2011–31.12.2012). Məsul katib: Elnur İrəvanlı === Redaksiya heyəti === Knyaz Məmmədov, İlham Qəhrəman, Ələmdar Şahverdiyev, Tamxil Ziyəddinoğlu, Mütəllim Həsənov, Fəxri Uğurlu, Taleh Şirinov, Yusif Mirzə, Fəxrəddin Şahsuvarov və Orxan Cəbrayılov.
Mehmed Əmin Yurdaqul
Mehmed Əmin Yurdaqul (türk. Mehmed Emin Yurdakul; 13 may 1869, Beşiktaş, İstanbul ili – 14 yanvar 1944, İstanbul) — Türk şairi, millət vəkili. "Türk şairi", "Milli şair" kimi anılır. == Həyatı == Mehmet Əmin Yurdaqul 1869-cu ildə İstanbulun Beşiktaş məhəlləsində doğulmuşdu. Arası bir balıqçı olan Salih rəis, anası isə Ədirnədən köçüb İstanbula yerləşmiş olan Əminə xanım idi. Mehmet Əmin Yurdaqul Beşiktaş Əsgəri Rüştiyesini bitirdikdən sonra edadiyyə məktəbə davam etmiş, ancaq bitirə bilməmişdir. Bir müddət Huquq Məktəbinə də oxumuşdur. Mehmet Əmin Yurdaqul Əhməd Ağaoğlu, Dr. Fuat Salih, Əhməd Fərid kimi ziyalılarla birlikdə "Türk kültürü, dili və sənətinin gəlişdirilməsi məqsədilə" qurulan Türk ocağı adlı təşkilatın qurucuları arasında yer aldı. Təşkilatın ilk başqanı oldu.
Məhməd Əmin Yurdaqul
Mehmed Əmin Yurdaqul (türk. Mehmed Emin Yurdakul; 13 may 1869, Beşiktaş – 14 yanvar 1944, İstanbul) — Türk şairi, millət vəkili. "Türk şairi", "Milli şair" kimi anılır. Mehmet Əmin Yurdaqul 1869-cu ildə İstanbulun Beşiktaş məhəlləsində doğulmuşdu. Arası bir balıqçı olan Salih rəis, anası isə Ədirnədən köçüb İstanbula yerləşmiş olan Əminə xanım idi. Mehmet Əmin Yurdaqul Beşiktaş Əsgəri Rüştiyesini bitirdikdən sonra edadiyyə məktəbə davam etmiş, ancaq bitirə bilməmişdir. Bir müddət Huquq Məktəbinə də oxumuşdur. Mehmet Əmin Yurdaqul Əhməd Ağaoğlu, Dr. Fuat Salih, Əhməd Fərid kimi ziyalılarla birlikdə "Türk kültürü, dili və sənətinin gəlişdirilməsi məqsədilə" qurulan Türk ocağı adlı təşkilatın qurucuları arasında yer aldı. Təşkilatın ilk başqanı oldu.
Nizami yurdu (film, 1968)
Film qədim Nizami yurdu olan Gəncə şəhərinə həsr edilmişdir. Filmdə qocaman Kəpəz, Göy-göl, qədim Gəncə şəhəri, şəhərin yaşıllığa qərq olmuş küçələri, Nizami məqbərəsi, alüminium zavodu, prospektlər, tarixi abidələr, yeni binalar, xalçaçılıq kombinatı və s. əks etdirilmişdir. Film "SSRİ-yə səyahət" silsiləsindəndir.
Nuh Yurdu
Nuh Yurdu — siyasi, ictimai, iqtisadi və ədəbi qəzet Naxçıvan Şəhər İcra Hakimiyyətinin orqanıdır. İlk nömrəsi 1996-cı il 5 apreldə çıxmışdır. Qəzetdə Naxçıvan şəhərinin və muxtar respublikanın ictimai-siyasi, iqtisadi, ədəbi-mədəni həyatına, eləcə də Azərbaycanda və dünyada baş verən mühüm hadisələrə dair məqalələr, ədəbi-bədii yazılar dərc edilir. Ayda iki dəfə, böyük formatda rəngli çap olunur. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 452. ISBN 5-8066-1468-9.
