Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qəddarə
Qəddarə — Hər iki tərəfi kəsən ağır qılınc. Şərq aləmində qəddarədən istifadə edilib. Həm döyüş silahı kimi, həm də cəllad silahı kimi.
Hüseynqulu xan Əbu Qəddarə
Hüseynqulu xan Əbu Qəddarə (fars. حسین‌قلی خان) və ya Əbu Qəddarə (ərəb. ابو قَدَّارَة) — Qacar ​​İranının İlam (Pişt-e-Kuh) bölgəsinin Feyli kürd əmiri və vəlisi idi. == Həyat və qayda == Hüseynqulu xan 1834-cü ildə öz torpağını idarə edən başqa bir Feyli liderinin oğlu olaraq anadan olmuşdur. O, gənclik illərində atası Abbasqulu xana qarşı üsyan etmiş və bir neçə il sürgün edilmiş və Osmanlı İmperiyasına tabe olan Xanaqin və Mandalı Feyli şəhərlərində dolaşmışdır. Hüseynqulu xan sonra üsyanını davam etdirmək üçün İrana qayıtdı. Hüseynqulu xan və Abbasqulu Xan arasındakı qarşıdurmada bir çox zadəgan və hərbi rəhbər Abbasqulu Xanı dəstəklədi və Hüseynqulu xanın yenidən Osmanlı torpağına sığınmasına səbəb oldu. Növbəti üsyanı zamanı Bələvənd kürd tayfasının başçısı, Holeylan hökmdarı Lütf Əli Xan Esfəndiarinin dəstəyi və hərbi yardımı ilə. Hüseynqulu xan Abbasqulu xan üzərində qələbə qazana bildi və müasir İlam əyalətində hökmranlıq etdi, sonra nəzarətini sürətlə artıracaq. Hüseynqulu xanın ərazisinə müasir İlam əyalətindən ibarət olan bütün Pişt-e-Kuh, Kirmanşah əyalətinin bir hissəsi, Lorestan vilayəti, Xuzistan əyaləti və Diyala əyalətinin kürd hissələri daxildir.
Gendərə
Gendərə (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Gendərə (Yardımlı) — Azərbaycanın Yardımlı rayonunda kənd. Gendərə (Babək) — Azərbaycanın Babək rayonu ərazisində dağ. Gendərə — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Gendərə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda dərə.
Gendərə (Babək)
Gendərə — Azərbaycanın Babək rayonu ərazisində dağ. Naxçıvan çökəkliyinin şimal-şərqində yerləşir. (hünd. 1089,8 m). Naxçıvan dağarası çökəkliyinin şimal-şərq kənarında, Nəcəfəlidizə kəndindən 1 km şimal-qərbdədir. Orta Miosenin Tarxan regiomərtəbəsinin üst hissəsinə aid Ərəzin lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş hamar yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının cənub-qərb qanadında yerləşir. Zirvə hissəsindən və şimal-şərq yamacından şimal-qərb istiqamətli faylar keçir. == İstinadlar == == Ədəbiyyat == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
Gendərə (Yardımlı)
Gendərə — Azərbaycan Respublikasının Yardımlı rayonunun Astanlı inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi XIX əsrdə mövcud olmuş Cunduza kəndinin binə yeri olmuşdur. Sonralar binə tədricən kəndə çevrilmışdir. Kənd Gendərə (geniş dərə) adlı yerdə yerləşdiyi üçün belə adlandırılmışdır.
Gendərə (İsmayıllı)
Gendərə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Həftəsov kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə İsmayıllı rayonunun Həftəsov kənd inzibati-ərazi vahidinin tərkibindəki Gendərə kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Toponimikası == Gendərə kəndi Girdimançayın sahilində, dağlıq ərazidə yerləşir. Oykonim gen və dərə komponentlərinin birləşməsindən ibarətdir. Girdiman çayının hövzəsi bu sahədə daha da genişləndiyi üçün çayın həmin hissəsi Gendərə adlanır. Kəndin adı yerləşdiyi ərazisinin relyef xüsusiyyətini özündə əks etdirir.
