Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mirzə Maşov
Mirzə Məmməd oğlu Maşov (22 iyun 1957, Tbilisi) — Gürcüstanın dövlət və ictimai-siyasi xadimi, tanınmış publisist, jurnalist və yazıçı. 1992-ci ildə Gürcüstan Respublikası Dövlət Şurasının üzvü, "Dayaq" Gürcüstan Azərbaycanlıları Assosiasiyasının Baş katibi. Gürcüstan Yazıçıları Milli Akademiyasının üzvü. 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. 2008-ci ildən Gürcüstan Dövlət Tele-Radio Şirkətinin Milli verilişlər redaksiyasında "Moambe"-nin ("Xəbərlər") Azərbaycan dilində yayımlanan verilişlərinin redaktoru. == Həyatı == Mirzə Maşov 22 iyun 1957-ci ildə Tbilisi şəhərində ziyalı ailəsində dünyaya gəlib. Uşaqlığı Zalqa rayonunun Culuxlu kəndində ana nənəsinin yanında keçib. 1964-cü ildən isə ailə vəziyyətinə görə orta təhsil Marneuli rayonu Algeti kəndində alıb, 1974–75-cillər Bakıda tikintidə fəhlə olaraq işləyib. Sonra Tblisiyə qayıdaraq Şəhər İcraəyyə Komitəsi Yaşıllaşdırma İdarəsində işə başlayıb. Tblilisidə istehsalatdan ayrılmadan 1976-cı ildə S.M Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakultəsininin qiyabi şöbəsinə daxil olub.
Qamov burnu
Qamov burnu — Rusiya, Primorsk diyarı, Qamov yarımadasının cənub-şərqində yerləşən burun. == Təsviri == Burun ilk dəfə 1854-cü ildə «Pallada» freqatında kəşf edilmişdir. Burun isə onu ilk dəfə görmüş Dimitri Qamovun şərəfinə adlandırılmışdır.
Qamov yarımadası
Qamov yarımadası — Rusiya Federasiyasının Primorsk diyarı ərazisində yerləşən yarımada. Yarımada coğrafi baxımdan Primorsk diyarının cənub-qərb sahillərində yerləşir. Sahillərini Yapon dənizinin suları yuyur. Qamov yarımadası Böyük Pyotr körfəzinin şərq sdahillərində qərarlaşır. Vityaz və Alekseevka buxtalarını Astafeva və Telyakovski buxtalarından ayırır. Yarımadanın şərq sahillərində Spaseniya buxtası yerləşir. Yarımadada Qamov burnu vardır ki, oda yarımadanın ən cənub nöqtəsini təşkil edir. Burunda mayak fəaliyyət göstərir. Yarımadada yerləşən digər burunlar:Babkin, Şuls (yarımadanın qərb nöqtəsi), Telyakovski, Astafev (yarımadanın ucqar qərb nöqtəsi). yarımadada çoxlu sayda elədə uzun olmayan axarlar vardır.Yarımadanın relyefi əsasən dağlıqdır.
Famil Ağaşov
Famil Vüqar oğlu Ağaşov (19 sentyabr 1998, Cəlilabad – 8 noyabr 2020, Xocavənd rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Famil Ağaşov 19 sentyabr 1998-ci ildə Cəlilabad şəhərində anadan olmuşdu. 2017- ci ildə Cəlilabad şəhər 3 saylı tam orta məktəbi bitirmişdi. == Hərbi xidməti == O, 2017-ci il iyulun 28-də hərbi xidmətə göndərilmiş 2019-cu ilin yanvar ayında evə buraxılmışdı. Ağaşov Famil müddətdən artıq xidmət etmək üçün 10 noyabr 2019-cu ildə yenidən xidmət etməyə getmişdi. Ağaşov Famil Vüqar oğlu Xocavənd rayonunun Üçtəpə deyilən ərazisində aparılan döyüşlər zamanı 8 noyabr 2020-ci ildə həlak olmuşdur. == Təltifləri == Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Famil Ağaşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Famil Ağaşov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Famil Ağaşov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Mark Qasol
Mark Qasol (isp. Marc Gasol; d. 29 yanvar 1985, Barselona, İspaniya) — İspan peşəkar basketbol oyunçusu. NBA liqində Memfis Qrizzlisdə oynayır. 2007 NBA seçmələrində mərhələ 2, yığma 48, Los-Anceles Leykers tərəfindən seçilib. Mərkəz mövqeyində oynayan basketbolçu, NBA liqində oynayan Pau Qasolun qardaşıdır. Boyu 2.16 sm-dir. == Həyatı == 1985-ci ildə anadan olub. Sonralar ailəsi ilə birliktə Amerika Birləşmiş Ştatlarına köçüblər. Kolleci orada bitirib.
