Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qəmərvan
Qəmərvan — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Qəmərvan mərkəzdən 18 km. şimal-qərbdə Bum çayının (Türyan çayının qolu) sol sahilində, Baş Qafqaz silsiləsinin yamacında salınmış bu kəndin təbiəti kimi insanları da mehriban, gülər üzlü, qonaqsevərdirlər. Bu kəndin tarixi XIX əsrin ortalarından başlayır. Dağıstanda yaşayan ləzgilərin bu zonada yaylaqları olmuş və onların müəyyən bir hissəsi oturaq hala keçərək bu kəndi yaratmışlar. Rayonun digər yerlərindən fərqi odur ki, bu kənd müasir gündə də köçəridir. Qoyunçuluğun artımı olan yerlərdə var-dövlət də çox olur. Kənd camaatı yerli turistlərdən də gəlir götürür. Ecazkar görünüşü olduğundan ilin bütün fəsillərində kəndin qonaqları olur. Yayı kimi qışı da mözücə olan bu diyarı şəhərlilər çox xoşladığından kənd evlərini kirayələyirlər.
Qəmərvan bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Həmədan
Həmədan — İranın Həmədan ostanında şəhər.Tarixi Azərbaycan şəhəri. Şəhər həm vilayətin, həm də eyni adlı şəhristanın və bəxşin inzibati mərkəzidir. Rəsmi mənbələrə əsasən Həmədan şəhərinin əhalisi : 1929-cu il r.t. əsasən 60,000 nəfər 1937-ci il lokal s.a. əsasən 80,280 nəfər 1940-cı il lokal s.a. əsasən 103,874 nəfər 1956-cı il s.a. əsasən 99,909 nəfər 1966-cı il s.a. əsasən 124,167 nəfər 1976-cı il s.a. əsasən 165,785 nəfər 1986-cı il s.a. əsasən 272,499 nəfər 1990-cı il r.t.
Ləmbəran
Ləmbəran (Kəlbəcər)
Qəmərli
Qəmərli rayonu — tarixən Azərbaycana hazırda isə Ermənistan Respublikasına məxsus Şimal-qərbi Azərbaycanda rayon. Qəmərli (Gərnibasar) — tarixən Azərbaycana hazırda isə Ermənistan Respublikasına məxsus Şimal-qərbi Azərbaycanda şəhər. Qəmərli (Başkeçid) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. Qəmərli (Üçkilsə) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd.
Zəfəran
Zəfəran (lat. Crocus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Bu bitkinin 1 qramı 100 litr suyu sarı rəngə boyayır. Gövdə, demək olar ki, inkişaf etmir. Yarpaqlar kökətrafınada yerləşərək rozet əmələ gətirir. Yazın əvvəllərində çiçək açır. Çiçək yağmurlu havalarda və gecələr qapanır. Zəfəranın çiçəyinin dişiciyindən ədviyyat kimi istifadə olunur. Soyuq və şaxtalı havalara tab gətirə bilən zəfəranın kökü −18°dən +40°-dək temperaturda inkişaf edir. Amma çiçəkləmə dövründə, əksinə olaraq quru və günəşli hava əlverişlidir, çünki zəfəranın çiçəkləri donmağa qarşı çox həssasdır.
Qətran
Qatran — bir çox bitkilərdə normal və ya pataloji proseslər nəticəsində əmələ gələn ayrılmalar olub, havada donur. O, əsasən qızdırıldıqda əriyən, alovla qaynayan, suda həll olunmayan amorf şəkilli kütlə halında olur. Qatranların çox hissəsi spirt və efirdə asanlıqla həll olur və müxtəlif rəngsiz və iysiz maddəyə çevrilir. Qatranlar kimyəvi tərkibinə görə karbonlu və hidrogenli olur, amma oksigen və azotu qəbul etmir. Qatran turşusu və trepenlər formal olaraq eyni kimyəvi əsasdan ibarətdir. Trepenlər və trepenoidlərə tez-tez yağ turşusu ilə birləşmə şəklində tropik regionlarda iynəli ağaclarda rast gəlinir. Sənaye üçün lazımlı trepen və qatran vericiləri kimi böcəklərdir. Burada qatranın miqdarı 2-10% təşkil edir. Daha sonra ən çox qatran ağacların köklərində olur. Bu qatranlar ya ağacı kəsməklə, ya ağac və ya kökünün ekstraksiyası ilə, ya da sellülozanın hazırlanması zamanı əmələ gələn əlavə maddə kimi əldə olunur.
Çəmran
Çəmran— İranın Xuzistan ostanının Bəndər Mahşəhr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18,519 nəfər və 3,935 ailədən ibarət idi.