Qozdərə
Qozdərə — Azərbaycan Respublikasının Tovuz rayonunun Yanıqlı kənd inzibati ərazi dairəsində kənd. Kəndin əsl adı Qozludərədir. Kənd qoz ağaclarının bol olduğu dərədə salındığı üçün belə adlanmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Zəyəmçayın sahilində, dağətəyi ərazidə yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qoçdərə
Qoçdərə — Azərbaycan Respublikasının Tovuz rayonunun Əhmədabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Qoçdərə kəndi Yanıqlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Əhmədabad kəndi olmaqla Əhmədabad kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Oykonim qoç və dərə sözlərindən ibarət olub, "qoç dərəsi" və ya "erkək qoyunlar üçün otlaq yeri" mənasındadır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Zəyəmçayın sahilində, Çınqıldağ silsiləsinin ətəyində yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qədirdərə
Qədirdərə — Bakı şəhəri, Qaradağ rayonu ərazisində yarğan. Qədirdərə — Qobustanda Ceyrankeçməzçayın hövzəsində quru çay dərəsi.
Qənidərə
Qənidərə — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Çiçi-Səbətlər bələdiyyəsinin tərkibindədir. Qənidərə oyk., sadə. Quba r-nunun Çiçi i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Kəndin adı Qəni (ş.a.) və dərə komponentlərinin birləşməsindən ibarətdir. Yaşayış məntəqəsi həmin r-ndakı Çiçi kəndindən çıxmış ailələrin son illərdə Qənidərə adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 107 nəfər əhali yaşayır.
Rəzdərə
Rəzdərə — Azərbaycan Respublikasının Zəngilan rayonunun Rəzdərə kənd inzibati ərazi dairəsində kənd. Rəzdərə kəndi Bəsit çayın sahilində, dağətəyi ərazidədir. Rizədərə variantında da qeydə alınmişdir. Kənd adını eyniadli dərənin adından almışdır. Oykonimin razdar adlı ağacin adı ilə bağlı olduğu güman edilir. Dərənin adını İran dillərindəki raz (cir üzüm tanayi) sözü ilə da əlaqələndirirlər. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 4 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Bədərə
Bədərə (dağ) — Əsgəran rayonunda dağ. Bədərə (çay) — Kəlbəcər və Əsgəran rayonlarından axan çay. Bala Bədərə (çay) — Əsgəran rayonunda çay.
Əldərə
Əldərə, Aldərə — Yelizavetpol quberniyasının (Gəncə) Zəngəzur qəzasında, indi Meğri rayonunda kənd.Digər adı Əlidamı. Rayon mərkəzindən 12 km cənub-şərqdə, Araz çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Əlidərə formasında qeyd edilmişdir. XIV–XVI əsrlərə aid albanlarla bağlı tarixi abidələrin (alban kilsəsi, qala və s.) qalıqları indi də durur. Toponim qədim Azərbaycan dilində "qırmızı" mənasını bildirən al sözü ilə (üzün allanması ifadəsində indi də özünü göstərir) "dərin çuxur" mənasında ifadə edən dərə sözünün birləşməsindən formalaşmışdır və "qırmızı dərə" mənasını ifadə edir. Kəndin salındığı ərazinin torpağı qırmızı suxurlardan ibarət olduğu üçün kənd Aldərə adlandırılmışdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.Kənd "Əli dərədə" yarandığına görə həmin dərənin adını qəbul еtmişdir. Həmin dərədə yеrləşən və Əlidərə adlanan göl isə XX əsrin 30-cu illərində Alidzor adlandırılmışdır Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda çay. Araz çayına axıb tökülür. Kənddə 1831-ci ildə 131 nəfər, 1873-cü ildə 911 nəfər, 1886-cı ildə 1077 nəfər, 1897-ci ildə 1094 nəfər, 1904-cü ildə 1505 nəfər, 1914-cü ildə 1987 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Büzəqza-Qəddara
Büzəqza-Qəddara (ərəb. بوزقزة قدارة‎ة, ‎ fr. Bouzegza Keddara) — Əlcəzairin şimalında şəhər, Bumerdes vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 373 metr yüksəklikdə yerləşir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 50 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 22 kilometr cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 8,511 nəfər idi.