Odlar Yurdu
Odlar Yurdu (rəqs) — Azərbaycanın milli rəqsi. Odlar Yurdu (şərab) — Azərbaycan istehsalı şərab. Odlar Yurdu (konsept) — Azərbaycan dilində milli və mədəniyyət konsepti. Odlar yurdu (film, 1967) — Azərbaycanın tarixindən, coğrafiyasından, nailiyyətlərindən və adamlarından bəhs edən film. Odlar yurdunun qızları (film, 1972) — Azərbaycanın ilk qadın təyyarəçiləri Leyla Məmmədbəyova və Züleyxa Seyidməmmədovaya həsr olunmuş film. Odlar Yurdu Universiteti — Azərbaycanda fəaliyyət göstərən özəl təhsil ocaqlarından biri. "Odlar Yurdu" Gənclər İctimai Birliyi — Azərbaycanda fəaliyyət göstərən ictimai birlik. Odlar Yurdu Kolleci — Azərbaycanda fəaliyyət göstərən özəl təhsil ocaqlarından biri.
Odlar Yurdu (konsept)
"Odlar Yurdu" — Azərbaycan dilində milli və mədəniyyət konsepti. Tarixçi bəzi mənbələrdə Azərbaycanın Odlar Yurdu kimi tanınmasının atəşpərəstliklə əlaqələndirilməsinə ilə bağlılığı ilə əlaqələnir. İçərişəhərdəki Cümə məscidinin atəşpərəst zərdüştilərin məbədgahının yerində tikilməsi barədə rəvayət Bakı əhalisi arasında indiyədək yaşayır. Bizans diplomatı Prisk yazırdı: «Midiyaya basqın edən hunlar geri qayıdarkən başqa yolla döndülər və dənizdəki qayada yüksələn alovun yanından ötərək vətənlərinə qayıtdılar». Bəziləri bunu Atropatın adı ilə, bəziləri “Adərbayqan”, “Odər” və başqa sözlərlə açırlar. Bəziləri bunu Yunan mifologiyasına görə Prometey odu allahlardan oğurlayıb bəşəriyyətə verdiyi üçün cəzalanaraq Zevsin əmri ilə Qafqaz dağlarına zəncirlənmişdir ilə əlaqələnir. Ehtimal var ki, bu əfsanə yunanlaşmamışdan, prometeyləşməmişdən əvvəl adında od sözu olmuşdur. Mirəli Seyidovun qənaətincə bu türklərin mifik qəhrəmanı Dədə Qorqud obrazıdır. O, yazır ki, Qorduz sözü «Qor» yəni od, «qut» yəni xoşbəxtlik sözlərinin birləşməsindən əmələ gəlib. Ancaq Azərbaycanın odla simvollaşdırılmasının başqa səbəbləri də var.
Odlar Yurdu (triptix)
"Odlar Yurdu" — azərbaycanlı rəssam Tahir Salahovun 2007-ci ildə çəkdiyi triptix rəsm əsəri. Rəssam əsərin üzərində on aydan çox işləmişdir. Tahir Salahovun sözlərinə görə, "Çox istəyirdim ki, açıq dənizdə çalışan insanların qarşılaşdıqları təhlükəni dəfələrlə azaldan belə bir qurğunu çəkim...". Triptixin mərkəzi hissəsində "Xəzər bu gün" əsəri yerləşir. Triptixin sol tərəfində "Atəşgah", sağında isə Qız qalası var. İncəsənət tarixçisi və tənqidçisi Yekaterina Dyoqotun fikrincə, triptix nefti "sənaye yox, dini mənada" şərh edir.