Qəmər
Qəmər — Azərbaycan qadın adı. Qəmər Almaszadə — Azərbaycanın ilk balerinası, baletmeyster, pedaqoq, SSRİ xalq artisti (1959). Qəmər bəyim Şeyda — azərbaycanlı şairə və dramaturq. Qəmər Salamzadə — Azərbaycanın ilk qadın kinorejissoru, ssenarist. Qəmər Adıgözəlova — həkim, professor. Qəmər Əmiraslanova — əməkdar həkim. Qəmər Topuriya — Azərbaycan-sovet teatr aktrisası Qəmər Ağaoğlu — Qarabağ xanları nəslindən olan incəsənət xadimi. Qəmər Məmmədova — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2000) Qəmər İmamverdiyeva — Qəhrəman ana Qəmər Cavadlı — jurnalist, tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru.
Ağabulağı (Həmədan)
Ağabulağı — İranın Həmədan ostanında kənd.. Mərkəzi şəhristanının Kəbudərahəng bölgəsinin Mehriban kəndistanında, Kəbudərahəng qəsəbəsindən 48 km. şimal-qərbdədir.
Ağac (Həmədan)
Ağac — İranın Həmədan ostanında kənd.. Mərkəzi şəhristanının Rəzən bölgəsinin Şəra kəndistanında, Rəzən qəsəbəsindən 63 km cənub-şərqdədir.
Ağbulaq (Həmədan)
Ağbulaq — İranın Həmədan ostanında kənd.. Mərkəzi şəhristanının Siminərud bölgəsinin Çaharbölük kəndistanında, Həmədan şəhərindən 21 km şimaldadır.
Ağcaxərabə (Həmədan)
Ağcaxərabə - İranın Həmədan ostanında kənd.. Mərkəzi şəhristanının Kəbudərahəng kəndistanında, Həmədan şəhərindən 15 km şimal-şərqdədir.
Doqquz (Qəmərli)
Doqquz — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 6 km şimalda, Gərni çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Doqquz, Qafqazın 5 verstlik xəritəsində isə Dokkuz formasında qeyd edilmişdir. Toponim oğuzların dülqədirli tayfasından olan doqquz etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kanaçut qoyulmuşdur. Kənddə tarixən yalnız azərbaycanlı yaşamışdır. 1828-1829 - cu illərdə buraya İranın Xoy və Salmas vilayətlərindən ermənilər köçürülmüşdür. 1828-ci ilə qədər Doqquz kəndində cəmi 8 yerli erməni (rus.
Dəmbəran (Sərab)
Dəmbəran (fars. دانباران‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,297 nəfər yaşayır (294 ailə).
Ağdərə (Həmədan)
Ağdərə - İranın Həmədan ostanında kənd.. Mərkəzi şəhristanının Rəzən bölgəsinin Şəra kəndistanında, Rəzən qəsəbəsindən 75 km cənubdadır.
Ağkənd (Həmədan)
Ağkənd - İranın Həmədan ostanında kənd.. Mərkəzi şəhristanının Rəzən bölgəsinin Sərdrud kəndistanında, Rəzən qəsəbəsindən 9 km cənub-qərbdədir.
Ağtəpə (Həmədan)
Ağtəpə — İranın Həmədan ostanında kənd.. Mərkəzi şəhristanının Kəbudərahəng bölgəsinin Hacılı kəndistanında, Kəbudərahəng qəsəbəsindən 7 km şimal-qərbdədir.
Ağçay (Həmədan)
Ağçay - İranın Həmədan ostanında kənd. Mərkəzi şəhristanının Rəzən bölgəsinin Dərcəzin kəndistanında, Rəzən qəsəbəsindən 12 km şimal-şərqdədir.
Bahar (Həmədan)
Bahar — İranın Həmədan ostanının Bahar şəhristanında şəhər, həmin şəhristanın inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 27,271 nəfər və 6,956 ailədən ibarət idi. Əhalisi əsasən azərbaycanlılardan ibarətdir. Şəhərdə bir neçə tarixi körpü, o cümlədən Aramand, Bahar, Rubat, Salehabad və Simin körpüləri yerləşir.
Cəmiran (Ərdəbil)
Cəmiran — İranın Ərdəbil ostanında kənd. Mərkəzi şəhristanının Nəmin bölgəsində, Ərdəbil şəhərindən 25 km şimal-qərbdədir.
Darğalı (Qəmərli)
Darğalı — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. 1940-cı illərin əvvəllərində rayondakı Aşağı Darğalı və Yuxarı Darğalı kəndləri birləşdirilərək Darğalı kəndi yaradılmışdır. Rayon mərkəzindən 3–4 km şərqdə, Gərni çayından axan arxın yanında, Araz çayının yaxınlığında, Yuva kəndinin yaxınlığında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim monqol dilində "şəhər, qəza, mahal, vilayət hakimi" mə'nasında işlənən darğa sözünə mənsubluq bildirən -lı şəkilçisinin artırılmasından əmələ gəlib "şəhər, qəza, mahal, vilayət hakiminə mənsub kənd" mə’nasını bildirir. "Aşağı" fərqləndirici əlamət bildirir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin l. XII.1949-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Anastasavan (26lardan olan Anastas Mikoyanın şərəfinə), 30. XII.1957-ci il fərmanı ilə yenidən dəyişdirilərək Aygezard qoyulmuşdur.