Vladimir Basov
Vladimir Pavloviç Basov (rus. Владимир Павлович Басов; d. 28 iyul 1923, Urazovo — v. 17 sentyabr 1987, Moskva) — Sovet kinorejissoru, aktyoru və ssenaristi, SSRİ xalq artisti (1983). == Həyatı == Vladimir Basov 28 iyul 1923-cü ildə Urazovoda anadan olmuşdur. Atası Qızıl Ordunun zabiti olmuşdur. Buna görə də onun ailəsi tez-tez bir şəhərdən başqa şəhərə köçürdü.Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. Vladimir Basov 28-ci əlahiddə artilleriya diviziyasının komandir müavini olmuşdur. Hərbi rütbəsi kapitandır. 1952-ci ildə ÜDKİ-nin rejissorluq fakültəsində Mixail Romm və Sergey Yutkeviçin kursunu bitirmişdir.
Braşov
Braşov (rum. Braşov, mac. Brassó) — Rumıniyada şəhər. Ölkənin 10 ən böyük şəhərlərindən biri. Keçmişdə Kronştadt (alm. Kronstadt‎) adlanıb. 1950–1960-cı illərdə şəhər İosif Stalinin şərəfinə Oraşul-Stalin adlandırılıb. Tsara Bırsey tarixi bölgəsinin paytaxtıdır. == Ümumi məlumat == Rumıniyanın mərkəzində yerləşən Braşovu tez-tez rumın Zalsburqu da deyirlər. Braşovun qotik üslublu köhnə məhəllələri insanda güclü təəssürat oyadır.
Daşnov
Daşnov (Vedi) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Daşnov (Qafan) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd.
Qabon
Qabon (République Gabonaise) — Mərkəzi Afrikada dövlət. Paytaxtı Librevil şəhəridir. Fransanın keçmiş müstəmləkəsidir. Afrika qitəsində ən zəngin və stabil dövlət sayılır. Qabon ərazisində dünyada ən iri qalındərili tısbağa populyasiyası aşkar olunub. == Tarix == === Müstəmləkə dövrü === Qabonun ilk əhalisinin piqmeylər olduğu ehtimal olunur. 1471-1473 illərdə porquqallar Qabon sahillərinə çatdı. XVII VƏ XVIII əsrlərin başı Avropalılar zənci ticarətiylə birlikdə fil dişi və eboni ticarətinə yönəldi. 1843-cü ildə Fransa qəti olaraq Qabona yerləşdi. Şimal şərqdən gələn fransızlar yerli xalqı püskürdərək ərazini aldı.
Qaboy
Qoboy (alm. Oboe‎, fr. hautbois, hərfi mənası – hündür ağac) — ağac nəfəsli musiqi aləti. Konus formalı alət olub klapanlar sistemi ilə təchiz olunur. == Tarixçə == Qaboy hələ qədim zamanlardan, e.ə. III minillikdə "memet" adı altında mövcud olmuşdur. Qədim ney alətindən törəmişdir. XVIII əsrin I yarısından peşəkar musiqidə istifadə olunur. == Quruluşu == Ağacdan düzəldilir. 17-ci əsrin 2-ci yarısında Fransada yaranmışdır.