Məsdərə kilsəsi
Masdərə məbədi və ya Müqəddəs Vəftizçi İohann kilsəsi – Qərbi Azərbaycanın (indiki Ermənistan) Talın rayonunun Masdərə (21. 01. 1965 – ci ildən Dalarik) kəndində Masdərə çayı kənarında V – VII yüzillərə aid qədim ərmən – türk məbədi. Günbəzli məbəd tipində inşa edilmiş məbəd öz adını Masdərə toponimindən almış, "Masdərə" toponimi isə "Masların dərəsi", "Mas dərəsi" anlamında "mas" və "dərə" sözlərindən yaranmışdır. Maslar qədim dövrlərdən (təxminən e.ə. VIII əsrdən) Cənubi Qafqazda, o cümlədən Qərbi Azərbaycanda məskunlaşmış sak tayfalarının bir qoludur. Masların adı müasir Azərbaycan respublikası və Qərbi Azərbaycan ərazisində Masallı, Masazır, Maştağa, Masis, Mesxet, Xaçmas (Xaçmaz) toponimlərində də qalmışdır. Bina xaçvari quruluşa malik olub, mərkəzi günbəzli quruluşa malikdir. Qeyri adi memarlıq quruluşuna malik olan bina bir çox özəlliklərini itirərək günümüzə çatmışdır. Məbədin pəncərələrinin ətrafı gözəl həndəsi və nəbati naxışlarla işlənmiş kəmərlə əhatələnmişdir.
Məsdərə məbədi
Masdərə məbədi və ya Müqəddəs Vəftizçi İohann kilsəsi – Qərbi Azərbaycanın (indiki Ermənistan) Talın rayonunun Masdərə (21. 01. 1965 – ci ildən Dalarik) kəndində Masdərə çayı kənarında V – VII yüzillərə aid qədim ərmən – türk məbədi. Günbəzli məbəd tipində inşa edilmiş məbəd öz adını Masdərə toponimindən almış, "Masdərə" toponimi isə "Masların dərəsi", "Mas dərəsi" anlamında "mas" və "dərə" sözlərindən yaranmışdır. Maslar qədim dövrlərdən (təxminən e.ə. VIII əsrdən) Cənubi Qafqazda, o cümlədən Qərbi Azərbaycanda məskunlaşmış sak tayfalarının bir qoludur. Masların adı müasir Azərbaycan respublikası və Qərbi Azərbaycan ərazisində Masallı, Masazır, Maştağa, Masis, Mesxet, Xaçmas (Xaçmaz) toponimlərində də qalmışdır. Bina xaçvari quruluşa malik olub, mərkəzi günbəzli quruluşa malikdir. Qeyri adi memarlıq quruluşuna malik olan bina bir çox özəlliklərini itirərək günümüzə çatmışdır. Məbədin pəncərələrinin ətrafı gözəl həndəsi və nəbati naxışlarla işlənmiş kəmərlə əhatələnmişdir.
Qazdərə (Takab)
Qazdərə (fars. گزدره‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 590 nəfər yaşayır (108 ailə).
Qumdərə (Bicar)
Qumdərə (fars. قمدره‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 67 nəfər yaşayır (13 ailə). Əhalisini kürdlər təşkil edir.
Qurddərə (Bicar)
Qurddərə (fars. قورت دره‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 106 nəfər yaşayır (24 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Sərdərə (Kəleybər)
Sərdərə (fars. سردرق‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Sərdərə (Üşnəviyyə)
Sərdərə (fars. سردره‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 302 nəfər yaşayır (40 ailə).
Çəpdərə (Sultaniyə)
Çəpdərə (fars. چپ دره‎) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 179 nəfər yaşayır (44 ailə). Mərkəzi şəhristanının Ətraf bölgəsinin Sultantəpə kəndistanında, Zəncan şəhərindən 54 km cənub-qərbdədir.