Dəlilər (Qəmərli)
Dəlilər, Böyük Dəlilər — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Böyük Dəlilər kəndi Erməni mənbələrində Dəlilər kəndi kimi qeyd edilir. Rayon mərkəzindən 2 km şimal şərqdə, Gərni çayından axan arxın yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Dəlilər formasında, Qafqazın 5 verstlik xəritəsində Böyük Dəlilər kimi qeyd edilmişdir. Toponim qədim türk tayfası tele etnoniminə cəmlik bildirən -lər şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Toponimdəki «böyük» sözü fərqləndirici əlamət bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dalar (dəlilər etnoniminin ermənicə tələffüz formasıdır) qoyulmuşdur.
Gödəkli (Qəmərli)
Gödəkli - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Kəndin digər adı erməni mənbələrində Göydağlı, Kiçik Dəlilər formasında göstərilir. Rayon mərkəzindən 3 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qazaxlar türk tayfasına mənsub olan gödəkli etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Sadə quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 20. VIII. 1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Mrqavet qoyulmuşdur.
Gözəl zəfəran
Gözəl zəfəran — (lat. Crocus speciosus Bieb.). Süsənkimilər – (İridaceae Juss.). fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU B1ab(iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir, soğanağı yumru, şarvari, 1–2 sm diametrli, əsası əlavə yumrucuqludur. Yarpaqlar xəttvari, 3 mm enində, çiçəkləmədən sonra inkişaf edir, növbəti yazda 10–40 sm hündürlüyünə çatır. Çiçəkyanlığı 3–6 sm uzunluğunda, parlaq – bənövşəyi, əsnəyi ağımtıl, çılpaq, kənarı uzunsov və ya ellipsivari, lansetşəkilli, uzununa tünd-qırmızı zolaqlıdır. Xarici yarpaqların xaricdən əsası tünd – qırmızıdır.
GameFan
"GameFan" (əvvəllər "Diehard GameFan") — ABŞ videooyun jurnalı. "GameFan" 1992-ci ilin sentyabrında Tim Lindkvist, Qreq Off, Corc Vayzinq və Deyv Halderson tərəfindən yaradılmışdır. O dövrdə ABŞ-nin digər nəşrlərində yaxşı ekran görüntülərinin olmaması səbəbindən səhifə dizaynında oyun skrinşotlarından geniş istifadə edilməsi ilə diqqəti cəlb edirdi. Orijinal jurnal 2000-ci ilin dekabrında fəaliyyətini dayandırmışdır. 2010-cu ilin aprelində Halverson "GameFan"i hibrid videooyun və film jurnalı kimi yenidən işə salmışdır. Buna baxmayaraq, jurnalın fəaliyyəti qısamüddətli olmuş və bir çox daxili münaqişələrdən əziyyət çəkmişdir. "GameFan" jurnalının 1995-ci ilin sentyabr nömrəsində yaponlar haqqında bir neçə alçaldıcı şərhdən ibarət məqalə çap olunmuşdur. Burada yaponlar üçün "kiçik cep bicləri" ifadəsindən istifadə edilmişdir. Bu, İkinci Dünya müharibəsi illərində ABŞ yaponlarını təhqir etmək üçün istifadə edilən irqi alçaldıcı ifadədir. Mətn idman mövzusundakı "College Football '96" videooyunu üçün hazırlanan resenziyalardan birinin bəndlərində yer almışdır.
General
General (lat. generālis — ümumi; tarixi Azərbaycandilli mənbələrdə سرتیب Sərtib sözü işlənirdi) — polkovnikdən sonra və marşala qədər quru və hava qüvvələrində yüksək rütbəli zabitlərə verilən hərbi rütbədir. Donanmadakı ekvivalenti “admiral”dır. Müraciət edərkən yalnız general-leytenanta və dörd ulduzlu generala “general” deyə müraciət edilərkən, briqadir və general-mayor rütbəli zabitlər birbaşa bu rütbələri ilə çağırılırlar. Ümumi olaraq general rütbələri bunlardır: Briqada generalı: Briqada komandiri General-mayor: Diviziya komandiri General-leytenant: Korpus komandiri Dörd ulduzlu general: Ordu komandiri Marşal və ya Böyük Admiral: Ordu Komandiri olaraq üç döyüşdə qalib gələn generallara verilən tituldur. Bununla birlikdə, hərbi vəzifələrdən əlavə təşkilati vəzifələrə təyinatlarla əlaqədar olaraq hər Briqadir bir briqada komandiri və ya hər general-mayor bir diviziya komandiri deyildir.