Qaloş
Qaloş — palçıqlı vaxtlarda kənd yerlərində geyinilən ayaqqabı növüdür. == Qaloş sözü necə yaranmışdır? == Bu söz dilimizə rus dili vasitəsilə gəlmişdir. Alimlər belə hesab edirlər ki, qaloş sözü alman dilindən fransız dilinə, oradan da rus dilinə keçmişdir. Sözün əsli hansı dildəndir? Belə göstərilir ki, yunan dilindəki "ağac başmaq" sözü "ağac" sözündən yaranmış və calopedia formasında orta latın dilinə keçmişdir. Fransızlar onu galoche kimi işlətmişlər. Deməli, qədim yunan dilindən gələn bu söz qədim Kelt tayfalarında (Fransada) solea qalica ("qalların səndəlisi"), latın dilində gallica ("yağışa qarşı ayaqqabı"), fransız dilində galoche kimi formalaşdığından sonra XIX əsrin əvvəllərində rus dilinə qaloş kimi keçmiş və Azərbaycan dilinə də həmin formada yol tapmışdır.
Qapon
Georgi Apollonoviç Qapon (rus. Гапон; 5 (17) fevral 1870 – 28 mart (10 aprel) 1906) - 1905-ci il Birinci rus inqilabına bəhanə olmuş 9 yanvar "Qanlı Bazar" hadisəsi ilə nəticələnən Qış sarayına dinçi fəhlələrin yürüşünü təşkil edən keşiş.
Qatos
Katos — Azərbaycan Respublikasının Laçın rayonu Qarakeçdi kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Katos dağ yamacındadır. Yaşayış məntəqəsini XX əsrin əvvəllərində yaxınlıqdakı Şeylanlı kəndindən köçüb gəlmiş ailələr (nəbilər, xudular və əsədlər nəslinə mənsub) Katos meşəsi adlanan yerdə salmışlar. Qədim türk dillərində katıs "birləşmək, qarışmaq", kadus "gözəllik", "sənət əsəri" mənalarında işlənmişdir. == Mədəniyyəti == 1969-1970-ci illərdə kənddə ibtidai məktəb fəaliyyət göstərmişdir. Məktəbin əsası Böyük Vətən Müharibəsində xidmətlərinə görə "Rəşadətli Əməyə görə" medalı ilə təltif edilən, kəndin ziyalısı İsmixan Mustafa oğlu Abdullayev tərəfindən qoyulmuşdur. 1980-ci ildə kənddə 8 illik əsas məktəb fəaliyyət göstərmişdir. 8 illik məktəbin əsası isə İsmixan Abdullayevin oğlu Məhyəddin İsmixan oğlu Mustafayev tərəfindən qoyulmuşdur. Katos, Şeylanlı və Ağbulaq kənd camaatı arasında savadsızlığın ləğv edilməsi, onların təhsil almasında və maariflənməsində İsmixan Abdullayevlə yanaşı onun övladları Mustafa və Məhyəddin Mustafayevlərin xidmətləri əvəzsiz olmuşdur.
Qazon
Qazon — bağ, park və xiyabanlarda dekorativ və s. məqsədlə ot əkilmiş meydança. Adətən qayçı ilə qısa və hamar biçilir. Parter, park və Mavritaniya növləri var. Parter qazonu çiçəklik, dekorotiv ağaclıq,guller hs code 0602905000 həmçinin heykəl, fəvvarə və s. üçün fondur. Park qazonu park, bağça, bulvar və b. yerlərdə salınır. == Qazona qulluq == === Əkin === Erkən payız, yaz və yazın əvvəli torpaq daha isti və hava daha sərin olduqda əkin, çəmənlik üçün əsas mövsümdür. Əkindən dərhal əvvəl havalandırma köklərin daha dərin böyüməsinə və daha sıx çəmənliyə kömək edə bilər.Çəmənlik demək olar ki, ani çəmənlik verir və ilin istənilən vaxtında əksər mülayim bölgələrdə edilə bilər, lakin daha bahalı və quraqlığa daha həssasdır.
Qaşqa
Qaşqa — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 45 km məsafədə, Ağdərə dərəsində, Çalaxçı çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1831-ci ildə 8 nəfər azərbaycanlı yaşamışdır. == Toponimi == Toponim qədim türk tayfalarından biri olan qaşqay etnonimi əsasında əmələ gəlmişdir. "Qaşqa" qaşqay etnoniminin fonetik formasıdır. 1728-ci ilə aid mənbədə Kaşka kimidir [170, 15]. Ehtimal ki, İranda yaşayan Kaşkay türk tayfasının adını əks etdirir. Kaşkayların mənşəyi qaranlıqdır. Ehtimal ki, xakaslarda Kaska və Aq Kaska tayfaları tayfaları ilə eyni mənşəlidir.