Çəpdərə (Tikantəpə)
Çəpdərə (fars. چپدره‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 623 nəfər yaşayır (121 ailə).
Cənab Qəddar
Cənab Qəddar (ing. Mr. Cruel) 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Viktoriya ştatının Melburn şəhərinin şimal və şərq ətraflarında üç qıza hücum edən naməlum avstraliyalı uşaq təcavüzkarının adıdır. Həmçinin 1991-ci ildə dördüncü qız Karmein Çanın oğurlanması və öldürülməsində əsas şübhəli şəxsdir. 2016-cı ilin aprelində, Karmein Çanın ölümündən iyirmi beş il sonra, Viktoriya ştatının polisi cinayətkarın müəyyənləşdirilməsinə kömək edəcək məlumat üçün mükafatı 100.000 Avstraliya dollarından 1.000.000 Avstraliya dollarına qədər artırdı.
Gordərə
Gordərə — Şərqi Azərbaycan ostanının Əhər şəhristanının kəndlərindəndir.
Göydərə
Göydərə (Qobustan) — Azərbaycanın Qobustan rayonunda kənd. Göydərə (Culfa) — Azərbaycanın Culfa rayonunda kənd. Göydərə (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Göydərə (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd.
Gərdərəş
Gərdərəş (Soyuqbulaq) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. Gərdərəş (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd.
Gərmdərə
Gərmdərə— İranın Əlburz ostanının Kərəc şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,738 nəfər və 3,329 ailədən ibarət idi.
Dəndərə məbəd kompleksi
Dəndərə məbəd kompleksi (q.misir Iunet və ya Tantere) — Misirin Dəndərə şəhərindən təqribən 2.5 kilometr (1.6 mil) ) məsafədə yerləşir. Misirdə ən yaxşı qorunan məbəd komplekslərindən biridir. Ərazi Abidosun cənubunda, Yuxarı Misirin altıncı nomu kimi istifadə olunurdu. == Hathor məbədi == Kompleksdə üstünlük təşkil edən bina Hathor məbədidir. Məbəd orta padşahlıq dövründən başlayaraq Roma imperatoru Trayanın dövrünə qədər eyni yerdə olmuş, lakin bir qədər dəyişdirilmişdir. Mövcud strukturun tikintisi e.ə. 54-cü ilin iyulunda XII Ptolemey Neos Dionisin dövründə başlamışdır. və hipostil zalı Tiberi dövründə tikilmişdir. Trayan Misirdə binalar tikməkdə və onları bəzəməkdə kifayət qədər fəal idi. O, Domisian ilə birlikdə Hathor məbədinin propilonunda səhnələr təqdim etmişdir.
Gender
Gender — kişiyə xas olan, qadına xas olan cəmiyyət tərəfindən təzyiq ifadələridir, həm də qadınlıq və kişiliyi fərqləndirən xüsusiyyətlər toplusudur. Kontekstdən asılı olaraq, bu xüsusiyyətlərə bioloji gender (qadın və ya kişi) xüsusiyyətləri, gender əsaslı sosial quruluşlar və gender kimliyi daxil ola bilər. Bir çox mədəniyyətdə insanların sadəcə iki cinsə (qadın və ya kişi) sahib ola biləcəyini nəzərdə tutan bir bipolyar gender sistemi istifadə olunur (gender binarizmi). Bipolyar gender sisteminin xaricində yaşayan insanlar "non-bayneri" və ya "kvir" hesab olunur. Gender siyasət, iqtisadiyyat, hüquq, ideologiya, mədəniyyət, təhsil, elm və səhiyyə də daxil olmaqla həyatın bütün sahələrində ifadə oluna bilər. == Cins == Cins sözü şəxsin kişi və ya qadın cinsinə mənsubiyyətini müəyyənləşdirmək üçün fizioloji xüsusiyyətlərə şamil olunur: Genital orqanların növü (penis, yumurtalıq, vagina, uşaqlıq, döş) Orqanizimdə dövriyyə edən dominant hormonların növü (estrogen, testosteron) Sperma və ya toxum hüceyrəsi ifraz etmək bacarığı Dünyaya uşaq gətirmək və onu döşlə yedizdirmək bacarığı Gender sözü qadınlar və kişilərlə əlaqədar geniş yayılmış xəyali obraz və gözlənilənlərə şamil olunur. Bu səciyyəvi xəyali obraza qadına xas olan və ya qadın və kişiyə xas olan, yaxud kişi xüsusiyyət bacarıqlarına, həmçinin qadın və kişilərin müxtəlif vəziyyətlərdə necə hərəkət etməsinə aid geniş yayılmış ümidlər daxildir. Bu xəyali obraz və ümidlər ailə, dostlar, liderlər, dini və mədəni təsisatlar, məktəblər, iş yerləri, reklamlar və mediadan öyrənilir. Bu xəyali obrazlar qadın və kişilərin cəmiyyətdəki müxtəlif rollarını, sosial statusunu, iqtisadi və siyasi gücünü əks etdirərək həmin göstəricilərə təsir edir. == Gender kimliyi == Gender kimliyi şəxslərin aid olduqlarını hiss etdikləri genderə istinad edir, həmin gender onların anadangəlmə cinsi ilə eyni ola və ya olmaya bilər.