Gomaran
Gomaran (erm. Գոմարան) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində yerləşən Güdgüm (Geğanuş; erm. Գեղանուշ) kənd icmasına daxil olan kənd. Kənd Oxçuçayın sağ sahilində Qafan şəhərindən 3 km cənub-şərqdə yerləşir. 1930-1995-ci illərdə kənd Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil idi. Musa Urud, «Zəngəzur», Bakı, "Nurlar", 2005. Əziz Ələkbərli, «Qədim türk-oğuz yurdu "Ermənistan"», Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov.
Gəgiran
Gəgiran — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Tuado və Köhnə Gəgir kəndləri Gəgiran kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Tuado kəndi olmaqla Tuado kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Gəgiranda iqtisadi vəziyyət çox ağır olduğundan cavanların burdan köçməsinə səbəb olur. Kənddə 300 təsərrüfat var. Torpaq bölgüsü nəticəsində kənddə adambaşına 9 sot torpaq düşüb. Kəndə suyun çəkilişi isə 2015-ci ildə nəzərdə tutulub. Kənddə Gəgiran kənd məscidi dini icması fəaliyyət göstərir.
Gəmərək
Gəmərək (türk. Gemerek) — Sivas ilinin ilçəsi.
Membran
Hüceyrə membranı, sitoplazmik membran, plazma membranı - canlı hüceyrənin daxili hissələrini onu əhatə edərək xarici mühitdən ayıran bioloji membran, dəri. Membran ion və üzvi birləşmələrin hüceyrə içinə, eləcə də daxildən xaricə keçidini dəqiq şəkildə tənzimləyir. Hüceyrə membranının ana funksiyası huceyredaxili strukturları xarici təsirlərdən qorumaqdır. Proteinləri əhatələyən cüt fosfolipid təbəqəsindən ibarətdir. Hüceyrə membranı toxumada fərdi hüceyrələrin bir-birinə birləşməsi, ion mübadiləsi, hüceyrə divarı, qlükokaliks, hüceyrədaxili sitoskelet kimi bir sıra xarici quruluşun dayaq nöqtəsi olan platformadır. Həyati proseslərin bir çoxu membranlarda baş verir. Bu proseslərin pozulması bir sıra patologiyaıarın yaranmasına səbəb olur. Membran biofizikası hüceyrə membranını öyrənən əsas sahələrdən biridir. Hüceyrə membranının yerinə yetirdiyi funsiyalardan əsasən üçünü qeyd etmək olar: Baryer funksiyası – membranlar hüceyrədaxili mühitlə ətraf mühüti təcrid edir və seçici, tənzimlənən keçiriciliyə malikdir. Membran keçiriciliyi hüceyrənin vəziyyətindən asılı olaraq dəyişə bilər.
Veteran
Qazi və ya Veteran — lat. veteranus < vetus – qoca, sınanmış, qoca əsgər.
Bemera
Hemera
Hemera (yun. Ήμέρα, mənası gün deməkdir) qədim yunan mifologiyasında və Hesiod teoqoniyasına görə günü tərənnüm edən Xaosdan sonra törənmiş ilk tanrılardan biri, Niks və Erebin qızı və Efirin bacısı. Titanomaxiya poemasına görə Hemera Geya-Yerin, Uran-Göyün, Pont-Dənizin, Tartar-Sonsuzluğun, Okean anasıdır.
Ceyms Kemeron
Ceyms Kemeron (d. 16 avqust, 1954, Kapuskasinq, Ontario) — Kanadalı kinorejissor, ssenarist, dərin-dəniz kəşfiyyatçısı, vizual rəssam və redaktordur. Çəkdiyi filmlərin arasında bunlar ən uğurlularıdır: Piranya II: Kürütökmə (1981), Terminator (1984), Yadlar (1986), Uçurum (1989), Terminator 2: Axirət günü (1991), Düzgün yalan (1994), Titanik (1997), Qaranlıq mələyi (2000–02) və Avatar (2009). Kinematoqrafiya tarixində ən gəlirli iki filmin (Titanik, Avatar) rejissorudur. Titanik 11, Avatar isə 3 "Oskar"a layiq görülüblər. 26 mart 2012 tarixində Kemeron Marian çökəkliyinə enmişdi, hansı ki, dünyanın ən dərin nöqtəsi sayılır. Kameronun çəkdiyi filmlərdən səkkizi dünya prakatında 5,5 milyard dollardan çox gəlir gətirib. Onun atası mühəndis, anası isə rəssam olub. Bəlkə də, ona görə hər iki xüsusiyyəti özündə cəmləyib. Ailədə 5 uşaqdan ən böyüyü olub.