Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qazqulu
Qazıqulu (əvvəlki adı: Qazqulu) — Azərbaycan Respublikasının Tovuz rayonunun Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsi tərkibindəki Qazqulu kəndi Qazıqulu kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsi tərkibindəki Qazıqulu kəndinin ərazisindən 62,49 ha (bundan dövlət mülkiyyətində olan 5,52 ha, bələdiyyə mülkiyyətində olan 48,43 ha və xüsusi mülkiyyətdə olan 8,54 ha) torpaq sahəsi Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir. Kənd vaxtilə Şınıx zonasında (Gədəbəy rayonu) mövcud olmuş Qazıqulu kəndindən (Qazı Qulunun kəndi) köçüb gəlmiş ailələr tərəfindən salındığı üçün belə adlanmışdır. Qazıqulu kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd dağətəyi ərazidə yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə Xanlar Cəfərov adına Qaziqulu kənd ümumi orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qarquşu
Qarquşu (lat. Pyrrhula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vüroklar fəsiləsinə aid heyvan cinsi.
Adi qarquşu
Adi qarquşu (lat. Pyrrhula pyrrhula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vüroklar fəsiləsinin qarquşu cinsinə aid heyvan növü. == Taksonomiya == Avrasiya qarquşunu, 1758-ci ildə Karl Linney, özünün "Təbiət sistemi"nin 10-cu nəşrində, Loxia pyrrhula binominal adı altında vermişdir. Latın dilində olan pyrrhula sözünü ilk dəfə Aristotel yunan πυρρός (alov rəngli quş, πυρρός alov rəngli, πuyr yanğın: Pyrrha), "qurd yeyən quş" kimi işlətmişdir. Bu növlərin latın adı ilk dəfə 1555-ci ildə "Historiae animalium"da İsveçrə naturalisti Konrad Gesner tərəfindən istifadə edilmişdir. Qarquşunun ən yaxın qohumları Pinicola cinsinə daxildir. == Yarımnövləri == Qarquşunun aşağıdakı subnövləri vardır: P. p. pileata W. MacGillivray, 1837 – Britaniya adaları P. p. europaea Vieillot, 1816 – Qərbi və Mərkəzi Avropa P. p. iberiae Voous, 1951 – cənub-qərbi Fransa dağları, şimali Portuqaliya və şimali İspaniya P. p.
Amur qızılquşu
Amur qızılquşu (lat. Falco amurensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Elenora qızılquşu
Meksika qızılquşu
Meksika qızılquşu (lat. Falco mexicanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Səhra qarquşu
Səhra qarquşu (lat. Bucanetes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vüroklar fəsiləsinə aid heyvan cinsi.
Afrika qızılquşu
Afrika qızılquşu (lat. Falco cuvierii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Afrikada Saxaranın cənubunda yaşayır. Ölçülərinə və rəng çalarlarına görə qarağöz qızılquşa bənzəyir.
Amerika qızılquşu
Amerika qızılquşu (lat. Falco sparverius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Avstraliya qızılquşu
Avstraliya qızılquşu (lat. Falco longipennis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Dikinson qızılquşu
Dikinson qızılquşu (lat. Falco dickinsoni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Eleonora qızılquşu
Eleonora qızılquşu (lat. Falco eleonorae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Madaqaskar qızılquşu
Madaqaskar qızılquşu (lat. Falco newtoni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Oturaq quşdur. Madaqaskar, Mayotta, eləcə də Aldabra mərcan adasında (Falco newtoni aldabranus yarımnövü) yaşayır. Uzunluğu 30 sm, kütləsi 115 q-a çatan kiçik qızılquşdur. Quşun latın dilində adı Britaniya ornitoloqu Edvard Nyutonun şərəfinə adlandırılmışdır.
Mavriki qızılquşu
Mavriki qızılquşu (lat. Falco punctatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Qaya qızılquşu
Qaya qızılquşu (lat. Falco rupicolus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Reünyon qızılquşu
Reünyon qızılquşu (lat. Falco duboisi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Seyşel qızılquşu
Seyşel qızılquşu (lat. Falco araeus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Səhra qızılquşu
Səhra qızılquşu (lat. Falco naumanni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Kiçikboylu qızılquşlardan biridir. Erkəyin bel tərəfi qırmızımtıl-kərpic rənglidir (naxışsız), amma başı tünd-göydür. Quyruğunun ucunda köndələn qara zolaq var. Caynaqları ağımtıl-samanı rənglidir. Dişisi yaxın qohumu olan muymulu qızılquşa ("tinnunclus") oxşayır, təbiətdə fərqləndirmək çətindir. Amma erkəyi aydın fərqlənir. Avropa, Asiya və Şimal-Qərbi Afrikada yayılıb.
Şərq qızılquşu
Şərq qızılquşu (lat. Falco severus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Tundra ququşu
Amerika qu quşu (lat. Cygnus columbianus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinə aid heyvan növü.
Afrika kiçik qızılquşu
Afrika kiçik qızılquşu (lat. Polihierax semitorquatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin kiçik qızılquş cinsinə aid heyvan növü.
Filippin cırtdan qızılquşu
Filippin cırtdan qızılquşu (lat. Microhierax erythrogenys) — cırtdan qızılquş cinsinə aid heyvan növü.
Madaqaskar muymulu qızılquşu
Adi səhra qarquşu
Adi səhra qarquşu (lat. Bucanetes githagineus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vüroklar fəsiləsinin səhra qarquşu cinsinə aid heyvan növü.