Qaşıq
Qaşıq - yemək yeyən zaman istifadə olunan mətbəx ləvazimatı. Yarım kürəvari şəklə sahibdir. Sulu, yaxud dənəli yeməkləri yeyilməsində istifadə olunur. Deşikli qaşıqlardan maye olmayan, yaxud mayedə həll olunmayan hissəcikləri, ya da köpüyü yığmaq üçün istifadə olunur. == Yeməklərin servisində istifadə olunması == Salat, qızardımış kartof kimi iri dənəli qidaların servis olunmasında iki qaşıq maşa kimi istifadə olunur. Qaşıqlardan biri baş, işarət və üzük barmaqları ilə, digəri isə balaca, orta və üzük barmaqları ilə tutulur.
Harov
Harov — Azərbaycan Respublikasının Xocalı rayonunun Harov kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Cənubi Azərbaycanın Horov kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçılara görə, İran dillərindəki hor (isti) və ov (su) sözlərindən düzəlmiş bu toponim "isti su" mənasındadır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Harov kəndinin əhalisinin faktiki sayı 289 nəfər, qeydiyyatdakı əhalinin sayı 300 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Harov kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Kamov
Kamov — Nikolay İliç Kamov və dostu N. K. Skrzhinskii tərəfindən 1929-cu ildə yaradılmış rotorlu təyyarə şirkəti. Helikopterə oxşamasına baxmayaraq rotorlu təyyarələrin arxa pəri olmur. 1929-cu ildən etibarən Kamov dizayn bürosu köhnə SSRİ zamanından müasir dövrə kimi hərbi məqsədli helikopter və rotorlu təyyarə istehsal edir.
MAŞAV
MAŞAV - ibri dilində Beynəlxalq Əməkdaşlıq üzrə Mərkəz adının qısaltmasıdır. İsrail Xarici İşlər Nazırliyi çərçivəsində fəaliyyət göstərən bu proqram bir çox ölkələrin, eləcə də ABŞ, Böyük Britaniya, Avropa Birliyi ölkələri, Türkiyə və digərlərinin də həyata keçirdikləri beynəlxalq təcrübə mübadiləsi üzrə proqramlardan biridir. 1958-ci ildən fəaliyyətə başlayan bu proqram çərçivəsində indiyə qədər 140 ölkədən 200 mindən artıq şəxsin təcrübə keçdiyi məlumdur. Proqram üzrə təcrübə mübadiləsi İsrailin ayrı-ayrı elmi və akademik mərkəzləri ilə əməkdaşlıq çərçivəsində aparılır. Proqramın əsas fokus sahələri kənd təsərrüfatı, elm və texnologiya, idarəetmə və sahibkarlıq, təhsil kimi istiqamətlərdə İsrailin qabaqcıl təcrübəsini yaymaqdır. Eyni zamanda qısamüddətli pilot layihələri həyata keçirmək, kiçik biznes üzrə davamlı inkişafa nümunə olacaq layihələrə dəstəyi ehtiva edir. == Mənbə == MAŞAV NƏDİR?
Maqov
Maqov — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Mədəniyyəti == Kənddə böyük mədəniyyət evi fəaliyyət göstərir. Mədəniyyət evində "Hudulki" folklor kollektivi yaradılmışdır. Bu kollektiv milli rəqslərin, milli musigi alətlərinin, milli mahnıların yaşamasına və gələcək nəslə çatdırılmasına xidmət edir. == Əhalisi == Kənddə əsasən avarlar yaşayır.Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. == İnfrastruktur == 2015-ci ilin iyun ayının 17-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir. Kənd ərazisində, Zaqatala-Balakən dəmiryolu mənzilinin 151-ci km-də qatar platforması tikilir.