Odlar Yurdu Kolleci
Odlar Yurdu Kolleci və ya qısaca OYK — 2016-cı ildə Odlar Yurdu Universitetinin nəzdində yaradılmış kollec. Odlar Yurdu Universiteti nəzdində Odlar Yurdu Kolleci 2 may 2016-cı il tarixində yaradılmışdır. Kollec universitetin bazasında fəaliyyət göstərir və dərsləri universitetin professor-müəllimləri tədris edir. Nizamnaməyə əsasən kollecin Ali idarəetmə orqanı pedaqoji şuradır. Kollecə rəhbərlik direktor tərəfindən həyata keçirilir. Direktor həm də Pedaqoji Şuranın sədridir. Odlar Yurdu Kolleci Ədliyyə Nazirliyinin 12.02.2016-cı il tarixli 1116-A11–563 nömrəli dövlət qeydiyyatından keçmişdir. Kollecə 2 may 2016-cı il tarixində 088971 nömrəli lisenziya verilmişdir. Direktor Direktorun 1-ci müavini Direktorun Tədris İşləri üzrə müavini Tədris şöbəsinin müdiri İnsan resusrları şöbəsinin rəhbəri Arxiv müdiri Təsərrüfat şöbəsinin müdiri Mühasibatlıq Daxili Nəzarət və Monitorqin şöbəsinin rəhbəri Nizamnaməyə əsasən kollecin Ali idarəetmə orqanı pedaqoji şuradır. Kollecə rəhbərlik direktor tərəfindən həyata keçirilir.
Odlar Yurdu Universiteti
"Odlar Yurdu" Universiteti — Azərbaycanda fəaliyyət göstərən özəl ali təhsil müəssisəsi. Universitetin əsası 10 noyabr 1995-ci ildə qoyulmuşdur. Odlar Yurdu Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyul 1996-cı il tarixli, 86 saylı qərarı ilə dövlət qeydiyyatından keçmişdir. Universitetin müasir tələblərə cavab verən maddi-texniki bazası, o cümlədən bütün ixtisaslar üzrə müasir avadanlıqlarla təmin edilmiş laboratoriya və fənn kabinetləri (kimya, fizika, avtomobil, biokimya və immunologiya, morfologiya, kriminalistika və s.), yeni modelli kompüterlərlə təchiz olunmuş kompüter zalları, müasir tipli linqafon otaqları, zəngin kitabxanası, oxu zalı, ixtisaslaşdırılmış auditoriyaları, konfrans və mədəni-kütləvi tədbirlər mərkəzi, nəşriyyatı, tibb məntəqəsi, yeməkxanası və s. vardır. Universitetin ümumi sahəsi 1 hektar ərazini əhatə edir. 16000 m² ərazidə müasir tələblərə cavab verən maddi-texniki bazalı, tədris prosesinin bütün zəruri tələblərini ödəyən müasir tipli 7 mərtəbəli binaya malikdir. Oksigen Klinik Xəstəxanası 6000 (altı min) m² sahəyə malikdir, Tibb muzeyi, Hüquq Klinikası, Kriminalistika laboratoriyası, Elektron imtahan otaqları, Kompüterlərin təmiri mərkəzi, Elektron kitabxana, Oxu zalı, Açıq idman meydançası, Qapalı idman zalı, Böyük akt zalı, Kiçik akt zalı, Xarici tələbələr üçün yataqxana, Açıq havada yeməkxana, Qapalı yeməkxana, Mikrobiologiya, immunologiya və virusologiya laboratoriyası, Histologiya və sitologiya laboratoriyası, Zoologiya kabineti, Fiziologiya kabineti, Anatomiya otağı, Fizika və biofizika laboratoriyası, AzRENA ictimai internet mərkəzi, Texnopark, Sürücülük məktəbi fəaliyyət göstərir. Beynəlxalq Universitetlər Assosiasiyasının üzvüdür. Almaniyanın H+ akkreditasiyasına malikdir.
Odlar yurdu (film, 1967)
Film Azərbaycanın tarixindən, coğrafiyasından, nailiyyətlərindən və adamlarından danışır.
Odlar yurdunun qızları (film, 1972)
Film Azərbaycanın ilk qadın təyyarəçiləri Leyla Məmmədbəyova və Züleyxa Seyidməmmədovaya həsr olunmuşdur.