IV Qəddar Eoxayd
IV Qəddar Eoxayd və ya Eoxayd mak Ayda (şot.kelt Eochaid mac Áeda; VIII əsr – 819) — Dal Riada kralı (811–819). == Həyatı == IV Eoxayd Ağ Edin və onun pikt əsilli həyat yoldaşının oğlu idi. Beləliklə, IV Eoxayd Piktaviya kralı Konstantinin bacısı oğlu idi. IV Eoxayd kral Konstantinin dəstəyi ilə taxta çıxmışdır. Buna baxmayaraq, onun hakimiyyət şəriki var idi – əmisi Konstantinin oğlu III Domnall. IV Eoxayd 819-cu ildə vəfat etmiş, taxtı III Domnalla buraxmışdır. === Ədəbiyyat === Braun, Deyvid. The Irish Identity of the Kingdom of the Scots in the Twelfth and Thirteenth Centuries. Vudbric: Boydell,. 1999.
Qəddar (film, 2014)
Qəddar (hind dilində orijinal adı: Ek Villain) — sevgi və qisas haqqında çəkilmiş hind filmidir. Film 27 iyun 2014-cü ildə Hindistan, Pakistan və ABŞ-də nümayiş olunmuşdur. Hindistanın Qoa şəhərində yaşayan Quru Prahlad adlı siyasətçinin yanında işləyərək ömür sürür. Sakit bir yeniyetmə olan Quru əslində keçmişindən qaçmağa çalışır. Lakin Aişə ilə tanış olduqdan sonra onun həyatı dəyişir. Aişə ilə evlənmək istəyən Quru onunla birlikdə Mumbaya köçür. Amma bir gün Aişə seriyalı qatil tərəfindən öldürülür. Bundan olduqca kədərlənən Quru sevgilisinin qisasını almaq üçün qatili təqib etməyə başlayır. Quru (Guru) (Sidhart Malhotra): O, çox gülümsəməyən, qaranlıqlarda ilişib qalan biridir. Aişə (Aisha) (Şraddha Kapur): O xərçəngdir.
Bala Bədərə (çay)
Bala Bədərə, Bala Badara — Əsgəran rayonunda çay. Badara çayının sol qoludur. Bala Bədərə variantında da qeydə alınmışdır. Hidronim bala (kiçik, balaca) və Badara komponentlərindən düzəlib, "kiçik Badara çayı" deməkdir.