Qayot
Qayot-(rus. гайоты, ing. guyots)amerikalı coğrafi və geoloq A. Qüyotun (1807-1884) şərəfinə adlandırılmışdır. Ətraf sahələrdən təcrid olunmuş hamar zirvəli sualtı vulkanik dağlar. Belə hesab edirlər ki, zirvənin hamarlanması qədim abraziya və yaxud subaeral denudasiya nəticəsində baş vermişdir. Sakit okeanda müşahidə olunur. Q. zirvəsi 200 m-dən 2000 m-ə qədər dərinlikdə yerləşir.
Qırov
Qırov – ayaz gecələrdə yerin və cisimlərin səthi soyuyaraq mənfi temperatura düşdükdə onların səthinə çökən buz kristalcıqları.
Sarov
Sarov (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Sarov (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Maralyansarov — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.
Anar Qumaşov
Anar Saleh oğlu Qumaşov (10 oktyabr 1997, Bakı, Azərbaycan — 20 oktyabr 2020;, Hadrut, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar Qumaşov 10 oktyabr 1997-ci ildə Bakıda anadan olmuşdur. Əslən Cəbrayıl rayonundan olan Anar uşaq yaşlarında atasını itirib, nənəsinin himayəsində böyüyüb. 238 saylı məktəbdə təhsil almışdır. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Anar Qumaşov Füzuli və Hadrutun azad edilməsində savaşıb. 20 oktyabr 2020-ci il tarixində Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Keşlə Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Qumaşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Qumaşov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Qumaşov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Andre Qanon
Asif Ataşov
Asif Kərim oğlu Ataşov (10 aprel 2002, Xırdalan – 1 oktyabr 2020, Dəmirçilər, Tərtər rayonu) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asif Ataşov 10 aprel 2002-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olub. Əslən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan Asif 2008-ci ildə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur. 2019-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. == Hərbi xidməti == Asif Ataşov 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Asif Ataşov 27 sentyabr 2020-ci il tarixində başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. O 1 oktyabr 2020-ci il tarixində Tərtər rayonunun Dəmirçilər kəndi istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Şəhidin nəşi Xırdalan şəhər Şəhidlər xiyabanında dəfn edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Asif Kərim oğlu Ataşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Asif Kərim oğlu Ataşov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Asif Kərim oğlu Ataşov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Asif Kərim oğlu Ataşov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Asif Kərim oğlu Ataşov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Braşov (judets)
Braşov judetsi (rum. Județul Brașov) — Transilvaniya regionunda yerləşən Rumıniya judetsi. == Coğrafiyası == Sahəsi — 5363 km². Şərqdə — Kovasna, qərbdə — Sibiu, şimalda — Mureş və Xarqita, cənubda — Ardjeş, Dımbovitsa və Praxova judetsləri ilə sərhəddir. == Əhalisi == 2007-ci ildə əhalinin sayı 593 928 nəfər , sıxlığı — 110,74 nəf./km². == İnzibati bölgüsü == Judetsə 4 bələdiyyə, 6 şəhər və 47 kommuna daxildir.
Bəyalı Ataşov
Bəyalı Xanalı oğlu Ataşov — Azərbaycan Kooperasiya Universitetinin elm və innovasiyalar üzrə prorektoru, iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi. == Həyatı == 16 iyul 1946 - cı ildə anadan olmuş, 1964 - cü ildə 34 saylı İmişli dəmir yolu orta məktəbi, 1970 - ci ildə D. Bünyadzadə ad. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universitetinin) uçot – iqtisad fakültəsini bitirmişdir. 1970-1974-cü illərdə (hərbi xidmətdə olduğu 1 il istisna olmaqla) yaşadıqları İmişli rayonu Həzi Aslanov ad. kolxozda baş mühasib işləmişdir. 1975–1987–ci illərdə respublikanın Ət və Süd Sənayesi Nazirliyinin qabaqcıl sənaye müəssisələrində rəhbər vəzifələrdə çalışmışdır. 1987 - ci ilin mart ayından hal- hazıra kimi Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (“Azərittifaq”) sistemində işləyir. Burada Ət tədarükü və satışı üzrə respublika kontorunda direktor, mərkəzi aparatın kənd təsərrüfatı məhsullarının tədarükü, emalı və satışı üzrə birlikdə baş direktor, xarici ticarət birliyində baş direktor, maliyyə - iqtisad idarəsində rəis vəzifələrində çalışmışdır. 2011–ci ilin avqust ayından indiyə kimi Azərbaycan Kooperasiya Universitetinin elm və innovasiyalar üzrə prorektorudur. Zəngin maliyyə - uçot, istehsalat və təşkilati - idarəetmə təcrübəsinə malik olan, gənc yaşlarından elmi axtarışlara böyük maraq göstərən praktik - tədqiqatçı B. X. Ataşov 1989 - cu ildə “Ət-süd altkompleksinin inkişafı və onun iqtisadi səmərəsinin yüksəldsilməsi (Azərbaycan SSR materialları əsasında)” mövzusunda namizədlik, 2002 - ci ildə isə “Azərbaycan Respublikası ərzaq kompleksinin formalaşmasının və inkişafının təşkilati - idarəetmə problemləri” mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.