Monqol səhra qarquşu
Monqol səhra qarquşu (lat. Bucanetes mongolicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vüroklar fəsiləsinin səhra qarquşu cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Kiçik, uzunquyruqlu quşdur. Böyük, qısa başı və qalın boz-sarı dimdiyi vardır. Erkəklərin "qaşı" və alt hissələri (sinəsi və böyürləri) çəhrayı xallarla örtülüdür. Qanadlarında ağ və çəhrayı rənglərdə geniş zolaqlar var. Dünyada böyük bir yayılma arealına malikdir. Türkiyənin şərqindən Qafqaza, eləcə də Orta Asiyadan Çinə qədər; Monqolustanı və Cənubi Kəşmiri əhatə edən ərazidə rast gəlinir. Naxçıvan Muxtar Respublikasında 1915-ci ildə yazda Bulqan, 1960-1970-ci illərdə Aza (Culfa rayonu) kəndləri ətrafında, müasir dövrdə Culfa rayonunun "Noxuddağ" və "Gendərə" ərazilərində qeydə alınmışdır.
Giriş qurğusu
Giriş qurğusu (en. input device ~ ru. устройство ввода ~ tr. giriş aygıtı) – verilənləri və / və ya komandaları kompüterə daxil etmək üçün qurğu, çox zaman klaviatura və siçan. Bu qurğular daxil edilən informasiyanı rəqəmli formaya çevirir ki, sonradan onu kompüterdə emal etmək və saxlamaq mümkün olsun . Qrafik verilənləri daxil etmək üçün qrafik planşetlərdən, oyunlarda isə coystiklərdən istifadə olunur. Fotoqrafiyalar və şəkillər skanerlər vasitəsilə daxil edilir, skanerdə daranmış mətnlər isə OCR vasitələrinin köməyilə fayla çevrilir. Getdikcə nitqin mikrofon vasitəsilə daxil edilməsi populyarlaşır. Cib kompüterlərində, adətən, stilus (qələm) vasitəsilə daxiletmədən və əlyazısının tanınması vasitələrindən istifadə olunur. Ağır istismar şəraitində çox zaman sensor ekranlar tətbiq edilir.
Havalandırma qurğusu
Havalandırma qurğusu — böyük həcmdə kənd təsərrüfatı məhsullarının (ot, dənli bitkilər) hava axını ilə qurutmaq üçün tətbiq olunur. Əsas məqsədi məhsulun quru soyuq və ya isidilmiş hava ilə konservə edilməsindən ibarətdir. Bəzi hallarda qaz mübadiləsi və soyudulması üçün də istifadə olunur. Məsələn, kartofların saxlanmasında buna böyük ehtiyac yaranır. Havalandırmanın ən geniş tətbiq olunduğu sahə biçilmiş otların qurudulmasıdır. Qurğunun əsas hissəsini mühərriklə işləyən üfürcək təşkil edir. Bu üfürcəklə aşağı təzyiqdə (bir neçə millibar) və böyük həcmdə (məsələn, 20000 m³/saat) hava axını yaratmaq olur. Hava, paylayıcı sistemin vasitəsilə əsas sahəyə yənəldilir və axınla məhsula daxil edilir. O, çox vaxt bir neçə metr yol qət edir. Otun havalandırılması zamanı onun rütubəti 40%-dan çox olmamalıdır.
Sistem qurğusu
Yaddasaxlama qurğusu
Yaddasaxlama qurğusu (storage,запоминающее устройство (ЗУ), depolama, bellek) — hesablama texnikasında: verilənlərin saxlandığı istənilən xarici qurğu. Mikrokompüterlərdə əsasən iki növ yaddasaxlama qurğusu olur. Onun özünün operativ yaddaşında iş gedişində proqramlar və müxtəlif növ daxili idarəedici informasiyalar müvəqqəti olaraq saxlanılır. Kompüterin disksürənlərində və başqa yaddasaxlama qurğularında informasiya həmişəlik saxlanılır və onlara yalnız mikroprosessora lazım olduqda erişilir. Kompüterlərdə başqa növ yaddasaxlama qurğuları da olur. Onun daimi yaddaşı (ROM) başlatma komandaları və giriş-çıxış prosedurları kimi zəruri informasiyanı saxlamaq üçün nəzərdə tutulmuş silinməyən yaddasaxlama qurğusudur. Bundan başqa, kompüterdə müəyyən verilənləri (məsələn, printerə göndərilən və ya klaviaturadan oxunan simvolları) müvəqqəti saxlamaq üçün ehtiyat yaddaş hissələrindən – buferlərdən istifadə olunur. DASD (birbaşa keçidli yaddasaxlama qurğusu) İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 816 s.
Zip-qurğusu
Zip-qurğusu - (ing.zip drive, ru. zip-дисковод) – verilənləri arxivləşdirmək üçün nəzərdə tutulmuş və tutumu 100 Mbaytdan 250 Mbaytadək olan disklərlə işləyən qurğu. Ötən əsrin sonlarında Iomega şirkəti tərəfindən işlənib hazırlanıb. İnterfeys cədvəli: İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qızılsu (Şırnak)
Qızılsu — Türkiyənin Şırnak vilayətinin Mərkəz rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1928-ci il qeydlərində Şeyhreş adlandırılmışdır. Kürdcə "şêxreş" sözü "qara şeyx" deməkdir. Bu köhnə bucaq mərkəzidir.