Göydərə (Culfa)
Göydərə (əvvəlki adı: Noraşen) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Saltax kənd Sovetindəki Noraşen kəndi Göydərə kəndi adlandırılmışdır. == Toponimikası == Əlincə çayının (Arazın qolu) sahilində, dağətəyi ərazidədir. Keçmiş adı Aradərə olmuşdur. XIX əsrdə Cənubi Azərbbaycandan gəlmiş erməni ailələri burada məskunlaşdıqdan sonra yaşayış məntəqəsi Noraşen adlandırılmışdı. 1992-ci ildən kəndin adı dəyişdirilərək Göydərə kimi rəsmiləşdirilmişdir. == Tarixi == Naxçıvan Muxtar Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin Qərarı ilə Culfa rayonunun Saltax kənd Sovetindəki Noraşen kəndi Göydərə kəndi adlandırılmışdır. == Əhalisi == Əhalisi 1448 nəfərdir. === Tanınmış şəxsləri === Eldəniz Məmmədov - idmançı, polis zabiti - karate üzrə 2 kat dünya çempionu (dünya rekortmeni). Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki.
Göydərə (Kəlbəcər)
Göydərə — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun İstibulaq kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Göydərə (Lerik)
Göydərə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Gövdərə kəndi Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kələxan kəndi mərkəz olmaqla Kələxan kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Tədqiqatçılar oykonimi Göydərə coğrafi adının təhrifə uğramış forması hesab edirlər. Azərbaycan dilinin dialektlərində qav/gav/gov ot yeyən mal-qaraya deyilir. TalıŞərqqo sözü mal-qara mənasında işlənir. Bütün hallarda toponim "mal-qara dərəsi" mənası ilə bağlıdır. Yaşayış məntəqəsi eyniadlı ərazidə salındığından belə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == Kənd əhalisi azərbaycanlılardan ibarətdir. == Din == Kənddə Göydərə kənd məscidi dini icması fəaliyyət göstərir.
Göydərə (Miyanə)
Göydərə (fars. گوگدرق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 491 nəfər yaşayır (125 ailə).
Gərdərəş (Qoşaçay)
Gərdərəş (fars. گرده رش‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,344 nəfər yaşayır (323 ailə).
Gərdərəş (Soyuqbulaq)
Gərdərəş (fars. گرده رش‎‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 371 nəfər yaşayır (64 ailə).
Gərgərə (Çaldıran)
Gərgərə (fars. گرگره‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 72 nəfər yaşayır (11 ailə).
Gərmdərə (Xoy)
Dibək (fars. گرم دره‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 358 nəfər yaşayır (69 ailə).
Çaydan dənizə qədər
"Çaydan dənizə" (ərəb. من النهر إلى البحر‎, min ən-nəhr ila l-bəhr və ya من المية للمية, min il-mayyə lə-l-mayyə) — coğrafi olaraq İordan çayı ilə Aralıq dənizi arasında müəyyən edilən və Fələstin kimi təsvir edilən əraziyə istinad edən siyasi şüar. Bu, indiki dövrdə İsrail və İsrail tərəfindən işğal olunmuş Fələstin ərazilərinə, o cümlədən Qərb sahili, Şərqi Qüds və Qəzzə zolağına aid edilir. Fələstinli proqressivlər bu ifadəni bütün ərazi üzərində vahid demokratiyaya çağırmaq üçün istifadə edir, digərləri isə bunun "milyonlarla fələstinli üzərində onilliklər davam edən, açıq uclu İsrail hərbi idarəsindən sonra sülh və bərabərliyə çağırış" olduğunu qeyd edir. İslamçı militant HƏMAS qruplaşması 2017-ci il nizamnaməsində bu ifadədən istifadə etmişdir. Bu şüarın Fələstin yaraqlı qrupları tərəfindən istifadə edilməsi tənqidçilərin bu şüarın dolayısı ilə İsrailin parçalanmasına, regiondakı yəhudi əhalisinin çıxarılmasına və ya məhv edilməsinə çağırış olduğunu iddia etməsinə gətirib çıxarmışdır. Bu ifadəni İsrail siyasətçiləri də istifadə etmişlər. İsrailin sağçı "Likud" Partiyasının 1977-ci il seçki manifestində deyilirdi: "Dənizlə İordan arasında yalnız İsrailin suverenliyi olacaq". Oxşar ifadə son vaxtlar digər İsrail siyasətçiləri tərəfindən də istifadə edilmişdir. Bəzi ölkələr şüarın istifadəsinə görə cinayət məsuliyyətini nəzərdə tutur.