Qasım Qasımov
Qasım Qasımov (mühəndis)
Qasım Qasımov (mühəndis)
Qasım Qasımov (siyasətçi)
Qasım Nurməhəmməd oğlu Qasımov (22 mart 1959, Şamaxı) — Yeni Azərbaycan Partiyası Qobustan Rayon Təşkilatının sədri , Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının sabiq 1-ci müavini, sabiq müavini, Şamaxı Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədr müavini, Azərbaycan Demokratik Sahibkarlar Partiyasının sədri (2000–2021). == Həyatı == Qasım Qasımov 22 mart 1959-cu ildə Şamaxı şəhərində anadan olmuşdur. 1976-cı ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsinə daxil olmuş, 1981-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək "Mühəndis-mexanik" ixtisasına yiyələnmişdir. dekabr 1981-ci il – aprel 1982-ci il həmin institutun "Daxili yanma mühərrikləri" kafedrasında baş laborantı olmuşdur. 1998-ci ilin yanvar ayından 2000-ci ilin yanvar ayınadək "Günay" qəzetinin baş direktoru olmuşdur. == Siyasi fəaliyyəti == 1980-ci ilin sentyabr ayında Mexanika fakültəsinin komsomol komitəsinin azad katibi, 1982-ci ilin mart ayından 1982-ci ilin noyabr ayınadək institutun komsomol komitəsinin katibi, 1982-ci ilin oktyabr ayından 1990-cı ilin oktyabr ayınadək Şamaxı rayon Komsomol Komitəsinin birinci katibi olmuşdur. 1990-cı ilin oktyabr ayından 1991-ci ilin oktyabr ayınadək Şamaxı rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini olmuşdur. 1991-ci ilin dekabr ayından 1995-ci ilin avqustunadək Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini olmuşdur. 2007-ci ilin avqust ayından 2008-ci ilin avqust ayınadək Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasında Bələdiyyələrlə İş Departementinin direktoru, 2008-ci ilin avqust ayından 2010-cu ilin may ayınadək Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasında Departament direktoru – icraçı katibin müavini, 2010-cu ilin may ayından 2011-ci ilin iyul aylnadək isə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasında icraçı katib olaraq çalışmışdır. 2011-ci ilin iyul ayından 2020-ci ilin may ayınadək Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmişdir.