Oğuz yurdu (qəzet)
"Oğuz yurdu" — Oğuz rayonunda çıxan qəzet. Rayon qəzeti 1934-cü ildə "Vartaşen kolxozçusu" adı ilə nəşrə başlamış, sonralar "Varlı həyat", "Lenin bayrağı" adı ilə fəaliyyət göstərmişdir. 1929-cu ildə rayonun Xalxal kəndində müəllim kimi fəaliyyətə başlayan Sultan Əfəndiyev qəzetin ilk redaktoru təyin edilib (1934–1954-cü illər). Sonralar Qara Abidzadə, Abuzər Qasımov, Həsən Nəcməddinov, Sirin Salahov, Nemət Əhmədov, Əyyub Yusifov, Rasim Amanov, Adil Tağıyev, Nazim Hüseynli redaktorluq etmişlər. Oğuz Rayon İcra Hakimiyyətinin başçısı A. Əlihüseynov 30 aprel 2009-cu il tarixində "Rayonda çıxan "Oğuz yurdu" qəzetinin ilk sayının çapdan çıxmasının 75 illiyinin qeyd olunması haqqında" sərəncam vermişdir. 2014-cü il iyunun 12-də Oğuz rayonunda "Oğuz yurdu" qəzetinin 80 illik yubileyi keçirilib.
Odlar yurdu (oratoriya)
Odlar yurdu — Vasif Adıgözəlovun 1988-ci ildə yazdığı (sözləri Rəfiq Zəka Xəndanındır) oratoriya. Əsər Azərbaycan xalqının keçdiyi keşməkeşli yolu musiqinin dili ilə dinləyiciyə çatdırır. Əsərə görə Vasif Adıgözəlov Dövlət Mükafatına layiq görülmüşdür. Odlar Yurdu oratoriyası ilk dəfə 1988-ci il martın 3-də Azərbaycan Dövlət Filarmoniyasında səslənmişdir. Əsərə görkəmli dirijor R.Abdullayev dirijorluq etmişdir. Aparıcı, solistlər, xor və simfonik orkestr üçün yazılmış bu oratoriyanı Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri, Dövlət xor kapellası, Azərbaycan televiziyası və radiosunun xoru, solistlərdən xalq artisti Xuraman Qasımova, Əli Haqverdiyev və bədii qiraətçi Mikayıl Mirzə ifa etmişlər.
Yurdda sülh, cahanda sülh
Yurdda sülh, cahanda sülh! (türk. Yurtta sulh, cihanda sulh) — şüarı Türkiyə Respublikasının qurucusu və ilk prezidenti, dövlət xadimi, marşal Mustafa Kamal Atatürk tərəfindən səsləndirilmişdir. Atatürk 20 aprel 1931-ci ildə Anadolu turları zamanı ilk dəfə ictimaiyyət qarşısında Yurdda sülh, cahanda sülh! şüarını tələffüz edib. Bu şüar sonradan Türkiyə Cümhuriyyətinin xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürk 20 aprel 1931-ci ildə Anadolu səfəri zamanı ilk dəfə ictimaiyyət qarşısında Yurdda sülh, cahanda sülh! şüarını səsləndirmişdir. Əslində şüarın cümləsi genişdir. Atatürk nitqində "Hesab edirəm ki, Cümhuriyyət Xalq Partiyasının qəti ümumi siyasətini ifadə etmək üçün aşağıdakı qısa cümlə kifayətdir: Yurdda sülh, cahanda sülh üçün çalışırıq".
Zemestan Yurd kömür mədəni qəzası (2017)
Zemestan Yurd kömür mədəni qəzası (fars. معدن زغال سنگ زمستان یورت آزادشهر‎) — İran İslam Respublikasının Gülüstan ostanının Azadşəhr şəhristanınında yerləşən Zemestan Yurd kömür mədənində 2017-ci ilin 3 may tarixində baş vermiş partlayış. Hadisə 1300 metr uzunluğu olan mədənin 700 metr dərinliyində baş verib. Partlayışa metan qazının sızması və qığılcımın səbəb olduğu bildirilir. Azadşəhr şəhristanındakı Zemestan Yurt daş kömür mədəni Gülüstan ostanının mərkəzi olan Qorqan şəhərindən 90 kilometr şərqdə yerləşir. Hadisə nəticəsində 35 nəfərə yaxın mədənçinin həlak olduğu və 15 nəfərə yaxın mədənçinin dağıntılar altında qaldığı bildirilir. Ərazidə axtarış və xilasetmə tədbirləri İran qırmızı aypara cəmiyyətinin Axtarma və xilasetmə şöbəsi tərəfindən aparılır. İran İslam Respublikasının prezidenti Həsən Ruhani partlayışdan sonra hadisənin baş verdiyi mədəni ziyarət edib.

Значение слова в других словарях