Qasım Nurməhəmməd oğlu Qasımov
Qasım Nurməhəmməd oğlu Qasımov (22 mart 1959, Şamaxı) — Yeni Azərbaycan Partiyası Qobustan Rayon Təşkilatının sədri , Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının sabiq 1-ci müavini, sabiq müavini, Şamaxı Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədr müavini, Azərbaycan Demokratik Sahibkarlar Partiyasının sədri (2000–2021). == Həyatı == Qasım Qasımov 22 mart 1959-cu ildə Şamaxı şəhərində anadan olmuşdur. 1976-cı ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsinə daxil olmuş, 1981-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək "Mühəndis-mexanik" ixtisasına yiyələnmişdir. dekabr 1981-ci il – aprel 1982-ci il həmin institutun "Daxili yanma mühərrikləri" kafedrasında baş laborantı olmuşdur. 1998-ci ilin yanvar ayından 2000-ci ilin yanvar ayınadək "Günay" qəzetinin baş direktoru olmuşdur. == Siyasi fəaliyyəti == 1980-ci ilin sentyabr ayında Mexanika fakültəsinin komsomol komitəsinin azad katibi, 1982-ci ilin mart ayından 1982-ci ilin noyabr ayınadək institutun komsomol komitəsinin katibi, 1982-ci ilin oktyabr ayından 1990-cı ilin oktyabr ayınadək Şamaxı rayon Komsomol Komitəsinin birinci katibi olmuşdur. 1990-cı ilin oktyabr ayından 1991-ci ilin oktyabr ayınadək Şamaxı rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini olmuşdur. 1991-ci ilin dekabr ayından 1995-ci ilin avqustunadək Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini olmuşdur. 2007-ci ilin avqust ayından 2008-ci ilin avqust ayınadək Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasında Bələdiyyələrlə İş Departementinin direktoru, 2008-ci ilin avqust ayından 2010-cu ilin may ayınadək Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasında Departament direktoru – icraçı katibin müavini, 2010-cu ilin may ayından 2011-ci ilin iyul aylnadək isə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasında icraçı katib olaraq çalışmışdır. 2011-ci ilin iyul ayından 2020-ci ilin may ayınadək Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmişdir.
Qasım Qasımov (inşaatçı-mühəndis)
Qasım Qasımov (mühəndis)
Qasım Qasımov (repressiya qurbanı)
Abasov
Abasov — Azərbaycanda daha çox işlədilən soyad. İsmət Abasov — Azərbaycan Respublikasının keçmiş kənd təsərrüfatı naziri İsmayıl Abasov — AMEA-nın müxbir üzvü Midhət Abasov — texnika elmləri doktoru (1962), professor. AMEA-nın həqiqi üzvü (1980) Rizvan Abasov — Azərbaycan Respublikasının əməkdar mühəndisi.
GAMOH
GAMOH və ya Güney Azərbaycan Milli Oyanış Hərəkatı — İran azərbaycanlıları tərəfindən formalaşdırılmış millətçi təşkilat. hərəkatın əsas məqsədi İran azərbaycanlıları üçün öz müqəddəratını təyin etmə hüququnun həyata keçirilməsi və "Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların birləşməsidir". Çöhrəqanlı 2020-ci ildə verdiyi müsahibədə hərəkatın 1995-ci ildə yaradıldığını bildirmişdir. == Yaradılması == Hərəkatın əsasını qoyan şəxs Mahmudəli Çöhrəqanlıdır. O, əvvəllər Təbriz Universitetində professor olaraq fəaliyyət göstərmiş və Təbriz meri vəzifəsinə olan seçkilərdə əsas namizədlərdən biri olmuşdur. Özü siyasətə 1995-1996-cı İran Milli Məclisinə keçirilən seçkilərə qatılması ilə başladığını bildirmişdir. O, seçkilərdə məqsədinin həm İran azərbaycanlılarının, həm də bütün İran türklərinin səsi olmaq olduğunu bildirmişdir. Milli Məclisə keçirilən seçkilərdə Təbrizdən namizəd olan Dr. Məhəmməd Çöhrəqanlı açıqladığı platformasında açıq bir şəkildə Azərbaycan türkcəsinin gücləndirilməsinə çağırış edirdi. Onun platformasında sadalanan məqsədlər arasına daxil idi:İslam milli mədəniyyətinin dirçəlişi, xüsusən də ədəbiyyatın, adət-ənənələrin və ana dilinin (Azərbaycan Türkcəsi) möhkəmləndirilməsi və dirçəldilməsi istiqamətində daimi fəaliyyət.Çöhrəqanlı sonradan 600 min səs almasına rəğmən, hüquqlarının tapdandığını və parlament yerinə, həbsə göndərildiyini bildirmişdi.2002-ci ildə CAMAH-da təşkilat daxili parçalanma baş vermiş və buna əsasın səsçoxluğu ilə Mahmudəli Çöhrəqanlı CAMAH-dan uzaqlaşdırılmışdır.
GATÖL